İstehlakçi davranişinin idarə edilməsi mövzu İstehlakçı təmayüllü marketinq


İstehlakçıların davranışının analizi və proqnozlaşdırılması



Yüklə 324,66 Kb.
səhifə28/133
tarix02.01.2022
ölçüsü324,66 Kb.
#1566
1   ...   24   25   26   27   28   29   30   31   ...   133
1. İstehlakçıların davranışının analizi və proqnozlaşdırılması

Tələbat zəncirində istehlakçıya hərtərəfli istiqamətlənmə

Marketinq oriyentasiyası üçün təşkilatın istehlakçılara necə uyğunlaşması məsələsi mərkəzi məsələdirsə, onda istehlakçıya tam oriyentasiya Tələbat zəncirində bütün təşkilatların istehlakçıların dəyişən həyat tərzinə və davranışına necə uyğunlaşmasına diqqət verərək məsələnin çərçivəsini genişləndirir. Limited Brands, Wal-Mart və Dell kimi təşkilatların uğurlarının mühüm bir hissəsi bununla bağlıdır ki, onlar malın işlənib hazırlanmasını, logistikanı, istehsalı və pərakəndə satışı başında istehlakçının durduğu tələbat zəncirinə daxil edərək istehlakçıya tam oriyentasiyanı təşkil edə bilmişlər.

İstehlakçını tam anlamaq mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan təklif zəncirinin halqalarının öz səylərini cəmiyyətin bütün üzvlərinin rifahı üçün birləşdirdiyi daha sərbəst bazar sistemlərinə keçid etməkdə olan ölkələr üçün faydalıdır.

Nailiyyət əldə edərək inkişaf etmək üçün firmalar informasiya texnologiyaları, istehlakçını qoruyub saxlama proqramı, istehlakçının tədqiq olunması, istehlakçının alış etmək haqqında qərar qəbul etməsi, ticarət markasının yaradılması, internet strategiyalar kimi sahələrdə öz bacarıqlarını cilalamalıdır. Eyni zamanda onlar muldimediya, çoxkanallı dünyaya miqrasiya edən və internet sayəsində getdikcə bir-biri ilə daha sıx birləşən reklam, kommunikasiya və marketinq sahəsində əvvəllər əldə etdikləri bilik və bacarıqları da təkmilləşdirməlidirlər.

Həddən artıq güclü rəqabətin getdiyi qlobal bazar məkanında istehlakçıların motivasiyası və davranışı barədə etibarlı, əlverişli və praktik informasiyaya tələbat günü - gündən artır. Məsələ marketinq problemlərinin aşkar və həll edilməsi nəzəriyyəsini və metodikasını praktikada tətbiq etməklə bu informasiyanı necə əldə etməkdədir. Strategiyaların planlaşdırılmasında və yaradılmasında kömək üçün satıcılar davranış elmlərinə və həmin elmlərin çox vaxt mütərəqqi informasiya texnologiyalarından istifadə etməklə istehlakçılar haqqında informasiyanı toplama və şərh etmə metodlarına müraciət edir. Amma bunun üçün hansı metod seçilir – seçilsin, bizim vəzifəmiz istehlakçının davranışını necə öyrənməyi və konkret situasiya üçün ən optimal strategiyanı necə realizə etməyi anlamaqdır.

Elmi baza. İstehlakçıların davranışının öyrənilməsi bir çox hallarda təbabəti xatırladır. Təbabət kimya, biologiya, psixologiya, injinirinq və digər fənn sahələrindəki biliklərdən istifadə edən tətbiqi elmdir. Əgər qaçışla məşğul olan idmançı dizində ağrılardan şikayət edirsə, həkim rentgen müayinəsinin köməyi ilə diaqnoz qoymağa çalışır. Amma əgər problem sümükdə yox, qığırdaqdadırsa, onda rentgen müayinəsi kifayət etməyəcək və həkim maqnit – rezonans tomoqrafiyası təyin edəcək. Hər hansı müayicə təyin etməzdən əvvəl həkim xəstənin xəstəlik tarixinin öyrənilməsi də daxil olmaqla əlavə müayinə də aparacaq. İstehlakçıların davranışı da eynilə təbabət kimi iqtisadiyyatın, psixologiyanın, sosiologiyanın, antropologiyanın, statistikanın və digər fənlərin nailiyyətlərindən istifadə edən tətbiqi elmdir. İstehlakçıların davranışını başa düşmək üçün cərrah sizin dizinizdə nə baş verdiyini nə qədər yaxşçı bilməlidirsə, siz də onların beynində nə baş verdiyini o qədər yaxşı bilməlisiniz. Amma istehlakçıların niyə özlərini məhz başqa cür, məhz bu cür apardığını anlamaq hələ işin başlanğıcıdır. Bu biliyi cərrah ustalığı ilə məhsul yaradılmasına, reklama, pərakəndə satışa və marketinq proqramlarının digər aspektlərinə tətbiq etmək lazımdır. Rentgenin, qan analizinin və tomoqrafiyanın nəzəri və metodloji “ekvivalentləri” istehlakçıların düşüncələrinə nüfuz etməyə kömək edə bilər.


Yüklə 324,66 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin