Ölçülər cədvəllərinin doldurulması prosesi cədvəllərin vaxta görə dəyişilib-dəyişilməməsindən asılı olaraq müxtəlif cür aparılır.
Vaxta görə dəyişilməyən cədvəllərdə əsas məsələlərdən biri cədvəlin ilkin açarının seçilməsidir. Açarın seçilməsi layihəçi tərəfindən verilənlər mənbələrinin təhlili əsasında yerinə yetirilir. İkinci əsas məsələ ölçü cədvəlində “birin-birə” və “ birin-çoxa” əlaqələrinin olmasının yoxlanmasıdır. Bu cür yoxlamanı aparmaq üçün adətən nizamlamadan istifadə edilir.
Sonra dəyişilən ölçü cədvəllərinə baxılır, dəyişilmənin tipi təyin edilir və bu cədvəllərlə iş proseduru müəyyənləşdirilir.
Ölçülər cədvəllərinin yüklənməsi ya onların bütövlükdə yazılması ilə aparılır və ya ölçü cədvəllərinə yalnız dəyişiliklər yüklənir.
Dostları ilə paylaş: |