Itabın üz qabığında şəkilləri verilmiş gənc qadınların hər ikisi müsəlmandır. Onlar



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə10/26
tarix02.01.2022
ölçüsü8,49 Mb.
#1667
1   ...   6   7   8   9   10   11   12   13   ...   26
the  Departed)  kimi 

böyük  Hollivud  kinolarını  səhnə  avadanlıqları  ilə 

təchiz edən şirkətin qrim-təchizat otağının rəflərini 

diqqətlə  nəzərdən  keçirir.  Bu  rəflər  yalançı  insan 

bədənlərindən  tutmuş,  bürünc  Tay  buddalarına 

dinlərarası xidmətini bir kapellan olaraq, vəzifəsinin 

əsas  hissəsi  kimi  qiymətləndirir.  Lətif  deyir:  “Bu  iş 

bəzi vaxtlarda çox yorucu olur və həm vaxt, həm də 

gərgin iş tələb edir”. 

O, İslam Mərkəzi və Nyu York Universiteti Yəhudi 

Bronfman  Mərkəzinin  üzvləri  ilə  Nyu  Orleansa 

“Katrina”  qasırğasından  zərərçəkmişlərə  köməyə 

getdiklərini qeyd edir. 

Lətif  deyir  ki,  müəyyən  müddət  bir  yerdə 

yaşayıb-işlədikdən sonra onlar bir-birinə inamsızlığı 

aradan qaldırdılar və hamı başa düşdü ki, tələbələri 

dinlərinə  və  mənşələrinə  görə  “başqaları”  deyə 

adlandırmaq olmaz.

O əlavə edir: “Bu, real, təsirli dəyişiklikdir və bu 

dəyişiklik cəmiyyətə daxil ola bilər”. 

qədər  filmi  ecazkar  edən  müxtəlif  xırda  detallar, 

tərtibatlar,  maraqlı  əşyalarla  doludur.  Yaşılaçalan 

yaylıqla  başını  bağlamış  və  sadə,  ağımsov  jaket 

geyinmiş  Xan  iki  fut  uzunluğunda  ninja  qılıncını 

qınından  çıxarır  və  onu  ürkək  baxışlarla,  bənizi 

qaçmış halda seyr edərək: “Bu yarayar”, – deyir. 

O,  gəncdir,  qadındır,  müsəlmandır,  hindistanlı-

amerikalıdır.  Film  institutunun  məzunu,  24  yaşlı 

Lena Xanda kinorejissorlara xas cəhətlər olmasa da, 

ssenarilər  yazır,  qısametrajlı  filmlər  çəkir,  musiqili 

videofilmlərə rejissorluq edir, “Crave” adlı restorana 

reklam çarxları hazırlayır (Reklamların birində ninja 

fırlanan samosanı

1

  tullayır).



Xan  “Bassem  çalışır”  (Bassem  is  Trying)  adlı 

bir  dəqiqəlik  qısametrajlı  yumoristik  filminə  görə 

beş  min  dollar  məbləğində  mükafat  qazanmışdı. 

Bu  filmdə  mühitə  uyğunlaşmağa  çalışan  müsəlman 

amerikalının  maşınındakı  radioda  uca  səslə  hip-

hop  musiqisinə  qulaq  asması  nümayiş  etdirilir. 

Onun  müsəlman  ölkəsindən  olan  Kərim  Salamanın 

eyniadlı  musiqisi  əsasında  hazırladığı  üç  dəqiqəlik 

“Cənnət  adlanan  məkan”  filmi  “Bir  millət”  adlı 

müsəlman  himayədarların  maliyyələşdirdiyi  film 

müsabiqəsində  20  min  dollar  məbləğində  mükafat 

almışdı. Xan müxtəlif mənşəyə mənsub olan onlarla 

kişi və qadını dünyanın onları müsəlman amerikalılar 

kimi tanımasını istədiklərini ifadə edən əl ilə yazılmış 

plakatları  tutduqları  səhnəni  qurmuşdu.  Oradakı 

ifadələr  olduqca  müxtəlifdir.  Məsələn,  orada  “Mən 

də  “Victoria’s  Secret”dən  alış-veriş  edirəm”  kimi 

şıltaq ifadə ilə yanaşı, “Mənim bacım 11 sentyabrda 

həlak olub” kimi son dərəcə ciddi ifadə də var.

2007-ci  ildə  “Bir  millət”  müsabiqəsinin  münsif-

lərindən  biri,  keçmiş  peşəkar  basketbolçu  Kərim 

1

 



Hind mətbəxinə aid tərkibində ədviyyalı tərəvəz və ya ət olan

yağda qızardılmış üçkünc piroq. red.




36

Əbdül-Cabbar “Cənnət adlanan məkan”a “gözəl kino 

dili” olduğuna görə yüksək qiymət vermişdir. Jurnal-

ist Marian Pirl (Mariane Pearl) isə filmin “müsəlman 

əhalinin  və  bizim  hamımızın  canlı  duyğularımızı  

yumorla  ifadə  etdiyini  və  tamaşaçıya  rahatlıq 

gətirdiyini” bildirmişdi.

Xan  deyir  ki,  “Cənnət  adlanan  məkan”  filminin 

çəkilməsi çox böyük hadisə idi. Layihə belə bir sual-

dan başladı: “Əgər sən dünyada müsəlman olmayan 

hər kəsə nəsə deyə bilsəydin, nə deyərdin?”

O  deyir:  “Mən  e-məktublar  göndərdim,  məs-

cidlərə getdim, ağlıma gələn bütün əsas müsəlman 

İnternet xidmətlərindən istifadə etdim”.

Xanın  ilk  aldığı  cavab:  “İslam  mənə  intihar 

düşüncəsini qadağan edir”, – olmuşdu. Xan deyirdi: 

“Mən  onda  bildim  ki,  bu,  mənim  çəkmək  istədiyim 

filmdir.  Bu  barədə  heç  nə  düşünməmişdim.  Mən 

müsəlman  nümayəndələrə  rejissorluq  edirəm,  

amma  düşünmürəm  ki,  onların  hər  birinin  əvəzinə 

danışa bilirəm.  Beləliklə, bu, mənim üçün ilk ipucu 

oldu. Mən 2500 cavab aldım, onları toplayıb ixtisar 

etdim və film çəkdim”.

Film hazır olandan sonra Xan yüzlərlə e-məktub 

aldı.  İnsanlar  filmin  onları  ağlatdığını,  onları  ailə 

üzvləri  ilə  İslam  haqqında  müzakirələr  aparmağa 

həvəsləndirdiyini,  yaxud  stereotiplərin  yaratdığı 

divarları dağıtdığını yazırdılar.   

Bu  videofilm  peşəkar  qapıları  Xanın  üzünə 

açdı.  O,  sənədli  filmlər  rejissoru  Morqan  Spurlokla 

(Morgan Spurlock) görüşdü. Hollivudda nahar vaxtı 

Müsəlman  İctimai  İşləri  üzrə  Şuranın  sədri  onu 

baxımlı filmlərin rejissoru kimi tanıdığını bildirdi. 

Los  Anceles  Kaliforniya  Universiteti  film  mək-

təbinin məzunu Xan deyirdi: “Əgər mən müsabiqəyə 

Yuxarıda:  “Bassem  çalışır”  filmindən  kadr.  Aşağıda: 

“Cənnət  adlanan  məkan”  filmindən  üç  kadr.  Qarşı 

səhifədə: “Bassem çalışır” filmi çəkilərkən.




37

qoşulmasaydım, elə yerimdəcə sayacaqdım”.

Xan  filmlə  sosial-fəaliyyət  forması  kimi 

maraqlanmış. və onu həyatı üçün əhəmiyyətli hesab 

etmişdi.  Ailə  qurmağa  hazırlaşdığına  görə  hər  kəs 

onun brilyant qaşlı nişan üzüyü alacağını gözləyirdi. 

Xan deyir: “Mən brilyantdan – qanlı brilyantdan olan 

heç  nəyi  istəmirəm.  Onlar,  həqiqətən,  zərərlidir. 

Valideynlərim mənə: “Sən niyə belə acizsən? Tez get, 

brilyant al, burada nə böyük iş var ki?” – deyirdilər. 

Lakin  mən  bunu,  böyük  iş  hesab  edirəm.  Bu,  sənə 

məxsus  olanları  başqalarına  qurban  etməyə  hazır 

olduğunun yoxlanılması üçün bir sınaqdır”. Brilyantın 

əvəzinə isə Xan böyük mussanit qaşlı üzük seçdi. 

O,  çəkilişlərdə  olarkən  təbii  şəraitdə  böyümüş 

toyuqlardan hazırlanan yeməklərin verilməsini təkid 

edir. “Qardaşım həmişə mənə gülür və məni Amerika 

televiziyasında nümayiş etdirilən “Simpsonlar ailəsi” 

cizgi  film  seriyalındakı  zəif,  ağıllı  qız  Liza  Simpsona 

bənzədərək “Liza Simpson” adlandırır”.

Xan  Los  Anceles  Kaliforniya  Universitetində  si-

yasi  elmlər  və  tarix  üzrə  magistr  dərəcəsi  alanda 

müşahidə etmişdi ki, Ruanda və Darfurdda törədilmiş 

genosidlər tələbələrin diqqətini bu mövzuda çəkilmiş 

filmi  və  ya  aktyorların  hadisəni  canlandırmasını 

görəndən  sonra  cəlb  etmişdir.  O,  “Mühasirə”  və 

“Quzğunun enişi” kimi Hollivud filmlərində dəstəmaz 

və  azanın  terrorizmlə  əlaqələndirildiyi  təsvirlərə 

baxmaqdan da yorulmuşdu.

“Bunlar  məni  narahat  edirdi.  Odur  ki,  bütün 

bunlardan  şikayət  etmək  əvəzinə  bu  sahənin  içinə 

girib  nə  isə  bir  iş  görmək  qərarına  gəldim.  Filmlər 

hadisəni  danışmağın  ən  yaxşı  vasitəsi  olduğundan 

mən sosial məsələlərə dair filmlər çəkmək istədim. 

Bu  halda  insanlar  həqiqətən  başqalarını  dinləyirlər 

və  həmin  hadisələrin  içərisində  olanlara  daha  da 

yaxınlaşırlar”, – Xan deyirdi.  O, film sahəsində ma-

gistr  dərəcəsi  almaq  üçün  Los  Anceles  Kaliforniya 

Universitetinə getdi.

Qrim-təchizat  otağına  qayıdaq.  Xan  ninja  ul-

duzları  olan  qutunun  içində  nə  isə  axtarır.  Lazım 

olan əşyaları tapandan sonra o, tozlu, qırmızı “Toy-

ota Prius”na atılır və Hollivud təpələrini keçib Qərb 

İstehsalı  Şirkətinə  ninjalar  üçün  maska  və  kostyum 

axtarmağa gedir. 

Ticari  xarakterli  ninja  filmindən  başqa,  Xanın 

gələcək layihələrinə prezident seçkiləri ilə əlaqədar 

ticari əhəmiyyət daşıyan bir sıra filmlər və Salamanın 

klipi də daxildir. 

Onun  hazırda  çəkdiyi  40  dəqiqəlik  şəxsi  filminə 

gəldikdə isə o yalnız bunu dedi: “Onlar nə isə böyük 

və  populyar  bir  film  gözləyirlər.  Ona  gorə  də  mən 

bu  işdə  bir  qədər  gərginlik  keçirirəm”.  Artıq  onun 

əfsunlayıcı bir film olması Xandan asılıdır.

Lena  Xanın  “Bassem  çalışır”  və  “Cənnət  adlanan 

məkan” filmlərinə 

YouTube.com

-da baxa bilərsiniz. 




38

İş Adamı Musa 

Şeyb

Belə  bir  mənzərə 



kinolarda ola bilər. 

İ m m i q r a n t l a r ı n 

oğlu  olan  bu  gənc 

yaxşı 


təhsil 

alır, 


s a y ı l ı b - s e ç i l ə n 

hüquq  fakültəsinə 

daxil 

olur 


və 

aparıcı  hüquq  firmalarından  birində  işləməyə 

başlayır.  Bir  gün  o,  anasının  uzun  müddət 

aşbaz işlədiyi restorana gəlir və öz əlcəklərini 

çıxararaq:    “Ana,  gedək  evə,  sən  bir  daha  bu-

rada işləməyəcəksən”, – deyir. 

Lakin  bu,  film  deyil.  Bu,  hazırda  girovlara 

görə  minlərlə  insanı  evlərini  itirmək  təhlükə-

sindən xilas etmiş bir şirkətin başçısı, 28 yaşlı 

Musa Şeybin hekayəsinin bir hissəsidir. 

O  deyir:  “Əsas  iş  insanlara  evlərində  qal-

maqda kömək etməyi bacarmaqdır. Bu, mənim 

üçün ən həssas məsələdir ”. 

Təhsil və iş

Şeyb  Livanın  paytaxtı  Beyrutda  doğulmuşdur. 

Müharibə  dövrünün  sarsıntıları  və  uşaqlıq  illərinin 

qəribəlikləri  onun  erkən  xatirələridir.  Şeyb  son-

ralar  hüquq  fakültəsinə  sənədlərini  verməsini 

xatırlayaraq  yazırdı:  “Bu  təcrübələr…  məndə  biliyin 

izinə düşməyə və ədalətə sonsuz sevgi yaratdi”. 

Onun  altı  nəfərdən  ibarət  ailəsi  Birləşmiş 

Ştatlara  köçəndə  Şeybin  7  yaşı  var  idi.  Ailə  əvvəlcə 

Ohayonun  Toledo  şəhərində,  sonra  isə  Miçiqanın 

Dearborn şəhərində yaşamışdır. Atası iflicin ən ağır 

formasından  əzab  çəkərkən,  Şeybin  anası  restoran-

da bütün günü aşpaz işləməyə başladı.

“Anam  heç  vaxt  şikayətlənməzdi.  “Atan  bunu 

edə  bilməz,  mən  özüm  işləyəcəyəm”,  –  deyər  və 

çox cüzi maaşa bu ağır işi görərdi”, – Şeyb deyir. O, 

bizə diqqətimizi yalnız təhsilimizə yönəltməyimizi və 

“həyatımızın bu anında sizin təhsilinizə pul ödəmək 

imkanım olmadığına” görə təqaüd qazanmağa əmin 

olmağımızı deyirdi. 

Şeyb  Miçiqandakı  Albion  Kollecini  müvəffə-

qiyyətlə  bitirdi.  O,  burada  Müsəlman  Tələbələr 

Assosiasiyasını  qurmuşdu.  Sonra  o,  Nyu  Yorkdakı 

Müsəlman  Hüquq  Tələbələri  Assosiasiyasının 

İdarə  Heyətinin  üzvü  olduğu  Kolumbiya  Hüquq 

Məktəbində təhsil aldı. 

Şeybin  işdə  və  təhsildəki  amansız  sıxıntılardan 

xilası  yalnız  idmanda,  xüsusilə  amerikan  futbolun-

da  idi.  “Mən  meydançada  əvvəllər  yaradılan  dil, 

kasıblıq və irqçilik kimi maneələri aşdım”.

Hüquq aləmi

Şeyb  üçün  hüquq  fakültəsi  bir  dönüş  oldu. 

“Hüquq fakültəsi ilə böyük şəhərin birləşməsi mənim 

üçün  ciddi  bir  dəyişiklik  idi.  Kolumbiya  indiyədək 

olduğum şəhərlərin içində ən rəqabətli mühiti olan 

bir şəhər idi”, – o deyir. 

Lakin  Şeyb  mətanətlə  dözdü  və  uğur  qazandı. 

2004-cü  ildə  Ərəb  Amerika  İnstitutu  onu  ictimai 

xidmətinə  görə  mükafatlandırdı.  O,  Nyu  York  Ali 

Məhkəməsi ədliyyəsində katib kimi xidmət etdi.

2005-ci ildə Şeyb Nyu Yorkun nüfuzlu “Proskayer 




39

Rouz”  (Proskauer  Rose  LLP)  Məhdud  Məsuliyyətli 

Tərəfdaşlıq  (MMT)  hüquq  firmasında  işləməyə 

başladı. Hətta o, korporativ dünyanın onun gələcək 

uzunmüddətli karyerasını təmsil etmədiyini bilsə də, 

burada topladığı biznes və hüquq məsələlərinə dair 

təcrübə və biliklərini yüksək qiymətləndirdi.

“Məni “Proskayer Rouz” MMT-yə gətirən mühüm 

faktorlardan biri onun dünya səviyyəsində tanınmış 

ən böyük yəhudi hüquq şirkəti olmasıdır. Məqsədim 

müxtəlif  icmalarımız  arasında  körpü  qurmaqdır”,  –

Şeyb deyirdi.

Evləri qorumaq

2005-ci  ilin  oktyabrında  hüquq  fakültəsini  başa 

vurduqdan sonra Şeyb coxdan bəri gözlənilən günün 

gəlib  çatdığına  qərar  verdi.  O,  anasının  uzun  illər 

işlədiyi  restorana  gedib  onu  xeyirli  səbəb  üzündən 

işdən çıxacağı ilə muştuluqladı. 

O  deyirdi:  “Valideynlərimiz  bizim  üçün  çox  şeyi 

qurban veriblər. Onlar Livandaki yaxşı həyatlarından 

bizə  –  uşaqlarına  görə  imtina  etdilər.  İstəyirəm  ki, 

valideynlərim  əziyyətlərinin  hədər  getmədiklərinə 

əmin olsunlar”. 

2006-cı  ildə  Şeyb  öz  işinə  başlamaq,  LoanMod.

com-u  qurmaq  üçün  düşünmədən  doğma  Dearbor-

na  qayıtdı.  LoanMod  mənzil  ipotekası  götürənlərlə 

banklar,  yaxud  ipoteka  verən  qurumlar  arasında 

dönə-dönə  danışıqlar  apararaq,  onların  problemini 

heç birinin ziyan çəkməməsi əsasında həll edir.  

İpoteka kreditinin verilməsində uğurlu dəyişiklik-

lər  etməklə  –  sadəcə,  faizi  cüzi  azaltmaqla  ailə  öz 

evində qalır və bank girov mülkə nəzarət üçün böyük 

məbləğdə vəsait xərcləməkdən canını qurtarır. 

Şeyb  inanır  ki,  onun  şirkəti  ölkədə  bu  tipli  ilk 

qurumdur.  “Biz  bu  işdə  birinciyik.  İlk  olaraq  öz 

əmimə, sonra dostlara yardım etdim və anladım ki, 

bizim çox dayanıqlı iş modelimiz var”, – o deyir.

Şirkət ailələrə öz evlərini qorumağa imkan verən 

və  bankları  isə  yüksəkməbləğli  girov  xərclərindən 

çəkindirən  beş  mindən  artıq  uğurlu  danışıq  aparıb. 

2009-cu  ilin  sonuna  qədər  şirkətin  20  min  kredit 

dəyişikliyi etməsi gözlənilir. 

Gələcəyə baxış

Şeyb xidmətdəki tələbin artımına görə işçilərinin 

sayını yüz nəfərdən çox etməyi planlaşdırır. Hökümət 

kredit və ipoteka xidməti göstərənləri məcbur edir ki, 

insanları girovlardan qurtarmaq üçün öz qaydalarını 

dəyişsinlər.  Loanmod.com  19  min  notarial  ofislə 

şəbəkələnərək əlli ştatda çox yaxşı fəaliyyət göstərir. 

“Bizim  vəkillər  ev  sahiblərini  kredit  proseslərini 

keçməkdə  təlimatlandıracaqlar.  Notariuslarımız  isə 

onlara sənədləşmə işlərini elə mətbəx stolu üstündə 

həll etməkdə kömək edəcəklər” – Şeyb deyirdi.

“Həyatları  üçün  çox  böyük  maddi  əhəmiyyəti 

olan  şeyləri  qorumaqda  insanlara  kömək  ən  böyük 

mükafatdır.  Sən  bir  evi  qoruyanda,  bir  qonşuya, 

Yuxarıda:  Musa  Şeyb,  ortada,  hüquq  fakültəsinin  

məzunluq mərasimini ailə üzviləri ilə qeyd edərkən.




40

Modelyerlər

Nila 

Haşmi 


və 

Fatimə 


Monkuş

Nila  Haşmi  23,  Fati-

mə  Monkuş  isə  25  ya-

şındadırlar.  Bir  çox  oxşarlıqları  ilə  onlar 

bənzərsiz  qadınlardırlar.  Onlar  Konnektikut 

ştatının  paytaxtı  Hartfordda  yaxın  rəfiqələr 

kimi  böyümüşlər.  Hər  ikisinin  atası  Cənubi 

Asiyadan  olan  müsəlmanlar,  anaları  isə  İslamı 

qəbul etmiş amerikalıdırlar. 

İndi  isə  ikisi  də  müsəlman  qadınların  həm 

sadə, həm də dəblə geyim tərzinə uyğun gözəl 

paltarlar hazırlayır. 

Onlar  “Həvva  Xurşid”  adlı  yeni  geyim 

ticarət  markası  yaratmaq  niyyətindədirlər. 

Dizaynerlərin  düşüncələrində  xüsusi  bir  bazar 

olsa  da,  onlar  potensial  müştərilərin  əsas 

bazasını əldə edəcəklərinə inanırlar.

“Bizim  geyimlər  yalnız  müsəlman  qadınlar 

üçün  nəzərdə    tutulsa  da,  hər  bir  qadın 

onlarda  çox  gözəl  görünəcək,”  –  Haşmi  deyir. 

O, yeni geyim ticarət markasını “25-34 yaşları 

arasında  işləyən  və  fəal  həyat  tərzi  keçirən 

qadınlar  üçün  amerikan  geyimi”  kimi  təsvir 

cəmiyyətə və bütünlükdə ölkəyə kömək etmiş olur-

san”, – o əlavə etdi.

Şeybin  öz  evində  də  böyük  dəyişikliklər  olmuş-

dur: Qızı Sofiya Cun (Sophia June) 2008-ci ildə dün-

yaya  gəlmişdir.  Şeybin  yarılivanlı,  yarıamerikalı 

hindu olan xanımı Nataliya da onun kimi, Dearborn 

yaxınlığında boya-başa çatıb.

“Xoşbəxtəm... və heç şübhəm yoxdur ki, bəxtim 

gətirib. Özüm üçün aydınlaşdırdım ki, nə qədər çox 

çalışsam, o qədər də xoşbəxt oluram”, – Şeyb deyir-

di.


Yuxarıda:  Musa  Şeyb  xanımı  Nataliya  və  qızı  Sofiya 

Cun  ilə birlikdə ailə portretində.




41

edir.


Geyimlə bağlı çətinliklər

Haşmi  və  Monkuş  ilk  dəfə  geyim  dizaynı  ilə 

yeniyetmə  yaşlarından  maraqlanmışdılar.  Yayı  Kon-

nektikutda  keçirsələr  də,  1995-ci  ildə  –  Haşminin  10 

yaşı  olanda  ailəsi  Pakistana  köçmüşdü.  (11  Sentyabr 

2001-ci il terror hücumlarından sonra ailə daimi olaraq 

Birləşmiş Ştatlara geri döndü.)

“Biz  geriyə  qayıdan  yay  mən  13  yaşındaydım. 

Sanki nəhəng mədəniyyət sarsıntısı ilə üzləşmişdim. 

Gördüm  ki,  Pakistan  və  Amerika  gəncliyinin 

mədəniyyəti  necə  fərqlənir.  Valideynlərim  daha 

sadə  paltarlar  geyinməyimi  istəyirdilər,  çünki 

mən  böyüyürdüm.  Mən  başqa  uşaqlar  kimi  gözəl 

geyinmək  istəyirdim,  amma  oradakı  dükanlarda  

mənə uyğun heç nə yox idi”, – Haşmi deyir. 

Monkuşun  da  təəssüratları  buna  oxşardır.  “Mə-

nim  geyimim  üçün    hazır  paltar  tapmaq  çox  çətin 

idi”. Monkuş gülümsəyərək deyir ki, müsəlman qızlar 

sevdikləri stilə – üst-üstə paltar geyinməyə daha çox 

üstünlük verirdilər.

Hər ikisi – Haşmi və Monkuş tikməyi analarından 

öyrəniblər.  “Anam  mənə  geyim  nümunələrini 

izləməyi  və  eyni  zamanda  tamamilə  fərqli  geyimlər 

yaratmağı öyrətdi. Bu, tam mənim istədiyim bir şey 

idi.  16  yaşım  olanda  mən  öz  paltarlarımın  hamısını 

özüm tikməyə başladım. Bu, Nila ilə kursa getdiyimiz 

yay idi”, – Monkuş deyirdi.

Rahatlıq və geyim

Qadınların  hər  ikisi  uyğun  paltarlar  üçün 

öz  fərziyyələrindən  istifadə  edirlər.  “Mən  çox 

mühafizəkar  bir  ailədə  böyümüşəm.  Valideynlərim 

sadə geyim tərzinə üstünlük verirdilər. Tədricən məni 

rahat  edən  formanı  özüm  üçün  müəyyənləşdirdim. 

Mən qısa və ya dar olmayan qısaqollu geyinəcəyəm. 

Hər kəsin özü üçün rahatlıq ölçüsü var”, – Haşmi izah 

edirdi. 


Monkuşun  münasibətinə  görə,  “əsas  qayda-

lar  deyil,  onun  nəyi  doğru  hesab  etməsidir”.  “Mən 

isə  gəzməyə  çıxarkən  qolsuz,  dar  jilet  və  qısa  pal-

tar  geyinmirəm.  Bu,  mənim  üçün  rahat  deyil.  Mən 

başımı 14 yaşımdan bəri bağlayıram”, – o deyirdi.

Qarışıq ailədə böyümə

Nila Haşminin anası katolik kimi böyüyüb. Atası 

isə  1970-ci  illərdə  Pakistandan  Birləşmiş  Ştatlara 

gəlmiş  və  ABŞ  vətəndaşı  olmuşdur.  “Anam  ürək 

cərrahı olan atamla tanış olanda tibb bacısı ixtisası 

üzrə  təhsil  alırmış.  Anam  atamın  qayğıkeşliyinə  və 

səxavətinə  vurulmuş,  onun  dini  ilə  maraqlanmış  və 

qəbul etmişdir”, –  Haşmi deyir.

Haşmi  üç  bacısı  ilə  bərabər  bazar  günləri 

Hartforddakı İslam mədrəsəsinə gedir. 

Monkuşun  atası  Banqladeşdəndir.  O,  1971-ci 

ildə  Qərbi  Virciniyadakı  əmioğlusu  ilə  birlikdə  ya-

şamaq  üçün  Birləşmiş  Ştatlara  gəlib.  Monkuşun 

Sağda Fatimə Monkuşun “Elan” jurnalı üçün işlədiyi 

modellər



42

anası onunla dostuna baş çəkərkən tanış olub. O da 

evlənməmişdən iki il əvvəl İslamı qəbul edib.

Moda aləminə cığır

Məktəbi  bitirdikdən  sonra  Monkuş  Konnekti-

kut  Universitetində  və  Mərkəzi  Konnektikut  Dövlət 

Universitetində incəsənət üzrə ali təhsil aldı. Məzun 

olduqdan sonra o, Nyu York şəhərinə gəldi və həmin 

yay  Moda  Texnologiyaları  İnstitutunda  (Fashion  In-


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin