İstehlakçi davranişinin idarə edilməsi mövzu İstehlakçı təmayüllü marketinq



Yüklə 324,66 Kb.
səhifə18/86
tarix25.04.2023
ölçüsü324,66 Kb.
#102551
1   ...   14   15   16   17   18   19   20   21   ...   86
stehlak i davrani inin idar edilm si m vzu stehlak t may ll

Elmi baza. İstehlakçıların davranışının öyrənilməsi bir çox hallarda təbabəti xatırladır. Təbabət kimya, biologiya, psixologiya, injinirinq və digər fənn sahələrindəki biliklərdən istifadə edən tətbiqi elmdir. Əgər qaçışla məşğul olan idmançı dizində ağrılardan şikayət edirsə, həkim rentgen müayinəsinin köməyi ilə diaqnoz qoymağa çalışır. Amma əgər problem sümükdə yox, qığırdaqdadırsa, onda rentgen müayinəsi kifayət etməyəcək və həkim maqnit – rezonans tomoqrafiyası təyin edəcək. Hər hansı müayicə təyin etməzdən əvvəl həkim xəstənin xəstəlik tarixinin öyrənilməsi də daxil olmaqla əlavə müayinə də aparacaq. İstehlakçıların davranışı da eynilə təbabət kimi iqtisadiyyatın, psixologiyanın, sosiologiyanın, antropologiyanın, statistikanın və digər fənlərin nailiyyətlərindən istifadə edən tətbiqi elmdir. İstehlakçıların davranışını başa düşmək üçün cərrah sizin dizinizdə nə baş verdiyini nə qədər yaxşçı bilməlidirsə, siz də onların beynində nə baş verdiyini o qədər yaxşı bilməlisiniz. Amma istehlakçıların niyə özlərini məhz başqa cür, məhz bu cür apardığını anlamaq hələ işin başlanğıcıdır. Bu biliyi cərrah ustalığı ilə məhsul yaradılmasına, reklama, pərakəndə satışa və marketinq proqramlarının digər aspektlərinə tətbiq etmək lazımdır. Rentgenin, qan analizinin və tomoqrafiyanın nəzəri və metodloji “ekvivalentləri” istehlakçıların düşüncələrinə nüfuz etməyə kömək edə bilər.
İstehlakçıların davranışını öyrənmə metodları.
İstehlakçıların vahid universal tədqiq metodu mövcud deyil; “istehlakçıların düşüncələrinə nüfuz etmək üçün” analitiklər çoxlu müxtəlif metodlara müraciət etməli olur. Bəzən alıcının davranışındakı dəyişiklikləri müəyyən etmək üçün məhsulun xüsusi təklifinə və kuponlara və yaxud mühasibə və ya fokus qruplara əsaslanan eksperiment keçirilməsi tələb olunur. Rəsmiyyətin daha az olduğu təbii şəraitdə tədiqat aparılması üçün bu gün bir çox təşkilatlar antropologiya və sosiologiya metodları sərbəst şəkildə əxz edir. Bu metodlara respondentlərin evlərinin, avtomobillərinin, vanna otaqlarının və ofislərinin tədqiqi də daxil ola bilər və bu, istehlakçıların məhsulları necə istifadə etdiyini və ya problemlərin həlli yolunu necə tapdıqlarını daha yaxşı anlamağa imkan verər. Bütün metodları üç əsas metodoloji yanaşmaya bölmək olar:

  1. müşahidə;

  2. müsahibə və sorğular;

  3. eksperiment.


Yüklə 324,66 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin