İstifadə olunan ixtisarların siyahısı


Qərar qəbulunun metodları



Yüklə 388,52 Kb.
səhifə10/91
tarix02.01.2022
ölçüsü388,52 Kb.
#41076
1   ...   6   7   8   9   10   11   12   13   ...   91
C fakepathMuhazireler

2.3. Qərar qəbulunun metodları
Həll olunan məsələnin və ya problemin tipindən asılı olaraq qərarların qəbulu metodları müxtəlif ola bilər. Problemlər aşağıdakı kimi təsnifat oluna bilərlər:

  • dəqiq struktura, səbəb-nəticəcə əlaqələrinə, analoqa malik olan standart problemlər;

  • altproblemlərə, hər biri üçün həll toplusu olan suallar bloklarına bölünə bilən yaxşı strukturlaşdırılmış problemlər;

  • həll istiqamətləri, səbəb-nəticə əlaqələri tam müəyyən olmayan və dəqiq formalaşdırılmayan zəif strukturlaşdırılmış problemlər;

  • analoqları olmayan, səbəb-nəticə əlaqələri tam aydın olmayan, həll üsulları müəyyənləşdirilməyən strykturlaşdırılmamış problemlər. Bu problemlərə klassik misal kimi böyük sosial nəticələrə səbəb olan təbiət və texnogen qəzaları göstərmək olar.

Standart və yaxşı strukturlaşdırılmış problemlərdən bəzilərinin həlli üçün konkret situasiyalarda standart, stereotip həll topluları mövcuddur. Onlar normativ sənədlərdə, təlimatlarda, qaydalarda,standartlarda,dərsliklərdə və s. əks olunurlar. Bu sənədlərdə situasiyaların analizi və problemlərin həlli ardıcıllığı dəqiq reqlamentləşdirilir. Lakin idarəetmə problemlərinin əksəriyyəti stereotipdən uzaq olur. Onların həlli üçün qərar qəbulu prosesinin müxtəlif mərhələlərində və prosedurlarında müxtəlif metodlardan istifadə edilir.

Qərar qəbulunun bütün metodlarını iki qrupa bölmək olar: formallaşdırılmış (riyazi) formallaşdırılmamış (evristik). Ədədi nəticələrin alınmasına əsaslanan formallaşdırılmış metodlar qərarların variantlarının qiymətləndirilməsi, optimal variantın seçilməsi və əsaslandırılması üçün yaxşı strukturlaşdırılmış problemlərin həllində tətbiq edilir. Formallaşdırılmamış metodlar qərarların variantlarının generasiyası, onların analizi və qiymətləndirilməsi, daha yaxşı həllin seçilməsi və əsaslandırılması üçün zəif strukturlaşdırılmış və strukturlaşdırılmamış mürəkkəb problemlərin həllində tətbiq edilir.

Optimal qərarların seçilməsi və əsaslandırılması üçün formal metodlara aşağıdakılar aiddir:

-proseslərin və hadisələrin qarşılıqlı əlaqələrini formallaşdıran iqtisadi-riyazi modellər və metodlar;

-sistemin tərkib hissələrinin qarşılıqlı əlaqələrini, onların inkişaf strategiyasını təyin etməyə imkan verən sistemli analiz;

-peşəkar mütəxəssislərə hadisələri, faktorları qiymətləndirməyə, sistemin və altsistemlərin inkişafını proqnozlaşdırmağa, determinləşdirilmiş və ehtimal faktorların nisbətini təyin etməyə imkan verən ekspert qiymətləndirilməsi.

Ən yaxşı qərarların əsaslandırılması üçün tətbiq edilən müxtəlif riyazi metodlar toplusu əməliyyatların tədqiqatı metodları adlanır. Bu metodları dörd əsas qrupa bölürlər:analitik, statistik, riyazi proqramlaşdırma, nəzəri-oyun.

Analitik metod onunla xarakterizə olunur ki, məsələnin həll şərtləri ilə onun nəticələri arasında analitik, düstur asılılığı qurulur. Bu metodlara ehtimal nəzəriyyəsi, markov proseslərinin nəzəriyyəsi, kütləvi xidmət nəzəriyyəsi, orta dinamiki metod və s. aiddir.Ehtimal nəzəriyyəsi təsadüfi hadisələrdə qanunauyğunluqlar haqqında elmdir. Ehtimal nəzəriyyəsinin köməyi ilə təsadüfi xarakterli şərtlərdən asılı olan həllər alınır. Markov proseslərinin nəzəriyyəsi vaxt üzrə inkişafı təsadüfi xarakter daşıyan əməliyyatların təsviri üçün nəzərdə tutulub. Kütləvi xidmət nəzəriyyəsində kütləvi təkrarlanan proseslərə baxılır. Orta dinamiki metod şərtlərin orta xarakteristikaları əsasında əməliyyatların şərtləri ilə nəticələr arasında asılılıqlar qurulduqda tətbiq edilir.

Statistik metodlar statistik verilənlərin toplanmasına, emalına və analizinə əsaslanırlar. Statistik verilənlər faktiki əməliyyatların nəticəsində və ya süni yolla –statistik modelləşdirmə vasitəsilə -alına bilər. Bu metodlara ardıcıl analiz və statistik sınaq metodu aiddir. Ardıcıl analiz hər biri ardıcıl yoxlanan bir sıra hipotez əsasında qərar qəbuluna imkan verir. Statistik sınaq metodunda (Monte Karlo metodu) əməliyyatların gedişi bütün mümkün təsadüfi elementləri nəzərə almaqla kompyuterdə modelləşdirilir.

Riyazi proqramlaşdırma məhdud resursların daha yaxşı paylanması və həmçinin əməliyyatların rasional planının hazırlanması üçün metodları birləşdirir. Riyazi proqramlaşdırma metodları üç qrupa bölünür: xətti, qeyri-xətti və dinamik proqramlaşdırma. Buraya həmçinin şəbəkə planlaşdırma metodlarını da daxil edirlər. Xətti proqramlaşdırma əməliyyatların şərtləri xəttləri tənliklər və ya bərabərsizliklər sistemi ilə təsvir edildikdə tətbiq edilir. Əgər asılılıqlar qeyri-xətti xarakter daşıyırsa, qeyri-xətti proqramlaşdırma metodundan istifadə edilir. Dinamiki proqramlaşdırma hər bir sonrakı mərhələnin nəticəsinin əvvəlkindən asılı olan çoxmərhələli əməliyyatların icrasının daha yaxşı planını seçmək üçün tətbiq edilir. Şəbəkə planlaşdırılması böyük sayda qarşılıqlı əməllərdən ibarət olan əməliyyatların rasional planının qurulması və reallaşdırılması üçün nəzərdə tutulub.

Nəzəri-oyun metodları- qeyri müəyyənlik şəraitində qərarların əsaslandırılması üçün istifadə edilir. Bu metodlara oyunlar nəzəriyyəsi və statistik həllər nəzəriyyəsi daxildir. Oyunlar nəzəriyyəsi münaqişə aparan tərəflərin bilərəkdən pisniyyətli hərəkətləri ilə bağlı qeyri-müəyyənlik şəraitində istifadə edilir. Statistik həll nəzəriyyəsi şəraitin qeyri müəyyənliyi obyektiv amillərlə bağlı olduqda tətbiq edilir.

Hesablamaların kəmiyyət nəticələri ilə yanaşı qərar qəbulunun keyfiyyət xarakterli bir sıra amilləri də nəzərə alınmalıdır. Odur ki, təcrübənin öyrənilməsinə, imitasiyaya, nəticələrin ümumiləşdirilməsinə əsaslanan, o cümlədən, ekspert qiymətləndirmə metodları da öz əhəmiyyətlərini saxlayırlar.

Qərar qəbulunun formallaşdırılmamış metodları formal metodlara nisbətən az tanınıb və əsasən qrup qərarlarının qəbulunda istifadə edilir. Bu metodlarda əsas diqqət qrup qərarların qəbulunun təşkilinə, son qərarın seçimi zamanı qrup üzvlərinin fikirlərinin razılaşdırılmasna verilir. Alternativ qərarlar çoxluğunun generasiyası, onların analizi, qiymətləndirilməsi və son variantın seçilməsi zamanı ən çox istifadə edilən formallaşdırılmamış metodlara aşağıdakılar aiddir: beyin hücumu metodu, Delfi metodu, ssenarilər metodu, həll ağacları metodu.

Beyin hücumu metodu çətin tipik vəziyyətlərdə problemin həllinin məlum yolları və üsulları yaramadıqda yeni ideyaların və həll yollarının formalaşdırılmasını aktivləşdirmək üçün nəzərdə tutulur. Bu halda qrupun hər bir üzvü problemin həlli üçün əsaslandırmadan və reallaşdırmadan asılı olmayaraq müxtəlif ideyalar verə bilər. Məqsəd mümkün qədər şox təklif almaqdan ibarətdir. Müzakirə zamanı təklif edilən ideyalar onların irəli sürülmə ardıcıllığı ilə analiz edilir və qoyulan məhdudluqları məqsədə çatma dərəcəsini, resursların sərfini, mümkün səmərəliliyi əks etdirən uyğun göstəricilər üzrə qiymətləndirilir. Qərar variantlarına verilən qiymətlər ən yaxşı variantın seçilməsi üçün əsas olur.

Delfi metodu qrup ekspert qiymətləndirilməsi metodlarından biri olub, qrup üzvlərinin birgə işini tələb etmir. Hətta qrupun üzvlərinə həll olunan problem haqqında fikir mübadiləsi aparmağa icazə verilmir, yəni qrup üzvlərinin fikirlərindən qeyri-asılılıq təmin olunur. Qərarların analizi və seçimi aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

1.Qrupun uzvlərinə problem situasiyası haqqında informasiya təqdim edilir və göstəricilər toplusu üzrə qərarın mümkün variantlarının qiymətləndirilməsi təklif olunur.

2.Qrupun hər bir üzvü anonim və müstəqil olaraq qərarın variantlarına qiymət verir və ya öz variantını təklif edir.

3.Qrup üzvlərinin qiymətləri və fikirləri mərkəzdə toplanır və yekun sənədində ümumiləşdirilir.

4.Qrupun hər bir üzvü yekun sənədinin surətini alır. Digər iştirakçıların fikirləri ilə tanışlıq problemin həllinin mümkün variantları haqqında fikri dəyişdirə bilər.

5.2-ci,3-cü,4-cü addımlar razılaşdırılmış qərarlar alınana qədər davam etdirilir.

Delfi metodu ilkin situasiyanın qeyri-müəyyənliyi müxtəlif profilli mütəxəssislərin cəlb edilməsini tələb edən mürəkkəb, az öyrənilən, unikal problemlərin həllində daha səmərəli hesab olunur. O çoxlu vaxt sərfi və reallaşdırılması prosedurunun dəqiq təşkilini tələb edir.


Yüklə 388,52 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin