İstehlakçi davranişinin idarə edilməsi mövzu İstehlakçı təmayüllü marketinq



Yüklə 324,66 Kb.
səhifə32/86
tarix25.04.2023
ölçüsü324,66 Kb.
#102551
1   ...   28   29   30   31   32   33   34   35   ...   86
stehlak i davrani inin idar edilm si m vzu stehlak t may ll

stimulun generalizasiyası – reaksiyanın başlanğıc şərti stimuldan oxşar səsli daha geniş stimullar spektirnə daşınması (Mənim ailəm məhsulu).

  • stimulun diskriminasiyası - başlanğıc stimulun istənilən digər stimuldan fərqi.

    Reklam fəaliyyətində stimulları aşağıdakıların vasitəsilə gücləndirmək çox mühümdür:

    • stimul elementlərinin qarşılıqlı əlaqəsinin qurulması;

    • şüurda müəyyən obrazın əmələ gəlməsinə səbəb olan konkret sözlərdən istifadə;

    • özü refleks vermə - öz məninə və şəxsi təcrübəsinə müraciət.

    Rəqib markaların mühüm fərqi görünməyən bazarlarda fərqləndirici cəhətləri əsas götürməklə ticarət markasını ayırd etmək çətin olur. Lakin emosional reaksiyalara səbəb olan stimulların köməyi ilə markaya münasibəti dəyişmək olar.

    1. Koqnitiv təlim intellektual proseslərdə cəmlənir. Özünü bu istiqmətə aid edən alimlər hesab edirlər ki, vərdişlər nə qədər mürəkkəb olsa da, onların formalaşması insanların və heyvanların əvvəllər rastlaşmadıqları problemləri uğurla həll etmə qabiliyyətini tam izah etməyə imkan vermir. Onlar iddia edirlər ki, belə hallarda biliyə və insayta əsaslanan başqa proses baş verir. Aşağıdakı koqnitiv təlim metodları qeyd olunur:

    • ənənəvi əzbərləmə;

    • əvəz etmə / modelləşdirmə - bu təlim metodu həm koqnitiv, həm də şərti refleks təlimi kimi aspektləri birləşdirir. Reklam vasitəsilə konkret məhsuldan istifadəyə görə mükafat veriləcəyini vəd verilməsi nümunə ola bilər (reklam pozitiv möhkəmlənmə almış qadını (sevinən gözlər) göstərə bilər, çünki onun əynində gözəl kolqotka var);

    • düşüncə - yeni assosiasiyalar və anlayışlar formalaşdırmaq üçün istehlakçının mövcud, habelə yeni informasiyanı restrukturizasiya və rekombinasiya etmək üçün yaradıcı düşüncəsi. Bu metod peşəkar nəşrlərdə məqalə yerləşdirərkən istifadə olunur.

    Cədvəl 5.1.

    Yüklə 324,66 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   28   29   30   31   32   33   34   35   ...   86




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin