AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
136
ABġERONA ĠNTRODUKSĠYA OLUNMUġ NEDZVETSKĠ ALMASININ (Malus niedzwetzkyana Dieck. ) TOZCUQLARININ MORFOLOGĠYASI VƏ HƏYATĠ QABĠLIYYƏTĠ Ərəbzadə A.Ə., Zeynalov Y.M.
AMEA Mərkəzi Nəbatat Bağı Tərəfimizdən ilk dəfə olaraq Abşeron şəraitində nedzvetski almasının tozcuqlarının morfologiyası və həyati qabiliyyəti öyrənilmişdir. Tədqiqatlar AMEA Mərkəzi Nəbatat Bağında Z.T.Pauşevanın metoduna əsasən aparılmışdır.Məlum olmuşdur ki, tozcuqların forması uçbucaqşəkilli,rəngi açıq sarı, ölçüsü 12 mkn olub,xaricdən ekzina qatı ilə örtülmüşdür.Həyati qabiliyyətin öyrənilməsi zamanı Van-Tiqem kamerasından, qidalı mühit kimi isə müxtəlif qatılıqda (10%, 15%, 20%) saxaroza məhlulundan istifadə olunmuşdur. Saxarozanın 10%-li məhlulunda cücərmə müşahidə edilməmişdir, 15% və 20%-li məhlulunda isə tozcuqlar yaxşı cücərmişdir. Abşeron şəraitində becərilən nedzvetski almasının tozcuqlarının həyati qabiliyyəti yüksək olub, xüsusi şəraitdə uzun müddət cücərmə qabiliyyətini saxlayır.