Təyinat. 13 oktyabr 1919-cu il.Daxili iĢlər naziri N. Yusif-
bəylinin əmri ilə Əmir xan Cahangir xan oğlu Xoyski Qazaxın qu-
bernatoru (DĠN-in Qazax qəzasında Xüsusi Səlayiyyətli müvəkkili)
təyin edilmiĢdi.
29 oktyabr 1919-cu il. Bakıda Azərbaycan Xalq Cümhuriyyəti
Ordusunun paradı keçirilmiĢdi. NümayiĢi Azərbaycan Cümhuriyyə-
ti hökumətinin baĢçısı və daxili iĢlər naziri N. Yusifbəyli qəbul et-
miĢdi.
N. Yusifbəyli islahatçı idi. Onun nazirliyi dövründə müstəqil
Azərbaycan polisinin formalaĢmasının üçüncü mərhələsi baĢlan-
134
mıĢdı. Həmin mərhələdə ölkədə bütün daxili iĢlər orqanları respub-
lika DĠN-in əlində mərkəzləĢmiĢdi. O cümlədən Bakı və Balaxanı-
Sabunçu polisi, habelə Bakı Qradonaçalnikliyinin də qəti olaraq
DĠN-ə tabeçiliyi baĢa çatmıĢdı. 1919-cu ilin iyununda Bakı Ģəhər
polisinin Ģtatları da artırılmıĢ və buna 5,5 milyon manat pul ayrıl-
mıĢdı. Ölkə vətəndaĢlarının Ģəxsiyyət və əmlak toxunulmazlığının
mühafizəsi güclənmiĢdi. Azərbaycan ərazisində yaĢayan bütün mil-
lətlərin hüquqlarının müdafiəsi təmin edilmiĢ, milli zəmində müna-
qiĢələr aradan qaldırılmıĢdı.Vəzifə cinayətlərilə mübarizə güclən-
dirilmiĢdi. Qubernatorlara və qəza rəislərinə yerlərdə polis xidmə-
tinin təĢkili üçün ən geniĢ səlahiyyətlər verilmiĢdi.
Daxili ĠĢlər Nazirliyi erməni daĢnakların törətdikləri fitnə-
karlıqları dəf etmək üçün müstəsna tədbirlərə belə əl atmağa məcbur
olurdu. Bunu DĠN-in Mərkəzi Aparatına yerli orqanların göndərdik-
ləri məlumatlardan bilmək olurdu. Gəncə qubernatorunun 1919-cu
ildə daxili iĢlər naziri Nəsib bəy Yusifbəyliyə göndərdiyi raportun-
da deyilirdi: ”Son illərin hadisələri ilə əlaqədar mənə tapĢırılmıĢ
ərazidə müsəlmanların vəziyyəti xeyli ağırlaĢmıĢdır. Ermənilər
azərbaycanlılar, ruslar və kolonist almanlardan fərqli olaraq öz qani-
çən hərəkətlərindən usanmır, kəndləri qarət edir, qadın və uĢaqlara
iĢgəncə verirlər. DaĢnaqların vəhĢiliyinin hüdüdu yoxdur. Orta əsr
vəhĢiliyi onların törətdikləri dəhĢətlər qarĢısında sönük görünür”.
N. Yusifbəylinin qətiyyətli mövqeyi və hərəkətləri düĢmənləri
bərk narahat edirdi. Onlar bu görkəmli dövlət xadiminin həyatına
qəsd niyətindən belə çəkilnmirdilər. Həmin aktlardan biri bu cür baĢ
vermiĢdi:
- 7 iyun 1919-cu ildə Ədliyyə Nazirliyinə məhkəmə prokuroru
Eristov tərəfindən 3112 nömrəli müraciət daxil oldu. Orada deyi-
lirdi ki, Bakı Ģəhərində günortaya yaxın Azərbaycan Cümhuriyyəti
Nazirlər ġurasının sədri N. Yusifbəyli öz mənzilindən (Baryatinski
küçəsindəki 6 nömrəli evdən) çıxıb binanın ağzında onu gözləyən
xidməti maĢına əyləĢib və yola düĢüb. Bundan 5 dəqiqə keçmiĢ Nə-
sib bəyin mənzilinin kəndarında postda dayanmıĢ Azərbaycan hö-
kumətinin süvari konvoyunun əməkdaĢı, Əli Hüseyn DadaĢov yuxa-
rıdan pilləkənlərlə aĢağı düĢüb həyətdə yerləĢən ayaqyoluna getmək
istəyərkən, evin giriĢində görkəmindən erməniyə oxĢayan bir
135
nəfərin dayandığını və əlində nəsə tutduğunu görmüĢdü. Ə.DadaĢo-
vun: ”Əlindəki nədir?, - sualının cavabında naməlum Ģəxs cavab
verdi ki, bombadır, onu ingilislər satmaq üçün veriblər. Ə.DadaĢov
bombanı ona verməsini söylədikdə, naməlum adam bundan imtina
etdi. Onda Ə.DadaĢov onun qolundan tutmaq istədikdə, o, Dada-
Ģovun əlindən yapıĢdı. DadaĢov dərhal qorodovoy Mir Qasım Ağa
oğlunu çağırdı. Qorodovoyun kəməyi ilə naməlum Ģəxsdən “bom-
ba” alındı və o, Bakı Ģəhər 5-ci polis sahəsinə gətirildi. Polis sahə-
sində naməlum adam özünü erməni Aram Budaqov kimi təqdim
etdi. Sahənin polis pristavı. Mixail Vakulo: ”Səndə bomba haradan-
dır? sualını verdikdə cavabı bu oldu ki, onda heç bir bomba olmayıb
və güya küçədən keçərkən konvoyçu süvarilər tərəfindən tutulub.
Naməlum adam izah edirdi ki, onu tutduqdan sonra əvvəlcə konvo-
yun qərargahına, sonra da polis sahəsinə gətiriblər. A.Budaqovun
üstünə baxıĢ keçirilərkən, iki vəsiqə aĢkarlandı. Aram Arutyun oğlu
Budaqovun adına Evlər Komitəsinin sədri tərəfindən verilmiĢ vəsi-
qələrdən birində yazılmıĢdı ki, vəsiqə verilir ona görə ki, o, 1918-ci
ilin sentyabrın 15-də türklərin Bakıya daxil olması zamanı 1-ci
qırmızı ehtiyat polkunda sıravi olub. Digər vəsiqədə - ġamaxı Qəza
Torpaq Komitəsinin sədri tərəfindən verilmiĢ 29 aprel 1918-ci il
tarixli 43 nömrəli vəsiqədə göstərilirdi ki,“verilir Artyom Saturyan
oğlu Budaqova ondan ötrü ki, o, Kenaxanı kəndinin sakinidir, qaç-
qındır, himayəsində arvadı Zamban və 23 yaĢlı oğlu Aram var-
dır”. Bundan baĢqa, naməlum Ģəxsdən türklərin hücumu zamanı zə-
rərçəkənlərə yardım məqsədilə Nəzarət Komissiyasının verdiyi 8
min yarım qiyməti olan çek aĢkar edilmiĢdi.
Məhkəmə istintaqının baĢ vermiĢ hadisə üzrə təhqiqat aparıl-
ması üçün yaratdığı xüsusi komissiya tərəfindən ibtidai istintaq və
A.Budaqovun tutulduğu yerə baxıĢ keçirildi.Lakin bombanın əĢya-
yi-dəlil kimi tədqiqi bu sahədə mütəxəssisin olmaması üzündən lən-
gimiĢdi. Ġyunun 4-dən baĢlanan istintaq-təhqiqat iĢləri iyunun 7-də
Azərbaycan Məhkəmə Palatasına müraciət olunması qərarı ilə da-
vam etdirildi. Ġyunun 10-da artıq Azərbaycan Məhkəmə Palatası
prokurorunun adına həmin müraciətə əlavə edilmiĢ ikinci müraciət
də daxil olmuĢdu.
136
Azərbaycan Məhkəmə Palatası prokurorunun adına yazılmıĢ
müraciətdə bildirilirdi ki, ilkin ibtidai istintaq baxıĢı və bombanın
ekspertizası Lill (Fransa) Universitetinin əməkdaĢı - ekspert, təbiət
elmləri namizədi Vsevolod Sutulov tərəfindən tədqiq edilmiĢdir.
Bomba Bakı dövlət silah-sursat zavodunda (Xatisovun mərmi zavo-
du; sovet dövründə leytenant ġmidt , indiki Səttərxan adına zavod)
düzəldilmiĢdir, əldəqayırmadır, 1915-1916-cı illərdə rus ordusunun
Qərb cəbhəsində tətbiq olunmuĢdur.Ekspertlər qrupu tərəfindən Ģə-
hərin kənarında qranatın təcrübədə atılarkən yoxlanması istənilən
nəticəni verməmiĢdir.Qrup belə qənaətə gəlmiĢdir ki, qranat yarar-
sızdır, belə ki, zapal kapsulu çatıĢmır. Bu, əlavə təhqiqatdan sonra
həmin zavodda onun hazırlanmasında iĢtirak edən fəhlə Ġvan Subot-
renko tərəfindən də təsdiq edilmiĢdir. O, özünü günahkar bilmir.
Axırıncı sorğu-sualda ümumiyyətlə, bildirmiĢdir ki, ona yaxınlaĢan
müsəlman konvoy əməkdaĢı sənədlərimi tələb edib biləndəki ermə-
niyəm, məni dərhal konvoyun qərargahına gətirib və o, döyüĢ qra-
natı barədə suala rədd cavabı verib. Hazırkı vaxtda Aram Budaqov
Bakı Mərkəzi Həbsxanasında (1 nömrəli Bayıl Həbsxanası 1920-ci
il aprelin 27-də Bakı ġəhər Dairə Məhkəməsində A. Budaqova bə-
raət hökmü çıxarılmıĢ və prokuror Pastuxova apellyasiya Ģikayəti
verilmiĢdi.
Nəsib bəy 1919-cu il iyunun 11-də ölkədə elan edilmiĢ “Hər-
bi vəziyyət tətbiq olunması haqqında” qanunverici sənədin müəllifi
idi. Həmin aktla hərbi vəziyyət dövründə DĠN-in yerlərdəki səlahiy-
yətli nümayəndələri olan general-qubernatorlara, qubernatorlara, qə-
za rəislərinə, polismeysterlərə, pristavlara geniĢ hüquqlar verildiyi
və onların əmr və göstəriĢlərinin mütləq qaydada yerinə yetirilməsi
tələb edilirdi. Azərbaycan Respublikasının Dövlət Müdafiə Komi-
təsinin (DMK) sədri olan N. Yusifbəyli (DMK milyonçu, məĢhur
xanıəndə Seyid Mir Babayevin evində - indiki “Azneft” Dövlət Neft
ġirkətinin binasında yerləĢirdi) bu yüksək vəzifəni tutmasına bax-
mayaraq, heç də hərbi diktaturaya can atmırdı. O, demokratik də-
yərlərə əsaslanan polis tədbirlərinin həyata keçirilməsinin tərəfdarı
kimi çıxıĢ edirdi. Bunu Bakıda yerləĢən müttəfiq dövlətlərin hərbi
kontingentinin yüksək rütbəli zabitləri, o cümlədən ingilis generalı
137
D. ġatelvort və digərləri də qiymətləndirir, Nəsib bəyə dərin hör-
mətlə yanaĢırdılar.
N.Yusifbəyli ictimai asayiĢin təmin edilməsində hər kəsə, xü-
susilə, müstəqil dövlətimizin əleyhinə fəaliyyət göstərən qüvvələrə
qarĢı çox barıĢmaz və sərt mövqedə idi. Bunu ondan görmək olardı
ki, Nəsib bəyin əmri ilə Azərbaycan Cümhuriyyəti əleyhinə təbliğat
və fəaliyyətlə məĢğul olan 40 nəfər bolĢevik həbs edilmiĢdi. Onların
içərisində görkəmli kommunustlərdən M.B. Qasımov, B. Sərdarov,
Ġ. AnaĢkin, L. Mirzoyan, R. Hüseynov, Ġ. Konkin, F. Qubanov
(1889-1920), ”Qatır Məmməd”, M. DadaĢov, N. Roqov, M.F. Mu-
səvi, Ġ.Qutin və baĢqaları vardı. Onlara ciddi xəbərdarlıq olun-
duqdan sonra həbsdən buraxılmıĢdılar...
N.Yusifbəylinin nazir olduğu dövrdə DĠN-in Müvəqqəti Xü-
susi Səlahiyyətli Müvəkkillər Ġnstitutunun fəaliyyəti daha da səmə-
rəli olmuĢ, bu qurumun yerlərdə inzibati hakimiyyət orqanları üzə-
rində nəzarəti yüksəlmiĢdi. Həmin dövrdən də Daxili ĠĢlər Nazirliyi
nəzdində Bakı Ģəhərində Dəmir Yol Polisi ġöbəsi yaranmıĢdı.
N.Yusifbəylinin əmri ilə 1919-cu il iyunun 11-də DĠN-in Ġctimai
Təhlükəsizlik ġöbəsi yaradılmıĢdı.
Azərbaycan Xalq Cümhuriyyətinin polisi cinayətkarlıq və
onun ayrı-ayrı növləri ilə mübarizə apardıqda aĢkar edilən residivist
cinayətkarlar içərisində milliyyətcə erməni olanların da az olmadığı
məlum olurdu. Demək olar ki, hər ay Bakıda qəlp (saxta) pul kəsən
karxanalar və gizli sexlər aĢkar edirdi.Bayılda 6 kiĢi qəlp pul kəs-
dikləri yerdə-cinayət baĢında yaxalanmıĢdı. Onlardan iki litoqraf
daĢı, birində isə Kerenskinin (22 aprel 1881, Simbirsk-11 iyun
1970, Nyu-York) (eser Aleksandr Fyodroviç Kerenski. Rusiyanın
hökumət baĢçısı olmuĢdur) əksi olan 3 milyon qədərində hazırlan-
mıĢ 40 manatlıq saxta pul tutulmuĢdu. Məlum olmuĢdu ki, əslində,
canilər 40 nəfərdən ibarətdir, aralarında bir dəstə Bakı əyanı da var-
dır. BaĢqa bir yerdə saxta 25 manatlıq kəsən “sex” aĢkar edilmiĢdi.
Həbs edilən saxta pul kəsənlərin içərisində ermənilər də vardı...
Daxili ĠĢlər Nazirliyi müəyyən etmiĢdi ki, Azərbaycandakı Er-
mənistan Respublikasının T.A.Bekzadyanın rəhbərlik etdiyi Diplo-
matik Missiyasının (Nümayəndəliyinin) özü belə milli mənafeyimi-
zə zidd fəaliyyət göstərən Ģəxslərlə əlaqədardır. Belə ki, Bakı Polis-
138
meysterliyinin əldə etdyi məlumat əsasında 1919-cu il iyunun 11-də
Suraxanı küçəsi, 279 nömrəli evdə aparılan axtarıĢ zamanı oradakı
anbardan 1 ədəd teleqraf, 3 ədəd səhra telefon aparatı, 5 qutu (75
ədəd) tüfəng patronu və səhra telefon aparatı üçün ləvazimat aĢkar
edib götürmüĢdü. AxtarıĢda Bakı polismeysteri, rotmistr Puda Qu-
diyev (1880-1920) (əslində Quda Qudiyevdir...),onun böyük kö-
məkçisi Zalsman və DĠN-in Əks-KəĢfiyyat Ġdarəsinin (əslində Ək-
sinqilabla Mübarizə TəĢkilatının) agenti iĢtirak edirdilər.
Haşiyə: Azərbaycan müstəqillik qazandıqdan sonra onu daxili
və xarici təhlükədən qoruya biləcək xüsusi xidmət orqanlarının
yaranması zərurəti meydana çıxmıĢdı. Hərbi nazir S. Mehmanda-
rovun 29 mart 1919-cu il tarixli 156 nömrəli əmrindən bəlli olur
ki,Azərbaycan Nazirlər ġurasının sədri F.Xoyskinin hələ 28
avqust 1918-ci il 7 nömrəli sərəncamı ilə yenicə yaranmıĢ Əks-
KəĢfiyyat Hissəsinin rəisi vəzifəsi müvəqqəti olaraq poruçik
Ağalarova tapĢırılmıĢdı. O zaman,1918-ci il noyabrın 15-də
Azərbaycan Ordusunun Ümumi Qərargahı təsis olunanda 8 Ģöbə-
dən biri General-Kvartismeysterlik idi. General-Kvartimeyster
ġöbəsi qoĢun hissələrində yerləĢmə, əməliyyat və səfərbərlik,
kəĢfiyyat və əks-kəĢfiyyat, həmçinin rabitə xidmətinin təĢkili
iĢlərini həyata keçirirdi.1919-cu il martın birinci yarsınadək
General-Kvartimeysterlik ġöbəsinin rəisi vəzifəsini müvəqqəti
Vasili Nikolayeviç Sokolov yerinə yetirmiĢdi. 1919-cu il martın
19-da Azərbaycan Ordusunun BaĢ Qərargahında BaĢ Ġdarə
yarandıqda bu vəzifəyə Ġstehkamçılar Hərbi Məktəbinin rəisi,
polkovnik Vasili Dmitriyeviç Karqalateli təyin edilmiĢdi.V. Kar-
qalateli sonralar, müvəqqəti hərbi nazir olmuĢ tam artilleriya
generalı Əli ağa ġıxlinski ilə yaxın münasibətlərdə idi və onun
167 nömrəli əmri ilə 1920-ci il martın 20-də general-mayor rüt-
bəsinə layiq görülmüĢdü. KəĢfiyyat və əks-kəĢfiyyat sektoru da
məhz General-Kvarstimeysterlik ġöbəsinin tərkibində əsas stuk-
tur hissələri kimi fəaliyyət göstərməkdə idi. Əks-kəĢfiyyat hissəsi
28 avqust 1918-ci ildə General-Kvartismeyerlik ġöbəsi ilə birlik-
də yaranmıĢdı. Beləliklə, görünür ki, ilk xüsisi xidmət orqan-
larımız artıq 1919-cu ilədək mövcud olmuĢdur. Lakin onların
yaranmasını rəsmən, yuridik cəhətdən 1919-cu ilə aid etmək
139
lazımdır. Belə ki, 1919-cu il yanvarın 10-da Hərbi Nazirliyin ya-
nında Müvəqqəti Hərbi ġura yaradılmıĢdı. Bu ġuranın tərkibinə
General-Kvartismeyster ġöbəsinin rəisi də daxil idi.
1919-cu il martın 26-da Hərbi Nazirliyin BaĢ Qərargah (Ərka-
ni-Hərb) təsis edilmiĢdi.Hərbi nazir S.Mehmandarovun dəvətilə BaĢ
Qərgahın rəisi vəzifəsinə Krımdan milliyyətcə tatar olan general-
leytenant Məmməd bəy Sulkeviç təyin edilmiĢdi. Ġki gün sonra,
1919-cu il martın 28-də BaĢ Qərargahın BaĢ Ġdarəsi yaradılmıĢdı.
Bu Ġdarənin tərkibinə General-Kvartismeyster ġöbəsi daxil edilmiĢ-
di. ġöbə 4 xidmətdən ibarət idi. Üçüncü ġöbə KəĢfiyyat və Əks-
KəĢfiyyat Xidməti adlanırdı. Onun baĢlıca vəzifəsi düĢmənlər haq-
qında informasiya toplamaq, sərhəddən xaricdə hərbi agentura ya-
ratmaq, ölkənin daxilində cəsusluqla mübarizə aparmaq idi. Lakin
ilk dövrdə kadrlar çatıĢmırdı. ġöbənin cəmi 28 əməkdaĢı vardı. Be-
ləliklə, 1919-cu il martın 26-28-də Azərbaycanın ilk xüsusi xidmət
orqanları təĢəkkül tapmıĢdı. Həmin günlərdən biri - ilk milli təhlü-
kəsizlik orqanının yarandığı martın 28-i günü hazırda Azərbaycan
Respublikasının Milli Təhlükəsizlik Nazirliyi (MTN) (1 noyabr
1991-ci ildə yaradılmıĢdır) iĢçilərinin peĢə bayramı kimi hər il qeyd
olunur. Həmin gün ümummilli liderimiz, Azərbaycan Respublikası-
nın Prezidenti Heydər Əliyevin təĢəbbüsü və 23 mart 1997-ci il
tarixli fərmanı ilə təsis olunmuĢdur.
Təyinat. Daxili iĢlər naziri N. Yusifbəylinin 29 aprel 1919-cu
il tarixli 67 nömrəli əmri ilə milliyyətcə inquĢ olan rotmistr Quda
Əliyeviç Qudiyev Bakı Ģəhərinin polismeysteri vəzifəsinə təyin
edilmiĢdi.
1919-cu ilin mayında Ģimaldan Azərbaycan üçün təhlükə və
təhdidlər artmıĢdı. Azərbaycan Cümhuriyyətinin baĢ naziri və daxili
iĢlər naziri N.Yusifbəylinin bununla əlaqədar 1919-cu il mayın 28-
də Azərbaycan vətəndaĢlarına müraciətində deyilirdi: ” Təhlükə və
hədələr hələ keçməmiĢdir. Qara buludlar bizim üzərimizə hərəkət
edir. Əgər ölkənin daxilində qayda yaradılarsa, bizim sakitliyimiz
təmin olunacaq, biz bizim istiqlaliyyətimizi təhlükə altına alan qüv-
vələrə qarĢı cavab verməyə çalıĢacağıq, onda sakit və azad yaĢaya
bilərik”.
140
Nəsib bəyin bu müraciəti əhalini sayıqlığa səsləmiĢ, düĢmən
qüvvələrlə mübarizədə səfərbəredici amil rolunu oynamıĢdı. Doğru-
dan da, 1919-cu ilin yazı-yayında Bakıda xüsusilə Denikin zabit-
lərinin rus əhalisi arasındakı Azərbaycan Ordusu əleyhinə təbliğatı
xüsusilə güclənmiĢdi. Denikin ordusunun cəsuslar Ģəbəkəsi Bakını
bürümüĢdü. Hətta gizli silah bazası yaratmıĢdılar.Azərbaycanın
gənc xüsusi xidmət orqanları həmin bazanı Krasnovodsk (Ġndiki
S.Vurğun küçəsi) və Balaxanı (indiki Füzuli) küçələrinin kəsiĢdiyi
yerdəki evlərdən birinin zirzəmisində aĢkar edib müsadirə etmiĢdi-
lər... Onlar Denikin ordusunun BaĢ Qərargahının Bakıda gizli
fəaliyyət göstərən kəĢfiyyat Ģöbəsinin rəisi ÇernıĢovu da həbs
etmiĢdilər...Qeyd etmək lazımdır ki, hərbi nazir S. Mehmandarov
baĢ nazir N. Yusifbəyliyə yazdığı məruzədə bolĢevizimlə, denikinç-
ilərlə, erməni cildində bulunan biçeraxovçulara və s. düĢmən qüv-
vələrə qarĢı mübarizə iĢində hələ təcrübəli kadrlar sarıdan korluq
çəkən xüsusi xidmət orqanlarımıza yerli Ģəraitin xüsusiyyətlərini
yaxĢı bilən Bakı AxtarıĢ Polisi əməkdaĢlarının da cəlb olunmasını
məqsədəuyğun hesab etmiĢdi.
Belə Ģəraitdə sədri N.Yusifbəylinin olduğu fövqəladə ali səla-
hiyyətlərə malik orqanın - Azərbaycan Dövlət Müdafiə Komitəsi-
nin (DMK) 11 iyun 1919-cu il tarixli qərarı ilə Əks Ġnqilabla Mü-
barizə TəĢkilatı yaranmıĢdı. Onun təsis olunması məhz Azərbaycanı
hədələyən xarici və daxili əks qüvvələrə qarĢı mübarizə zərurətin-
dən irəli gəlmiĢdi. Əksinqilabla Mübarizə TəĢkilatının sədri əslən
Gəncədən olan, müsavatçı Məmmədbağır Saleh bəy oğlu ġeyxza-
manlı (ġeyxzamanov) (1880, Gəncə - 1920, Bakı) , müavini isə
“Hümmət” müsəlman bolĢevik təĢkilatının üzvü Mirfəttah Musəvi
(1891-1919) təyin edilmiĢdi. Əks-Ġnqilabla Mübarizə TəĢkilatı ya-
randığı ay onun cəmi 17 əməkdaĢı (3 baĢ agent, 14 agent) çalıĢırdı.
Ümumiyyətlə, mövcudluğu dövründə (11 iyun 1919 - 6 mart 1920-
ci il) bu təĢkilatda 100-dən artıq agent çalıĢmıĢdı. 1919-cu il avqus-
tun 20-də Məmmədbağır ġeyxzamanlı öz xahiĢi ilə istefa vermiĢ və
əvəzinə qardaĢı Nağı bəy ġeyxzamanlı (ġeyxzamanov) (1883-1967)
təyin edilmiĢdi.
1919-cu il sentyabrın 13-də Bakı MöhkəmləndirilmiĢ Hərbi
Müdafiə Rayonu ilə Bakı General-Qubernatorluğu birləĢmiĢdi. Hə-
141
min il oktyabrın 26-da Əks Ġnqilabla Mübarizə TəĢkilatı Bakı Möh-
kəmləndirilmiĢ Hərbi Müdafiə Rayonu və Bakı General-Quber-
natorluğunun tabeçiliyinə verilmiĢdi. O vaxt Bakının general-quber-
natoru milliyyətcə çərkəz olan general-mayor Murad Gəray bəy
Tlexas (1874-1920) idi. Məhz M. Tlexas həmin qurumun baĢçısı tə-
yin edilmiĢdi. Bu qurum və general M. Tlexas birbaĢa Azərbaycan
Respublikasının Daxili ĠĢlər Nazirliyinə tabe idi. 1920-ci il martın 6-
da Azərbaycan Cümhuriyyəti Nazirlər ġurasının qərarı ilə “istənilən
səmərəni” vermədiyindən DĠN-in Əks Ġnqilabla Mübarizə TəĢkilatı
(Tarixi ədəbiyyatda DĠN-in Əks-KəĢfiyyat Ġdarəsi adlandırılır) ləğv
edilmiĢdi. Bu haqda Nazirlər ġurasının həmin tarixli iclasında daxili
iĢlər naziri Mustafa bəy Vəkilov informasiya vermiĢdi (Qeyd: hadi-
sələrin sonrakı gedişi göstərmişdi ki, Əks-İnqilabla Mübarizə Təşki-
latının ləğv edilməsi ozamankı şəritdə bir qədər tələsik qərar idi və
mənfi nəticələrə səbəb olmuşdu...Onun mövcudluğu hələ zəruri idi...).
... Artıq yuxarıda qeyd olunduğu kimi Azərbaycan Xalq Cüm-
huriyyətinin ilk xüsusi orqanının rəhbəri Məmmədbağır ġeyxzamanlı
sovet hakimiyyəti elan olunduqdan sonra bolĢeviklər tərəfindən həbs
olunaraq, 1920-ci il mayın 29-da güllələnmiĢdi... M.F. Fəttah Musəvi
vəzifədə ikən hələ 5 sentyabr 1919-cu ildə öldürülmüĢ... və yerinə
Mahmud bəy Səfikürdski (1898-1977) təyin olunmuĢdu.
...7-ci sahə polis pristavı Volski axtarıĢ aparılan evin sahibi
A. Qriqoryantsı dindirərkən o bildirmiĢdi ki, həmin Ģeylər 1 ay bun-
dan qabaq burada yerləĢmiĢ Ermənistan Diplomatik Missiyasına
məxsusdur... AxtarıĢla bağlı protokol tərtib olunmuĢdu. Ermənistan
Diplomatik Missiyasının nümayəndəsi Efiancians bunu təkzib edə-
rək protest vermiĢdi. Lakin baĢqa real bir fakt onun protestini faĢ
etmiĢdi.
Belə ki, 1919-cu il iyunun 13-də Bakı Polismeysterliyi tərə-
findən Parapet bağındakı (keçmiĢdə bu bağa “Quru bağ” deyirdilər.
Sovet dövründə K. Marks adına bağ adlanırdı. Ġndi Fəvvarələr
bağıdır) müqəddəs Qriqori erməni kilsəsinin zirzəmisindəki anbardan
xeyli silah, o cümlədən pulemyot, patronlar, hərbi ləvazımat,
xəstəxana avadanlığı və əsgər paltarları gizlədildiyi aĢkar edilmiĢ və
protokollaĢdırılmıĢdı. Həmin Ģeylərdən bir qismi arabalarda “baĢqa
yerə” aparılarkən polis tərəfindən yaxalanmıĢdı... O zaman rəsmi
142
dövlət qəzeti “Azərbaycan” bu haqda ertəsi günü çıxan 213-cü
sayında yazmıĢdı. Ermənistan Respublikasının Bakıdakı Diplomatik
Nümayəndəliyi iyunun 16-da Azərbaycan Xalq Cümhuriyyətinin
Xarici ĠĢlər Nazirliyinə etiraz məktubu ilə müraciə etmiĢdi. Məktubda
bildirilirdi ki, güya nümayəndəliyin bundan xəbəri yoxdur. Lakin bu,
özünü sığortalamaqdan baĢqa bir Ģey deyildi. Məsələ burasında idi ki,
erməni kilsəsinin altındakı zirzəmidən (“qızıllı kilsə”, yaxud Alek-
sandr Nevski kilsəsi (Ġndiki Fəvvarələr meydanı ilə üzbəüzdə yer-
ləĢir...) axtarıĢ vaxtı həm də ermənilərin Azərbaycana qarĢı fəaliyyət
göstərən ağqvardiyaçı zabit, ”Xəzəryanı hökumət”in baĢçısı, general
Lazar Biçeraxovla yazıĢmalarını təsdiq edən sənəd (vərəqə) də tapıl-
mıĢdı. Vaxtı ilə general V. Tomsonun baĢçılığı ilə ingilislər Bakıya
gələndə “biçeraxovçular” - ruslar və ermənilər sevinmiĢdilər...
Qeyd: L. Biçeraxov Birinci Dünya müharibəsi zamanı İranda
rus qoşunlarının komandanı olmuş və türklərə qarşı da vuruş-
muşdu. L.Biçeraxov Azərbaycanı “bölünməz Rusiyanın” tərkib his-
səsi kimi bəyan etmişdi. O, hələ 1919-cu ilin yanvarında Azərbay-
canda qanuni hakimiyyəti devirmək və forpost üçün “Qafqaz-Xəzər
hökuməti” deyilən üzdəniraq, oyuncaq qurum yaratmışdı. ”Biçera-
xovçular” şəhərdə azğınlıq edirdilər... L.Biçeraxovun Bakıda çevri-
liş etmək istədiyini Azərbaycan hökuməti 1919-cu il fevralın 28-də
müttəfiq qoşunların komandanı V. Tomsona bildirmişdi. V. Tomson
L. Biçeraxova 48 saat ərzində Bakını tərk etməyi əmr etmiş və bu
əmr yerinə yetirilmişdi...
Azərbaycan hökumətinin baĢçısı və daxili iĢlər naziri N. Yu-
sifbəyli iyunun 16-da Parlament qarĢısındakı çıxıĢında ermənilərin
gizli fəaliyyəti barədə məlumat vermiĢ və izahat tələb etmiĢdi. Er-
mənistan Respublikasının Azərbaycandakı Diplomatik Nümayəndə-
liyi isə Azərbaycan hökumətinin sorğusuna cavab olaraq bildirmiĢdi
ki, kilsədən tapılan “Ģeylər” general Denikinin ağqvardiyaçı ordusu
ilə əlaqəsi olan poruçik ArĢak Sarkisovun “iĢi”dir. O, bu əlaqəni
Denikinin ordusunda xidmət edən “dostu” S. Balayansla birgə edib.
Odur ki, Ermənistan Diplomatik Missiyası onların hər ikisinin
cəzalandırılmasını Azərbaycan Cümhuriyyətinin hərbi naziri S.
Mehmandarovdan xahiĢ edir və bunu “ədalətli” sayır...
143
Azərbaycan DĠN-in saxta pul kəsilməsinə qarĢı mübarizəsi ilə
əlaqədar daha bir fakt üzərində dayanaq. Bakıda Ġlizar adında bir
nəfər Ģübhəli Ģəxs qismində polis tərəfindən həbs edilmiĢdi. Onun
mənzilindəki çarpayının altından 100.000 min manat pul, möhtəkirlik
məqsədilə gizlədilmiĢ çoxlu brilyant üzük tapılmıĢdı. Ġlizarın “dost-
ları” da daxil olmaqla 5 nəfərdən ibarət pul möhtəkirliyi ilə məĢğul
olan qrupdan üst-üstə 22 milyon köhnə Nikolay pulu da aĢkar
edilərək götürülmüĢdü. Bununla yanaĢı, Armiyanski (sovet dövründə
Qorki) və Kamenistı (sovet dövründə ġors) küçələrinin tinindəki bi-
nada qəlp pul hazırlayanlar da yaxalanmıĢdı. Merkuri (sovet döv-
ründə “ġaumyan” adlanırdı. Sonra Azərbaycan prospekti olub. Ġndi
Zərifə Əliyeva prospektidir) və Budaqov (indiki Bülbül prospekti)
küçələrinin tinində 400.000 manat hökumət pulunu aparan inkasatora
əli silahlı cinayətkarlar hücum edərkən polisin yaxınlaĢdığını görüb
aradan çıxmıĢdılar. Naberejnı küçəsində (indiki Neftçilər prospekti)
gəmi tərsanəsi ilə üzbəüz binada 8 nəfər naməlum Ģəxs cinayət-
axtarıĢ polisi məmurunun libasında və saxta vəsiqə ilə axtarıĢ keçirib,
buradan xeyli cavahirat və qızılı qarət edib aparmıĢdılar. Polis onların
izinə düĢə bilmiĢ və bu hadisənin üstünü açmıĢdı...
Cinayətkarlıqla mübarizədə polis əməkdaĢları və məmurları
xidmət baĢında həlak da olurdular. Belə hallarda Azərbaycan höku-
məti DĠN-in təqdimatı üzrə onların ailələrinə yardım kəsirdi. Məsə-
lən, N.Yusifbəylinin nazir olduğu dövrdə Daxili ĠĢlər Nazirliyinin
1919-cu ildə Gəncə, Nuxa və digər qəza rəisləri və Ģəhər polismeys-
terlikləri ilə yazıĢmaları nəticəsində həmin ilin yanvarında cinayət-
karlarla mübarizədə həlak olmuĢ Gəncə polisinin qorodovoyu Əli
Kərbəlayı Məsim oğlunun və Nuxa həbsxanasının nəzarətçisi Baba
Hacı Sadıx oğlunun ailələrinə birdəfəlik təqaüdlər təyin edilmiĢdi.
Azərbaycan Məhkəmə Palatası prokuroruna Bakı Ģəhərinin 1-ci
sahə polisi rəisi tərəfindən yazılmıĢ raportunda bildirilirdi ki, bu il
iyun ayının 19-da, gecə Bayıl küçəsində yaĢayan bir varlı Ģəxsin
mənzilinə iki nəfər gəlib özlərini polis kimi təqdim etmiĢlər. Onlar-
dan biri özünü təhriri (axtarıĢ) polisinin rəisi kimi təqdim edib, güya
pulemyot axtardıqlarını söyləyib və sübut üçün fotoĢəkil yapıĢdırıl-
mıĢ vəsiqə təqdim edib. Lakin axtarıĢa baĢlayandan bir az sonra onlar
evin xanımını silahla qorxudaraq, kassanı zorla açdırıb, oradan qızıl
144
pulla 2 milyon manatlıq qiymətli əĢya və qızıl pul götürüb aparmıĢ-
lar. Onlar gedərkən tapĢırıblar ki, Ģeylərin və pulun məsələsini aydın
etmək üçün Bakı Polismeysterliyinin Cinayət Polisi Ġdarəsinə gəlsin.
Fakt üzrə polisin apardığı əməliyyat-axtarıĢ tədbirləri nəticə-
sində Ģübhəli Ģəxs qismində saxlanılan Seyid Baba Mir DadaĢ oğlu
istintaq zamanı etiraf edib ki, soyğunçuluğu o təĢkil edib. Ġstintaqın
gediĢində aydın olmuĢdu ki, soyğunçuluqda Bağır Nəcəf oğlunun,
Nəriman MəĢədi Rəhim oğlunun, Mirəhməd Mirkərim oğlunun, Ġsa
Mirzə Yəhya oğlunun, Əli Muxtar Piri oğlunun, Ġsgəndər Hacı Də-
mir oğlunun, Ġsmayıl Əlixan oğlunun, Əli ağa Ağamalı oğlunun və
Mehdi Ramazanda itirak etmiĢlər. Hadisə vaxtı polis qorodovoy Ġs-
gəndər Hacı Dəmir oğlu mülkün qabağında xidmət Ģöbəsində “vəzi-
fəsi”ni yerinə yetirirmiĢ. Ġsa Mirzə Yəhya oğlu və Mir Əhməd Mir-
kərim oğlu isə tərsanə qarĢısında “gecə gözətçisi” imiĢlər.
Bakı Polismeysterliyinin Cinayət-AxtarıĢı Polisinin rəisi soy-
ğunçuluğun təĢkilatçısı Seyid Baba Murad DadaĢ oğlunun və onun
məĢuqəsi Yelena TamaraĢvilinin mənzillərində axtarıĢ aparmıĢ, bu
zaman oradan çoxlu qiymətli oğurluq əĢyalar və qızıl pul aĢkar
etmiĢdi. Soyğuna məruz qalan ev sahibi də baxıĢ zamanı Ģeylərini
tanıyıb. Bundan əlavə, Seyid Babanın mənzilindən onun fotoĢəkili
yapıĢdırılmıĢ iki saxta vəsiqə tapılmıĢdı. Vəsiqənin birincisində ona
silah daĢımağa icazə verildiyi yazılmıĢdı. Ġkinci vəsiqəni isə Bakı
polismeysterinin müavini 1919-cu ilin martında ona vermiĢdi. Soy-
ğuna düçar olmuĢ ev sahibi Seyid Babanın axtarıĢ zamanı özünü
məhz həmin vəsiqəylə cinayət üzrə polis rəisi adlandırdığını təsdiq
etmiĢdi. Ġsmayıl, Əli ağa və Mehdi Ramazandan baĢqa yuxarıda
adları çəkilənlərin hamısı həbsə alınıb. Onların da evlərindən talan
etdikləri qiymətli əĢya və qızıl pullar tapılıb. Ələ keçən qiymətli əĢ-
ya və qızıl pullar yiyəsinə qaytarılıb. Bakı Ģəhərinin 1-ci sahə polisi
istintaqı davam edirir...
Bakı Polismeysterliyinin əməkdaĢları “Tiflis əsilzadələri”
bankını yarmaq istəyən və tapança ilə silahlanmıĢ Ģəxslərə də mane
olmuĢdular. Onlar Çəmbərəkəndində (Azərbaycan Respublikası Na-
zirlər Kabinetinin yerləĢdiyi ərazilər) Vəkilov müalicəxanasının
(indiki Lermontov küçəsində yerləĢən 2 saylı poliklinika) yaxınlı-
ğındakı çəpərə alınmıĢ bağçadakı damdan çoxlu tüfəng, patron dolu
145
qutular bomba və qumbara aĢkar edib götürmüĢdü. Polis tərəfindən
yük avtomobili dolusu silah tutulmuĢdu. Dəniz kənarındakı bir
evdən isə silah anbarı aĢkar edilmiĢdi. Buradan 1067 top gülləsini,
çoxlu patron dolu qutular, bomba və mərmi müsadirə olunmuĢdu.
N.Yusifbəyli baĢ nazir və eyni zamanda daxili iĢlər naziri olan
zamanı Daxili ĠĢlər Nazirliyinin iĢlərinə kənar təĢkilatların, xüsusilə,
hərbi idarələr tərəfindən müdaxilə edilməsinin qarĢısını almıĢdı.
N.Yusifbəyli Dövlət Müdafiə Komitəsinin sədri idi. DMK-nın qərarı
ilə respublikada bütün inzibati hakimiyyət yalnız Daxili ĠĢlər
Nazirliyinin əlində cəmləĢdirilmiĢdi. 1919-cu il sentyabrın 16-da
Dövlət Müdafiə Komitəsinin qərarı ilə polis məmurlarının qanunçu-
luğa necə əməl etməsinə nəzarəti həyata keçirmək məqsədilə DĠN-in
yanında Xüsusi Ġnzibati Ġnspeksiyası (Xüsusi Polis MüfəttiĢliyi) yara-
dılmıĢdı. Xüsusi Polis Ġnspeksiyası Nikolayev (indiki Ġstiqlaliyyət)
küçəsi, 7 nömrəli evdə yerləĢirdi. DMK-nın qərarı ilə Azərbaycan
milli-demokratik fikir cərəyanının rəhbərlərindən, C.Məmmədqulu-
zadə (1866-1932) ilə birlikdə “Molla Nəsrəddin” jurnalının yaradıcı-
larından biri, görkəmli yazçı-jurnalist Ömər Faiq Nemanzadə (1872-
1938) Xüsusi Polis Ġnspeksiyasının baĢ inspektoru təyin olunmuĢdu.
DMK-nın 16 sentyabr 1919-cu il tarixli qərarı və daxili iĢlər
naziri N. Yusifbəylinin müvafiq əmri ilə DĠN-in Xüsusi Polis Ġns-
peksiyasının Əsasnaməsi də qəbul olunmuĢdu. Əsasnamə onunla
tanıĢlıq üçün qəzetlərdə dərc edilmiĢdi.
Əsasnamədə göstərilirdi ki, Xüsusi Polis MüfəttiĢliyi birbaĢa
daxili iĢlər nazirinə tabedir və ondan müvafiq əmrlər alır və yerinə
yetirir. Özünün baĢlıca vəzifəsi qəza və quberniya inzibatçılığının
qanunauyğun aparılmasına nəzarət etməkdən savayı, Xüsusi Polis
MüfətiĢliyi həm də ildə bir dəfə DĠN idarələrinin və məsul Ģəxslərin
iĢinin yoxlanmasını aparmalı idi. Əgər sui-istifadə halları barədə
məlumat alınırdısa, onda MüfəttiĢlik gözlənilməz yoxlama apara
bilərdi. Ancaq belə yoxlamaların aparılması üçün mütləq daxili iĢlər
nazirindən razılıq alınmalı idi. Buna baxmayaraq, müfəttiĢin hər
hansı bir məsul Ģəxsin vəzifəsindən sui-istifadə etməsi barədə məlu-
matı olurdusa, o, müstəsna hal kimi öz sərəncamı üzrə də yoxlama
aparmaq hüququna malik idi.
146
MüfəttiĢ vəzifəli Ģəxslər tərəfindən törədilən vəzifə cinayət-
lərinin təhqiqatını da aparmaq ixtiyarına malik idi. Belə təhqiqatlar
zamanı MüfəttiĢliyin əməkdaĢları Cinayət Məhkəməsinin Nizamna-
məsi üzrə onlara verilən bütün hüquqlardan istifadə edə bilərdilər.
MüfəttiĢliyin məmurları əlavə hüquqlar kimi Ģübhəli olan və ya
cinayətin izini itirməyə cəhd göstərən Ģəxslərin evində axtarıĢ apara,
günahkar Ģəxsin əmlakına da qadağa (həbs) qoya və Ģübhə doğuran,
Ģəxsi təhqiqat aparılan müddətdə vəzifədən uzaqlaĢdıra bilərdilər
və s. MüfəttiĢliyin Əsasnaməsində xüsusi qeyd edilirdi ki, hər hansı
bir məsələnin təhqiqatı qubernator və ya ondan yuxarı vəzifəli
Ģəxslərlə bağlıdırsa, yalnız daxili iĢlər nazirinin icazəsi alındıqdan
sonra yoxlama aparıla bilərdi. Yerdə qalanlar isə, müfəttiĢin səla-
hiyyətinə aid idi. MüfəttiĢliyin məmurları tərəfindən keçirilən yox-
lamaların və təhqiqatların nəticələri məruzə Ģəkilində əvvəlcə öz
rəislərinə, sonra isə daxili iĢlər nazirinə çatdırılırdı. Rəhbərlik də bu-
na əsasən cinayətkarlara qarĢı cəza və yaxud cərimə tədbiri görürdü.
Azərbaycan Cümhuriyyəti DĠN-in yanındakı Xüsusi Polis
MüfəttiĢliyinin Ģtat cədvəli 25 nəfər, o cümlədən 1 baĢ inspektor
(rəis funksiyasına və hüququna malik idi), 1 nəfər onun köməkçisi,8
nəfər müfəttiĢ, 1 nəfər dəftərxana müdiri, 1 nəfər kargüzar və onun
köməkçisi, 1 nəfər qeydiyyatçı, 1 nəfər makinaçı, 1 nəfər dəftərxana
kuryeri və 8 nəfər müfəttiĢlərin kuryeri olmaqla təsdiq olunmuĢdu.
MüfəttiĢliyin ilk baĢ inspektoru (rəisi) Azərbaycan Dövlət Müdafiə
Komitəsinin qərarı və daxili iĢlər naziri N.Yusifbəylinin müvafiq
əmri ilə Ömər Faiq əfəndi Nemanzadə təyin edilmiĢdi.Onun aylıq
vəzifə maaĢı 5.000 rubl idi.
Azərbaycan Respublikasının Dövlət Müdafiə Komitəsinin
(DMK) (Dövlət Müdafiə Komitəsi Azərbaycan Parlamentinin 1919-
cu il 9 iyun tarixli qərarı ilə yaradılmıĢ və ona ən geniĢ səlahiyyətlər
verilmiĢdi. DMK-nın sədri N. Yusifbəyli idi. DĠN öz fəaliyyəti ba-
rədə DMK-ya vaxtaĢırı hesabat verirdi.DMK Bakıda Sahil küçəsin-
də, milyonçu və həm də məĢhur xanəndə olmuĢ Seyid Mir Babaye-
vin evində (Nikolayev küçəsi (Ġndiki Ġstiqlaliyyət küçəsi, 1) yerlə-
Ģirdi. N.Yuisifbəylinin telefonları: 3-32 xidməti; 83-90 mənzil nöm-
rələri idi) qərarı ilə respublikada bütün inzibati hakimiyyət yalnız
bir inzibati ali orqanın – DĠN-in əlində cəmləĢdirilmiĢdi. Belə ki,
147
məhz N.Yusifbəylinin təĢəbbüsü və təkidi ilə DĠN-in iĢlərinə kənar
təĢkilatların, xüsusən də hərbi idarələrin müdaxilə edilməsinin qar-
Ģısı alınmıĢdı. Bundan sonra DĠN-in təsdiq etmədiyi hər hansı sənəd
hüquqi cəhətdən qüvvəsiz sayılırdı.
N.Yusifbəylinin daxili iĢlər naziri iĢlədiyi dövrdə onun təĢəb-
büsü ilə Azərbaycan Parlamenti 1919-cu il 27 iyul tarixli iclasında
respublikanın sərhədlərini qorumaq üçün “Sərhəd mühafizəsinin
təĢkili haqqında” Qanun layihəsinə baxmıĢ və 992 nəfərdən ibarət
(bunun 332-si atlı, 660 nəfəri isə piyada olmaqla) qurumlar yaradıl-
ması qərara alınmıĢdı. O zaman Azərbaycan Cümhuriyyətinin quru
sərhədləri təxminən 1.300, dəniz sərhədləri isə 560 verst idi. Bu
əraziləri qorumaq üçün 99 əsas post qoyulması nəzərdə tutulmuĢdu.
Həmin postlar aĢağıdakı kimi idi:
1). Zaqatala quberniyası – 12 post, 102 nəfər gözətçi;
2). Gəncə quberniyası – 28 post, 280 gözətçi;
3). Qarabağ General-Qubernatorluğu – 18 post, 180 gözətçi;
4). Bakı quberniyası (Lənkəran qəzası çıxılmaqla) – 21 post,
210 gözətçi. Həmin sərhəd gözətçi dəstəsinin təĢkili üçün 518.000
min manat maliyyə vəsaiti ayrılmıĢdı.
Bundan əlavə, həmin il Ġranla sərhəd əraziləri və Cavad qəza-
sının sərhədlərini (indiki Salyan, Neftçala, Biləsuvar, ġirvan, Sabi-
rabad, Saatlı, ĠmiĢli, Beyləqan ərazilərini) qoruyan 200 nəfərlik po-
lis gözətçi dəstəsi yaradılmıĢdı.
Paytaxtla yanaĢı, qəzalarda polis xidmətinin təĢkilinə mühüm
diqqət yetirilirdi. Daxili ĠĢlər Nazirliyi üzrə məlumatlara görə,
1919-cu ilin avqust-sentyabr aylarında yerlərdə - ġuĢa, Zəngəzur,
Cəbrayıl və CavanĢir qəzalarında 17 sahə polis pristavlığı yaradıl-
mıĢdı. ƏrəĢ, Nuxa və Gəncə qəzalarında 26, Quba, Göyçay, Cavad
və ġamaxı qəzalarında isə 22 belə pristavlıq təĢkil olunmuĢdu. Bu
haqda 1919-cu il noyabrın 27-də DMK-nin iclasında ölkədə polis
təĢkilinin (quruculuğunun) gediĢi barədə məruzə edən N. Yusifbəyli
məlumat vermiĢdi. Həmin iclasda Qarabağ General-Qubernatorlu-
ğunun sərəncamına polis və milisin təĢkili üçün 2 milyon, Gəncə
qubenatorluğuna 1 milyon və Lənkəran qəzasına avans olaraq 2 mil-
yon rubl pul ayrılmıĢdı. Bakı qubernatoruna isə həm də yazılı
Ģəkildə bildirilmiĢdi ki, Quba qəzasında 200 nəfərdən ibarət daimi
148
xalq milisi yaratsın və o Hərbi Ġdarənin ixtiyarında olsun. Bakı qu-
bernatorunun üzərinə həmçinin Dövlət Müdafiə Komitəsi tərəfindən
aĢağıdakı tələblər də qoyulmuĢdu:
1. Milis mütləq çağırıĢ yaĢına çatmıĢ Ģəxslərdən təĢkil olunsun;
2. Milis sıralarına götürüləcək Ģəxsin xarici görünüĢünə və əx-
laqi keyfiyyətlərinə xüsusi fikir verilməlidir, yəni onların zəhmli
görkəmi olmalıdır; onlar oğurluq və soyğunçuluğa meylli olmamalı-
dırlar.
Respublikanın ümumi mənafeyinin tələblərinə uyğun olaraq
zaman-zaman DĠN-də mütəmadi təĢkilati və struktur dəyiĢiklikləri
aparılırdı. Məsələn, DĠN-in təĢəbbüsü ilə 1919-cu ilin avqustunda
həbsxana iĢləri onun sərəncamından çıxarılaraq Ədliyyə Nazirliyinin
tabeçiliyinə keçirilmiĢdi. Daxili iĢlər naziri N.Yusifbəylinin digər bir
əmri ilə Gəncə quberniyası mühafizə polisinin Ģtatları artırılmıĢdı.
Ümumiyyətlə, 1919-cu ildə Azərbaycan polisinin Ģtat vahidi
üzrə sayı artırılaraq, 9661 nəfərə çatdırılmıĢdı ki, bu zaman Ģəxsi
heyətin tərkibi aĢağıdakı kimi idi: 1-ci dərəcəli qorodovoylar 498
nəfər, 2-ci dərəcəli qorodovoylar 5089 nəfər, 1-ci dərəcəli keĢikçilər
(postovoylar) - 242 nəfər, 2-ci dərəcəli keĢikçilər 243 nəfər, Bakı
quberniyası üzrə 18 1-ci, 1800 2-ci dərəcəli qorodovoy, 100 nəfər 1-
ci dərəcəli keĢikçilər və 30 nəfər 2-ci dərəcəli keĢikçilər - cəmi 2.218
nəfər təĢkil edirdi. Bunun 1200 nəfəri ancaq Bakı Ģəhər polisinin (110
nəfər 1-ci dərəcəli, 1090 nəfər 2-ci dərəcəli qorodovoy) olmaqla
payına düĢürdü. Balaxanı-Sabunçu Polismeysterliyində 820 nəfər (30
nəfər 1-ci dərəcəli və 790 nəfər 2-ci dərəcəli qorodovoy vardı. Gəncə
quberniyasında polis 1954 nəfər idiki, bunun 156 nəfəri 1-ci dərəcəli,
1231 nəfəri 2-ci dərəcəli qorodovoy, 55 nəfəri 1-ci dərəcəli keĢikçi və
530 nəfər ikinci dərəcəli keĢikçilər, Qarabağ General-Qubernatorluğu
üzrə 906 nəfər polis vardı. Bunun 22-si 1-ci dərəcəli və 184 nəfəri 2-
ci dərəcəli qorodovoy, 67-si 1-ci dərəcəli və 633-ü 2-ci dərəcəli
keĢikçilər idi. Zaqatala ərazisi üzrə 215 nəfər polis vardı, bunun 3-ü
1-ci dərəcəli və 12-si 2-dərəcəli qorodovoy, 20-si 1-ci dərəcəli və 180
nəfəri 2-ci dərəcəli keĢikçilər idi.
1919-1920-ci il maliyyə büdcəsinə görə Azərbaycan polis mə-
murlarının artırılmıĢ aylıq əmək haqqı aĢağıdakı kimi idi:
149
- polismeyster - 3.500, onun böyük köməkçisi 3.200, kiçik
köməkçisi - 2.900, dairə pristavı 2.600, baĢ qorodovoy 1.500, kiçik
qorodovoy 1.400 rubl idi. Bir polisin gün ərzindəki pul təminatı 33-
40 rubl arasında idi. Bunun 13 rublu 2 girvənkə (1 girvənkə 409,5
qram idi), çörək bazar qiymətilə 2 girvənkə (2 girvənkə çörək 20
rubl təĢkil edirdi, ət-1 girvənkə sərf olunurdu. Bir ayda həmin xərc-
lər 990-1200 rubl təĢkil edirdi. Bundan baĢqa, polis əməkdaĢlarına
çay, qənd və ədviyyat Ģeyləri də verilirdi.
O dövrdə Azərbaycan Xalq Cümhuriyyəti polisinin necə
silahlanması da maraqlıdır. 1919-ci ilin oktyabrına olan məlumata
görə, Bakı Polismeysterliyinin sərəncamında cəmi 1117, Balaxanı-
Sabunçu Polismeysterliyində 319, Quba qəza polisində 26, Cavad
(Salyan) polisində 507, Göyçay qəza polisinsdə 105 və ġamaxı
qəza polisində 192 ədəd üçxətli rus tüfəngi vardı. Qarabağ General-
Qubernatorluğuna daxil olan Zəngəzur, ġuĢa, CavanĢir, Cəbrayıl
qəzalarında 1000 və 1200 nəfərdən ibarət iki xalq milisi vardı. On-
ların silahlanması üĢün 200 dövlət niĢanlı tüfəng, 120 Avstriya və
162 rus üçxətli tüfəngi və 100 ədəd də ongülləli tüfəng ayrılmıĢdı.
Bundan əlavə, 118 ədəd üçxətli tüfəngin, 304 mauzer tipli tüfəngin,
102 berdenka və 130 ədəd “Lebel” tipli silahın uçotu vardı.
Polisin mükəmməl silahlanması cinayətkarlıqla mübarizədə
müvəffəqiyyətlərin rəhni idi. 1919-ci ilin sentyabr-oktyabr ayların-
da Bakı Ģəhərində 114 müxtəlif cinayət hadisəsi baĢ vermiĢdi ki,
bunun da 67-nin üstü polis tərəfindən “isti izlər”lə açılmıĢdı.
Azərbaycan Parlamenti də vaxtaĢırı olaraq Daxili ĠĢlər Nazir-
liyinin hesabatlarını qəbul və müzakirə edir, daxili iĢlər nazirinin
təĢəbbüsü və təklifləri üzrə Nazirliyə aid qanun layihələrini hazırla-
yırdı. Məsələn, N.Yusifbəylinin daxili iĢlər nazirliyi dövrünə aid
DĠN-in Parlamentə təqdim etdiyi hesabatda belə bir statistik rəqəm
öz əksini tapmıĢdır ki, 1918-ci ilin dekabrın 7-dən (yəni Azərbaycan
Parlamentinin təsis olunub fəaliyyətə baĢladığı vaxtdan) 1919-cu il
dekabrın 25-dək Parlament Daxili ĠĢlər Nazirliyinə, polisə dair 24
qanun layihəsinə baxmıĢ və büna müvafiq qərarlar qəbul etmiĢdi.
N.Yusifbəylinin “Fərariliklə mübarizəni qüvvətləndirmək
haqqında” 23 iyun 1919-cu il tarixli əmri Milli Ordumuzun kom-
plektləĢdirilməsinə kömək baxımından çox əhəmiyyətli idi. Həmin
150
əmrə görə, fərariləri gizlədən vəzifəli Ģəxslər də 10.000 manat məb-
ləğində cərimə olunur və ya 6 aylıq həbs cəzasına məhkum edilirdi-
lər. Hərbi xidmətdən qaçan Ģəxs geyimi və digər əĢyalarıda özü ilə
aparırdısa, fərarinin ailəsi və ya kənd icması həmin əĢyaların qiy-
mətinin iki misli miqdarında cərimə edilirdilər.
Əmrdə Gəncə qubernatoru, qəza rəisi və Gəncə Ģəhər polis-
meysterindən tələb olunurdu ki, əsgərlərin fərarilik edəcəyi hallarda,
dərhal onları yaxud valideynlərini tapıb xəbərdar etməklə bir həftə
vaxt verilsin. Əks təqdirdə, onlar həbs olunmalı və həm də özləri ilə
apardıqları əĢyaların qiymətini ödəməlidirlər. Bununla belə, hərbi na-
zir general S. Mehmandarovun daxili iĢlər naziri N. Yusifbəyliyə
göndərdiyi məlumatlarda həm də bildirilirdi ki, bəzi çağırıĢ yaĢlılar
hərbi mükəlləfiyyətləri yerinə yetirməmək üçün polisə qəbul olur və
beləliklə, gizlənirlər. Bu da yolverilməzdir. Nazir hətta polis xidməti-
nin özündə də fərariliyin olduğunu göstərirdi. Odur ki, hər iki güc na-
zirliyi fərariliyə qarĢı birgə mübarizədə öz səylərini birləĢdirmiĢdilər.
Əhalini hərbi iĢlə tanıĢ etmək, ölkədə sabitliyin, ictimai asayi-
Ģin və nizam-intizaın saxlanması Nəsib bəyi həm DMK-nın sədri və
həm də Daxili ĠĢlər Nazirliyinə büĢçılıq edən bir Ģəxs kimi çöx
düĢündürürdü. Buna zərurət var idi. Odur ki, DMK-nın 1 iyun 1919-
cu il tarixli qərarı və Azərbaycan Parlamentinin razılığı ilə Azər-
baycan Cümhuriyyətinin mobil Könüllü Əsgərlər Dəstəsi yaradıldı.
Bu barədə Bakı Ģəhərinin komendantı, general-mayor Firidun bəy
Vəzirov (1850-1925) 7 sentyabr 1919-ci il tarixli raportunda bildir-
miĢdi. Dəstə əvvəlcə ancaq Bakı Ģəhərinin 14 rayonunu: Sabunçu,
Mərkəzi, Balaxanı, Zabrat, Suraxanı, Xil, AĢağı Bibiheybət, Yuxarı
Bibiheybət, Qara Ģəhər, Ağ Ģəhər, Z.Tağıyev fabriki, Binəqədi,
MaĢtağa və Nardaran ərazilərini əhatə edirdi. DMK-nın qərarı ilə
Könüllü Əsgərlər Dəstəsinin rəisi peĢəkar hərbçi, polkovnik Yusif
Ziya bəy Talıbzadə (1877-1923) təyin edilmiĢdi. Hələlik, bilavasitə
DMK-ya tabe olan bu yeni qurumu əslində, Azərbaycan Respublikası
DĠN-in hazırkı Daxili QoĢunlarının sələfi adlandırmaq olar.
1919-cu il iyunun 10-da Azərbaycan Dövlət Müdafiə Ko-
mitəsinin sədri və daxili iĢlər naziri N.Yusifbəylinin əmri ilə Bakı
Ģəhəri və onun rayonlarının ərazisində yaĢayan hərbi çağırıĢ yaĢına
çatmıĢ Ģəxslər üçün hərbi hazırlıq iĢinin təĢkili baĢlanmıĢdı.
151
Bununla əlaqədar könüllü dəstələrin təĢkili üzrə komissiya
yaradılmıĢdı. Komissiyaya artıq yuxarıda barəsində bəhs etdiyimiz
peĢəkar hərbçi, ictimai asayiĢi mühafizə edən Bakı TəĢkilatının
Yardım Alayının rəisi Yusif Ziya bəy Talıbzadə sədr təyin
edilmiĢdi. O, 5 min rubl əmək haqqı verilməklə həmin vəzifəyə tə-
yin olunmuĢdu. Bu qurum da birbaĢa DMK-ya tabeçiliklə yaradıl-
mıĢdı. Lakin sonra Daxili ĠĢlər Nazirliyinin tabeliyində olan mobil
(çevik) bir quruma çevrilmiĢdi. Belə ki, DMK-nın 1920-ci il 27
mart tarixli qərarı ilə Bakı TəĢkilatının Yardım Alayının könüllü
dəstələri Azərbaycan Cümhuriyyəti Daxili ĠĢlər Nazirliyinin sərən-
camına verilmiĢdi... Beləliklə, xalqımızın milli istiqlalı və tərəqqisi
üçün çox iĢlər görmüĢ Ģəxslərdən biri olan Yusif Ziya Talıbzadəni
həm də DĠN-in indiki Daxili QoĢunlarının yaradıcısı saymaq olar...
Təyinat. Daxili iĢlər naziri N.Yusifbəylinin 15 iyun 1919-cu il
tarixli əmri ilə Rüstəm bəy Pənahəli bəy oğlu Mirzəyev Bakı
Ģəhərinin polismeysteri vəzifəsinə təyin edilmiĢdi.
N.Yusifbəylinin baĢçılıq etdiyi Azərbaycan hökuməti DĠN-in
fəaliyyətini daim diqqət mərkəzində saxlayır, onun maliyyə xərclə-
rini səmərəli yöndə nizamlayır, bacardıqca bu quruma daha artıq pul
ayırırdı. Bunun nəticəsi idi ki, 1919-cu ilin sonunda DĠN-ə ayrılan
maliyyə vəsaiti hərbi və ədliyyə nazirliklərinə, habelə dövlət
müdafiəsinə ayrılan maliyyə xərclərindən yüksək olmuĢdu.
O dövrdə Bakıda yaĢayan Tiflis, Ġran, Dağıstan, Türkmənistan
və digər yerlərdən gəlmiĢ cinayətkar ünsürlər çox idi. Bunu nəzərə
alaraq daxili iĢlər naziri N.Yusifbəyli 28 iyun 1919-cu il tarixli əmr
vermiĢdi. Əmrdə Bakı və Balaxanı-Sabunçu polismeysterlikləri
qarĢısında aĢağıdakı konkret vəzifələr qoyulmuĢdu:
- pristav və agentlərin köməyi ilə təcili olaraq, hər evdə ya-
Ģayan adamların nə ilə məĢğul olduqları müəyyənləĢdirilsin;
- çünki bu haqda Azərbaycan hökumətinin hələ 28 avqust
1918-ci il tarixli sərəncamı vardır. Həmin sərəncamın icrasının da-
vamı olaraq bütün vətəndaĢlara müraciət olunaraq bildirilsin ki, xa-
rici pasportların verilməsi qubernatorların səlahiyyətinə daxildir.
ÇağırıĢçılara, məhkəmədə və istintaq altında olanlara, həmçinin ver-
giləri ödəməkdən boyun qaçıranlara xarici pasport verilmir;
152
- sakinlərin qeydiyyat qaydalarını pozan ev sahibləri, meh-
manxana müdirləri protokol tərtib edilməklə məsuliyyətə cəlb edil-
sinlər;
- məhəllə pristavları yeməkxana, mehmanxana və digər yer-
lərdə yoxlama aparsınlar. Etibarlı olmayan Ģəxslərin iĢlədiyi ticarət
müəsisələri dərhal bağlansın, sahibləri isə Ģəhərdən sürgün edilsin;
- Ģəhəri bəd niyyətli adamlardan təmizləmək üçün əmr edirəm
ki, Ģəhərdə avaralıq edən, kefdə-damaqda olan, heç bir iĢlə məĢğul
olmayan Ģəxslər aĢkar olunub həbs edilsinlər. Bu istiqamətdə mün-
təzəm fəaliyyət göstərmək üçün Polismeysterlik Cinayət-AxtarıĢ
Polisi ilə razılığa gəlsin.
Nazir Usubbəyov”.
Azərbaycan hökuməti respublikanın ərazisində əks fəaliyyət
göstərən Ģəxslərin və qüvvələrin aĢkar edilməsini Daxili ĠĢlər
Nazirliyindən getdikcə daha artıq tələb edirdi. Buna müqabil olaraq,
1919-cu ilin iyulunda Bakının fabrik-zavod rayonlarında (Z.A.Tağı-
yevin, S.M.ġibayevin, A.Ġ.MantaĢevin (Aleksandr Ġvanoviç Man-
taĢev. 1842-ci ildə Tiflisdə erməni ailəsində anadan olmuĢdu. 1907-
ci ildə dünyada 835 kilometr uzunluğunda Bakı-Batum neft kəməri
onun pulu ilə çəkilmiĢdi. Həmmüasirləri onu “neft kralı” adlan-
dırırdılar. 1911-ci il aprelin 19-da Sankt-Peterburqda dünyasını də-
yiĢmiĢ A.MantaĢev Tiflisə gətirilmiĢ və oradakı Van kilsəsində dəfn
edilmiĢdi...) və baĢqalarının zavodlarında) Azərbaycan hökuməti
əleyhinə gizli özəklər yaratmıĢ bolĢeviklər polis tərəfindən həbs
edilmiĢ, onlara xəbərdarlıq olunduqdan sonra buraxılmıĢdılar.
Nəsib bəyin dövründə “Azərbaycan vətəndaĢlığı haqqında”
Qanun (11 avqust 1919-cu il) qəbul edilmiĢdi. 1919-cu ilin avqus-
tunda isə həbsxana iĢlərinə nəzarət DĠN-in sərəncamından çıxarılıb
Ədliyyə Nazirliyinin tabeliyinə keçirilmiĢdi. Azərbaycanda hərbi
vəziyyətin tətbiqi də N.Yusifbəylinin rəhbərlik etdiyi Daxili ĠĢlər
Nazirliyinə həvalə olunmuĢdu. Nəsib bəy Azərbaycanın Dövlət
Müstəqilliyi əleyhinə yönəlmiĢ hərəkətlərə, siyasi, transmilli, krimi-
nal cinayətkarlığa və cinayətkarlığın digər növlərinə, o cümlədən
sabotajçılığa qarĢı mübarizədə amansız və qətiyyətli idi. O, 1919-cu
ilin iyulunda Azərbaycan Cümhuriyyətinə tabe olmayan və qiyam
qaldırmıĢ “Muğan Sovet Respublikası”nı (25 aprel-25 iyul 1919-cu
153
il) öz sərəncamında olan Milli Silahlı Qüvvələrimizin, o cümlədən
DĠN qüvvələrinnin köməyi ilə qəti olaraq süquta uğratmıĢdı (Milli
Ordumuzun qüvvələrinə general-mayor Həbib bəy Səlimov (1881-
1920) rəhbərlik etmiĢdi ...
Nəsib bəy xalqının gələcəyinə böyük ümidlər bəsləyən bir
Ģəxsiyyət, görkəmli siyasi-ictimai xadim idi. O, 1919-cu il mayın
28-də Azərbaycan Parlamentinin növbəti iclasındakı çıxıĢında
demiĢdi:
- “Azərbaycanın Müstəqilliyi baĢ vermiĢ bir faktdır. Mən Sülh
Konfransının son sözünü soyuqqanlıqla gözləyirəm. Ağlım kəsmir
ki, dünyanın mədəni xalqlarının nümayəndələri Azərbaycan türk-
lərinin arzu və istəklərinə biganə qalsınlar. Əks təqdirdə, məndə bu
xalqların mədəni xalqlar olmasına Ģübhə oyanardı”.
Doğrudan da onun düĢündüyü kimi olmuĢdu. Paris Konfransının
Ali ġurası 1920-ci il yanvarın 11-də Ġngiltərənin xarici iĢlər naziri lord
Corc Nataniyel Kerzonun (1859-1925) təklifi ilə Azərbaycanın Dövlət
Müstəqilliyini de-fakto (faktiki cəhətdən), habelə de-yure (yuridik
cəhətdən, rəsmən) tanımıĢdı...
N.Yusifbəyli xalqının azad və dinc yaĢamaqla dünya xalqları
içərisində özünəməxsus yer tutduğunu, onun müstəqilliyini təhlükə
altına almağa göstərilən hər cür böyük dövlətçilik və Ģovinistlik
cəhdlərinə qarĢı barıĢmaz olduğunu dəfələrlə qəti Ģəkildə bildirmiĢ-
di. Bu cəhətdən onun Parlamentin 1919-cu il 22 dekabr tarixli
iclasındakı çıxıĢı bariz nümunədir:
- “Azərbaycan xalqı azad və müstəqil yaĢamaq istəyir və o
baĢa düĢür ki, bunun üçün güclü qüvvə lazımdır. Təbii ki, bu qüvvə
bizə hücum üçün deyil, bizim namusumuzu, ləyaqətimizi, Vətənimizi
və Ġstiqlaliyyətimizi müdafiə etmək üçün lazımdır. Bu cəhətdən
Azərbaycanda hərbi mükəlləfiyyət müqəddəs vəzifədir. Ən qiymətli
azadlıq, bizim Ġstiqlaliyyətimizdir və biz onu göz bəbəyi kimi müda-
fiə edəcəyik”. Nəsib bəy hələ o zamankı çıxıĢında qonĢu Türkiyə,
Ġran, Rusiya kimi böyük dövlətlərlə bərabərhüquqlu xarici dövlət
kimi dostluq və əməkdaĢlıq etməyə hazır olduğumuzu bildirmiĢdi.
Onun Dağlılar Respublikası (indiki Dağıstan) ilə dostluq və
müstəqillik haqqındakı çağırıĢı da maraqlı idi:
154
- “Cənab Parlament üzvləri, mən deməyi özümə borc bilirəm
ki, Dağlılar Respublikası azərbaycanlılar üçün ikinci vətəndir, necə
ki, Azərbaycan dağlılar üçün belədir. Sizə məlumdur ki, Denikin or-
dusu Qafqazı təhdid etməkdədir. Qoy, bizim dağlı qardaĢlarımız
Ģübhə etməsinlər, biz həmiĢə onlarlayıq”.N.Yusifbəylinin göstəriĢi
ilə nümayəndəmiz Əlixan Xandəmir 1919-cu ildə Dağlılar Respub-
likasının Temirxan ġura Ģəhərinə gedərək bu respublikaya Azərbay-
can hökumətinin kömək olaraq göndərdiyi 10 milyon manat pulu
təqdim etmiĢdi.
Nəsib bəy 1919-cu ildə Ģimaldan ağqvardiyaçı general Deni-
kinin könüllü ordusunun Dağlılar Respublikasının ərazisinə daxil
olduğunu və bununla Azərbaycan sərhədləri üçün də təhlükə yaran-
dığını gördükdə bu haqda general Denikinin səlahiyyətli nümayən-
dəsi polkovnik Lazarevə və denikinçilərə himayədarlıq edən ingilis-
lərə öz etirazını Parlamentdə çıxıĢ etməklə bildirmiĢ və demiĢdi:
“Hər Ģeydən öncə, bəyan etməyi özümə borc bilirəm ki, deyəm: -
Azərbaycanın sərhədlərini yalnız bizim meyitlərimiz üzərindən
adlamaqla keçmək olar”.
19 iyun 1919-cu il. N.Yusifbəlinin imzası ilə DMK bütün
Azərbaycan Respublikası ərazisində hərbi vəziyyət elan etmiĢ və
bunun icrasına nəzarət Daxili ĠĢlər Nazirliyinə həvalə olunmuĢdu.
Dostları ilə paylaş: |