İSTİsmar qaydalari böLMƏ İSTİsmarin təŞKİLİ Əsas müddəalar və vəzifələr



Yüklə 177,05 Kb.
səhifə2/3
tarix22.04.2017
ölçüsü177,05 Kb.
#15573
1   2   3

5.6. Avadanlıqların, binaların və qurğuların istismarına texniki və texnoloji nəzarəti həyata keçirən enerji obyektinin işçiləri aşağıdakıları təmin etməlidirlər:

  • avadanlığın və qurğuların istismarı zamanı baş verən pozuntuların araşdırılmasının təşkil edilməsini;

  • avadanlığın işindəki texnoloji pozuntuların qeydiyyatının aparılmasını;

  • texniki sənədlərin vəziyyətinə və aparılmasına nəzarəti;

  • qəza- və yanğınaqarşı profilaktik tədbirlərin yerinə yetirilməsinin qeydiyyatının aparılmasını;

  • heyətin hazırlanması ilə əlaqədar işlərin təşkilində iştirak etmək.

5.7. Enerjisistem və digər elektroenergetika müəssisələri aşağıdakıları təmin etməlidir:

  • enerji obyektlərinin istismarının təşkilinə müntəzəm nəzarət;

  • avadanlıq, bina və qrğuların vəziyyətinə dövri nəzarət;

  • dövri texniki yoxlamaların təşkili;

  • orta və əsaslı təmirlərin təsdiq edilmiş müddətlərinə riayət edilməsinə nəzarət;

  • normativ sənədlərdə şərh olunan tələblərin və tədbirlərin yerinə yetirilməsinə nəzarət;

  • enerji obyektlərində baş verən yanğın və texnoloji pozuntuların səbəblərinin araşdırılmasına nəzarət;

  • istismarın texniki səviyyəsinin yüksəldilməsinə dair tərtib edilən xəbərdaredici və profilaktik tədbirlərin kifayət olduğunu qiymətləndirmək;

  • enerji obyektlərində yanğın və qəzaların qarşısının alınması üzrə tədbirlərin işlənilməsi və yerinə yetirilməsinə nəzarət;

  • idarə texniki və texnoloji nəzarətin səlahiyyətli orqanlarının göstərişlərinin yerinə yetirilməsinə nəzarət;

  • dövlət nəzarət orqanlarının nəzarətində olan obyektlərdə pozuntuların qeydiyyatı;

  • dövlət nəzarət orqanlarının nəzarətində olan obyektlərdə qəza- və yanğınaqarşı tədbirlərin yerinə yetirilməsinin qeydiyyatı;

  • avadanlığın hazırlanması və göndərilməsi üçün texniki şərtlərə yenidən baxılmasını;

  • texnoloji pozuntular və qəza barəsində dövlət nəzarət orqanlarına məlumatın çatdırılmasını.

5.8. İdarə texniki və texnoloji nəzarətinin əsas məqsədləri aşağıdakılardır:

  1. texniki xidmətə və təmirə qoyulan tələblərə riayət edilməsinə nəzarət;

  2. təhlükəsiz və qənaətli iş rejiminin aparılması üzrə qayda və təlimatların yerinə yetirilməsinə nəzarət;

  3. elektrik stansiyaların, şəbəkələrin və enerjisistemin işində baş verən yanğın və texnoloji pozuntuların səbəblərinin araşdırılmasının, qeydiyyatının və təhlilinin təşkili;

  4. enerji avadanlıqlarının işində yanğınların, qəzaların və digər texnoloji pozuntuların qarşısını almaq üçün və istismarın təkmilləşdirilməsi üzrə profilaktik tədbirlərin yerinə yetirilməsinə nəzarət;

  5. enerji qurğularının quraşdırılması və istifadəsi zamanı işlərin təhlükəsiz aparılmasına və avadanlığın etibarlı istismarına yönəlmiş normativ tədbirlərin tətbiq edilməsi praktikasının ümumiləşdirilməsi və onların təkmilləşdirilməsi üzrə təkliflərin işlənib hazırlanmasının təşkili;

  6. sənaye və yanğın təhlükəsizliyi məsələləri və əməyin mühafizəsi üzrə normativ-texniki sənədlərin hazırlanmasının təşkili.


6. Texniki xidmət, təmir və modernləşdirmə
6.1. Hər bir enerji müəssisəsində avadanlıqların, binaların, qurğuların və enerji qurğuları kommunikasiyalarının texniki xidməti, plan üzrə təmirləri və modernləşdirilməsi təşkil edilməlidir.

6.2. Avadanlıqların, binaların və qurğuların texniki vəziyyətinə, təyin olunmuş istismar göstəricilərinin stabilliyini təmin edən təmir işlərinin yerinə yetirilməsinə, hazırlıq işlərinin tam həcmdə yerinə yetirilməsinə, plan üzrə aparılan təmir işlərinin ehtiyat hissələri və materiallarla vaxtında təmin edilməsinə, həmçinin yerinə yetirilmiş təmir işlərinin müddətinə və keyfiyyətinə görə cavabdeh mülkiyyətçi sayılır.

6.3. Texniki xidmətin və plan üzrə təmirlərin həcmi avadanlıqların, binaların və qurğuların saz və işlək vəziyyətdə saxlanması ehtiyacının təmin edilməsi ilə müəyyənləşdirilməlidir. Avadanlıqların texniki xidmət və əsaslı təmiri üzrə tövsiyə olunan siyahı və işlərin həcmi elektrik stansiyaları və şəbəkələrin avadanlıqları, binaları və qurğularının texniki xidməti və təmirinin təşkili qaydalarında və enerji bloklarının plan üzrə xəbərdaredici təmirlərinin texniki-iqtisadi normativlərində verilmişdir.

6.4. Bütün növ təmirlərin dövriliyi və müddəti avadanlıqların, binaların və qurğuların texniki xidməti və təmirinin təşkili qaydalarında və normativ-texniki sənədlərdə göstərilmişdir.

6.5. Əsaslı təmirlərarası dövrdə enerji bloklarının istismar müddətinin artırılması və normativ göstəricilərlə müqayisədə gücü 160 MVt və ondan yuxarı olan eenrji bloklarının əsaslı (orta) təmir müddətinin artırılması elektrik stansiyaları və şəbəkələrin avadanlıqlarının, binalarının və qurğularının texniki xidmətinin təşkili qaydalarına uyğun yerinə yetirilməlidir.

6.6. Avadanlığın, bina və qurğuların təmiri işlərinin təşkili, aparılması texnologiyası, təmirə hazırlanma və çıxarılma üsulu, həmçinin təmir olunmuş avadanlıq, bina və qurğuların qəbulu və onların vəziyyətinin qiymətləndirilməsi elektrik stansiyaları və şəbəkələrin avadanlıqlarının, binalarının və qurğularının texniki xidmətinin təşkili qaydalarına uyğun olmalıdır.

6.7. Təmir işlərinin həcmi qabaqcadan icraçı təşkilatlarla razılaşdırılmalıdır.

6.8. Təmirdən əvvəl və onun aparılması zamanı tərkibi texniki rəhbər tərəfindən təsdiq olunan komissiya bütün qüsurları aşkar etməlidir. Təmirdən çıxmış avadanlıqların, binaların və qurğuların tələb olunan göstəriciləri normativ-texniki sənədlərlə müəyyən edilir.

6.9. Avadanlıq və qurğuların təmirə çıxarılması və onların işə qoşulması illik təmir qrafiklərində göstərilən və operativ idarəetməsində və ya operativ sərəncamında bu avadanlıq və qurğular olan təşkilatla razılaşdırılmış müddətdə icra olunmalıdır.

6.10. Əsaslı və orta təmirdən çıxmış avadanlıqların, binaların və qurğuların qəbulu icraçılarla razılaşdırılmış və enerji obyektinin texniki rəhbərinin təsdiqlədiyi proqram üzrə komissiya tərəfindən yerinə yetirilməlidir. Qəbul komissiyasının tərkibi enerji obyekt üzrə verilən əmrlə təyin edilməlidir.

6.11. Elektrik stansiyalarının, 35 kV və yuxarı gərginlikli yarımstansiyaların əsaslı və orta təmirdən çıxmış avadanlığı yük altında 48 saat, istilik şəbəkələrinin avadanlığı isə - 24 saat ərzində təhvil-təslim sınağından keçməlidir.

6.12. Təmirdən çıxmış avadanlıq qəbul edilən zaman aparılan təmirin keyfiyyəti qiymətləndirilməlidir. Bura aiddir:

  • təmirdən çıxmış avadanlığın keyfiyyəti;

  • yerinə yetirilən təmir işlərinin keyfiyyəti;

  • yanğın təhlükəsizliyinin səviyyəsi.

Keyfiyyətin qiymətləndirilməsi aparılır:

  • əvvəlcədən – təhvil-təslim sınaqları qurtardıqdan sonra;

  • son olaraq – aylıq nəzarət istismarının nəticələri üzrə. Bu müddət ərzində bütün rejimlərdə avadanlığın işləməsinin yoxlanılması qurtarmalı, bütün sistemlərdə sınaq və sazlama işləri aparılmalıdır.

6.13. Əsaslı (orta) təmirin qurtarması müddəti aşağıdakı kimi qəbul edilir:

  • eninə əlaqəli istilik elektrik stansiyalarının enerji blokları buxar turbinləri, hidroaqreqatlar və transformatorlar üçün – generator (transformator) şəbəkəyə qoşulan vaxt;

  • eninə əlaqəli İES-lərin buxar qazanları üçün – təzə buxarın stansiya boru kəmərinə qazanın qoşulduğu vaxt;

  • ikigövdəli qazanları olan enerji blokları üçün – qazanın gövdələrindən biri ilə yük altında enerji blokunun qoşulma vaxtı; bu halda qazanın ikinci gövdəsinin alışdırılması və qoşulması əgər təmir qrafikində təmir zamanı ləngidilmə nəzərdə tutulmayıbsa, enerji blokunun yüklənmə qrafikinə uyğun yerinə yetirilməlidir;

  • istilik şəbəkələri üçün – şəbəkənin qoşulması və orada şəbəkə suunun dövranının tədbiq edilməsi vaxdı;

  • elekrtik şəbəkələri üçün - əgər gərginlik altında qoşulan zaman imtina baş verməyibsə, şəbəkəyə qoşulan andan; gərginlik çıxarılmadan təmir zamanı – işlərin qurtarması barədə iş rəhbərinin (icraçısının) növbətçi dispetçerə məlumat verməsi anından.

Əgər təhvil-təslim sınaqları aparılan müddətdə avadanlığın nominal yüklə işləməsinə mane olan və ya avadanlığın dərhal dayandırılmasını tələb edən qüsurlar aşkar olunubsa, onda bu qüsurların aradan qaldırılmasına və təkrar təhvil-təslim sınaqlarının aparılmasına qədər təmir qurtarmamış hesab olunur.

Təhvil-təslim sınaqları zamanı avadanlığın ayrı-ayrı tərkib hissələrinin normal işi pozulduqda, bu zaman təhvil-təslim sınaqlarının davam etdirilməsi məsələsi pozuntunun xarakterindən asılı olaraq təmiri icra edən heyətlə razılaşmaqla enerji obyektinin texniki rəhbəri tərəfindən həll edilir. Bu halda aşkar olunmuş qüsurlar təmiri icra edən heyət tərəfindən enerji obyekti ilə razılaşdırılmış müddətdə aradan qaldırılır.



6.14. Enerjiblokun tərkibinə daxil olan bütün əsas avadanlığın təmiri eyni vaxtda aparılmalıdır.

6.15. Enerji müəssisələri müntəzəm olaraq avadanlığın, bina və qurğuların təmir və texniki xidmətinin texniki-iqtisadi göstəricilərinin qeydiyyatını aparımalıdır.

6.16. Enerji obyektlərində yaradılmalıdır:

  • elektrik stansiyalarında - mərkəzi təmir emalatxanaları, təmir meydançaları və əsas bölmədə, köməkçi binalarda və tikililərdə təmir heyəti üçün istehsalat otaqları;

  • istilik şəbəkələrində - təmir-istismar bazaları;

  • elektrik şəbəkələrində - təmir-istehsalat bazaları.

6.17. Enerji qurğuları daimi və səyyar qaldırıcı-nəqliyyat vasitələrilə, takelaj ləvazimatları və alətlərilə, həmçinin təmir işlərinin mexanikləşdirmə vasitələrilə təchiz edilməlidir.

6.18. Enerji obyektləri təmirin vaxtında və keyfiyyətlə aparılması üçün təmirə aid sənədlərlə, alətlərlə və təmir işlərini icra etmək üçün xüsusi vasitələrlə təchiz olunmalıdır.

6.19. Dövlət nəzarət orqanlarının tabeliyində olan obyektlərdə təmir işlərini həyata keçirən enerji obyektləri və təmir təşkilatları təmir işlərinin aparılması üçün icazə (lisenziya) almalıdır.

6.20. Enerji obyektləri təmir işlərinin vaxtında yerinə yetirilməsi üçün armaturların, qovşaqların və avadanlığın ehtiyat hissələri, materiallar və dəyişmə fondu ilə təmin olunmalıdır.
7. Texniki sənədlər
7.1. Hər bir enerji müəssisəsində aşağıdakı sənədlər olmalıdır:

  1. torpaq sahələrinin ayrılması aktları;

  2. yeraltı təsərrüfatlar daxil olmaqla, bina və qurğuların yerləşdirilməsi göstərilən sahənin baş planı;

  3. torpaq sınaq və qurunt sularının təhlilinin nəticələri ilə birlikdə ərazi barəsində geoloji, hidrogeoloji və digər məlumatlar;

  4. şurfların kəsiyilə özülün qoyulması aktı;

  5. örtülü işlərin qəbul aktları;

  6. bina və qurğuların, avadanlıq özüllərinin çökməsi barəsində aktlar (və ya müşahidə jurnalı);

  7. qurğuların partlayış təhlükəsizliyini, yanğın təhlükəsizliyini, ildırımdan mühafizəsini və korroziyaya qarşı mühafizəsini təmin edən tikililərin sınaq aktları;

  8. su təchizatı, yanğın su kəməri, kanalizasiya, qaz təchizatı, istilik təchizatı, qızdırıcı və havadəyişmənin daxili və xarici sistemlərinin sınaq aktları;

  9. dövlət və işçi qəbuletmə komissiyalarının aktları;

  10. bütün sonrakı dəyişikliklərlə birlikdə təsdiq edilmiş layihə sənədləri (cizgilər, izahedici qeydlər və b.);

  11. bina, qurğu, texnoloji qovşaqlar və avadanlığın texniki pasportları;

  12. avadanlıq və qurğuların və bütün yeraltı təsərrüfatın icra cizgiləri;

  13. avadanlığın ehtiyat hissələrinin cizgiləri;

  14. avadanlıq və qurğulara xidmətetmə üzrə təlimatlar və hər bir işçinin yerinə görə vəzifə təlimatları;

  15. operativ yanğınsöndürmə planı;

  16. dövlət nəzarət idarələrinin tələblərinə aid sənədlər;

  17. əməyin mühafizəsi üzrə təlimat.

Yuxarıda göstərilən sənədlərin nüsxələri müəssisənin texniki arxivində saxlanılmalıdır.

7.2. Hər bir enerji müəssisəsində, enerjisistemin istehsalat bölmələrində sex, yarımstansiya, rayon, sahə, laboratoriya və xidmətlər üçün lazımi təlimat və texnoloji sxemlərin siyahısı tərtib olunmalı, həmin siyahını enerji müəssisənin (enerjisistemin) texniki rəhbəri təsdiqləməlidir.

7.3. Elektrik stansiyasının, qazanxananın və yarımstansiyaların əsas və köməkçi avadanlığında, həmin avadanlığın üzərində dövlət standartına uyğun nominal göstəriciləri olan lövhəcik qoyulmalıdır.

7.4. Bütün əsas və köməkçi avadanlıqlar, o cümlədən boru kəmərləri, şin sistemləri və seksiyaları, həmçinin armatur, qaz və hava kəmərlərinin şiberləri nömrələnməlidir. Seçici idarəetmə sistemi (SİS) olduqda armaturun nömrələri öz yerində və icra cizgilərində ikiqat təkrar olunaraq operativ sxemə və SİS üzrə nömrəyə uyğun göstərilməlidir. Əsas avadanlığın nömrəsi sıra rəqəmləri ilə, yardımçı avadanlığın nömrəsi isə, bu rəqəmlərin yanında A, B, C və s. hərflər əlavə edilmiş halda göstərilir. Avadanlıqların nömrələnməsi binanın daimi baş divarından və A sırasından aparılmalıdır. Təkrar (dubl) bloklarda qazanlara A və B hərfini əlavə etməklə blokun nömrəsi verilməlidir. Yanacaqverən sistemin ayrı-ayrı qovşaqları yanacağın hərəkəti istiqamətində ardıcıl olaraq artma ilə, paralel qovşaqları isə, həmin nömrələrə A və B hərflərini əlavə etməklə yanacağın hərəkəti üzrə soldan sağa nömrələnməlidir.

7.5. İstismar prosesində enerji qurğularında yerinə yetirilən bütün dəyişikliklər, məsul şəxsin vəzifəsi və edilən dəyişikliyin tarixi göstərilməklə onun imzası ilə dərhal sxem və cizgilərə salınmalıdır. Təlimatlarda, sxemlərdə və cizgilərdə edilən dəyişikliklər haqqında məlumatlar bu təlimat, sxem və cizgiləri bilməsi vacib olan bütün işçilərin nəzərinə çatdırılmalıdır (sərəncam jurnalında qeyd olunmaqla).

7.6. Texnoloji sxemlərin (cizgilərin) istismarın faktiki vəziyyətinə uyğunluğu, müəyyən qeydlər etməklə, 3 ildə 1 dəfədən az olmayaraq yoxlanılmalıdır. Bu müddət ərzində zəruri təlimatların və işçi icra sxemlərin (cizgilərin) siyahısına yenidən baxılmalıdır.

7.7. Lazımi sxemlərin toplusu enerjisistemin, istilik və elektrik şəbəkəsinin növbətçi dispetçerində, elektrik stansiyasının növbə rəisində, hər sexin və blokun növbə rəisində, yarımstansiyanın, istilik və elektrik şəbəkəsi rayonunun növbətçisində və səyyar-operativ briqadanın ustasında olmalıdır. Əsas sxemlər enerji qurğusu yerləşən otaqda yaxşı görünən yerdən asılmalıdır.

7.8. Bütün iş yerləri lazımi təlimatlarla təchiz olunmalıdır.

7.9. Növbətçi heyətdə cədvəl 1-də göstərilən həcmdə operativ sənədlər olmalıdır.

Yerli şəraitdən asılı olaraq operativ sənədlərin həcmi enerjiobyektin və ya enerjisistemin texniki rəhbərinin qərarı ilə dəyişdirilə bilər.



7.10. Elektrik stansiyalarının sexlərində operativ-dispetçer heyətinin iş yerlərində, daimi növbətçi heyət olan idarəetmə lövhələrində, dispetçer məntəqələrində sutkalıq cədvəllər aparılmalıdır.

7.11. İnzibati-texniki heyət avadanlıqların təyin edilən baxış qrafiklərinə uyğun operativ sənədlərə baxmalı, avadanlığın və heyətin işində olan nöqsan və çatışmazlıqları ləğv etməkdən ötrü lazımi tədbirlər görməlidir.

7.12. Operativ sənədlər, özü yazan ölçü-nəzarət cihazlarının diaqramları, operativ-dispetçer danışıqlarının maqnit yazıları və AİS-nin operativ-informasiya kompleksinin tərtib etdiyi çıxış sənədləri ciddi sənədlər sırasına aid edilməli və müəyyən edilmiş qayda üzrə saxlanılmalıdır:

  • qeydedici vihazların göstəriciləri yazılmış lentlər – 3 il;

  • normal şəraitdə operativ əməliyyat danışıqlarının maqnitofon yazısı - əgər müddətin azaldılması barəsində göstəriş daxil olmasa 10 sutka;

  • qəza və işdə digər pozuntular zamanı operativ əməliyyat danışıqlarının maqnitofon yazısı - əgər müddətin uzadılması barəsində göstəriş daxil olmasa, 3 ay.

Cədvəl 1.



Sənəd

Enerji sistemin dispetçeri

Elektrik stansiyasının növbə rəisi

Elektrik sexinin novbə rəisi

İstilik sexinin növbə rəisi

İstilik avtomatikası sexinin növbə rəisi

Kimya sexinin növbə rəisi

Elektrik şəbəkəsinin dispetçeri

Daimi növbətçilik olan y/s. növbətçisi, rayon şəbəkəsinin dispetçeri

İstilik şəbəkəsinin dispetçeri

Rayon istilik şəbəkəsinin növbətçi mühəndisi

1

2

3

4

5

6

7

8

9

10

11

Operativ icra sxemi (sxem-maket)

Operativ jurnal

Dispetçerin idarəetməsində və sərəncamında olan avadanlığın işdən çıxarılmasına dair sifariş jurnalı və ya kartoteka

Rele mühafizəsi, avtomatika və telemexanika jurnalı

Rele mühafizəsi və avtomatikanın tənzim qiyməti xəritəsi

Sərəncamlar yazılan jurnal

Gündəlik operativ icra sxemi və ya sxem-maket

Dispetçerin sərəncamında olan avadanlığın işdən çıxarılması üçün dispetçerə verilən sifariş jurnalı və ya kartoteka

Dispetçerin sərəncamında olmayan avadanlığın işdən çıxarılması üçün texniki rəhbərə verilən sifariş jurnalı

Sərəncam və naryadlar üzrə aparılan işlərin uçot jurnalı

Avadanlıqdakı qüsurlar və pozuntulara dair jurnal və ya kartoteka

Əsas boru kəmərlərinin operativ icra sxemi

Texnoloji mühafizələr və avtomatika jurnalı və AİS-in texniki vasitələri jurnalı

Texnoloji mühafizələrin və siqnalvermənin tənzim qiymətləri xəritəsi və avtomatik tənzimləyicilərin tapşırıq xəritəsi

Kimyəvi su təmizləmənin operativ icra sxemi

Avadanlığın işdən çıxarılmasına sifariş jurnalı

Boru kəmərlərinin operativ icra sxemi

Şəbəkələrin işinin temperatur və pyezometrik qrafikləri



+

+
+


+

+

+



+

+



+
+
+

+

+



+

+

+



+
+

+

+


+
+

+

+

+
+
+



+
+

+

+


+
+
+

+
+


+

+

+



+

+

+



+

+

+



+

+

+

+


+

+

+



+

+
+


+
+

+




8. Avtomatlaşdırılmış idarəetmə sistemləri
8.1. Avtomatlaşdırılmış idarəetmə sistemləri (AİS) enerji istehsalının texnoloji-istehsal, operativ-dispetçer və iqtisadi-təşkilati işlərin idarə edilməsi məsələlərinin həllini təmin etməlidir. Bu məsələlər müvafiq olaraq:

  1. texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemlərinə (TPAİS);

  2. avtomatlaşdırılmış dispetçer idarəetmə sistemlərinə (ADİS);

  3. istehsalın avtomatlaşdırılmış idarəetmə sistemlərinə (İAİS) həvalə olunur.

8.2. 180 MVt və daha yuxarı gücə malik enerjiblokları olan hər bir istilik elektrik stansiyasında və elektrik şəbəkəsini istismar edən hər bir təşkilatda TPAİS işləməlidir. Yerli şəraitdən, iqtisadi və istehsalat məqsədəuyğunluğundan asılı olaraq aqreqatların gücü yuxarıda göstəriləndən aşağı olan elektrik stansiyaları da TPAİS ilə təchiz oluna bilər.

8.3. Elektrik və istilik şəbəkələrini istismar edən təşkilatların, enerjisistemin dicpetçer məntəqələrində (DM) ADİS fəaliyyət göstərməlidir.

8.4. AİS-in istismarında rəhbər tutulmalıdır:

  1. enеrjisistemdə və enerji obyektlərində AİS-in işlənib hazırlanması, tətbiqi və istismarı üzrə yuxarı orqanların əmrləri, göstərişləri, normativ sahə sənədləri;

  2. dövlət və sahə standartları.

8.5. Elektrik stansiyalarında, istilik və elektrik şəbəklərini istismar edən təşkilatlarda və enerjisistemdə aşağıdakı tipik kompleks məsələləri həll edə bilən İAİS fəaliyyət göstərməlidir:

  1. texniki-iqtisadi planlaşdırma;

  2. təmir işlərinin idarə edilməsi;

  3. istilik və elektrik enerjisi satışının idarə edilməsi;

  4. enerji istehsalının inkişafının idarə edilməsi;

  5. məhsulun keyfiyyətinin, standartlaşdırma və metrologiyanın idarə edilməsi;

  6. texniki-material təchizatının idarə edilməsi;

  7. yanacaq təchizatının idarə edilməsi;

  8. nəqliyyat və yükdaşımaların idarə edilməsi;

  9. kadrların idarə edilməsi;

  10. istismar heyətinin hazırlanması;

  11. mühasibat uçotu;

  12. ümumi idarəetmə.

Texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemi, ADİS, İAİS həm müstəqil sistem kimi və həm də enerjisistemin AİS ilə yarımsistem kimi birgə fəaliyyət göstərə bilər.

8.6. Enerjisistemdə (enerjiobyektində) AİS-in ayrı-ayrı məsələlər kompleksinin seçilməsi mövcud tipik layihələrdən səmərəli istifadə edilməsi, tətbiqi proqramlar və texniki vasitələrin imkanını nəzərə almaqla, istehsalat və iqtisadi məqsədəuyğunluq əsasında müəyyən olunmalıdır.

8.7. AİS-in texniki vasitələr kompleksinin tərkibinə aşağıdakılar daxil olmalıdır:

  1. informasiyaları toplayan və ötürən vasitələr (informasiya vericiləri, rabitə kanalları, telemexanika qurğuları, məlumatları verən aparatlar və s.);

  2. informasiyaları işləyib əks etdirən vasitələr (EHM, oxşar və rəqəmli cihazlar, displeylər, çap qurğuları, funksional klaviatura və s.);

  3. idarəetmə vasitələri (nəzarətedicilər, icraedici avtomatlar, rele, güc gücləndiriciləri və s.)

  4. köməkçi sistemlər (fasiləsiz elektrik qidalandırılması, havanın normallaşdırılması, avtomatik yanğınsöndürmə və s.)

8.8. AİS-in istismara verilməsi müəyyən edilmiş qayda üzrə qəbul komissiyasının aktı əsasında həyata keçirilməlidir.

AİS sənaye istismarına verilənədək 6 aydan artıq olmayan müddətdə təcrübə istismarında ola bilər.



AİS-in yaradılması və istismara qəbulunu bir və ya iki növbə ilə icra etmək olar. AİS-in sənaye istismarına qəbulu, işə salınan növbədə nəzərdə tutulmuş bütün məsələlərin sənaye istismarına qəbulu başa çatdıqdan sonra edilməlidir.

8.9. AİS-in istismarını təşkil edərkən, texniki vasitələr kompleksinə xidmət və proqramla təminetmə üzrə struktur bölmələrinin vəzifələri enerji obyektlərinin, enerjisistemin ya da enerji istehsalının digər idarəetmə idarələrinin rəhbərlərinin əmrləri ilə müəyyənləşdirilməlidir. Hər bölmənin xidmət etdiyi avadanlığın, xidmətetmə hüdudu göstərilməklə siyahısı, müvafiq enerji obyektinin ya da təşkilatın texniki rəhbərliyi tərəfindən təsdiq edilməlidir.

Yüklə 177,05 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin