Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ


Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2013/4 səh.26-31



Yüklə 1,7 Mb.
səhifə3/15
tarix29.11.2016
ölçüsü1,7 Mb.
#434
1   2   3   4   5   6   7   8   9   ...   15

Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2013/4 səh.26-31
UOT 332.142.6
Ekoloji kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsinin nizamlanması
Əsgərov Abdulla Çingiz oğlu

İ.ü.f.d., aparıcı elmi işçi
XÜLASƏ
Məqalədə ekoloji kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsinin nizamlanmasının iqtisadi və təşkilati məsələləri araşdırılmışdır. Ekoloji təmiz məhsulların istehsalı, saxlanması və daşınmasına qoyulan ciddi tələblərin məsrəflərin həcmi və strukturuna təsiri səciyyələndirilmişdir. Ekoloji kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsinin ahəngdarlığının təminatına dair tövsiyələr verilmişdir.

Açar sözlər: ekoloji kənd təsərrüfatı, ekoloji təmiz ərzaq məhsulları, nizamlama, dövriyyə.
Müasir dövrdə, ekoloji kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsinin ən müxtəlif aspektlərdə tədqiq olunması obyektiv zərurətə çevrilmişdir. Bu zərurəti şərtləndirən mühüm amillərə, ilk növbədə ekoloji kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsinin əksər mərhələlərində təşkilati özünəməxsusluğu, ekoloji təsərrüfatçılığın iqtisadi mexanizminin xarici təsirlərə daha həssas olan məqamları, ekoloji kənd təsərrüfatı və ərzaq məhsullarının son istehlakçıya çatdırılana qədər hərəkətində kəmiyyət və keyfiyyət dəyişikliklərinə uğraması və s. aid edilə bilər.

Ekoloji kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, daşınması, emalı, qablaşdırılması, saxlanması, satışı və bilavasitə istehlakı prosesinin təşkilati özünəməxsusluğu məsələsinə bir qədər sonra qayıdacağıq. İndi isə ekoloji təsərrüfatçılığın iqtisadi mexanizminin ənənəvi təsərrüfatçılıqla müqayisədə kənar təsirlərə daha həssas olan məqamlarına nəzər salaq. Məsələ ondadır ki, digər aqrar istehsal subyektləri üçün, bəzən real görünməyən ekoloji təhlükə üzvi (ekoloji) kənd təsərrüfatı üçün həyati əhəmiyyətli məsələ kimi gündəlikdə durur. Məlum olduğu kimi, ekoloji sistem - “qarşılıqlı təsirdə olan ətraf mühitin tərkib hissəsini təşkil edən bitki örtüyü (flora), heyvanlar aləmi (fauna), torpaq, su hövzələri və çaylar, mineral sərvətlər, hava, enerji mənbələrinin vəhdətidir. Ekoloji təhlükə - insan və cəmiyyətin həyati vacib maraqlarına, ətraf mühitə, antropogen və təbii təsirlər nəticəsində təhlükə yaradan vəziyyətdir” (1,s.16-17). Həmin vəziyyət ekoloji-iqtisadi müvazinəti pozan həssas məqamlara diqqəti artırır.

Ekoloji kənd təsərrüfatı və ərzaq məhsullarının son istehlakçıya çatdırılana qədər hərəkətində arzuolunmaz kəmiyyət və keyfiyyət dəyişikliklərinə uğramaq ehtimalının yüksək olması müasir dövrün reallığıdır. Ekoloji kənd təsərrüfatı və ərzaq məhsulların son istehlakçıya çatdırılması prosesində baş verən arzuolunmaz kəmiyyət və keyfiyyət dəyişiklikləri nəticəsində məhsul itkisinin artması, onun daşınma qabiliyyətinin aşağı düşməsi, saxlama müddətinin azalması baş verə bilir.

Son tədqiqatlar təkrаr istеhsаlın əsas mərhələlərində ekoloji təmiz kənd təsərrüfаtı və ərzаq məhsullаrı itkilərinin хаrаktеristikаları, rеsurslаrdаn istifаdənin iqtisаdi səmərəliliyi səviyyəsi bахımındаn аktuаl olduğunu bir daha təsdiq edir. Eyni zamanda, haqqında danışılan itkilərin аrаdаn qаldırılmаsı üzrə apаrılаn tədqiqаtlаrdа ekoloji kənd təsərrüfаtı məhsullаrının son istеhlаkа dоğru hərəkətində gözlənilən kəmiyyət və kеyfiyyət dəyişmələrinin xarakteristikasında daha çox detallaşdırma obyektiv zərurətə çevrilmişdir.

Təsərrüfatçılıq təcrübəsi göstərir ki, yоl vеrilən itkilər pоtеnsiаl yеtişdirilə bilən və sоn istеhlak təyinatlı məhsul аrаsındа fərqə bərаbər götürüldükdə məhsulun hərəkətində kəmiyyət və kеyfiyyət dəyişmələrinin məqbul detallaşdırma səviyyəsini təmin etmək olar. Ekoloji təmiz ərzaq məhsullarının hərəkəti zаmаnı bаş vеrən itkiləri müvafiq mühiti şərtləndirən əsas аmillərin təsirinin nəticəsi kimi, qəbul etmək cəhdləri, aşağıdakı mövqeni xülasə etməyə imkan verir.

Ekoloji bitkiçilikdə potensial və yığılan məhsul arasında fərq, başqa sözlə, “itki” əsаsən, аqrоtехniki tələblərə riаyət оlunmamаsı və mаddi-tехniki bazanın qeyri-mükəmməlliyi ilə şərtlənir. Məhsul yığımındа itkillərin kəmiyyəti, ilk baxışda yığım prosesinin səmərəliliyindən asılıdır. Bununla belə, həmin itkilər potensial və yığılan məhsul arasında fərqi şərtləndirən amillərin də, ciddi təsirinə məruz qalır. Başqa sözlə, potensial, biоlоji və yığılmış məhsulun miqdаrı аrаsındаkı fərqin (itkinin) аzаldılmаsı üçün görüləcək tədbirlər daha geniş spektrli olmalıdır. Tarlalardan yığılmış, daşınmış, saxlanmış məhsulun miqdаrı аrаsındаkı fərq, başqa sözlə, ekoloji təmiz məhsulun sadalanan mərhələlərin qоvşаğındа baş vermiş itkilər, həm kəmiyyət, həm də keyfiyyət baxımından səciyyələndirilməlidir.

Deyilənlər ekoloji kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsinin məsrəfliyini artırmaqla, onun cəlbediciliyini və son nəticədə təklifi azaltmış olur. Bir sözlə, ekoloji kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsinin nizamlanması həm ekoloji, həm iqtisadi, həm də təşkilati aspektlərdə aktualdır.

Sonuncu aspekti üzərində ayrıca dayanmağı lazım bilirik. İlk növbədə, qeyd edək ki, adi məhsulla müqayisədə daha yüksək qiymətlə təklif olunan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarına (ekoloji kənd təsərrüfatında torpağın münbitliyinin bərpası və su hövzələrinin təmizlənməsinə məsrəflərin dövlət büdcəsindən maliyyələşdirilməsi, ekoloji məhsulların qiymətlərini aşağı sala bilər) alıcı marağını artırmaq üçün müxtəlif təşkilati elementlərdən istifadə olunur. Həmin elementlər qismində ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının ekoloji nəzarət, birbaşa, birgə, yerli və kiçik qrup sertifikatlaşdırılması xüsusi diqqətə layiqdir.

“Sertifikatlaşdırılma orqanı müəyyən prosedurlar daxilində təsərrüfatı və ya şirkəti qiymətləndirir və yazılı şəkildə bildirir ki, o (yəni sertifikatlaşdırmaya iddialı qurum) həqiqətən də ekoloji standartların tələblərinə cavab verir. İnspektor öz qeydlərini yazılı şəkildə sertifikatlaşdırma orqanına göndərir” (2, s. 353).

Ekoloji kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsinin təşkilati təminatının təkmilləşdirilməsində əsas meyarlardan biri, istehlakçıların ekoloji təmiz ərzaq və ümumilikdə kənd təsərrüfatı məhsullarına etimadsızlığını aradan qaldırmaqdır. Geni dəyişdirilmiş ərzaq məhsulların istehsalının genişlənməsi, onların bu və ya digər ölkənin bazarına çıxışının qarşısını alma tədbirlərinin lazımi səmərə verməməsi insanların ekoloji təmiz ərzaq və ümumilikdə kənd təsərrüfatı məhsullarına etimadsızlığını gücləndirən mühüm amildir. Əlbəttə, bu və ya digər ərzaq və ya kənd təsərrüfatı məhsulunun ekoloji təmizliyinin müəyyənləşdirilməsi konkret istehlakçının öhdəsinə buraxıla bilməz. Bu məqsədlə kompleks araşdırma və qiymətləndirmə tətbiq olunmalıdır ki, bu da mövcud reallıqda əsasən, dövlətin imkanları daxilindədir.

Kənd təsərrüfatı məhsullarının yeridilişi mürəkkəb və bəzi hallarda ziddiyyətli prosesdir. Haqqında danışılan prosesin ziddiyyətliliyi, həlledici dərəcədə təsərrüfatçılıqda iqtisadi və ekoloji maraqların ziddiyyət təşkil etməsi ilə şərtlənir. Əvvəlki bölmələrdə aqrar-ərzaq təsərrüfatında iqtisadi və ekoloji maraqların ziddiyyətinin genezisinə münasibət bildirilmişdir. Odur ki, burada həmin ziddiyyətlərə ekoloji kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsinin nizamlanması aspektində münasibət bildiriləcəkdir.

Ekoloji kənd təsərrüfatı və ərzaq məhsulların son istehlakçıya çatdırılması prosesinin əsas mərhələlərinin xarakteri və ardıcıllığı bu və ya digər kənd təsərrüfatı sahəsində istehsal olunan məhsulun mənşəyi və tərkibindən, istehlak xüsusiyyətlərindən və imkanlarından asılıdır. Kənd təsərrüfatı məhsullarının yeridilişinin əsas mərhələlərini şərh etmək üçün təbii halda emaldan keçəndən sonra istehlak olunan məhsulları fərqləndirmək lazım gəlir. Deyək ki, meyvələrin böyük əksəriyyəti təbii halda, tərəvəzlərin əsas hssəsi emaldan keçəndən sonra istehlak oluna bilir. İstehsalçı müəssisəsinin istehsal-satış fəaliyyətinin bilavasitə bazara istiqamətlənməsi kənd təsərrüfatı məhsullarının yeridilişinin vektorlarını müəyyənləşdirir. Kənd təsərrüfatı məhsullarının yeridilişinin əsas mərhələlərinin müəyyənləşdirilməsi zamanı nəzərə alınmalı mühüm amillər qismində, həmçinin məhsulların satış və bölgü kanalları fərqləndirilməlidir.

Məhsulun istehsalçılardan istehlakçılara çatdırılmasının optimal sxeminin seçilməsi, onun fiziki reallaşdırılması, yəni yeridilişi (bəzi mənbələrdə buna məhsulun irəlilədilməsi də deyilir) həmçinin satışdan sonra istehlakçılara xidmət mərhələləri marketinq kompleksində, daha doğrusu onun bir sıra komponentlərində əhatə olunur. Təbii ki, istehsal və satış prosesləri fasiləsiz olduğu halda marketinq tədqiqatlarının da fasiləsizliyi təmin edilməlidir.

Təbii halda istehlak olunan ərzaq məhsulunun yeridilişi prosesinin əsas mərhələləri aşağıdakı ardıcıllıqla reallaşır: istehsal-yığım- çeşidləmə- ilkin emal- qablaşdırma-saxlama - daşıma –saxlama- satış-istehlak. Emaldan sonra istehlak olunan ərzaq məhsulunun yeridilişi prosesinin əsas mərhələləri aşağıdakı ardıcıllıqla reallaşır: istehsal-yığım- çeşidləmə- ilkin emal- daşıma- emal- qablaşdırma- daşıma –saxlama- satış-istehlak.

Bir məqamı qeyd edək ki, məhsulunun yeridilişi prosesinin əsas mərhələləri şərh olunarkən daşıma və saxlama prosesinin təkrarlanması minimum sayda nəzərə alınmışdır. Ekoloji kənd təsərrüfatı məhsullarının yeridilişi prosesində yuxarıda qeyd olunan mərhələlərin hər birində ekoloji nəzarətin həyata keçirilməsi nəzərdə tutulur.

“Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda (Bakı şəhəri, 13 iyun 2008-ci il) göstərildiyi kimi, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsinin əsas elementləri qismində həmin məhsullarının marketinqi, markalanması, saxlanması, daşınması, daxili bazarda satışı, idxalı və ixracı xüsusi diqqət mərkəzində olmalıdır. Həmin elementlərdən, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi üçün xüsusilə xarakterik olanları səciyyələndirməyə çalışaq.

Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının satışı onların istehsalçıdan son istehlakçıya yönəlmiş hərəkəti səmərəli marketinq strategiyasının formalaşdırılması və reallaşdırılması sayəsində baş verir. Həmin strategiyanın formalaşmasının informasiya bazasını istehsal olunan məhsulun miqdarı və əmtəəlik səviyyəsi, məhsulların, ilkin (təbii) halında saxlanma müddəti, satış bazarlarına qədər olan məsafə, saxlanma, daşınma və bilavasitə satışın təşkilinə məsrəflərin səviyyəsi və bu kimi digər məlumatlar təşkil edir. Kənd təsərrüfatı və ərzaq məhsullarının ekoloji cəhətdən təmiz olduğunu təsdiqləyən sertifikat onların satışının hüquqi əsasını müəyyənləşdirir. Başqa sözlə, müvafiq sertifikata malik olan hüquqi və ya fiziki şəxs, həmin məhsulları ekoloji təmiz məhsul dövriyyəyə buraxa bilər.

Ekoloji kənd təsərrüfatı məhsullarının dövriyyəsinə əsaslandırılmış münasibət bildirmək üçün həmin məhsullara olan tələbatın ödənilməsi və rəqabətin formalaşdırılması prioritetlərinin reallaşdırılmasının əsas aspektləri araşdırılmalıdır. Təbii ki, bu halda kifayət qədər ciddi ekoloji tələblərin istehsal və xidmətdə əlavə məsrəflərə səbəb olduğu nəzərə alınmalı, torpağın münbitliyinin bərpası və su hövzələrinin təmizlənməsi işinə nəzarət mexanizminin elementlərinin birmənalılığı təmin edilməlidir.

Əhaliyə təklif olunan ərzaq məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyi, hazırda ekoloji marketinqin səmərəliyini şərtləndirən başlıca amilə çevrilmişdir. Ekoloji kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsinə nəzarətin mühüm komponenti kimi, konkret məhsulun mənşəyinə dair bütün əsas məlumatlarla yanaşı ərzağın təhlükəsizliyi göstəriciləri vahid müstəvidə nəzərdən keçirilməlidir. Ekoloji nəzarətin konseptual əsaslarını formalaşdıran prinsiplərin biri məhsulun mənşəyi haqqında informasiyanın yayılmasında, müvafiq istehsal prosesinin daha da şəffaflaşdırılmasında istehsalçının real marağının təmin edilməsidir. Eyni zamanda, informasiyanın kifayət qədər uzun müddətə mühafizəsi, sertifikatlaşdırma qurumu ərzaq məhsulları istehsalına ekoloji nəzarətin (təftişin) mühüm şərti kimi diqqət mərkəzində olmalıdır.

“Yazılı və sənədləşdirilmiş bütün hesabatlar qorunub saxlanmalıdır ki, sertifikatlaşdırma qurumu istifadə olunan bütün xammalın mənşəyini və kəmiyyətini, bu cür materiallardan istifadəni təftiş edə bilsin. Bundan əlavə yazılı və sənədləşdirilmiş hesabatlar saxlanmalıdır ki, istənilən vaxt satılan bütün kənd təsərrüfatı məhsullarının mənbəyini, kəmiyyətini və göndərilməsini nəzarətdə saxlaya bilsin. Birbaşa istehlakçıya satılan məhsulun kəmiyyəti yaxşı olardı ki, gündəlik hesablamalar əsasında aparılsın” (2, s. 357).

Son illər respublikamızda milli qida təhlükəsizliyi və ərzağın keyfiyyətinə nəzarət siyasətinin prinsipləri qismində, ilk növbədə aşağıdakılar qeyd edilməlidir:


  • “milli qida təhlükəsizliyi və ona nəzarət siyasəti ərzaq zəncirinin bütün aspektlərini, məhsul dövriyyəsinin bütün mərhələlərini davamlı və qarşılıqlı əlaqəli ardıcıllıqla nəzərə alan inteqrə edilmiş yanaşmaya əsaslanmaq;

  • ərzaq məhsullarının təhlükəsizliyinin təmin edilməsi üçün ərzaq emalı və ərzaq biznesi ilə məşğul olanların məsuliyyətini artırmaq;

  • ərzaq biznesi ilə məşğul olanlar tərəfindən həyata keçirilən hər hansı fəaliyyətin iqtisadi-ekoloji meyarlarının üzvi vəhdətini təmin etmək, həmin fəaliyyəti daha çox istehlakçıların sağlamlığının və maraqlarının qorunmasına yönəltmək;

  • qida təhlükəsizliyinin idarə edilməsi zamanı təhlükəli amillərin təsirini neytrallaşdırmaq və onların qarşısını almaq, yaxud onların məqbul səviyyəyə qədər azaldılması üçün həyata keçirilən tədbirlərdə adekvat prinsiplərə əsaslanmaq;

  • qida təhlükəsizliyinin təmin esilməsini nəzərdə tutan tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi zamanı üstünlüyü, ilk növbədə nəzarət mahiyyəti daşıyan tədbirlərə deyil, təhlükəli amillərin qarşısını alan tədbirlərə və fəaliyyətlərə vermək və i.a.” (3, s. 44).

Kənd təsərrüfatı və ərzaq məhsulların keyfiyyətinin yüksəldilməsinə və onların ekoloji standartlara adekvatlığının təmin edilməsi, artıq qeyd olunduğu kimi, ənənəvi təsərrüfatçılıqla müqayisədə əlavə və kifayət qədər böyük məsrəflərlə müşayiət olunur.

Ekoloji kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsinə nəzarətin təşkili sahədə marketinq strategiyasının hazırlanmasının adekvat informasiya bazasının yaradılmasını, növlər üzrə məhsulun saxlama və daşınmasının optimal parametrlərinin, ekoloji təmiz məhsulun istehsaldan son istehlakçıya doğru yeridilişinin bu və ya digər mərhələsində əvəzləyici məhsulların ekoloji təmiz məhsula bənzərliyi imkanlarının kəmiyyət göstəricilərinin formalaşdırılmasını, haqqında bəhs olunan məhsulların istehsalı, daşınması, emalı, saxlanması, qablaşdırılması və satışına nəzarət mexanizminin, ətraf mühitdə, xüsusən təsərrüfatçılıq arealında baş verən dəyişikliklər, hərtərəfli nəzərə alınmaqla təkmilləşdirilməsini tələb edir.

Ekoloji təsərrüfatçılıqda istehsal subyektinə gətirilən (oradan çıxarılan) xammal və məmulatların mənşəyi, tərkibi və miqdarına ünvanlı fasiləsiz nəzarətə, ekoloji sertifikatlaşdırma üzrə zəmanətlərin verilməsi və geri alınması prosesinin tam detallaşdırılmış səviyyədə xarakteristikasına xidmət edən informasiya bazasının yaradılması sahədə sahibkarlıq subyektlərində məhsul istehsalında geni dəyişdirilmiş orqanizimlərin və onların törəmələrinin istifadəsinin qaşısının alınmasında mühüm rol oynayır.

Ekoloji kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsinin nizamlanmasında markalanma xüsusi təyinatlı və mühüm mərhələdir. Markalanma müvafiq sertifikatlaşdırma orqanı tərəfindən həyata keçirilir. Bu zaman ekoloji təmiz kənd təsərrüfatı subyektlərində keçid dövrü və həmin dövrün başa çatması fərqləndirilir. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulunun emalı prosesində ekoloji tələblərə əməl edildikdə son məhsul ekoloji təmiz məhsul kimi markalanır. Əks halda əldə edilən məhsulun ekoloji təmizliyi təsdiqlənmir. “Emal üçün istifadə olunan ekoloji təmiz kənd təsərrüfatı məhsulları ənənəvi üsulla istehsal olunan başqa kənd təsərrüfatı məhsulları ilə qarışdırılıb emal edildikdə həmin emal məhsulları ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulu hesab edilmir və ümumi qaydada markalanır” (4, 16-cı maddə). Hətta ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının digər məhsullarla bir anbarda yığılması qadağan edilir.

Biokimyəvi tərkibinə görə kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması və daşınması prosesi böyük məsrəflərlə müşayiət olunur. Ekoloji təmiz məhsulların saxlanması və daşınmasına qoyulan əlavə və kifayət qədər ciddi tələblər həmin məsrəflərin həcmi və strukturuna, təsirsiz qalmır. Belə ki, ekoloji təmiz kənd təsərrüfatı məhsulları anbar və soyuducularda ənənəvi üsullarla istehsal edilmiş məhsullarla qarışdırılmamalı, saxlanma yeri istisnasız olaraq ekoloji müşahidə aparılmasına imkan verməlidir. Başqa sözlə, loqistik sistemdə miqyas effektinin reallaşmasına yeni bir məhdudiyyət yaratmaq lazım gəlir.

“Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununun (Bakı şəhəri, 13 iyun 2008-ci il) 17-ci maddəsində qeyd olunduğu kimi, “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi prosesində anbarlarda saxlanılan bütün məhsullara dair məlumatların mütəmadi qeydiyyatı aparılır, məhsulların keyfiyyəti ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlar tərəfindən müntəzəm yoxlanılır”.



Qloballaşma prosesində ekoloji kənd təsərrüfatı və ərzaq məhsullarının ölkədaxili dövriyyəsinin nizamlanması məsələləri araşdırılarkən, xarici ticarətdə liberallaşma meyilləri sərf-nəzər edilə bilməz. Başqa sözlə, ekoloji kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsinin nizamlanması və həmin məhsulların dövriyyəsinə nəzarətin təkmilləşdirilməsi məsələləri, onların idxalı və ixracı aspektləri nəzərə alınmaqla həll edilməlidir. Məlum olduğu kimi, ölkəyə satış məqsədilə ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları - onların keyfiyyəti qüvvədə olan standartların (milli və beynəlxalq) tələblərinə cavab verdikdə, həmçinin uyğunluq, keyfiyyət və fitosanitar sertifikatları əldə edildikdə idxal oluna bilər.
ƏDƏBİYYAT
1. Əliyev T. Ekoloji menecment. Bakı, «Çinar-Çap» 2006, 454 s. 2. Babayev A.H., Babayev V.A. Ekoloji kənd təsərrüfatının əsasları. Bakı, Qanun Nəşriyyatı, 2011, 544s. 3. Abasov İ.D. Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının prioritet istiqamətləri. Bakı, “Elm və təhsil”, 2011, 640 s. 4. “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı, 13 iyun 2008-ci il
Экологическое сельское хозяйство и регулирование оборота продовольственной продукции
РЕЗЮМЕ
В статье исследуются экономические и организационные вопросы экологического сельского хозяйства и регулирования оборота продовольственной продукции. Серьезные требование предоставляемые к производству экологически чистой продукции, ее хранению, и транспортировку, охарактеризовывают воздействие на структуру и объем расходов. Даны рекомендации о гармоничности экологически чистой продукции и оборота продовольственной продукции.

Ключевые слова: экологическое сельское хозяйство, экологически чистая продовольственная продукция, регулирование, оборот.
Ecological agriculture and regulation of the turnover of food products
SUMMARY
The article researched the economic and organizational questions of ecological agriculture and regulation of food products. Serious requirement provided for the production of environmentally friendly products, its storage, and transport was characterized impact on the structure and level of expenditure. Recommendations about the harmony of environmentally friendly products and turnover of food products are given.

Key words: ecological agriculture, ecological food production, regulation, circulation

Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2013/4 səh.32-37
UOT 332.12
Aqrar sahədə resurslardan istifadənin iqtisadi səmərəliliyinin

yüksəldilməsi prioritetlərinin əsaslandırılması
Əliyev Samir Ramiq oğlu

Az.ETKTİ və Tİ-nin dissertantı
XÜLASƏ
Məqalədə resurslardan istifadənin iqtisadi səmərəliliyinin yüksəldilməsinin elmi-nəzəri və metodoloji məsələləri araşdırılmış, resursqoruma mühitini şərtləndirən amillər aşkar edilmişdir. Aqrar sahədə resurslardan istifadənin iqtisadi səmərəliliyinin yüksəldilməsi prioritetləri əsaslandırılmışdır.

Açar sözlər: resurs, aqrar sahə, resursqoruma, prioritet, səmərəlilik.

*

Aqrar sahədə inkişafın başlıca istiqaməti intensivləşmə və bu əsasda resurs qoruyucu fəaliyyət mühitinin formalaşdırılmasıdır. Kənd təsərrüfatında və aqrar sənaye kompleksinin digər sahələrində torpaq, su, əmək, maliyyə və təşkilati-iqtisadi resurslardan istifadənin səmərəliliyinin yüksəldilməsi prioritetlərinin müəyyənləşdirilməsi aqrar resurs bazarının tənzimlənməsi istiqamətlərinin əsaslandırılması baxımından xüsusi aktuallığa malikdir.



Təbiətdən istifadə ona münasibətin ümumbəşəri meyarlar əsasında yenidən qurulmasını tələb edir. Kənd təsərrüfatının təbii resursların istifadəsində mühüm payı və ekstensiv inkişaf meyillərinin davamı nəticəsində bu göstəricinin yüksəlməsi XX əsrin ortalarında ənənəvi təsərrüfatçılıq metodlarının imkanlarının tükənməsinə gətirib çıxarmışdır (1, s. 88-94).

Əhali artımı, torpaqların münbitliyinin azalması, kənd təsərrüfatı məhsulunun enerji tutumunun yüksəlməsi və bir sıra analoji dinamika resurslardan istifadənin səmərəliliyinin yüksəldilməsi prioritetlərini əsaslandırarkən iqtisadi və ekoloji meyarların birgə nəzərdən keçirilməsini zəruri şərti kimi qarşıya qoyur.

İntensiv inkişaf amillərinin dəstəklənməsi hesabına məhsul istehsalının artırılması ətraf mühitin mühafizəsi tələbləri ilə, müəyyən qədər, məhdudlaşsa da, son nəticədə bu nizamlama ölkənin təbii-resurs potensialından daha səmərəli istifadə üçün, istisnasız olaraq əlverişli mühit formalaşdıracaqdır.

Torpaq resurslardan istifadə səmərəliliyinin yüksəldilməsi, ilk növbədə münbitliyin bərpasını və bu məqsədlə irriqasiya və meliorasiya tədbirlərinin hərtərəfli əsaslandırılmasını və ən yeni texnoloji bazada həyata keçirilməsini nəzərdə tutur. Bu baxımdan digər prioritet torpaq və su resurslarından səmərəli istifadəyə yönəlmiş layihələrin bütün parametrlərinin birgə (sinxron) reallaşdırılmasıdır. Belə ki, aqrotexniki tələblərə riayət olunması, mineral gübrələrdən istifadə rejiminin optimallaşdırılması, şoranlaşmış torpaqların yuyulması, əkin dövriyyəsinin elmi təşkili kimi torpaqların münbitliyinin bərpasına yönəlmiş tədbirlər, bilavasitə su resurslarından istifadənin səmərəliliyindən asılıdır.

Torpaq eroziyasının qarşısının alınması kənd təsərrüfatı istehsalında texniki vasitələrdən istifadə rejiminin müvafiq tənzimlənməsinə daha ciddi yanaşma tələb edir. İntensiv suvarma texnologiyasından istifadə dik yamaclarda humusun yuyulub getməsinə, ağır texnikanın əkin sahələrində gedişlərinin məhdudlaşdırılmaması torpağın üst qatının bərkiməsinə səbəb olur və i.a.

Sənaye mərkəzlərinin və böyük şəhərlərin, turizm və istirahət obyektlərinin ərazilərinin genişlənməsi, şəhərsalmanın tənzimlənməsindəki liberal reqlamentlər kənd təsərrüfatına yararlı ərazilərin dövriyyədən çıxması ilə nəticələnir.

Qlobal miqyasda problemə çevrilmiş adambaşına kənd təsərrüfatına yararlı torpaq sahələrinin azalması faktına qarşı görülən tədbirlər kompleksində aşağıdakılara prioritetlik verilməlidir:

- böyük şəhərlərin və sənaye mərkəzlərinin inkişaf planlarının hazırlanması zamanı ətraf ərazilərdə kənd təsərrüfatı istehsalçılarının mənafeyinin ön plana çəkilməsi. İlk baxışda mübahisə doğurmayan bu müddəaya, təcrübədə, xüsusilə şəhərsalma təcrübəsində demək olar ki, riayət olunmur. Şəhərətrafı ərazilərin tikinti, nəqliyyat, rabitə, enerji təminatı, kommunal xidmətlər və digər məqsədlərlə pərakəndə istifadəsi, arada qalan kiçik ölçülü kənd təsərrüfatına yararlı torpaqlardan aqrar məqsədlərlə istifadəni qeyri-mümkün edir. Belə ki, suvarma üçün uzun illər yaradılmış az-çox yararlı sistem sənaye müdaxilələri nəticəsində pozulur, antropogen təzyiq artır (o cümlədən, məişət tullantıları nəzərdə tutulan ərazilərdən kənara çıxır), çirklənmiş su hövzələrindən istifadə qeyri-mümkün olur. Nümunə üçün bildirək ki, şəhərləşmənin arzuolunmaz intensivliyə malik olduğu Abşeron yarmadasında olan onlarla gölün heç biri kimyəvi tərkibinə görə nəinki içməyə, hətta suvarmaya belə yaramır;

- torpaqların rekultivasiyası üzrə həyata keçirilən məqsədli proqramlar özünüidarə strukturlarının fəal iştirakı ilə koordinasiya edilməli, davamı 2009-2013-cü illər üzrə hazırlanan regionların sosial-iqtisadi inkişaf üzrə proqramda nəzərdə tutulmaqla alternativ maliyyə mənbələri müəyyən olunmalıdır.

Sudan istifadə texnologiyalarının təkmilləşdirilməsi zamanı: torpaq örtüyünün mühafizəsi və keyfiyyətinin yüksəldilməsi, qənaət və yaxın hövzələrin çirkləndirilməməsi meyarları diqqət mərkəzində olmalıdır. Mütərəqqi suvarma texnologiyaları nəinki prosesin bütünlükdə avtomatlaşdırılmasını, həmçinin suvarma prosesinə nəzarətin belə, başdan-başa avtomatlaşdırılmasını nəzərdə tutur. Müvafiq texnologiyaların qurulması və tətbiqi rejiminin optimallığının təmin edilməsi böyük miqdarda maliyyə vəsaiti tələb edir. Odur ki, su resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsinin əsas şərti mütərəqqi suvarma texnologiyalarının tətbiqinin maliyyələşməsinin səmərəli mexanizminin işlənib hazırlanmasıdır.

Resursların real qiyməti onların istifadəsi prosesində şəffaflığın artırılması üçün zəruri ilkin şərtdir. Məsələ ondadır ki, torpaq və su resursları bazarının formalaşdığı şəraitdə real və cari qiymətlər arasında fərqlər alqı-satqı münasibətlərinin sivil təkamülünü ləngidir. Problemin həlli bank-maliyyə sistemində sağlamlaşdırıcı tədbirlərin kompleksliyini, kənd təsərrüfatının obyektiv xüsusiyyətləri nəzərə alınmaqla girov mexanizminin təkmilləşdirilməsini, torpaq və qiymətli kağızlar bazarının bir-birinə qarşılıqlı nüfuz etməsinin fəal surətdə dəstəklənməsini tələb edir. Sadalanan tədbirlərin ümumi proqram çərçivəsində həyata keçirilməsi imkanlarının qiymətləndirilməsi və reallaşdırılmasına prioritetlik verilməsi məqsədəuyğundur.

Dövlətin ali rəhbərliyi səviyyəsində sahibkarlıq, o cümlədən kənd təsərrüfatında sahibkarlıq üçün əlverişli şəraitin yaradılması üçün yaxın və orta perspektivə hesablanmış, elmi cəhətdən əsaslandırılmış, proqram xarakterli tədbirlər kompleksi həyata keçirilir. Bu istiqamətdə dəstəklənən sistemli fəaliyyət resursların səmərəli istifadəsi baxımından sahibkarlıq amilinin potensialını gerçəkləşdirmək üçün geniş imkanlar açır. Bazar münasibətlərinin formalaşmasının hazırkı mərhələsində sahibkarlıq amili aqrar sahədə resurs bazarının iştirakçılarının səfərbər edilməsində mühüm rol oynayır.

Tədqiqatlar göstərir ki, çoxsaylı yeni torpaq mülkiyyətlərinin resurs bazarında qeyri-fəal iştirakı, alqı-satqı əməliyyatlarının qeyri-müntəzəmliyi aqrar sahənin resurs bazarında mütərəqqi iqtisadi və maliyyə texnologiyalarının tətbiqini ləngidir. Məhz bu baxımdan orta və iri ölçülü aqrar sahibkarlıq təsərrüfatlarının resurs bazarında bərabərhüquqlu tərəfdaş kimi çıxış etməsi, bazar strukturlarının onlara qarşı haqsız rəqabət aparmaq imkanlarını məhdudlaşdırır. Nəticədə bazar münasibətlərinin sivil rəqabətin təsiri altında təkmilləşdirilməsinin kəsilməz prosesə çevrilməsi ehtimalı yüksəlir.

Resurslardan istifadənin səmərəliliyinin yüksəldilməsində, sivil aqrar resurs bazarının təşəkkülündə həlledici istiqamətlərdən biri, bəlkə də birincisi innovasiyaların stimullaşdırılması, innovasiyalı inkişaf potensialının reallaşdırılmasıdır. Resurslardan səmərəli istifadənin innovasiyalı istiqaməti intensiv aqrotexnologiyaların, mütərəqqi təsərrüfatçılıq formalarının, resursqoruyucu üsulların geniş tətbiqini nəzərdə tutur. Resursqoruma müasir aqrar sahənin magistral inkişaf xətti olmaqla kənd təsərrüfatı məhsulunun istehsaldan son istehlakçıya qədərki yürüşünün bütün mərhələlərində innovasiyalı yanaşma sayəsində mümkündür. Aqrar istehsalın texniki vasitələrlə təminatı, maşın və avadanlıqların optimal komplekləşdirilməsi, avtomatlaşdırılmış aqroemal xəttlərinin təşkili və istismarı, yüksək məhsuldarlığa malik kənd təsərrüfatı bitki və heyvanlarının yetişdirilməsi və rayonlaşdırılması, məhsul satışının ən qabaqcıl üsullarının mənimsənilməsi və digər bu kimi böyük maliyyə tutumlu layihələrin həyata keçirilməsi kəskinləşən rəqabət şəraitinə uyğun təsərrüfatçılığın zəruri şərtləridir.

XX əsrin ortalarından başlayaraq informasiya iqtisadi inkişafın mühüm resursu kimi iqtisadi dövriyyədə, birmənalı olaraq, qəbul edilir. Bununla belə, hələ də, marketinq (o cümlədən, aqromarketinq) sahəsi istisna olmaqla, informasiya resurslarına adekvat münasibət formalaşmamışdır. İnformasiya resurs olmaq etibarı ilə spesifik cəhətləri, onun yaranması, yayılması və istifadəsi, digər resursların (məhsulların) təkrar istehsal fazalarına uyğun olmaqla milli iqtisadiyyatın, o cümlədən aqrar iqtisadiyyatın inkişafında həlledici rol oynamaqdadır (2, s.8-10).

İdarəetmənin və texnoloji proseslərin informasiya və texniki təminatını nəzərdə tutan informatlaşdırma, qabaqcıl xarici təcrübədən göründüyü kimi, kənd təsərrüfatında resursqoruma baxımından geniş imkanlara malikdir. Belə ki: - resursların çoxtəyinatlı istifadəsi barədə zəruri informasiyaya malik olan aqrar istehsalçı və emalçı bazarın konyunkturuna uyğun daha çevik hərəkət etmək imkanı qazanır; aqromarketinq tədqiqatları əmtəəlik kənd təsərrüfatı istehsalını genişləndirmək və tələb-təklif nisbətinə vaxtında reaksiya vermək üçün ilkin şərait yaradır; kənardan vəsait cəlb edilməsi alternativlərini müqayisəli qiymətləndirməklə aqrar sahibkar, ailə kəndli təsərrüfatı başçısı istehsalı genişləndirmək istiqamətində düzgün qərar qəbul edir; risklərin qiymətləndirilməsi və aradan qaldırılması üçün aqrar istehsalçının profilaktik tədbirlər görmək imkanları artır və i.a.

Yeri gəlmişkən, resurslardan səmərəli istifadə kənd təsərrüfatı istehsalçısı, emalçısı, təchizatçısı və lizinq verən tərəfindən risklərin elmi əsaslandırılmış menecmenti şəraitində mümkündür. Əks halda aqrar resurslar bazarında dayanıqlı müvazinətin əldə edilməsi və sivil bazar texnologiyalarının inkişafı ciddi problemlərlə üzləşir. Bu baxımdan resurs bazarında sanballı tərəf-müqabillər kimi iştirak edən kənd təsərrüfatı texnikası istehsalçıları (lizinq şirkətləri) və aqroemal müəssisələri arasında münasibətlər diqqətəlayiqdir.

Müstəqilliyin ilk illərində aqroemal müəssisələrinin əksəriyyətinin öz fəaliyyətini dayandırması və uzun müddət resurs bazarından çıxması maddi-texniki təminatla məşğul olan qurumların kənd təsərrüfatı məhsulları emalçıları ilə tərəfdaşlığının inkişafını əhəmiyyətli surətdə ləngitdi. Aqrar islahatın sonrakı gedişində aqroemal sahəsində tədrici canlanmanın əsaslı modernləşmə ilə müşayiət olunmaması səbəbindən maddi-texniki resurslar bazarında kənd təsərrüfatı layiqli yer tutmadı. Nəticədə aqrar resurs bazarının müvafiq seqmentində emal müəssisələrinin tələbi formalaşdırmaqda qeyri-fəal mövqeyi, onların maddi-texniki bazanı əsaslı surətdə və münasib qiymətlərlə yeniləşdirmək imkanlarını məhdudlaşdırdı. Görmək çətin deyildir ki, aqrar resurs bazarının, xüsusilə onun maddi-texniki resurslar seqmentinin yaxın tarixinə bu qısa ekuskusu davam etdirməklə, hazırda kənd təsərrüfatı texnikası bazarında təklif edilən istehsal-texniki təyinatlı vasitələrin ümumi inkişaf strategiyasına cavab verməməsinin səbəbini izah etmək olar.

Artıq qeyd edildiyi kimi, resursqoruyucu texnologiyalar resurslardan səmərəli istifadənin aparıcı istiqaməti olaraq yeni əsrin reallığına çevrilməkdədir. İstehsaldan istehlaka doğru təkrar istehsalın bütün mərhələlərində kənd təsərrüfatı mənşəli ərzaq məhsullarının hərəkəti zamanı baş verən itkilərin kəmiyyət və keyfiyyət xarakteristikası, resurslardan istifadənin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi baxımından aktualdır.

İtkilərin aradan qaldırılması istiqamətində aparılan tədqiqatlarda nisbi müstəqil mərhələlərin təsnifatı və onların qovşaqlarına gəlib çatan resursun (məhsulun) miqdarının qiymətləndirilməsinə yanaşmalar fərqlidir. Müqayisəli təhlil göstərir ki, kənd təsərrüfatı (o cümlədən, ərzaq) məhsullarının istehlaka doğru hərəkətində baş verən kəmiyyət və qismən keyfiyyət dəyişmələrini səciyyələndirmək üçün:

- kənd təsərrüfatı məhsulunun kəmiyyətcə qiymətləndirilməsi meyarlarındakı fərqlərdən asılı olaraq altı göstərici və onların qarşılıqlı asılılığı şərh olunmalıdır. Həmin göstəricilər, tədricən itkiyə məruz qalmaqla azalan aşağıdakı kəmiyyətlərdə ifadə olunur: potensial, bioloji, yığılmış, infrastrukturun keçmiş, emal olunaraq satılmış və istehlak edilmiş məhsul.

İstehsal vasitələri ilə mövcud təminatı əməyin təşkili, kənd təsərrüfatı sahəsində qazanılmış təcrübə bazasında yetişdirilə bilən məhsulun miqdarı kimi səciyyələndirən potensial məhsul sadalanan göstəricilər sırasında ən yüksək qiymətə malikdir. Ərzaq resurslarının hərəkəti zamanı baş verən itkilər həmin resursların yeridilişi prosesini şərtləndirən bütün amillərin bu və ya digər dərəcədə təsirinin nəticəsidir. Bununla belə, təhlil zamanı itkilərə səbəb olan əsas amillərlə kifayətlənmək lazım gəlir.

Kənd təsərrüfatında inkişafın başlıca resursu kimi iş qüvvəsindən istifadənin səmərəliliyi makro və mikromühitin amillər kompleksindən asılıdır. Əmək resurslarından səmərəli istifadə prioritetlərini müəyyənləşdirmək üçün son iki onillikdə həmin resursların kəmiyyət və keyfiyyətində baş vermiş dəyişiklikləri, müxtəsər olaraq, nəzərdən keçirməyə ehtiyac vardır.

Torpaq islahatından sonra yaranmış çoxsaylı xırda təsərrüfat qurumlarının fəaliyyətinin səmərəliliyi iş qüvvəsinin kəmiyyət və keyfiyyətin yəni yaş, cins tərkibi, təcrübi vərdişləri və nəzəri hazırlığı, miqrasiya proseslərinin xarakteri və bu kimi digər amillərin təsiri altında formalaşır. Kənd təsərrüfatında və ümumilikdə kənddə məşğulluğun səviyyəsi, aqrar istehsalın intensivləşmə dərəcəsi ilə bilavasitə əlaqədardır. Bu əlaqə ikili təsirə malik olub, bir tərəfdən intensiv inkişaf amilləri hesabına kənd təsərrüfatı məhsulları istehsalının həcmini çoxaldırsa, digər tərəfdən kənddə işsizliyi artıran potensial amilə çevrilir. Odur ki, əmək resurslarından istifadə səmərəliliyinin yüksəldilməsi probleminə kompleks baxılmalı, prioritetlərin əsaslandırılması zamanı iqtisadi, sosial, struktur, texnoloji və digər aspektlərdə tədqiqatların nəticələri ümumiləşdirilməlidir.

Aparılmış tədqiqatlar sayəsində kənd yerlərində əmək resurslarından istifadə və istehsalın intensivləşməsi, rəqabət qabiliyyətli məhsul istehsalının genişlənməsi və aqrar sahədə çalışanların gəlirlərinin artması imkanlarının reallaşması məsələlərinin sistemli araşdırılması zərurəti ortaya çıxarılmış, iqtisadi fəallığın yüksəldilməsi barədə bəzi müddəa və tövsiyələr əsaslandırmışlar. Bununla belə, aqrar sahənin resurs bazarının formalaşması müstəvisində, yuxarıda sadalanan problemlər kifayət qədər öyrənilməmiş, bir sıra məsələlərə sırf tədqiqatçı məqsədi baxımından, başqa sözlə, konkret praktiki cəhətdən münasibət bildirilmişdir.

Əmək resurslarından istifadə səmərəliliyinin yüksəldilməsinin mühüm istiqaməti ixtisaslı kadrlar hazırlığı sistemini təkmilləşdirməkdən ibarətdir. Aqrar islahat dövründə kənd təsərrüfatının intensiv inkişafında, sözün həqiqi mənasında yeni kadrların rolu həlledicidir. İstehsalın və əməyin təşkilində aparıcı mövqe tutacaq həmin kadrlar müasir iş üsullarını dərindən mənimsəməli, intensiv aqrotexnologiyaların tətbiqində, dərk edilən risk və qeyri-standart situasiyalar şəraitində əsaslandırılmış qərarlar qəbul etməli, eyni zamanda çevik manevr etmək qabiliyyətinə malik olmalıdır.

Göründüyü kimi kənd təsərrüfatında menecer və sahibkar arasında işçi (kadr) keyfiyyəti baxımından fərq, o qədər də böyük deyildir. Aqrar sahibkarın müstəsna öhdəliyi ciddi maliyyə qərarları ilə cari istehsalın maliyyə nəticələrini çoxvariantlı əlaqələndirmək, innovasiyalı və optimal qərarlar qəbul etməkdir.

Kənd təsərrüfatı üçün ixtisaslı kadr hazırlığı və ixtisasartırma sistemində aparılan islahatın əsas istiqamətlərinin əsaslandırılması üçün bütün regionlarda aqrar sahənin inkişaf tələbləri hərtərəfli öyrənilməli, ev təsərrüfatlarının tədqiqi üzrə aparılan sorğulara müvafiq bəndlər əlavə edilməlidir. Kənd təsərrüfatının inkişaf perspektivləri baxımından kadr siyasətinin əsas istiqamətləri müəyyənləşdirilərkən gəlirli fəaliyyət növlərinin artırılması və fəaliyyət inteqrasiyası imkanları qiymətləndirilməlidir.

Zənnimizcə, problemin bu cəhəti üzərində bir qədər dayanmağa dəyər. İqtisadi ədəbiyyatda istifadə olunan və mahiyyəti dürüst əks etdirən anlayış kimi kənd sənayesi aqrar rayonlarda əhalinin alıcılıq qabiliyyətinə güclü təsir etmək imkanına malikdir. Çinin son üç onillikdəki təcrübəsi bunu əyani şəkildə sübuta yetirmişdir (3, s. 109)

Respublikamız üzrə aparılan müvafiq hesablamalar göstərir ki, kənd yerlərində yeni iş yerləri açmaq üçün çəkilən xərclər, şəhərdə yaradılan analoji iş yerinə nisbətən azı 5-6 dəfə ucuzdur. Yeri gəlmişkən qeyd edək ki, dünyanın bir çox ölkələrində də bu nisbət müşahidə olunur. Kənd təsərrüfatı və kənd sənayesinin inteqrasiyası kənd əhalisinin alıcılıq qabiliyyətinə təsir edən başlıca neqativ meyili-pul vəsaitlərinin daxil olmasındakı qeyri-bərabərliyi aradan qaldırmaq üçün əhəmiyyətli rol oynayır.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına xidmət edən məlum Dövlət Proqramı çərçivəsində kənd rayonlarında meyvə şirələri, bitki yağları, şərab və digər aqroemal məhsulları istehsalı üçün yaradılmış sənaye müəssisələri, aqrar-sənaye fəaliyyəti növlərinin inteqrasiyasının müsbət nəticələrini reallaşdırır. Bu prosesin növbəti beş ildə, daha geniş miqyasda və ixrac potensialını reallaşdırmaqla həyata keçirilməsi üçün zəmin yaradılmışdır. Həmin təməl üzərində görüləcək işlərin səmərəliliyinin artırılması, kənd sənayesi şəbəkəsinin kompleks inkişafı üçün bank, kredit təşkilatları, sığorta və lizinq şirkətlərinin, daxili və xarici investorların fəaliyyətinin təşviq və koordinasiyası rəqabətədavamlı yerli istehsalı genişləndirməklə resurslardan, xüsusilə əmək və maliyyə resurslarından səmərəli istifadəni stimullaşdıracaqdır.

Daxili aqrar bazarın qorunması sivil iqtisadiyyatın mühüm vəzifəsidir. Qloballaşma şəraitində kənd təsərrüfatına dövlət himayəsi aqrar sahənin resurs bazarının tənzimlənməsinə spesifik tələblər qoyur. Bu barədə sonralar bəhs edəcəyimizə görə, yalnız onu qeyd edək ki, həmin tələblər satınalınan (ixrac) resurslarından istifadə səmərəliliyinə xidmət etməlidir. Postsovet məkanı və Şərqi Avropa ölkələrində bu istiqamətdə qazanılmış təcrübə belə deməyə əsas verir ki, yerli kənd təsərrüfatı məhsulları və ixrac olunan resursların qiymətləri arasında disparitetin aradan qaldırılması üçün gömrük tarifləri və kvotaların formalaşması prosesində beynəlxalq bazarın və konkret ölkənin xüsusiyyətləri tarazlaşdırılmış şəkildə nəzərə alınmalıdır.


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin