İstehlakçıların hüquqlarının müdafiəsi haqqında



Yüklə 41,49 Kb.
səhifə9/10
tarix26.12.2016
ölçüsü41,49 Kb.
#3578
1   2   3   4   5   6   7   8   9   10
İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 sentyabr 2011-ci il



№ 205-IVQD

İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU



 

Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, №23-24, maddə 368; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, №11, maddələr 676, 683, 686; 2002, №5, maddə 241; 2003, №1, maddə 1; 2004, №1, maddə 6, №2, maddə 57; 2005, № 8, maddə 684, №12, maddə 1083; 2007, №8, maddə 745; 2011, №11, maddə 984) aşağıdakı əlavələr edilsin:

1. 1-ci maddənin birinci hissəsinə aşağıdakı məzmunda on üçüncü bənd əlavə edilsin:

“nəzarət markası – audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinin və digər müəlliflik və əlaqəli hüquq obyektlərinin müəlliflik hüququ və əlaqəli hüquqlara əməl edilməklə hazırlandığını (istehsal olunduğunu), həmçinin satışı üçün müvafiq dövlət orqanından razılığın alınması tələb olunan malların, məmulatların və məlumat materiallarının satışına belə razılığın verilməsini təsdiq edən və həmin nüsxələri yaymaq hüququ verən, nüsxələrə yapışdırılan hərf-rəqəm kodu və holoqrafik müdafiə vasitəsi olan və birdəfəlik istifadə üçün nəzərdə tutulan vahid nümunəli xüsusi nişan.”.

2. 10-cu maddəyə aşağıdakı məzmunda 1-ci hissə əlavə edilsin və 1-8-ci hissələr müvafiq olaraq 2-9-cu hissələr hesab edilsin:

“1. İstehlakçı qanunla nəzərdə tutulmuş hallarda malların, məmulatların və məlumat materiallarının nəzarət markası ilə markalanmasının təmin olunması hüququna malikidir.

Malların, məmulatların və məlumat materiallarının nəzarət markası ilə markalanması həmin obyektlərin müəlliflik hüququ və əlaqəli hüquqlara əməl edilməklə hazırlandığını, satışı üçün müvafiq dövlət orqanından razılıq alınması tələb olunduqda belə razılığın alınmasını, həmin nüsxələri yaymaq hüququnun verildiyini təsdiq edir.

Nəzarət markası ilə markalanma tələbi istehlakçıların təhrif edilməmiş və dəyişikliyə məruz qalmamış, müəyyən edilmiş əxlaqi və mənəvi dəyərlərə uyğun hazırlanmış mallardan, məmulatlardan və məlumat materiallarından istifadə hüququnun təmin edilməsinə xidmət edir. Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Aşağıdakıların nəzarət markası ilə markalanması tələb olunur:

dərman vasitələri;

audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələri və digər müəlliflik və əlaqəli hüquq obyektləri;

dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları.

Satıcı (istehsalçı, icraçı) istehlakçıya qanunla nəzərdə tutulmuş hallarda nəzarət markası ilə markalanmış malları, məmulatları və məlumat materiallarını verməlidir. Nəzarət markası ilə markalanmamış malların, məmulatların və məlumat materiallarının yayılmasını həyata keçirən şəxslər qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.”.

 


Yüklə 41,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin