Tarixi ənənəvi prinsipin başqa bir tələbinə göra alınma sözlər mənsub olduqları dillərin orfoqrafiya qaydalarına uyğun şəkildə yazılmalıdır. Məsələn, protokol, motor, konsert, komanda, orfoepiya və s. kimi sözlər dilimizdə mənbə dilin orfoqrafiya qaydalarına uyğun şəkildə (yuxarıda göstərilən kimi) yazılır. Əslində isə bu sözlər şifahi nitqdə həm alındığı dilin orfoepik qaydası, həm də diümizin ümumi ahənginə müvafıq olaraq yazıldığından fərqli şəkildə - (pr(a)t(a)kol, m(a)tor, k(a)nsert, k(a)manda, (a)rf(a)epiya) şəklində tələffüz edilir.
Lakin bununla belə, bir sıra alınmalar dilimizin fonetik sisteminə - tələffüzünə uyğun olaraq mənbə dildən fərqli şəkildə yazılır. Məsələn, vokzal - vağzal, nomer -nömrə, stakan - stəkan, çemodan – çamadan və s.
Orfoqrafiyamızın tərtibi prinsipləri ilə bağlı deyilənlərdən belə bir nəticə hasil olur ki, fonetik prinsip yazımızda əsas və başlıca, morfoloji prinsip isə köməkçidir. Qalan digər prinsiplər (tarixi-ənənəvi və alınma sözlərin yazılışı prinsipləri) orfoqrafiya qaydalarının bəzi maddələrində əsas götürülür. Orfoqrafiyamızın prinsiplərindən vəhdət şəklində istifadə olunur ki, bu, yazımızm inkişafını, yeniləşməsini, orfoqrafiya qaydalarını ümumxalqın asan mənimsəyə bilməsini təmin edir.
NİTQİN ÜSLUBU. Gözəl nitqə yiyələnmək üçün dilin yalnız leksik-qrammatik normalarını gözləmək kifayət etmir. Bunun üçün nitq üslubi cəhətdən də düzgün qurulmalıdır. Yəni danışarkən elə sözlər seçilməli, cümlələri elə qurulmalıdır ki, fikir dəqiq və aydın ifadə oluna bilsin. Danışan və ya yazan işlətdiyi hər bir sözün əhəmiyyətini, onun nəzərdə tutulan fıkrin ifadəsi gçün nə dərəcədə yararlı, dəqiq olmasını nəzərə almalıdır. Həm danışıq, həm də yazıda hər hansı bir söz öz həqiqi mənasından başqa, digər mənalarda da işlənilir. Mənadan doğan forma rəngarəngliyi dilin üslubi imkanları əsasında yaranır ki, bütün bunlar dilin üslubiyyat bəhsində öyrənilir
Natiq Azərbaycan dilinin fonetik, leksik və qrammatik imkanlarını həm nəzəri, həm də praktik cəhətdən öyrənməli, nitqin dəqiqliyi, yığcamlığı, ahəngdarlığı, bədiiliyi üçün üslubi imkanlardan yerində, ünsiyyətin tələblərinə uyğun istifadə etməyi, ədəbi dilimizin ifadə vasitələrindən konkret şəraitlə bağlı yararlanmağı bacarmalıdır.
Nitq üslubu danışanın (eləcə də yazanın) dil vasitələrindən, onun fonetik, leksik və qrammatik imkanlarından məqsəd və məqama uyğun istifadə edə bilmə tərzidir, sistemidir. Bu istifadə bir sıra amillərlə, şərtlərlə (ünsiyyətin şəraiti, məqsədi, müsahibin marağı, anlama səviyyəsi və s.) bağlı olur və müxtəlif formalar kəsb edir. Bir halda danışan qarşısına müsahibindən nəyisə öyrənmək və ya ona hər hansı əşya, hadisə barədəsə məlumat vermək, başqa bir halda təbiət və cəmiyyətdəki hadisələr, qanunauyğunluqlarla bağlı biüklərini şərh etmək, digər bir halda əşya və hadisələrin təsvirində müsahibin hisslərinə, duyğularına təsir göstərmək və sair məqsədlər qoyur. Üslub fərdidir, danışanlann hər birinin özünəməxsus nitq üslubu vardır.
Dil vahidlərinin üslubi keyfiyyətləri müxtəlifdir. Bu keyfiyyətlər dilin fonetikası, leksikası və qrammatikasının imkanları sayəsində yaranır, nitqə üslubi çalarlıq gətirir, nitqi səlis, çevik, mənalı və kəsərli edir, onun estetik təsir gücünü ərtırır. Dil vahidlərinin üslubi imkanlarından danışarkən prof. Ə.Dəmirçizadə deyir: «Üslub dedikdə biz sözlərin, ifadələrin, qrammatik vasitələrin və fonetik imkanlann məqsədəuyğunluq əsasında seçilmiş vahidlər sistemini başa düşürük» «Nitq mədəniyyəti və üslubiyyatın əsasları» kitabında dil vahidlərinin üslubi imkanları eyni mövqedən qiymətləndirilir.