İxtisas: Biologiya Fənn: Biologiyada informasiya texnologiyalarının tətbiqi Kurs: 2 Qrup: 338



Yüklə 152,29 Kb.
səhifə16/24
tarix31.12.2021
ölçüsü152,29 Kb.
#50144
1   ...   12   13   14   15   16   17   18   19   ...   24
M.Fidan Biotex sərbəst iş

Vikipediyanın əhəmiyyətliliyi

Vikipediya müxtəlif dillərə malik olduğundan, məqalələrə hipermətnlər daxil edildiyindən, hər kəs virtual ensiklopediyanın təşkilində iştirak edə bilər. Hər bir məqalə digər dillərdə analoqa malik olduğundan beynəlxalq istinadlardan istifadə etməklə onlara əsaslanmaq mümkündür.

Vikipediyada məqalələr azad istifadəyə və düzəlişə malikdirlər. Məqalələr GNU FDL lisenziyası altında nəşr olunduqlarından, bu məqalələrdən götürülmüş hər-hansı mətn də həmin lisenziyaya malik olmalıdır.

Vikipediyada müəyyən edilmiş "neytral mövqe" qaydası hadisələrin və fikirlərin plüralizmə uyğun və qərəzsiz işıqlandırılmasına nail olmaq imkanı verir.

Vikipediyaya daxil edilmiş informasiya tədricən dəyişilmək tendensiyasına malikdir.

Xüsusiləşdirilmiş informasiyanı Vikipediyada çəkinmədən saxlamaq olar.

Mübahisəli məqalələr və konflikt yaradacaq informasiyalar Vikipediyada çox azdır və müraciət olunduqda onların fəaliyyətini dayandırmaq mümkündür. Vikipediyada neytral məqalələr daha davamlıdırlar.

Vikipediyada periodik olaraq bu və ya digər məqalənin götürülməsi haqqında tələblər təqdim olunur. Vikipediyanın redaktorları dərc olunan informasiyaları izləyirlər və bəzi hallarda mübahisəyə səbəb olan məqalələrdə müvəqqəti olaraq azad redaktəyə qadağa qoyur, bəzən isə məqaləni tamamilə bağlayırlar.



Encarta

Encarta — Microsoft şirkətinin yayımladığı rəqəmsal-multimedia ensiklopediyasıdır. 1993-cü ildə yaradılmış və 2009-cu ilə kimi istifadə olunmuşdur. Digər onlayn ensiklopediyalardan yüksək dərəcəli interaktivliyi ilə fərqlənirdi. Ensiklopediyaya müraciət pulsuz idi. Lakin saytın daha geniş imkanlarından istifadə etmək istəyən internet istifadəçiləri pul ödəməklə "Encarta"-dan qeydiyyatdan keçə bilərlər. Ensiklopediya ingilis dilindədir və tarixi sənədlərin kopyaları, məşhur adamların çıxışlarının audio və video fraqmentləri, çoxlu sayda unikal yazılarla zəngindir. Ən əsası isə digər ensiklopediyalarda rast gəlinməyən virtual atlasa malikdir. Axırıncı Encarta ensiklopediyasında 68 mindən artıq məqalə, cürbəcür statistik məlumat, video, tarixi kartlar, lüğətlər və xeyli digər lazimlı və maraqlı məlumatlar yerləşdirilmişdir.



EOLSS

EOLSS (ing. Encyclopedia of Life Support Systems) — Həyat təminatı sistemlərinin ensiklopediyası. Ensiklopediya YUNESKO-nun himayəsi ilə yaradılmışdır. Ensiklopediyanın elektron variantı 50 milyon sözdən ibarət 180 cild təşkil edir. Sistem ödənişlidir, lakin qısamüddətli müraciət və təhsil müəssisələri üçün xüsusi icazələr əldə etmək mümkündür.




Yüklə 152,29 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin