AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
182
T.araraticum növündə quraqlıq zamanı Xl (a+b)-nin miqdarı azalmış, nəzarətə görə 78,8%,
duzluluqda isə 140,5% təşkil etmişdir. Beləliklə, T.araraticum növünü quraqlığa orta davamlı,
duzluluğa isə davamlı növ kimi qeyd etmək olar.
T.dicoccodies (1)-də nümunələr həm quraqlığa, həm duzluluğa qarşı son dərəcə həssaslıq
nümayış etdirmişlər. Belə ki, quraqlığın təsirindən Xl (a+b)-nin miqdarı nəzarətə görə 28%, duzluluq
şəraitində isə bu göstərici 30% olmuşdur. Forma həssas hesab olunur. T.dicoccodies (2)-də isə
nümunələr stres amillərə qarşı tolerantlıq göstərmişlər. Belə ki, quraqlıqda Xl (a+b)-nin nəzarətə görə
miqdarı 104,7%, duzluluqda isə 117,5% təşkil etmişdir.
T.monococcum növündə Xl (a+b)-nin miqdarı quraqlıq zamanı nəzarətə görə 102,6%, duzluluq
şəraitində isə 98,1% olmuşdur. Növ davamlı hesab edilə bilər. T.monococcum (İran)-da isə göstəricilər
uyğun olaraq, 87,8% və 84,6% olmuşdur. Nümunələr stres amillərə qarşı orta davamlı kimi
dəyərləndirilir.
T.urartu növünün ekotipləri quraqlıq və duzluluğa qarşı müxtəlif dərəcədə tolerantlıq nümayiş
etdirmişlər. Göründüyü kimi, T.urartu növündə quraqlıq zamanı Xl (a+b)-nin miqdarı 87,6-99,9%,
duzluluqda isə 80,5- 162% arasında dəyişir. Xlorofilin miqdarına görə növü orta davamlı və davamlı
hesab etmək olar.
T.monococcum növündə quraqlığın təsirindən Xl (a+b)-nin miqdarı 87,8-102,6% dəyişmiş,
duzluluğun təsirindən isə 84,6-98,1% intervalında dəyişmişdir. Növü stres amillərə davamlı hesab
etmək olar.
T.araraticum növündə Xl a/b nəzarətə görə quraqlıq zamanı 196,5%, duzluluqda isə 63,8%
nəticə vermişdir.
T.dicoccodies (1)-də Xl a/b nisbəti nəzarətlə müqayisədə quraqlıqda 115,8%, duzluluqda
186,9%, T.dicoccodies (2)-də uyğun olaraq, bu göstəricilər 86,4% və 100% təşkil etmişlər. Lakin T. dicoccodies (1)-də quraqlıq və duzluluq zamanı Xl b-nin miqdarının kəskin azalmasını nəzərə alaraq,
(nəzarət 9,34, quraqlıqda 0,23, duzluluqda 0,15), bu növün stres amillərə olduqca həssas olması aşkar
olunur.
T.monococcum-da Xl a/b nisbəti nəzarətə nəzərən 103% (quraqlıqda) və 104,8% (duzluluqda)
təşkil etmişdir. T. monococcum (İran)-da nəticələr uyğun olaraq 113,6% və 107,4 % olmuşdur.
T.urartu ekotiplərində Xl a/b göstəricisi nəzarətə nəzərən quraqlıqda 79,3-110%, duzluluqda
isə 20,4-142,5% arasında dəyişmişdir. Həm Xl (a+b), həm də X
nisbətinin nəzarətə görə alınan
nəticələrini araşdırarkən T.urartu (Gürcüstan), T.urartu (Livan-2), T.urartu (İran) ekotiplərinin stres
amillərə qarşı tolerant olduğunu qeyd etmək lazımdır.
Beləliklə, yabanı buğda növləri üzrə aparılan tədqiqatlardan alınan nəticələrə əsasən, ekotiplər
arasında quraqlıq və duzluluq kimi stres amillərə qarşı davamlılıq dərəcələrinin müxtəlif olması
müəyyən edilmişdir.