AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
50
və lokal şəkildə bozqır, səhra və çala-çəmən qruplaşmalarına rast gəlinir. Müşahidələr göstərdi ki,
ekoloji və antropogen amillərin təsiri nəticəsində bitki örtüyündə yovşanlıq (Artemisieta), efemerlik
(Ephemereta), dəvətikanlıq (Alhagieta) vəüzərriklik (Peganate) fitosenozlanda suksessiya baş verir
və bitki qruplaşmalarının birı digərı ilə əvəz olunur. Müəyyənləşdirildi ki, ərazidə geniş areallı və
davamlı fitosenoz yovşanin (Artemisia fraqrans) üstünlüyü ilə formalaşmış yovşanlıq formasiyasıdır.
Tədqiq olunan fitosenozların taksonomik tərkibində yovşanlıq, efemerlik, birillik şorangəlı-efemerlik,
üzərlikli-dəvətikanlıq, efemerli-yovşanlıq, yovşanlı-efemerli-dəvətitikanlıq qruplaşmaları ərazidə daha
geniş sahələrı tuturlar. Qeyd olunan, fitosenozların yem kütləsini təşkil edən bitkilər müxtəlif həyat
formalarından və yem qruplarından təşkil olunmuşdur. Onların flora tərkibi qiuymətli yem bitkiləri
ilə zəngindir və qış otlağı kimi geniş ıstifadə olunur.
ġəkil 2. Şəmkir rayonu Gəncə - Qazax düzənliyi, yovşanlıq (Artemisieta fragrans) yarımsəhraları
Efemerlər qrupuna daxil olan – yapon tonqalotu (Bromus yaponicus Thunb.), rubens
anisantası (Anisanta rubens (L.) Nevski), bərk quramit (Lolium rigidum Gaudin), Şərq bozağı
(Eromopurum orientale (L.) Jaub. et Spach), dovşan arpası (Hordeum leporinum Link), şübhəli
vələmir (Avena clauda Durieu.), efemerlərdən soğanaqlı qırtıc (Poa bulbosa L.) və lifli qazsoğanı
(Gagea fibrosa (Desf.) Schult.et Schult.fil.) ərazinin yarımsəhra bitkiliyində dominantlıq və
subdominantlıq edirlər.
Şorangələr və müxtəlifotlar qrupunda uzunvegetasiyalı birillik şorangələr; ətli şorangə
(Salsola crassa (Bieb.) Botsch.), budaqlı qışotu (Petrosimonia brachiata Pall.) və s.; uzunvegetasiyalı
birillik müxtəlifotlardan üzərrik (Peganum harmala L), adi dəvətikanı (Alhagi pseudoalhagi (Bieb.)
Desv.), yarımkolcuqlardan iyli yovşan (Artemisia fragrans Willd) və qarağan (Salsola dendroides Pall.) fitosenozların flora tərkibində tez-tez rast gəlirlər.
Ərazinin müasir bitki örtüyü üçun 1 bitkilik tipi, 3 formasiya, 10 assosiasiya
müəyyənləşdirilməklə, onların taksonomik təsnifatı tərtib və təsvir olunmuşdur:
Tip: Yarımsəhra
Formasiya: Artemisieta fragrans Assosiasiyalar:
Ass. 1. Təmiz yovşanlıq (Artemisia fragrans). Ass. 2. Efemerli-yovşanlıq ( Artemisia fragrans + Ephemeretum). Ass.3. Dəvətikanlı–yovşanlıq (Artemisia fragrans+Alhagi pseudoalhagi). Ass.4.Müxtəlıfotlu-yovşanlıq (Artemisia fragrans+ Xantium strumarium + Senecio vernalis + Cartamnus oxyacantus + Capparis spinoza + Centaurea solsitalis) və s.
Ass.5. Efemerlı-qarağanlı-yovşanlıq (Artemisia fragrans + Ephemeretum + Salsola dendroides). Form: Alhagieta psedoalhagi Ass. 1. Dəvətikanlıq (Alhagi psedoalhagi)