İxtisas : Məktəbəqədər təhsil Kurs : 1 Qrup : 2302 b fənn : Psixologiya



Yüklə 34,62 Kb.
səhifə2/2
tarix19.12.2023
ölçüsü34,62 Kb.
#185671
1   2
psixo sb isss

Temperament haqqında anlayış
Temperament sözünün latın dilində hərfi tərcüməsi «hislərin (qarşılıqlı) lazımi qarşılıqlı nisbəti» deməkdir. Yunan həkimi Hippokratın (e.ə. V-IV əsr) yanaşmasında bildirilir ki, Temperament dedikdə insanın həm fərdi anоtоmik-fiziоlоji, həm də psiхоlоji хüsusiyyətləri nəzərdə tutulmuşdur. Temperament tiplərinə Hippokratın verdiyi sanqvinik, xolerik, fleqmatik və melanxolik adları ilə müasir psixologiyada indi də işlənilməkdədir
Temperament psixi fəaliyyətin dinamik xarakteristikası kimi təzahür edir. Psixi fəaliyyətin və ya davranışın dinamik xarakteristikası çoxcəhətlidir. Onun xüsusiyyətlərini təhlil etmək üçün sürət, temp (tezlik dərəcəsi), ritm, intensivlik, plastiklik, dözümlülük və s. Kimi müxtəlif anlayışlardan istifadə olunur.
İnsanlar psixi fəaliyyətin dinamik xarakteristikasına görə bir-birindən fərqlənirlər. Temperament xüsusiyyətlərini düzgün xarakterizə etmək üçün biz bir mühüm cəhəti dəqiqləşdirməliyik: psixi fəaliyyətin dinamik xüsusiyyətləri çoxdur. Onlar təkcə temperamentlə deyil, həm də fəaliyyətin motivləri, insanın adətləri, psixi halətləri, situasiyanın tələbləri və s. İlə şərtlənir.Temperament ya da Xoy[1] – insanın elə bir anadangəlmə xüsusiyyətləridir ki, onlar intensivliyin, təsirə cavab vermə sürətinin dinamik xarakteristikalarının emosional qıcıqlanma və tarazlıq dərəcəsini, ətraf mühitə uyğunlaşma xüsusiyyətlərini şərtləndirir.
Adətən, hər hansı bir insan qrupunda müşahidə apardıqda qrupdakı insanların birinin cəld, digərinin təmkinli, birinin tez özündən çıxan, digərinin müvazinətli, birinin hər şeyə tez reaksiya verən, digərinin ləng olduğunu görürük. İnsanların bir-birlərindən bu cür fərqli xüsusiyyətə malik olmaları qədim zamanlardan diqqəti cəlb etmişdir. Ona görə də, bəşəriyyət lap qədimdən müxtəlif adamların psixi xasiyyətlərinin tipik xüsusiyyətlərini ayırmağa, onların ümumiləşmiş portretlərini, tipologiyasını verməyə cəhdlər göstərmiş, temperament tiplərinin az sayını azaltmağa çalışmışdır. Bu cür tipologiya praktiki olaraq faydalı idi, belə ki, onun köməyi ilə konkret həyat şəraitində bu və ya digər insanın davranışını qabaqcadan görmək və nəzərə almaq olardı. Tarixən insanları bir-birindən fərqləndirən həmin xüsusiyyətlərə «temperament» adı verilmişdir.
Temperament – insanın elə bir anadangəlmə xüsusiyyətləridir ki, onlar intensivliyin, təsirə cavabvermə sürətinin dinamik xarakteristikalarını, emosional qıcıqlanma və tarazlıq dərəcəsini, ətraf mühitə uyğunlaşma xüsusiyyətlərini şərtləndirir.
Temperament latın dilindən «qarışıq, mütənasiblik» deməkdir. Temperament haqqında təlimin yaradıcısı qədim yunan görkəmli həkimi Hippokrat (e.ə. təxminən 460-377 illər) sayılır. O təsdiq edir ki, insanlar 4 əsas «orqanizm şirəsi»nin nisbətinə görə fərqlənirlər: qan, fleqma, sarı öd və qara öd. Bu, «orqanizm şirələrinin» nisbəti yunanca «krasis» sözü ilə ifadə olunurdu ki, sonralar həmin söz yunanca temperamentum – «mütənasiblik» sözü ilə əvəz edildi. Hippokratın təliminə əsaslanaraq digər tanınmış antik dövr həkimi Klavdi Qalen (təxminən 130-200-ci illər) məşhur traktatı «De temperamentum» adlı kitabında şərh etdiyi temperamentlərin tipologiyasını işləyib hazırladı.
Onun təliminə əsasən temperamentin tipi orqanizmdə bu şirələrdən birinin üstünlüyündən asılıdır. Temperamentin bu 4 tipinin adı həmin şirələrin adına uyğun verilmişdir: sanqvinik (latınca sanqvius-qan), fleqmatik (yunanca fleqma-selik, bəlğəm), xolerik (yunanca chole-öd), melanxolik (yunanca melian chole – qara öd).
Temperament psixi fəaliyyətin dinamik xarakteristikası kimi təzahür edir.
«Psixi fəaliyyət» anlayışı bizə artıq məlumdur. «Dinamik xarakteristika» ifadəsinə isə ilk dəfə temperament bölməsində rast gəlirik. Temperamentin mahiyyətini başa düşmək üçün əvvəlcə bu ifadəni aydınlaşdırmalıyıq.

  1. Leptosomatik – kövrək bədən quruluşu, hündür boy, yastı döş qəfəsi, dar çiyinlər uzun və arıq aşağı ətraflarla xarakterizə edilir.

  2. Piknik – ifrat piy toxumu, balaca və ya orta boyla, böyük qarınlı, qısa boyunda girdə başlı, şişkin bədənlə xarakterizə edilir.

  3. Atletik – inkişaf etmiş əzələləri, möhkəm bədən quruluşu, hündür və ya orta boylu, enli, çiyinləri olan adamdır.

  4. Displastik – formasız, düzgün olmayan quruluşa malik adamdır. Bu tipdən olan fərdlər bədən quruluşunun müxtəlif deformasiyaları ilə xarakterizə edilirlər.

Bədən quruluşunun adı çəkilən tiplərinə Kreçmer onun şizotimik, iksptimik və siklotimik adlandırdığı 3 temperament tipini aid edir.


Şizotimik – astenik bədən quruluşuna malikdir, özünə qapanıb, əhval-ruhiyyəsi sıçrayır, inadkardır, ətrafındakılara çətinliklə uyğunlaşır.
Ondan fərqli olaraq iksatimik – atletik bədən quruluşuna malikdir. Bu, sakit təmkinli, jest və mimikaları, yüksək olmayan elastik düşüncəli həssas olmayan, çax vaxt xırdaca adamdır. Piknik bədən quruluşuna siklotimikdə malikdir. Onun emosiyaları sevinc və kədər arasında sıçrayır, adamlarla asanlıqla əlaqəyə girir, realist baxışlara malikdir.
Kreçmerin nəzəriyyəsi Avropada daha geniş yayılmışdır ABŞ-da XX əsrin 40-cı illərində U.Şeldonun temperament konsepsiyası böyük populyarlıq qazanır. Şeldon bədən quruluşunun əsas tiplərinin mövcudluğu haqqında fərziyyədən çıxış edirdi. Bu fərziyyəni təsvir edərkən embriologiyadan götürülmüş terminlərdən istifadə etməklə o, üç tipi müəyyən etmişdir: 1) endomorf; 2) mezomorf; 3) ektomorf.

Şeldona görə bədən quruluşunun bu tiplərinə temperamentin müəyyən tipləri müvafiqdir. Müasir psixologiya elmində konstitusion konsepsiyaların əksəriyyəti onlarda insanın psixoloji xüsusiyyətlərinin formalaşmasında mühit və sosial şəraitin rolunun tonunun qiymətləndirilməsinə görə kəskin tənqidə məruz qalır


Hippokrat həmçinin insanları Alfa, Omega, Beta tip olmasına görə də qruplaşdırıb. İlk dəmir dövründə insanlar alfa və betaya ayrıldılar. Sonra omega daha sonra isə törəmə tiplər yarandı.
Əsas tiplər
Alfa tiplər-Özünə inamlı və yaradıcı insanlardır. Yanlız istədikləri şeyləri edirlər. Qorxu və şübhələri olsa belə, bunun asanlıqla öhdəsindən gəlirlər. Siz çox gözəl lidersiniz.
Beta tiplər-Özünə inamsız,utancaq birisisiniz. Həmişə özünəinamsızsınız və uğursuzluq qorxunuz var ki, bu da sizə həyatda qabağa getməyinizə mane olur. İnsanlar sizə lider deyil dost gözüylə baxırlar. Lider deyil, liderə tabe olansınız.
Omega tiplər-Siz alfa tip kimi özünüzə inamlısınız. Bundan əlavə siz yaradıcı birisiniz. Amma ünsiyyətcil deyilsiniz. Özünüz özünüzün liderinizsiniz. Yəni öz işinizlə məşğulsunuz. Nə lider, nə də ona tabe olan deyilsiniz.
Törəmə tiplər-Bəzi tiplər isə törəmə tiplərdir. Bunlar tam olaraq heç birinə aid olmayan insanlardır.

Qamma tiplər-Nə alfa, nə betta deyilsiniz. Hər ikisinin xüsusiyyətlərini daşıyırsınız. Siz alfa kimi ağıllısınız və işin içindən necə çıxacağınızı bilirsiniz. Lakin qorxu şübhə özünə inamsızlıq kimi xüsusiyyətlər sizə qabağa getməyə mane olur. Bəzən lider, bəzən idarəçi olursunuz. Cəmiyyətdən baş çıxara bilsəniz də, yaddaqalan cəlbedici xüsusiyyətiniz yoxdur. Qammalar 3 cür yaranır. Alfaların liderliyini itirməsi nəticəsində (downgraded alpha), betaların özlərini təkmilləşdirməsi nəticəsində (upgraded beta) və anadangəlmə.


Siqma tiplər-Yaxşı manipulyatorsunuz. Alfa və omeqa qədər cəzbedici olmasanız da, onlardan daha üstünsünüz. Alfalardan daha yaxşı manipulyasiya edirsiniz. Alfalar özləri yaşadıqları şeyləri təcrübədən keçirirlər. Siz isə alfalara ağıl verərək riskə getmədən öyrənən insanlarsınız. İstədiyiniz insanların asanlıqla arasını vurursunuz. Keçmişdə padşahların vəzirlərinin çoxu elə siqma tip olub.
Delta tiplər-Onların özünəməxsus fikirləri yoxdur. Onlar özlərini alfa tip kimi özünə inamlı, ağıllı göstərməyə çalışsalar da, əslində bir betadırlar.

İstifadə edilmiş ədəbiyyat siyahısı :



  1. https://az.m.wikipedia.org/wiki/F%C9%99aliyy%C9%99t

  2. https://kayzen.az/blog/psixologiya/8006/f%C9%99aliyy%C9%99tin-%C9%99sas-n%C3%B6vl%C9%99ri.html

  3. https://kafkazh.com/fealiyyet-ve-onun-novleri/

  4. https://kayzen.az/blog/psixologiya/8004/f%C9%99aliyy%C9%99t.html

Yüklə 34,62 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin