Fakültə: Pedaqoji
İxtisas: Azərbaycan dili və ədəbiyyat müəllimliyi
Kurs: I
Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Müəllim: Xuraman Hacizadə
Mövzu: Ədəbi dilin normaları
ƏDƏBİ DİL, ONUN NORMALARI
Nitq mədəniyyətinin nəzərı əsaslarından danışılarkən, adətən. ədəbi dilin
normaları ön plana çıxır. Dildə (eləcə də nitqdə) norma tənzimləyici, nizamlayıcı
funksiyanı yerinə yetirir. Bu normalar dildə nisbi sabitliyi yaradır. Ədəbi dilin
normaları mütləq deyil, dəyişkəndir, müəyyən tarixi şəraitdən asılı olaraq bu və ya
digər dərəcədə dəyişikliyə uğrayır. Bu hal dilin orfoqrafık və leksik normalarında
daha çox özünü göstərir. Orfoqrafıya qaydalarında dəfələrlə edilən dəyişikliklər,
onlarla sözün yeni qaydalara uyğun yazılması, eləcə də dilin lüğət tərkibində bir
sıra sözlərin ünsiyyətdən çıxması, yeni sözlərin dilə gəlməsi halları bu dəyişikliyə,
yeniləşməyə sübutdur.