İstehlakçi davranişinin idarə edilməsi mövzu İstehlakçı təmayüllü marketinq



Yüklə 324,66 Kb.
səhifə102/133
tarix02.01.2022
ölçüsü324,66 Kb.
#1566
1   ...   98   99   100   101   102   103   104   105   ...   133
1.  Kommunikasiya situasiyası – şəxsi və ya qeyri-şəxsi ünsiyyət prosesində istehlakçının iştirak etdiyi şəraitdir. Şəxsi ünsiyyət satıcı və ya digər istehlakçılarla danışıqdan ibarətdir, qeyri-şəxsi kommunikasiya reklam, satışın təşviq edilməsi proqramı kimi amillərin geniş spektri ilə əlaqəni ehtiva edir.

2.  Alış situasiyası – istehlakçıların mal və ya xidmətləri əldə etdikləri şəraitlər.

Malın və ya xidmətin əldə edilməsi momentində istehlakçının malik olduğu bütün məlumatlar informasiya mühiti adlanır. Bu mühitin əsas xarakteristikaları – informasiyanın əlçatan olması, onun həcmi, təşkilat (informasiya formatı) və təqdimetmə formaları (rəqəmsal və ya semantik verilənlər (əla, orta və s.)).



3.   İstifadə situasiyası – istehlakın baş verdiyi şəraitlər. Bəzən alış və istehlak şəraitləri üst-üstə düşür (restoranda nahar). Məhsuldan istifadə situasiyası müxtəlif yollarla marketinq taktikasına və strategiyasına təsir edir:

• istehlakın baş verdiyi şəraitləri seqmentdə əks etdirmək zəruridir (idmanla məşğul olmaq, ofis və gündəlik geyim).

• istehlak situasiyasının nəzərə alınması malın mövqeyinin müəyyən edilməsi üçün əhəmiyyətlidir.

• bir məhsulun istehlak situasiyasının dəyişməsi digər məhsulun istehlakına təsir edir (müəyyən yerlərdə siqaret çəkmənin qadağan edilməsi – alternativ kimi saqqız).



Yüklə 324,66 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin