Bu ifadələrdən görürük ki, istilikvermədə termiki müqaviməti həndəsi ölçülərin hesabına azalda bilərik. Deyilənləri yastı divara da aid edə bilərik. Bu halda termiki müqaviməti divarın qabırğalanması hesabına azala bilər (ən kiçik istilikvermə əmsalı tərəfində). Termiki müqavimət isə 1/α1F1 və 1/α2F2 kimi yazılır. Qabırğalanma α1F1 α2F2 olana qədər aparılır.