ISO/IEC 15408 standartı
Qiymətləndirmə standartlarının içərisində ən tamı və müasiri İSO/İEC 15408 "İnformasiya texnologiyalarının təhlükəsizliyini qiymətləndirmə meyarları" standartıdır (1 dekabr 1999-cu ildə nəşr olunmuşdur). Bu beynəlxalq standart bir neçə ölkə mütəxəssisinin demək olar ki, onillik işinin nəticəsidir, o özündə həmin dövrə mövcud olan beynəlxalq və milli standartların təcrübəsini cəmləşdirmişdir.
Tarixi səbəblərdən bu standartı çox zaman "Ümumi meyarlar" adlandırırlar. Biz də bu qisaltmadan istifadə edəcəyik.
"Ümumi Meyarlar" əslində informasiya sistemlərinin təhlükəsizliyini qiymətləndirmə alətlərini və onların istifadə qaydalarını müəyyən edən metastandartdır. "Narıncı kitabdan" fərqli olaraq Ümumi Meyarlarda əvvəlcədən müəyyən edilmiş " təhlükəsizlik sinifləri" yoxdur. Belə sinifləri konkret təşkilat və/və ya konkret informasiya sistemi üçün mövcud olan təhlükəsizlik tələblərindən çıxış edərək qurmaq olar.
"Narıncı kitab"dakı kimi Ümumi meyarlarda da təhlükəsizlik tələblərinin iki əsas növü var:
· funksional tələblər – mühafizənin aktiv aspektinə uyğundur, təhlükəsizlik funksiyalarına və onları realizə edən mexanizmlərə irəli sürülür.
· zəmanət tələbləri – mühafizənin passiv aspektinə uyğundur, yaradılma və istismar texnologiyasına və prosesinə irəli sürülür. Təhlükəsizlik tələbləri irəli sürülür, onların yerinə yetirilməsi isə müəyyən qiymətləndirmə obyekti üçün - aparat-proqram məhsulu üçün və ya informasiya sistemi üçün yoxlanır.
Dostları ilə paylaş: |