Iv fəSİl I avropa Oyunları 2015


“Naşa qazeta”: Cənab Rəhimov, təqdimat mərasiminin keçirilməsindən razı qaldınızmı?



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə27/41
tarix06.09.2017
ölçüsü3,29 Mb.
#29142
1   ...   23   24   25   26   27   28   29   30   ...   41

“Naşa qazeta”: Cənab Rəhimov, təqdimat mərasiminin keçirilməsindən razı qaldınızmı? 
 
–  Bəli.  Bu,  Avropa  Oyunlarının  birinci təqdimatı  deyil  və  mənə  belə  gəlir  ki,  ilk  növbədə  Heydər  Əliyev 
Fondu və onun prezidenti, Azərbaycanın birinci xanımı, eyni zamanda 2015-ci il Avropa Oyunlarının Təşkilat 
Komitəsinin  rəhbəri  olan  Mehriban  Əliyeva  tərəfindən  seçilmiş  format  çox  düzgün  formatdır.  Bu,  bilavasitə 
Oyunların  təqdimatını  və  bu  il  iyunun  12-dən  28-dək  Bakıda  baş  verəcək  bütün  hadisələri  kompleks  şəkildə 
nəzərdən keçirməyə imkan verir və bütövlükdə ölkənin təqdim edilməsi üçün əla şans yaradır. Burada nə qədər 
gözəl  kitabların  sərgiləndiyini,  milli  yeməklər  hazırlandığını  özünüz  gördünüz.  Ola  bilsin  ki,  bu,  idmanla 
maraqlanan  insanların  Azərbaycana  gəlmək,  ölkəmizlə,  onun  tarixi,  mədəniyyəti  və  ənənələri  ilə  tanış  olmaq 
arzusunu  daha  da  gücləndirəcəkdir.  Biz  Davosda  təqdimatı  təşkil  etməklə  iqtisadiyyat  sahələrinin  buradakı 
nümayəndələrinin  diqqətini  cəlb  etməyə  çalışmışıq.  Kannda  keçirilən  təqdimat  əsasən  mədəniyyət  xadimləri 
üçün, Berlində və İstanbulda keçirilən təqdimatlar isə siyasətçilər üçün nəzərdə tutulmuşdu. Bir sözlə, hər bir 
mərhələ qarşıdakı Oyunlar barədə informasiyanın maksimum yayılması üçün çox vacibdir. 
 
– Qarşınızda ikiqat çağırış var: birinci Avropa Oyunlarının və ümumiyyətlə Bakıda ilk dəfə belə geniş 
miqyaslı idman tədbirinin keçirilməsi. Sizin üçün uğur meyarı nə olacaq? 
 
– Ölkədə idman məsələləri və idman siyasəti ilə məşğul olan bir insan kimi, mənim üçün ən vacibi Birinci 
Avropa Oyunlarının dünya paytaxtlarında, ilk növbədə Avropa ölkələrində işıqlandırılması; avropalı idmançılar 
üçün  belə  bir  mühüm  idman  hadisəsi  təcrübəsini  əldə  etmək  imkanı  yaratmaq  və  əlbəttə,  bizim  atletlərə  bu 
yarışlarda  iştirak  etmək,  azarkeşlərimizə  isə  yarışları  izləmək  imkanı  verməkdir.  Əgər  tribunalar  tamaşaçı  ilə 
dolu  olsa  və  oyunlardan  sonra  bizim  bütün  idman  seksiyalarının  qarşısında  öz  uşaqlarının  idmanla  məşğul 
olmasını  qərara  almış  valideynlərdən  ibarət  növbələr  yaransa,  özümü  xoşbəxt  sanaram.  Bax  bu,  əsl  qələbə 
olacaq! 
 
– Siz özünüz idmanla məşğul olmusunuz və ya məşğul olursunuz? 
 
–  Əlbəttə,  mən  həndbol  üzrə  Azərbaycan  yığmasının  üzvü  olmuşam.  İndi  isə,  bu  yaşımda  hər  səhər  42 
kilometrlik marafon distansiyası qaçmaq vacib deyil, sadəcə bədən tərbiyəsi ilə məşğul olmaq, gəzmək, üzmək, 
bir sözlə, hərəkətdə olmaq lazımdır! 
“Xalq qəzeti”.-2015.-25 yanvar.-N 18.-S.2. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
179 
 
 
“Bakı 2015″in Ulduz Elçilərindən dəstək 
 
Nəzakət 
 
Bakı  2015  Avropa  Oyunlarının  Ulduz  Elçiləri  və  Avroviziya-2011  Mahnı  Müsabiqəsinin  qalibləri  Eldar 
Qasımov  və Nigar Camal Mərasimlərdə çıxış edəcək iştirakçıların bazar günü keçirilmiş dinləmələrinə qonaq 
qismində qatılıblar. Əməliyyat Komitəsindən sia-ya verilən xəbərə görə, duet oxuyan cütlük Bakı 2015 Avropa 
Oyunlarının  Açılış  və  Bağlanış  Mərasimlərində  rol  almağı  gözləyən  iştirakçılar  qarşısında  həvəsləndirici  qısa 
çıxış  edib  və  iri  beynəlxalq  yarışlarda  uğurla  çıxış  etmək  üçün  fədakarlıq  və  hazırlığın  əhəmiyyətini 
vurğulayıblar. 
Avroviziya mahnı müsabiqəsinin qalibi Nigar Camal deyib: “Öz ölkəni böyük beynəlxalq yarışlarda təmsil 
etmək  inanılmaz  hissdir  və  bir  çox  Azərbaycanlı  gəncin  Bakı  2015  Avropa  Oyunlarında  bu  cür  imkan  əldə 
etmələri mənim üçün çox xoşdur. Bir Ulduz Elçi olaraq Mərasim iştirakçıları proqramı kimi bir sıra təşəbbüslər 
vasitəsilə  çox  sayda  insanı  Bakı  2015  Avropa  Oyunlarına  cəlb  etmək  və  ölkəmizin  tarixinə  yeni  səhifənin 
yazılmasında iştirak etmək mənim vəzifəmdir”. 
Açılış  və  Bağlanış  Mərasimlərini  hazırlayan  Five  Currents  şirkətinin  baş  prodüseri  Tom  Bisinyano  deyib: 
“Biz  Azərbaycan  haqqında  bir  arzu  yaratmaq  istəyirik  və  bu  arzunun  reallaşması  üçün  sizin  köməyinizə 
ehtiyacımız var. Bizə qoşulun və mən sizə həqiqətən də unudulmaz bir təcrübə qazanacağınıza söz verirəm”. 
Bakı  2015  Avropa  Oyunları  Mərasimlərinin  iştirakçısı  Xumar  Quluzadə  deyib:  “Mənim  dinləməm  gözəl 
keçdi  və  dinləmədə  iştirak  edən  hər  kəs  çox  səmimi  və  gülərüz  idi.  Artıq  böyük  bir  ailənin  bir  hissəsinə 
çevrildiyimi hiss edirəm və Bakı 2015 Avropa Oyunlarının Mərasim iştirakçısı olmaq üçün məşqlərə başlamağı 
səbirsizliklə gözləyirəm.” 
Məlumat üçün nəzərinizə çatdıraq ki, Bakı 2015 Avropa Oyunlarının Açılış Mərasimində təşkilatçı şəhərin 
müasir  Avropada  oynadığı  rolu  əks  etdirən  ənənəvi  Azərbaycan  mədəniyyəti  qeyd  olunacaq,  eyni  zamanda, 
Oyunlarda yarışacaq idmançılar təntənəli şəkildə salamlanacaq. 
Qeyd  edək  ki,  Bakı  2015  Avropa  Oyunlarının  Mərasimlər  komandası  cümə  günü,  12  iyun  tarixində 
Azərbaycanı yeni tikilmiş Milli Stadionda təmsil etmək həvəsinə, enerjisinə və arzusuna malik olan 16 yaş və 
16 yaşdan yuxarı könüllü iştirakçıları işə cəlb edəcək. 
 
“Səs”.-2015.-27 yanvar.-№ 15.-S.7. 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
180 
 
 
“Bakı-2015” idman tarixində yeni maraqlı səhifə olacaq 
 
Prezident İlham Əliyev: Son illər ərzində Azərbaycanda idman infrastrukturunun inkişafı bizim üçün çox 
əhəmiyyətli məsələ olub 
 
Mübariz Abdullayev 
 
Bu bir danılmaz həqiqətdir ki, Azərbaycan qısa müstəqillik tarixində özünü beynəlxalq birliyə hər cəhətdən 
layiqli töhfələr verən, regional və qlobal miqyasda gedən proseslərə müsbət təsir göstərən bir ölkə kimi tanıdıb. 
2015-ci ilin yayında Bakının ev sahibliyi edəcəyi I Avropa Oyunları isə respublikamızın bütün dünyada həm də 
yüksək səviyyəli idman ölkəsi kimi təqdim olunmasında mühüm rol oynayacaq.  
Bu məqamda bildirmək yerinə düşər ki, yanvarın 22-də Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə 
Davosda “Bakı-2015” I Avropa Oyunlarının təqdimatı keçirilib. Dünyanın ən yüksək səviyyəli iqtisadi forumu 
ərəfəsində  Sürix  və  Davos  şəhərlərinin  müxtəlif  yerlərində  Bakıda  keçiriləcək  I  Avropa  Oyunları  ilə  bağlı 
reklam lövhələri yerləşdirilib. Beləliklə də, Davos Forumunun iştirakçıları Azərbaycanın idman ənənələri, eləcə 
də, ölkəmizin, xalqımızın zəngin maddi-mədəni dəyərləri barədə məlumat əldə ediblər. İsveçrənin ictimai-siyasi 
dairələrinin,  beynəlxalq  idman  ictimaiyyətinin  nümayəndələrinin,  həmçinin,  Davos  İqtisadi  Forumunun 
təmsilçilərinin  qatıldıqları  təqdimat  mərasimində  Azərbaycanın  ev  sahibliyi  edəcəyi  I  Avropa  Oyunlarının 
Avropanın  idman  tarixində  yeni  səhifə  açacağı,  beynəlxalq  miqyasda  idman  hərəkatına,  xalqlar  və  ölkələr 
arasında əməkdaşlığa sanballı töhfələr verəcəyi xüsusi vurğulanıb. 
Xatırladaq  ki,  I  Avropa  Oyunlarının  2015-ci  ilin  yayında  Bakıda  keçirilməsi  barədə  qərar  2012-ci  ilin 
dekabrında  Avropa  Olimpiya  Komitəsinin  Baş  Məclisində  qəbul  edilib.  Avropanın  idman-olimpiya  ailəsi 
Bakının  namizədliyini  böyük  səs  çoxluğu  ilə  dəstəkləyib.  Bakıda  keçiriləcək  yarışlarda  Avropa  Olimpiya 
Komitəsinə  üzv  olan  bütün  ölkələrin  iştirakı  gözlənilir.  Avropa  Olimpiya  Komitəsi  ilə  əldə  olunmuş  razılığa 
əsasən,  Bakıda  keçiriləcək  yarışlara  49  ölkədən  20  idman  növü  üzrə  6  mindən  çox  atlet  qatılacaq.  Tədbirin 
işıqlandırılması  üçün  paytaxtımıza  2000 jurnalistin  gəlişi  gözlənilir. Təşkilatçılar,  həmçinin,  bəyan  ediblər ki, 
“Bakı-2015”  oyunlarından  2016-cı  ildə  Rio-de-Janeyroda  keçiriləcək  Olimpiya  Oyunlarına  kvalifikasiya 
platforması  qismində  istifadə  ediləcək.  Belə  ki,  I  Avropa  Oyunları  çərçivəsində  keçiriləcək  yarışlardan  16-sı 
olimpiya  idman  növüdür.  Bura  velosiped  idman  növü,  güllə  atıcılığı,  üzgüçülük,  stolüstü  tennis,  taekvando, 
triatlon və digər idman növləri daxildir.  
Göründüyü  kimi,  cari  ilin  yayında  Bakının  ev  sahibliyi  edəcəyi  I  Avropa  Oyunlarının  miqyası  və  nüfuzu 
kifayət qədər böyükdür. Avropanın və bütün dünyanın idman tarixində həmişəlik qalacaq I Avropa Oyunlarının 
ölkəmizdə keçirilməsinə qərar verilməsi isə heç də təsadüfi deyildir. Davosda baş tutan “Bakı-2015”in təqdimat 
mərasimində də vurğulandığı kimi, ölkəmizin reallıqları belə bir mühüm qərarın verilməsində əsas olub. 
Avropa  Oyunlarının  Azərbaycanda  keçirilməsinə  qərar  verilməsində  ölkəmizin  idman  ənənələri, 
idmançılarımızın nailiyyətləri mühüm rol oynayıb 
Məlum  olduğu  kimi,  ölkəmizdə  idmanın  inkişafına  göstərilən  davamlı  dövlət  qayğısı  sayəsində 
idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurların sayı əhəmiyyətli dərəcədə artıb. Respublikamızın 
Olimpiya  Oyunlarında  hər  dəfə  daha  böyük  müvəffəqiyyətlə  çıxış  etməsi  bunun  təsdiqidir.  Əgər  Azərbaycan 
müstəqil ölkə kimi Atlanta Olimpiadasında bir, Sidneydə üç, Afinada beş, Pekində yeddi medal qazanmışdısa, 
son  London  Olimpiadasında  təmsilçilərimizin  qazandıqları  medalların  sayı  10-a  çatıb  və  respublikamız 
medalların sayına görə Avropa ölkələri arasında 15-ci yerdə qərarlaşıb. Azərbaycan idmançıları daha bir böyük 
uğuru  2014-cü  ildə  Çində  keçirilən  yeniyetmələrin  Yay  Olimpiya  Oyunlarında  qazanıblar.  Dünyanın  200-ə 
yaxın ölkəsinin iştirakı ilə keçirilən bu olimpiadada Azərbaycan komandası 10-cu pillədə qərarlaşıb ki, bu da 
respublikamızı təmsil edən gənc idmançıların tarixi nailiyyətləridir.  
Bütün bunlar, heç şübhəsiz ki, beynəlxalq idman ictimaiyyətində Azərbaycana böyük inam yaradıb. I Avropa 
Oyunlarının 2015-ci ilin yayında Bakıda keçirilməsinə qərar verilməsi bunu bir daha təsdiqləyir. Təsadüfi deyil 
ki,  Prezident  İlham  Əliyev  Davosda  keçirilən  “Bakı-2015”in  təqdimat  mərasimindəki  çıxışında  I  Avropa 
Oyunlarının  Bakıda  keçirilməsinə  qərar  verilməsində  Azərbaycanın  özünü  idman  ölkəsi  kimi  tanıtmasının, 
atletlərimizin beynəlxalq yarışlarda qazandıqları nailiyyətlərlə bağlı olduğunu bildirib: “Fikrimcə, bu Oyunların 
Bakıda  keçirilməsi  haqqında  qəbul  edilmiş  qərarın  bir  səbəbi  də  atletlərimizin  nailiyyətləri  ilə  bağlıdır. 
Azərbaycan müstəqillik illəri ərzində özünü həm də idman ənənələri ilə seçilən ölkə kimi tanıdıb”. 
 
Azərbaycanın sürətli inkişafı ölkəmizin qlobal miqyasda nüfuzunun artması ilə nəticələnib 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
181 
 
 
Məlumdur ki, hazırda qlobal miqyasda təzadlı və bir çox hallarda arzuolunmaz proseslər baş verir. Bir neçə 
il bundan əvvəl başlayan qlobal maliyyə-iqtisadi böhranı ayrı-ayrı ölkələrdə ciddi fəsadlarla nəticələnib-istehsal 
aşağı  düşüb,  çoxlu  sayda  iş  yerləri  ixtisar  edilib,  sosial  əhəmiyyət  daşıyan  layihələr  təxirə  salınıb.  Bütün 
bunların ardından dünya yeni qlobal risklərlə üz-üzə dayanıb. Birjalarda neftin qiymətinin kəskin şəkildə aşağı 
düşməsi,  həmçinin,  dünyanın  hegemon  güclərinin  geostrateji  maraqlarının  toqquşması  üzündən  müasir  dünya 
düzəninə  yaranan  təhdidlər  ayrı-ayrı  ölkələri  ciddi  sınaq  qarşısında  qoyub.  Belə  bir  şəraitdə  ölkəmiz  qlobal 
risklərə  yüksək  dayanıqlılıq  nümayiş  etdirir  və  kataklizmlərdən  yan  keçməyi  bacarır.  Hazırda  müstəqil 
Azərbaycan bütün dünyada sabitlik və inkişaf adası kimi səciyyələnir. Ölkə iqtisadiyyatının potensialının ilbəil 
artması, həmçinin, müsbət makroiqtisadi göstəricilər respublikamızın hərtərəfli dinamik inkişafını təsdiqləyir. 
Ümumi  daxili  məhsulun  artım  dinamikası  hər  bir  ölkənin  iqtisadiyyatının  dayanıqlılığını  şərtləndirən  əsas 
amillərdəndir.  Bu  mənada  Azərbaycanda  ümumi  daxili  məhsulun  ilbəil  artması  məmnunluq  doğurur.  Belə  ki, 
son  11  ildə  ölkəmizdə  ÜDM  istehsalında  3  dəfədən  çox  artıma  nail  olunub.  Prezident  İlham  Əliyevin 
vurğuladığı kimi, heç bir başqa ölkədə iqtisadiyyat bu qədər artmayıb.  
Ölkəmizin  maliyyə  durumu  kifayət  qədər  qənaətbəxşdir.  Ölkənin  strateji  valyuta  ehtiyatları  54  milyard 
dolları ötüb ki, bu da Azərbaycan kimi ölkə üçün olduqca yaxşı göstəricidir. Təkcə belə bir faktı vurğulamaq 
kifayətdir ki, respublikamızın strateji valyuta ehtiyatları ümumi daxili məhsulun 70 faizinə bərabərdir. Ölkənin 
xarici  borclanması  ümumi  daxili  məhsula  nisbətdə  cəmi  8  faiz  təşkil  edir.  Son  11  ildə  Azərbaycan 
iqtisadiyyatına  160  milyard  dollar  həcmində  investisiyalar  yönəldilib.  Ötən  il  ölkə  iqtisadiyyatına  müxtəlif 
mənbələrdən  yönəldilən  investisiyaların  həcmi  27  milyard  dollara  çatıb.  Diqqəti  çəkən  əsas  məqam  isə 
investisiyaların strukturunda daxili sərmayələrin həcminin artaraq 16 milyard dollara çatmasıdır. Eyni zamanda, 
iqtisadi potensialın artması nəticəsində Azərbaycanın güclü sərmayə ixracı imkanları yaranıb və respublikamız 
investisiya idxal edən ölkədən digər dövlətlərdə müxtəlif sahələrə sərmayələr yönəldən bir ölkəyə çevrilib.  
Düşünülmüş  məqsədyönlü  siyasət  sayəsində  dinamik  inkişafın  təmin  olunması  paralel  surətdə  ölkədə 
inflyasiyanın  aşağı  səviyyədə  saxlanılmasını  təmin  edib.  Qısa  müddətdə  respublikamızda  işsizliyin  və 
yoxsulluğun səviyyəsi çox aşağı səviyyəyə - 5 faizə düşüb.  
Dünya  ölkələrinin  qlobal  risklərdən  əziyyət  çəkdiyi  bir  vaxtda  Azərbaycanın  iqtisadi  artım  dinamikasını 
qoruyub saxlaması ölkəmizin mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmək imkanlarını da artırır. Prezident 
İlham Əliyev Davosda keçirilən “Bakı-2015”in təqdimat mərasimindəki çıxışında I Avropa Oyunlarının cari ilin 
yayında  Bakıda  keçirilməsi  ilə  bağlı  qərarın  qəbul  edilməsinə  təsir  göstərən  səbəblərdən  birinin  də  məhz 
Azərbaycanın sürətli inkişafı ilə bağlı olduğunu bildirib: “Digər səbəb Azərbaycanın sürətli inkişafı ilə bağlıdır. 
Müstəqillik  illəri,  xüsusən  də  son  on  il  ərzində  iqtisadiyyatımız  üç  dəfədən  çox  artıb.  Davos  Dünya  İqtisadi 
Forumu  qlobal  rəqabətlilik  reytinqinə  görə  Azərbaycanı  38-ci  yerdə  qərarlaşdırır.  İqtisadi  inkişaf  və  müasir 
infrastruktur Oyunların Bakıda keçirilməsi barədə qərarın qəbulunda rol oynadı”. 
 
Son illərdə Azərbaycanda idman infrastrukturu əhəmiyyətli dərəcədə yenilənib 
 
Son  illərdə  Azərbaycanın  mənzərəsini  səciyyələndirən  əsas  məqamlardan  biri  də,  şübhəsiz  ki,  ölkəmizdə 
müasir idman infrastrukturunun yaradılması ilə bağlıdır. Prezident İlham Əliyev Davosda təşkil olunan “Bakı-
2015”in  təqdimat  mərasimindəki  çıxışında  son  illərdə  ölkəmizdə  idman  infrastrukturunun  yenilənməsini  də 
xüsusi  vurğulayıb:  “Son  illər  ərzində  Azərbaycanda  idman  infrastrukturunun  inkişafı  bizim  üçün  çox 
əhəmiyyətli məsələ olub”. 
Vurğulamaq  yerinə  düşər  ki,  ölkəmizin  idmançıları  və  idman  təsərrüfatı  məhz1997-ci  ildə  Milli  Olimpiya 
Komitəsinin (MOK) rəhbərliyinin dəyişməsindən sonra MOK-un yeni prezidenti İlham Əliyevin simasında öz 
böyük hamilərini tapdılar. Həmin vaxtdan etibarən MOK-un  yeni rəhbərliyinin təşəbbüsü ilə respublikamızda 
idman  təsərrüfatının  yenilənməsinə,  o  cümlədən  də,  bu  sahədə  müasir  infrastruktur  qurulmasına  start  verilib. 
Ölkənin idman təsərrüfatının yenilənməsi ilə bağlı iki istiqamət müəyyənləşdirilmişdi. Bunlardan biri mövcud 
idman  qurğularının  müasir  dünya  standartları  səviyyəsində  yenidən  qurulması,  digəri  isə  yeni  idman 
obyektlərinin  inşa  edilməsi  idi.  1997-ci  ildən  bəri  hər  iki  istiqamətdə  böyük  həcmli  layihələr  reallaşdırılıb. 
Respublikamızda  idman  infrastrukturunun  yenilənməsi  ilə  bağlı  reallaşdırılan  layihələr  içərisində  dövlət 
başçısının  müvafiq  Sərəncamına  əsasən  Tofiq  Bəhrəmov  adına  Respublika  Stadionunun  maddi-texniki 
bazasının  möhkəmləndirilməsini  xüsusi  qeyd  etmək  lazımdır.  Yenidənqurma  işlərindən  sonra  Respublika 
Stadionu beynəlxalq standartlara cavab verən müasir arenaya çevrilib. 
Bu qəbildən olan yenidənqurma işləri digər idman qurğularında da uğurla həyata keçirilib. Hazırda Heydər 
Əliyev adına İdman-Konsert Kompleksində, Bakı İdman Sarayında və digər idman qurğularında da bu qəbildən 
olan böyük həcmli işlər uğurla davam etdirilir. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
182 
 
Eyni zamanda, son illərdə ölkəmizdə ən müasir dünya standartları səviyyəsində inşa edilən idman arenaları 
istifadəyə  verilib.  Bu  sırada  “Bakı”,  “Azal”,  “Qəbələ”  futbol  klublarının  yeni  təlim-məşq  bazalarını,  “Xəzər-
Lənkəran”  komandası  üçün  inşa  edilən  stadionu  və  digərlərini  misal  göstərmək  mümkündür.  Bakıda  yelkən 
idmanı  üçün  nəzərdə  tutulan  Yaxt-klub,  Stend  Atıcılığı  Mərkəzi,  “Musado”  Taekvondo  evi,  Otüstü  xokkey 
kompleksi, “ABU-Arena” həndbol mərkəzi yeni tikilən idman obyektləri sırasındadır. Ötən ilin birinci yarısında 
Bakıda  möhtəşəm  Milli  Gimnastika  Arenası  istifadəyə  verilib.  Müstəqillik  illərində  ölkəmizdə  ən  müasir 
standartlar səviyyəsində 50-dən artıq idman-olimpiya kompleksləri tikilib istifadəyə verilib ki, onların da böyük 
əksəriyyəti bölgələrin payına düşür. 
Yüksək  səviyyəli  infrastrukturun  yaradılması  respublikamızın  mötəbər  beynəlxalq  yarışlara  ev  sahibliyi 
etməsinə  imkan  verir.  Cari  ilin  yayında  Bakıda  keçiriləcək  I  Avropa  Oyunları  bunun  daha  bir  təsdiqinə 
çevriləcək. 
Əlamətdar haldır ki, Azərbaycanda idmana böyük önəm verildiyi Davosda keçirilən “Bakı-2015”in təqdimat 
mərasimində  də  vurğulanıb.  Belə  ki,  Avropa  Olimpiya  Komitəsinin  prezidenti  Patrik  Hikki  çıxışında  bu 
məqama toxunaraq deyib: “İdman Azərbaycan cəmiyyətində xüsusi yer tutur. “Bakı-2015” idman tarixində yeni 
maraqlı səhifə olacaq”. 
Avropa  Olimpiya  Komitəsinin  prezidenti  Patrik  Hikki  çıxışında  həmçinin,  birinci  Avropa  Oyunlarının 
təqviminin  Azərbaycanın  bacarıqlı  yerli  kadrlarının  gücü  ilə  təşkil  ediləcəyini  bildirib  və  “Bakı-2015” 
Azərbaycanın  yeni  nəsil  idman  mütəxəssislərini  formalaşdırmağa  yardım  edir.  Bundan  əlavə,  Oyunlar 
Azərbaycan üçün gözəl sosial vasitə olacaq. Ölkə əhalisinin üçdə iki hissəsinin yaşı 35-dən aşağıdır və bu cür 
böyük təbəqə idmanın təşviq etdiyi amallar və cəmiyyət haqqında məlumatlar alacaq. Şübhə etmirəm ki, “Bakı-
2015” Oyunları Azərbaycanın parlaq idman gələcəyinə aparan yoldur” - deyə əlavə edib. 
 
Azərbaycan bütün dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı çoxmillətli və 
çoxkonfessiyalı, çoxmədəniyyətli ölkədir 
 
Kimsəyə  sirr  deyil  ki,  bu  gün  dünyada  sivilizasiyalar  və  konfensiyalararası  təhdidlər  də  böyük  narahatlıq 
doğurur. Beynəlxalq miqyasda irqçilik, insanlar arasında milli, dini mənsubiyyətinə görə fərq qoymaq meyilləri 
artıb.  Lakin  respublikamızda  bu  sahədəki  durum  tamamilə  fərqlənir.  Yəni,  Azərbaycan  dünyanın  elə  nadir 
məkanlarındandır ki, burada sivilizasiyalararası dialoqa sanballı töhfələr verilir, multikulturalizm, dini və milli 
müxtəliflik  ölkənin  ən  üstün  dəyərlərindən  biri  kimi  təbliğ  olunur.  Bakının  mədəniyyətlərarası  dialoq  və 
beynəlxalq  humanitar  forumlara  ev  sahibliyi  etməsi  bunu  bir  daha  təsdiqləyir.  Azərbaycan  cəmiyyətini 
fərqləndirən  ən  üstün  keyfiyyətlərdən  biri  də  odur  ki,  ölkədə  tolerantlıq,  müxtəlif  dinlərə  və  mədəniyyətlərə 
dözümlü  yanaşma  bir  növ  həyat  normasına  çevrilib.  Burada  müxtəlif  etiqadlara  və  mədəniyyətlərə  məxsus 
xalqlar  çiyin-çiyinə  yaşayaraq  ümumi  inkişafa  töhfə  verirlər.  Hazırda  əksər  Avropa  təsisatlarının  üzvü  olan 
Azərbaycan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının da üzvüdür. Dünyanın 2 yüzdən artıq ölkəsini əhatə 
edən  Avropa  və  Asiya  təşkilatlarının  üzvü  olmaq  Azərbaycanın  sivilizasiyalararası  əlaqələrin 
gücləndirilməsində əhəmiyyətini daha da artırır. 
Yeri  gəlmişkən,  Prezident  İlham  Əliyev  Davosda  keçirilən  “Bakı-2015”in  təqdimat  mərasimində 
Azərbaycanın  beynəlxalq  miqyasda  xalqlar  və  dövlətlər  arasında  etimadın,  qarşılıqlı  inamın  artmasına  töhfə 
vermək  əzmini  bir  daha  nəzərə  çatdırıb.  Dövlət  başçısı  vurğulayıb  ki,  Azərbaycan  bütün  dinlərin 
nümayəndələrinin  sülh  və  əmin-amanlıq  şəraitində  yaşadığı  çoxmillətli  və  çoxkonfessiyalı,  çoxmədəniyyətli 
ölkədir: “Son illər ərzində Azərbaycanda idman infrastrukturunun inkişafı bizim üçün çox əhəmiyyətli məsələ 
olub.  Fəxr  edirik  ki,  2015-ci  il  Avropa  Oyunlarından  sonra  2016-cı  ildə  biz  Dünya  Şahmat  Olimpiadasını 
keçirəcəyik və eyni zamanda, ilk dəfə olaraq, “Formula - 1” yarışmaları regionumuza gələcək. Bu yarış şəhər 
daxilində  baş  tutacaq.  2017-ci  ildə  isə  İslam  Həmrəyliyi  Oyunlarını  keçirəcəyik.  Bu  oyunlar  müsəlman 
dünyasını  bir  araya  gətirir.  Bunun  çox  rəmzi  mənası  var.  İki  il  ərzində  Bakı  Avropa  Oyunlarını  və  İslam 
Oyunlarını  qəbul  edəcək.  Azərbaycan  bütün  dinlərin  nümayəndələrinin  sülh  və  əmin-amanlıq  şəraitində 
yaşadığı  çoxmillətli  və  çoxkonfessiyalı,  çoxmədəniyyətli  ölkədir.  Bu  yaxınlarda  Azərbaycanda  Beynəlxalq 
Multikulturalizm  Mərkəzinin  yaradılması  haqqında  qəbul  edilmiş  qərarın  tarixi  əsasları  var.  Bu,  dövlət 
siyasətimizin real təzahürüdür”. 
 
Bakıda olduqca gözəl ilk Avropa Oyunları keçiriləcək 
 
Beləliklə, respublikamız I Avropa Oyunlarını son illərdə ev sahibliyi etdiyi çoxlu sayda mötəbər beynəlxalq 
tədbirlərdə  olduğu  kimi,  yeni  yüksək  standartlar  çərçivəsində,  Olimpiya  Oyunları  səviyyəsində  keçirmək  və 
bununla da Avropa idman ailəsinin ölkəmizə göstərdiyi etimadı lazımınca doğrultmaq əzmi nümayiş etdirir. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
183 
 
Hazırda  Azərbaycanda  I  Avropa  Oyunlarına  hazırlığın  son  mərhələsi  çərçivəsində  işlər  sürətlə  davam 
etdirilir.  I  Avropa  Oyunlarının  keçiriləcəyi  arenaların  bir  çoxu  artıq  yarışlara  tam  hazırdır.  Digər  idman 
qurğularında, o cümlədən də, Olimpiya Stadionunun, Su İdman Sarayının, Atıcılıq Mərkəzinin tikintisi cədvəl 
üzrə davam etdirilir. 
Prezident  İlham  Əliyev  Davosda  keçirilən  təqdimat  mərasimində  I  Avropa  Oyunlarına  hazırlıq  işlərinin 
yüksək səviyyədə aparılmasında beynəlxalq komandanın birgə çalışdığını da diqqətə çatdırıb: “İki il yarım təbii 
ki,  çox  məhdud  vaxt  çərçivəsidir.  Lakin  Avropa  Olimpiya  Komitəsinin  böyük  dəstəyi  ilə  Təşkilat  Komitəsi 
olaraq  ürəkdən  çalışırıq.  Biz  güclü  tərəfdaşlıq  qurmuşuq  və  bu  gün  Oyunları  mümkün  qədər  ən  yüksək 
səviyyədə  təşkil  etmək  məqsədilə  40-dan  artıq  ölkənin  nümayəndələrinin  çalışdığı  beynəlxalq  komandamız 
var”. 
Davosda keçirilən “Bakı-2015”in təqdimat mərasimində çıxış edən Avropa Olimpiya Komitəsinin prezidenti 
Patrik  Hikki  də  Azərbaycanın  I  Avropa  Oyunlarına  böyük  əzmlə  hazırlaşdığını  vurğulayıb:  “Bakıda  olduqca 
gözəl ilk Avropa Oyunları keçiriləcək. Azərbaycan qədim tarixə malik, yüksək templə inkişaf edən, zəngin təbii 
sərvətləri olan, onları lazımi şəkildə idarə edən ölkədir. Azərbaycan cəmi 23 il ərzində görünməmiş tərəqqi əldə 
edib.  Avropa  Olimpiya  ailəsinin  bir  hissəsi  olmaq  bu  inkişafın  sürətləndirilməsinə  zəmin  yaradıb.  Zati-aliləri 
Prezident İlham Əliyevin mövqeyi və uzaqgörənliyi, xüsusən də Onun Azərbaycan Milli Olimpiya Komitəsinin 
rəhbəri kimi oynadığı rol sayəsində dünyanın bu guşəsində inkişaf təmin edilib”. 
Təqdirəlayiq  haldır  ki,  Avropa  Olimpiya  Komitəsinin  prezidenti  Azərbaycanı  təqdimat  mərasiminin 
iştirakçılarına  ölkəmizin  dövlət  başçısından  gətirdiyi  sitatla  təqdim  edib:  “Siz  2015-ci  ildə  Azərbaycanda 
Avropa Oyunlarını, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarını seyr edə bilərsiniz. Bunlar iki il  ərzində bir 
ölkədə, bir şəhərdə keçiriləcək. Bu, Azərbaycanın bugünkü reallığını əks etdirir”. 
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki təqdimat mərasimindəki çıxışında, həmçinin, Bakının 
I Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcəyinə əminliyini də diqqətə çatdırıb. Onun qeyd etdiyi 
kimi,  həqiqətən  də,  Bakı  tarixdə  yalnız  I  Avropa  Oyunlarının  keçirildiyi  məkan  kimi  qalmayacaq,  həm  də 
gələcək  Avropa  Oyunları  üçün  bir  model  rolunu  oynayacaq.  Bakıda  keçiriləcək  I  Avropa  Oyunlarını  Avropa 
üçün dörd ildən sonra növbəti oyunlara bələdçi hadisə və Avropa Oyunları konsepsiyasının ən gözəl nümunəsi 
kimi səciyyələndirən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki vurğulayıb: “2019-cu ildəki Avropa 
Oyunlarının  keçirilməsi  ilə  bağlı  qərar  bu  ilin  may  ayına  qədər  elan  olunacaq.  Seçilmiş  şəhər  “Bakı-2015” 
Təşkilat  Komitəsi  ilə  əhatəli  şəkildə  təcrübə  mübadiləsi  aparacaq.  Bu,  çox  dəyərlidir,  çünki  Bakıda  ən  yaxşı 
praktiki modellər hazırlanıb. Adətən Olimpiya Oyunlarının keçirilməsi məqsədilə şəhərə yeddi il müddət verilir. 
“Bakı-2015”  yarışması  üçün  cəmi  30  ay  vaxt  verildi.  Zati-aliləri,  cənab  Prezidentin  mövqeyi  Azərbaycan  və 
Avropa  Olimpiya  Komitəsi  üçün  tarixin  yazılmasında  misilsizdir.  Şübhə  etmirəm  ki,  ilk  Avropa  Oyunları 
yaddaqalan tədbir olacaq”. 
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin