İxtisas: 050404 İQTİsadiyyat qrup: 292 Fənn


İnsan resursları anlayışı və mahiyyəti



Yüklə 258,51 Kb.
səhifə2/5
tarix30.12.2021
ölçüsü258,51 Kb.
#49368
1   2   3   4   5
insan resursları sərbəst iş

2.İnsan resursları anlayışı və mahiyyəti

İnsan resurslarının nə demək olduğunu qısaca müəyyən etməklə başlayaq. İnsan resursları sosial-iqtisadi kateqoriya olub, cəmiyyətin və ya ölkənin malik olduğu fiziki və intellektual imkanların məcmusunu təşkil edir. Onun tərkibində ən mühüm və aparıcı yeri fiziki və zehni cəhətdən inkişaf etmiş əmək qabiliyyətli yaşında olan əmək qabiliyyətli əhali tutur. Bu isə o deməkdir ki, konkret sosial-iqtisadi tarixi inkişaf mərhələsində, hansı ölkədə ictimai istehsal prosesinin əsasını və subyektini təşkil edən əhalinin fiziki və zehni cəhətdən inkişaf etmiş hissəsi çoxdursa, həmin ölkə daha çox məhsuldar insan resurslarına malikdir. Tarixə nəzər salmış olsaq, 1800-cü illərin sonunda sənaye inqilabından sonra ortaya çıxan fabrik və istehsal prosesləri nəticəsində yaranan insan resursları, təşkilatın və ya müəssisənin istehsal və xidmət sahələri üzrə qarşıya qoyulan məqsədlərə çatmaq üçün istifadə etdiyi əsas faktorlardan biridir. Amerikalı iqtisadçı Con R.Commons ilk dəfə 1893-cü ildə nəşr olunan "Sərvətin Bölgüsü" kitabında "insan resursları" terminini işlətmişdir. Bununla belə, 19-cu əsrə qədər əvvəllər HR departamentləri inkişaf etdirilmiş və onlara tapşırıq verilmişdir.



İnsan resurslarının əhəmiyyətini dərk etmək üçün müəyyən prinsiplər var. Bunları aşağıdakı kimi müəyyən etmək olar:

  • İşçilərin səmərəliliyini təmin etmək və uzunmüddətli qazanc əldə etmək;

  • İşçilərin həm iqtisadi, həm sosial, həm də psixoloji cəhətdən ehtiyaclarını yaxşılaşdıracaq proqramlar, qaydalar və təcrübələr hazırlamaqla işçilərin xoşbəxt olmasını təmin etmək;

  • İşçilərin bacarıqlarından istifadə edə biləcəkləri və öz potensiallarını daha da inkişaf etdirmək üçün bir mühit yaratmaq;

  • Həmişə işçilərin məqsədlərini nəzərə almaq və maksimum səmərəliyi təmin etmək üçün hərəkət etmək.

Bütün təşkilatların özəyini insan təşkil edir. Həcmindən asılı olmayaraq, təşkilatlar məhz insan faktoruna görə böyüyür, inkişaf edir və həyatda qalırlar. “İnsan resursları”, ”Kardlar” və ya başqa cür adlandırılmasından asılı olmayaraq, bu spesifik qurumlar nəzərdə tutulan hədəflərə çatmaq üçün sistematik olaraq insana yönəlmiş tədbirlər planı tərtib etməlidirlər. Bu da, insan resurslarının müəyyən vəzifə və öhdəliklərinin olmasını ifadə edir. Onlara nəzər salmış olsaq:

  • Şirkətin məqsədlərini planlaşdırmaq və işçi qüvvəsindən daha səmərəli istifadə üçün araşdırmalar aparmaq;

  • Bir mənada körpü rolunu oynamaq, yəni yuxarı, orta və aşağı rəhbərlik və işçilər arasında orta yolu tapmaq, problemləri həll etmək və lazım gəldikdə vasitəçi kimi çıxış etmək;

  • İşə götürmə və ya işdən çıxarma kimi proseslərin icrası;

  • Xəbərdarlıq və intizam cəzaları kimi şirkətin sanksiyalarının təşkili və düzgün irəliləyişin təmin edilməsi;

  • Tələblərin təhlilinə uyğun olaraq təlimlərin planlaşdırılması;

  • Performansın qiymətləndirilməsi və ölçülməsi;

  • Ədalətli əmək haqqı və digər əlavə güzəştlər və bu məsələlərdə şəffaflığın təmin edilməsi;

  • Bacarıqların idarə edilməsi.

Yekun olaraq bunu deyə bilərik ki, insanlar və onların istedadı ölkənin ən qiymətli resursudur və bu da, insan resurslarının bir ölkə üçün nə qədər önəmli rola sahib olduğunu birdaha sübut etmiş olur.


Yüklə 258,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin