İstifadə olunan ixtisarların siyahısı


Strateji və taktiki qərarlar



Yüklə 388,52 Kb.
səhifə4/91
tarix02.01.2022
ölçüsü388,52 Kb.
#41076
1   2   3   4   5   6   7   8   9   ...   91
C fakepathMuhazireler

Strateji və taktiki qərarlar müəssisənin strateji və taktiki məqsədlərinin formalaşdırılması və reallaşdırılması ilə bağlıdır.Müəssisədə qəbul edilən operativ qərarların sayı taktiki və strateji qərarlarla müqayisədə xeyli çox olur, lakin strateji qərarlar daha yüksək resurstutumlu olurlar.

Proqramlaşdırılmayan qərarlar yaxşı strukturlaşdırılmamış, natamam və düzgün olmayan informasiya ilə bağlı olan situasiyalarda qəbul ounur. Qərarın seçilməsi mümkün variantlar çoxluğu içərisində aparılır. Odur ki, QQŞ-dən peşəkarlıq, təcrübə, intuisiya, yaradıcılıq potensialı tələb olunur.Proqramlaşdırılmayan qərarlara müəssisənin məqsədlərinin təyini, onun inkişaf strategiyaları, strukturunun dəyişdirilməsi, bazar konyukturası və s. aiddir. Bu qərarların sayı müəssisənin ölçüləri və mürəkkəbliyi artdıqca çoxalır.

Proqramlaşdırılan və proqramlaşdırılmayan qərarlar arasında mütənasıblik müəssisənin müxtəlif idarəetmə səviyyələrində müxtəlif olur. Yuxarı səviyyələrdə proqramlaşdırılmayan qərarların payı çox olur. Aşağı səviyyədə qəbul edilən qərarlar, adətən , əvvəlcədən məlum olan qaydalara və prosedurlara əsaslanır.



İntuitiv qərar – QQŞ-ın intuisiyası ilə bağlı olur. İntuitiv qərarlar idarəetmənin yuxarı səviyyəsində çalışan rəhbərlər üçün böyük rol oynayırlar. Bu zaman onlar böyük təcrübəyə situasiyanı düzgün başa düşmək qabiliyyətinə və dərin peşə biliyinə malik olmalıdırlar. Qərar qəbuluna xalis intuitiv yanaşma səhv qərar qəbul etmək riski ilə bağlı olur.


Yüklə 388,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin