İstehlakçi davranişinin idarə edilməsi mövzu İstehlakçı təmayüllü marketinq



Yüklə 324,66 Kb.
səhifə57/133
tarix02.01.2022
ölçüsü324,66 Kb.
#1566
1   ...   53   54   55   56   57   58   59   60   ...   133
Mədəniyyətin strukturu

  • Dəyər – agentin (subyektin) öz və ya özününki kimi qəbul etdiyi ictimai maraqlar nöqteyi-nəzərindən bir neçə obyektin müqayisəli keyfiyyətlərinin qiymətləndirmə nəticəsidir. Qiymətləndirmə iki şkala üzrə həyata keçirilir:

  • İstehlak dəyəri (daha faydalı olan nədir?)

  • Mübadilə dəyəri (daha bahalı olan nədir, nəyi digərlərindən daha çox şeylə dəyişmək olar?)

Əşyaların heç bir dəyəri yoxdur. Dəyər yalnız qiymətlədirmənin nəticəsi kimi, yəni işləyən agentin (fərdin, qrupun, təşkilatın) obyektlə təması nəticəsində əmələ gəlir. Belə ki, neft yalnız ondan ağ neft və ya yanacaq hazırlamağı bilənlər üçün dəyərlidir. Dəyər hər zaman müəyyən insan təcrübəsilə bir arada çıxış edir. Manat – yalnız Azərbaycanda olan dəyərdi, digər ölkələrdə manatı ödəmə vasitəsi kimi qəbul etməzlər, bəzi ölkələrdə isə bəlkə heç yerli valyutaya dəyişdirməkdə mümkün olmasın, bu da o deməkdir ki, həmin ölkədə manatın dəyəri adi bir kağız dəyərinə bərabərdir.

İstehlak və mübadilə dəyərləri bir-birilə sıx əlaqəlidir. Daha faydalı olan dəyərlidir. Bəzi dəyərlər insanların ehtiyaclarını birbaşa, digərləri isə dolayı yolla ödəyir: mənim heç bir zaman bəzək əşyası kimi istifadə etməyəcəyim brilyant ödəmə vasitəsi kimi faydalıdır.

Dəyərlər şkala üzərində yerləşir. Bu şkala vasitəsilə insanlar hərəkətləri, əşyaları, digər insanları və özünü qiymətləndirir və müqayisə edir. Konkret olaraq bu bəzi insanlardan (təhlükəli, gərəksiz) məsafə saxlamağa çalışmaqda ifadə olunur. Məsələn, sənaye və cinayətkarlarla yüklənmiş rayonlardan uzaqlaşmaq, köçüb getmək. Bu cür rayonlarda yaşayış evlərinin qiyməti düşür və miqrasiya başlayır. Yüksək qiymətləndirilən keyfiyyətlər nisbətən yüksək mükafatlandırılır (yəni qiymətləndirən üçün faydalı olan), təhlükəli və ya gərəksiz kimi qiymətləndirilən keyfiyyətlər isə əksinə cəza almağa və ya ən yaxşı halda mükafatın olmamasına səbəb olur.

İstənilən hər hansı bir keyfiyyət yalnız müəyyən sosial və mədəni münasibətlər kontekstində qiymətləndirilir, digər bir kontekstdə o tamamilə başqa cür qiymətləndirilə bilər. Belə ki, araq spirtli içki içənlər üçün qiymətli içkidir, lakin içməyənlər üçün o dəyərsiz və faydasızdır. Bugün dəbə görə dəyərli olan bir əşya beş-yeddi il sonra dəbdən düşərək gülüşə səbəb ola bilər.

Sosial təcrübənin dəyişməsi dəyərlərin də dəyişməsinə gətirib çıxarır, ona görə də onlar zamanla şərtlənmiş konkret tarixi xarakter daşıyır. Bundan başqa eyni cəmiyyətdə eyni dövürdə müxtəlif bəlkə də bir-birinə əks olan dəyərlərə malik müxtəlif submədəniyyətlər mövcuddur.

İstehlakçı davranışına təsir edən dəyərlərin təsnifatı:



  • Digərinə yönlənmiş dəyərlər – cəmiyyətin fərdin qrupda (individualizm / kollektivizm, romantik oriyentasiya, böyük / uşaq, konkurensiya / kooperasiya, cavanlıq / qocalıq) uyğun münasibətlərinə baxışını ifadə edir;

  • Mühitə yönəldilmiş dəyərlər – cəmiyyətin iqtisadi, texniki və fiziki mühitinə (təmizlik, şəxsi naliyyətlər/status, ənənə/dəyişiklik, riski qəbuletmə/təhlükəsizlik, problemlərin həlli/fatalizm, təbiət) olan münasibəti təyin edir;

  • Özünə yönəldilmiş dəyərlər – cəmiyyətin fərdi üzvlərinin arzuolunan hesab etdikləri dəyərləri və həyata yanaşmaları ifadə edir (aktivlik / passivlik, maddilik / qeyri maddilik, ağır iş / asudə vaxt, sonraya saxlanılan məmnunluq / dərhal məmnunluq, hiss olunan məmnunluq / təmkinlik, yumor / ciddilik) .

2. Dil – müəyyən bir mədəniyyətə aid olan insanların anlaya biləcəyi simvollarla ünsiyyət vasitəsidir. Dil mədəniyyəti səslərə əsaslanan adi dillə məhdudlaşmır, buraya jest, xüsusi siqnallar dili də daxildir. Dil qismində həmçinin müxtəlif istehlak elementləri (məsələn, geyim tərzi) çıxış edə bilər. İşarələr, simvollar, onların birləşmə qaydaları dilin elemntləridir. Dil yalnız bu mədəniyyət və ya submədəniyyət çərçivəsində işləyir, bu mədəniyyətdən xaricdə həmin dil başa düşülmür və ya pis başa düşülmür.

3. Sanksiyalar – bu müəyyən bir mədəniyyət daşıyıcılarının mədəniyyət normalarına riayət olunma dərəcəsinə olan reaksiyadır. Sanksiyalar pozitiv (orden, mükafat, rütbə, xalq tərəfdən qəbul edilmə, məşhurluq, heyranlıq, bəyənmə və s.) və neqtiv (ölüm cəzası, azadlıqdan məhrumetmə, cərimə, ətafdakılardan təcrid edilmə, istehza və s.) olur. Sanksiyalar vasitəsilə istehlakın müəyyən növü ya irəli gedər ya da ləngiyər. Məsələn, siqaret çekən insan çəkməyənlərin mühitinə düşdükdə özünə qarşı neqativ sanksiyalarla rastlaşır: siqaret çəkmək üçün onu ya ayaqyoluna, ya da ki, pilləkən meydançasına göndərirlər, o yalnız olanda isə siqaret çəkmək ünsiyyətin dayandırılması deməkdir və s.



Forex dərsləri – bu Sənin üçün Forexdə yüksək gəliri olan işə hazırlaşmaq üçün əla imkandır!

  1. İdraka (koqnitiv elementlərə) fiziki və sosial aləmlər haqıqnda biliklər, elm, texnologiya, təcrübi biliklər, sosial quruluşa, təşkilatlara və cəmiyyətin fəaliyyət üsulları aid fikirlər daxildir. Koqnitiv elementlərdən fərqli olaraq inam empirik təsdiqlənmir və ya təkzib edilmir. Buna baxmayaraq inam koqnitiv elementlərlə sıx əlaqılidir. Onunla birlikdə inam davranışa əsaslanan və nəzarət edən biliklər yaradır.


  2. Yüklə 324,66 Kb.

    Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin