AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
151
əmələ gələn OFF hüceyrənin müdafiə və adaptiv mexanizmində ötürülmə siqnalı kimi iştirak edir [2,
13], xüsusilə fotosintetik reaksiya səviyyəsində [14]. Bizim tədqiqatlarda geniş yayılmış bioloji
yaşama müddəti çox olan Cd
2+
ionları istifadə olunub. Cd
2+
bitkilərin mineral qidalanma komponenti
kimi vacib element deyil. Digər tərəfdən bitki kökü torpaqdan onu asanlıqla udur və yarpaqlara ötürür.
Yarpaqlarda xlorofilin tərkibinin azalması Cd
2+
ionlarının toksikliyinin ilkin simptomudur [11].
Məlumdur ki, Cd
2+
ionları Xl a və b-nin və karotinoidlərin akkumulyasiyasının ingibirləşməsinə səbəb
olur, bitkinin fotosintetik aktivliyini, normal böyümə və inkişafını pozur [16]. Cd
2+
həmçinin
fotosistem 2-nin xlorofil-zülal kompleksinin antenlərinin sintezinə təsir göstərir.