Klassik şərtləndirmənin reklamda tətbiqi (şəkil 4).
Şərtsiz reaksiya (ŞR)
Məmnunluq hissi
Şərtsiz stimul (ŞS)
Günəş /dəniz / qum /
Şərti refleks (ŞR)
Məhsul
Şərti reaksiya (ŞR)
Məmnunluq hissi
Şərti refleks (ŞR)
Məhsul
Şəkil 4. Klassik şərtləndirmənin reklamda tətbiq olunması
Laboratiya araşdırmaları zamanı məlum olmuşdur ki, avtoqələmin seçilməsinə səbəb reklamda səslənən musiqi ola bilər. Sınağa cəlb olunanlara biri xoşə gələn, digəri isə xoşa gəlməyən iki melodiya təqdim olunurdu. Musiqi ilə müşayiət olunan reklam çarxında sınaqdan keçirilənlərin neytral hesab etdiyi iki rəngdə qələmdən istifadə olunur. Eksperiment başa çatdıqda iştirakçılara iki rəngdən birində olan qələmi yadda saxlamaq təklif olunur. Daha çox sınaqdan keçirilən adamlar xoşa gələn musiqinin səsləndiyi reklam çarxında göstərilən qələmin rəngini seçmişlər.
Klassik şərti refleks metodu istehlakçının dərk etmə aktivliyinin minimal olduğu məhsullar üçün təlim vermə zamanı tətbiq edilir. İstehlakçı passivdir və məhsul haqqında informasiyanı işləmək üçün motivi azdır.
-
Dostları ilə paylaş: |