Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə74/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   70   71   72   73   74   75   76   77   ...   339
Ekoloji qruplar 
Növlərin sayı 
%-lə miqdarı 
Kserofitlər 
44 
42 
Mezofitlər 
22 
21 
Kseromezofitlər  
21 
20 
Mezokserofitlər  
18 
17 
Cəmi 
105 
100 
 
 Fəsilənin  bölgədə  yayılan  nümayəndələrinin  meyvələri  skulpturasına  görə  fərqləndikləri  kimi  onların 
yayılma üsulları da bir-birlərindən fərqlidir. Meyvələrin üzərindəki əlavələrin formasına görə bu üsulların və 
toxumların yayıldıqları agentlərin müəyyən edilməsi mümkündür. 
Yayılma üsullarına görə Azərbaycan florasının Göyzəbankimiləri üç qrupa bölünürlər:  
1.  Zooxoriya  üsulu  ilə  yayılan  növlər.  Bu  növlərin  meyvələrinin  üzəri  müxtəlif  cür  qarmaqşəkilli  tikan  və 
qılcıqlarla örtülü olur ki, bu əlavələr də həmin növlərin toxumlarının heyvanlar və quşlar vasitəsilə yayılmasına 
imkan yaradır. Cynoglossum, Solenanthus, Lapulla, Suchtelenia, Heterocaryum və digər cinslərə aid növlər. 
2. Anemoxoriya üsulu ilə yayılan növlər. Bu növlərdə toxumlar tikan və qarmaqlarla örtülü olmasa da, yumşaq 
tüklər qanaqcıqlar və buna oxşar diğər əlavələrə malikdirlər ki, bu da onların küləklə yayılmasına şərait yaradır. 
Omphalodes, Strophyostoma, Paracaryum, Asperugo, Caccinia və s. cinslərə aid növlər. 
3. Mirmekoxoriya üsulu ilə yayılan növlər. Bu növlər əsasən su vasitəsilə yayılırlar ki, buna da həmin bitkilərin 
toxumlarının hamar səthə malik olmaları və su hövzələrinə, çaylara və digər su axarlarına yaxın məsafələrdə 
yaılmaları imkan verir. Myosotis, Lithospermum, Aegonychon, Cerinthe və digər cinslərə aid növlər. 
Tədqiq  olunuan  ərazinin  Göyzəbankimilərinin  bitdikləri  substrata  münasibətlərinə  görə,  bir  neçə 
bioekoloji qrupu müəyyən edilmişdır. Bunlar 1. daşlı-qayalıq ərazilərdə yayılan petrofit (Onosma, Paracaryum, 
Lappula,  Nonea,  Omphalodes  və  s.  cinslərə  aid  növlər),  2.  qumsal  torpaqlarda  yayılan  psammofit  (Argusia, 
Lycopsis,  Nonea,  Lappula,  Heliotropium  və  s.  cinslərə  aid  növlər),  duzlu-şoran  torpaqlarda  yayılan  halofit 
(Arnebia decumbens, Heliotropium supinum, Nonea caspica, N.rosea, N.setosa, Moltika coerulea və s. növlər) 
əhəngli  torpaqlarda  yayılan  kalsofit  tipli  (Suchtelenia  calycina,  Caccinia  macranthera,  Lappula  barbata, 
Onosma  levinii,  L.sessiliflora,  Rochelia  disperma,  R.  retorta  və  s.  növlər)  substratlarda  yayılan  bitkilərdir. 
Qalan növlər isə meşə, bozqır və çəmən bitkiləri olub, münbit torpaqlarda daha çox yayılmışdır. (Aegonychon, 
Brunnera, Solenanthus, Myosotis, Symphytum, Cynoglossum, və s. cinslərə aid növlər) 

Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin