İstehlakçi davranişinin idarə edilməsi mövzu İstehlakçı təmayüllü marketinq



Yüklə 324,66 Kb.
səhifə79/133
tarix02.01.2022
ölçüsü324,66 Kb.
#1566
1   ...   75   76   77   78   79   80   81   82   ...   133
2. Ailə həyat siklinin mərhələləri

İstehlakın xarakteri həm də ailənin həyat siklinin mərhələsindən də asılıdır. Son dövrün bəzi çalışmalarında təsnifatı ailənin həyat siklinin psixoloji mərhələləri üzrə aparırlar.



Cədvəl 2.

Amerika tipologiyasına uyğun olaraq ailənin həyat sikli mərhələləri və alıcı davranışı

Həyat sikli mərhələləri

Davranış və alıcı vərdişlərinin xüsusiyyətləri

1. Subay həyat mərhələsi, valideynlərindən ayrı yaşayan tənha gənclər

Maliyyə yükləri çox deyil. Dəb sahəsində fikir lideridirlər. Fəal istirahətə kökləniblər. Əsas mətbəx avadanlıqları, əsas mebel, avtomobillər, nikah oyunları üçün ləvazimatlar, istirahət göndərişləri alıcılarıdırlar.

2. Uşağı olmayan gənc ailələr

Maliyyə vəziyyətləri yaxın gələcəkdə olacağından daha yaxşıdır. Ən yüksək alıcılıq fəallığı, uzun müddətli istifadə mallarının alınmasında ən yüksək orta göstəricilər. avtomobil, soyuducu, mətbəx plitələri, ən zəruri olan mebelin və uzun müddətli istifadə edilən mebellərin, istirahət göndərişlərinin alıcılarıdırlar .

3. “Dolu yuva”, 1-ci mərhələ: ən kiçik uşaq 6 yaşdan aşağıdır

Yaşayış evi alınmasının zirvəsidir. Dövriyyə kapitalı böyük deyil, Özünün mliyyə vəziyyətindən və qənaət edilmiş pulların məbləğindən narazılıq. Yeni mallarda maraqlılıq. Reklam edilən məhsulların həvəskarları. Paltaryuyan və yuma maşınlarının, quruducuların, televizorların, uşaq qidasının, öskürək dərmanları, vitaminlərin, oyuncaqların, uşaq arabalarının, xizəklərin, konkilərin alıcılarıdırlar.

4. “Dolu yuva”, 2-ci mərhələ, kiçik uşağın yaşı 6 və daha çoxdur

Maliyyə vəziyyəti yaxşılaşıb. Bəzi xanımlar işləyirlər. Reklam daha az təsir göstərir. Daha iri qablaşdırmada olan malları alırlar, birdəfə bir neçə mal vahidinin alınması üçün sövdələşmələr bağlayırlar. Müxtəlif qida məhsullarının, təmizləyici materialların, velosipedlərin, musiqi, pionino müəllimləri xidmətlərinin alıcılarıdırlar.

5. “Dolu yuva”, 3-cü mərhələ, yaşlı ər-arvad, onların himayəsində olan uşaqları ilə

Maliyyə vəziyyəti daha yaxşı olmuşdur. Xanımların əksəriyyəti işləyir. Bəzi uşaqlar işə düzəlib. Reklam olduqca zəif təsir göstərir. Uzun müddətli istifadə mallarının əldə edilməsinin yüksək orta intensivliyi. Yeni, daha zərif mebellərin alıcıları, avtomobil səyahətinin iştirakçıları, mütləq zəruri olmayan cihazların, qayıqların, diş-həkim xidmətləri, jurnalların alıcılarıdrlar.

6. “Boş yuva”, 1-ci mərhələ, yaşlı ər-arvad, uşaqları ayrı yaşayır, ailə başçısı işləyir.

Xüsusi ev sahiblərinin daha çox sayı. Əksəriyyəti özünün maliyyə vəziyyəti və əmanətlərinin həcmindən razıdır. Səyahətlər, fəal istirahət, özünütəhsillə maraqlanırlar. Hədiyyə və xeyriyyələr edirlər. Yeni mallarla maraqlanmırlar. İstirahət göndərişləri, zinət əşyaları, evin abadlaşdırılması üzrə xidmət və malların alıcılarıdırlar.

7. “Boş yuva”, 2-ci mərhələ, yaşlı ər-arvad, uşaqları ayrı yaşayır, ailə başçısı təqaüddədir.

Gəlirlərin kəskin azalması. Əsasən yaşayış evini qoruyub saxlayırlar. Tibbi cihazların, sağlamlığın möhkəmlənməsinə, yuxu və həzmetməyə kömək edən tibbi malların alıcılarıdırlar.

8. Dul qalmış şəxs, işləyir

Gəlir hələ kifayət qədər yüksəkdir, lakin artıq evi satmağa meyllidir.

9. Dul qalmış şəxs, təqaüddə.

Tibbi xidmətlərə və digər qruplardan olan təqaüdçülər üçün gərəkli olan mallaradır. Gəlirlərin kəskin azalması. Diqətə, adətlərə və rifaha kəskin ehtiyacları vardır.

İstehlak vahidi kimi ailənin istehlakçı davranışının üstünlükləri və xüsusiyyətləri haqqında biliklərdən bacarıqla istifadə etmək üçün alış anında və ya alışöncəsi prosesdə ailənin hansı ailə siklində olmasını bilmək lazımdır. Ailıənin yarandığın gündən öz ömrünü sona çatdırdığı ana qədər özünün inkişafı ərzində keçmiş olduğu ayrı-ayrı mərhələlərin məcmusunu bildirən ailə həyat sikli anlayışı mövcuddur. Tədqiqatlara əsasən həyat siklinin 8 əsas mərhələsini fərqləndirirlər.


Yüklə 324,66 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin