İxtisas: Məktəbəqədər təlim və tərbiyə Qrup: 505 Kurs: lll Tələbənin adı: Hüseynova Rəqsanə


Sərbəst iş № 2. Xəstələrə qulluq və gigiyena qaydaları



Yüklə 34,14 Kb.
səhifə2/5
tarix29.12.2021
ölçüsü34,14 Kb.
#48327
1   2   3   4   5
Tibbi Biliklərin Əsasları

Sərbəst iş № 2. Xəstələrə qulluq və gigiyena qaydaları

PLAN

  1. Xəstələrə qulluq

  2. Xəstələrə qulluq zamanı gigiyena qaydaları

  3. Xəstələrin saçlarına qulluq

Xəstəxana dəyişəyinə bunlar aiddir: döşəkağılar, yastıq üzləri, yorğanlar, əskilər, alt köynəklər, dizliklər, ləçəklər, xələtlər, pijamalar, dəsmallar və s. Təmiz dəyişən şöbənin dəyişək saxlanan otağında, çirkli dəyişəyi isə şöbənin yaxınlığındakı ayrıca binada, xüsusi yeşiklərdə və ya baklarda saxlayırlar. Bunlar dolduqca boşaldır və çirkli dəyişəyi camaşırxanaya göndərirlər. Dəyişəyin hamısının üstündə şöbənin nişanı və ştampı olmalıdır. Hər şöbənin təsərrüfat bacısı olur, o, dəyişəyi vaxtlı-vaxtında dəyişdirilməsinə və çirkli dəyişəyin camaşırxanaya göndərilməsinə cavabdehdir. 7-10 gündə bir dəfə hamam günü keçirilir, bu vaxt dəyişəyi də dəyiş­dirirlər, lakin şöbədə yerini batıran ağır xəstələr varsa, təsərrüfat bacısı kiçik tibb bacısına ehtiyat üçün bir neçə dəst təmiz dəyişək qoyur. İfrazata və qana bulaşmış dəyişəyi əvvəlcə duruldulmuş açıq əhəng məhlulunda isladıb qurudur və sonra camaşırxanaya göndərirlər. 

Uzun müddət yataqda qalan və hər həftə çimməyən xəstələri, habelə yerini bulaşdıran xəstələri gündə bir neçə dəfə yumaq lazımdır, çünki qasıq büküşlərində sidik, və nəcis qaldıqda dərini yeyib yataq yaraları əmələ gələ bilər. Xəstəni zəif kalium-permanqanat məhlulu və ya başqa bir dezinfeksiyaedici maddə ilə yuyurlar. Məhlul ilıq (30-32°C) olmalıdır. Xəstəni yumaq üçün aftafa, kornsanq və steril pambıq yumruları olmalıdır.

Qadınları daha tez-tez yuyurlar. Qadını yuduqda sağrının altına ləyən qoyurlar. Xəstə qadın dizlərini qatlayır və qıçlarını azca aralayıb, arxası üstə uzanır. İlıq dezinfeksiyaedici məhlul tökülmüş aftafadan sol ələ götürür və xarici cinsiyyət dodaqlarına aftafadan tökürlər. Pambıq tamponu kornsanqla tutub cinsiyyət üzvlərindən anusa (yuxarıdan aşağıya) bir dəfə aparırlar, bundan sonra quru pambıq tamponla eyni istiqamətdə dərini silir, anus nahiyəsindən sidik kisəsinə infeksiya salmamaq üçün tamponu tullayırlar. Xəstəni Esmarx qabından su tökməklə də yumaq olar, bunun üçün ona rezin borucuq, sıxıcı və uşaqlıq yoluna salınan ucluq taxılır, bu vaxt su və ya zəif kalium-permanqanat məhlulunun şırnağını aralığa yönəldirlər.

Kişiləri yumaq xeyli asandır. Xəstə yenə də arxası üstə uzanır və qıçlarını dizdən qatlayır, sağrıların altına ləyən qoyub su şırnağını aralığa və qasıq büküşlərinə yönəldirlər. Pambıq tamponla dərini silir, sonra quru pambıq tamponla qurulayırlar: qasıq büküşləri bişibsə vazelin, yaxud hər hansı başqa bir yağ sürtürlər.



Xəstə günün çox vaxtını yataqda olduğu üçün yataq rahat və təmiz olmalı, çarpayının toru tarım çəkilməli və sallanmamalıdır. Torun üstündən qoyulan döşək kələ-kötür olmamalıdır. Ayrı-ayrı hissələrdən ibarət döşək xəstəyə qulluq etmək üçün çox münasibdir. Döşəyin üzünü tez-tez təmizləyib havaya vermək lazımdır ki, qoxusu getsin, lazım gəldikdə isə dezinfeksiya etməli. Yerini bulaşdıran xəstələrin altına döşəyin üstündən döşək enində müşəmbə salır və kənarlarını yaxşı qatlayırlar ki, döşək çirklənməsin. Cinsiyyət üzvlərindən çoxlu ifrazat axan qadınların altına müşəmbə, üstündən isə döşəkcə salırlar, onu lazım gəldikcə, lakin 2-3 gündə 1 dəfədən  az olmayaraq dəyişdirirlər. Döşəyin üstünə təmiz döşəkağı salır və kənarlarını döşəyin altına qatlayırlar ki, sürüşüb düşməsin və qırışmasın.

Altdakı yastıq quş lələyindən, üstdəki isə tükdən olmalıdır. Yastıqları elə qoyurlar ki, altdakı yastıq düz olub üstdəki yastıqdan çıxsın, üstdəki yastığı isə çarpayının baş tərəfinə söykəmək lazımdır. Xəstəyə yorğanağı keçirilmiş bayka adyal verirlər, çünki bayka adyalı havaya vermək və dezinfeksiya etmək asan olur; yayda pike adyal vermək asan olar.

Çarpayının ayaqları təkərli olur, bunun sayəsində oyan-buyana asan çəkilir, həmçinin onun xüsusi altlıqları olur ki, bunları çarpayının baş və ayaq tərəflərinə qoyub bərkidirlər. Bunların köməyi ilə çarpayını döşəmədən azca qaldırır və asanlıqla yerini dəyişirlər. Çarpayının yerini bu cür dəyişmək xəstəni narahat etmir və yormur. Başı yuxarıda olmağa ehtiyacı olan ağır xəstələr üçün başaltılar, habelə funksional çarpayılar vardır; bu cür çarpayının 3 cür bölməsi olur, dəstəklərin köməyi ilə çarpayını cırıldatmadan xəstəyə rahat vəziyyət vermək mümkündür. Hazırda xəstəxanalarda nikel və ya yağlı boyaqla rənglənmiş çarpayılar vardır, bunları silmək və dezinfeksiya etmək asan olur. Çarpayının yanında tumboçka qoyurlar; xəstənin şeyləri burada olur. Ağır xəstələr üçün diyircəkli xüsusi balaca stollar vardır, bunlardan yemək və qəzet-jurnal oxumaq üçün istifadə edirlər.

Stasionarda xəstənin alt paltarını hər 7-10 gündən bir gigiyenik vannadan sonra dəyişirlər. Natəmiz, çox tərləyən, yaxud çox zəif xəstələrin alt paltarını ehtiyac olduqca dəyişirlər. Miokard infarktı olan xəstələrə yaxası açıq köynəklər geydirirlər, bunları geydirib çıxarmaq asan olur. Tibb bacısı xəstənin əynindən köynəyi çıxarmaq üçün əllərini onun oması altına salır, ətəyindən tutub bürmələyə-bürmələyə yuxarı gətirir, sonra xəstənin əllərini yuxarı qaldırır, bürmələnmiş köynəyi xəstənin başından çıxarıb əllərini buraxır. Köynəyi əks qaydada geydirirlər. Əvvəlcə köynəyin qollarını geydirir, sonra başından keçirib ətəyini xəstənin altına salırlar. Xəstənin qolu zədələnmiş olduqda əvvəlcə köynəyin sağlam qolunu çıxarırlar, geydirəndə isə əvvəlcə zədələnmiş qolu geydirirlər.

Yataq ağlarını müntəzəm surətdə - həftədə azı bir dəfə, xəstə çiməndən sonra dəyişdirirlər. Bəzən bunları ehtiyac olduqda da dəyişirlər.

Şöbədə 1 sutka üçün dəyişək ehtiyacı olmalıdır. Dəyişəyi mərkəzdən qızdırma radiatorlarının üstündə qızdırıb xəstəyə geydirmək qətiyyən olmaz. Çirkli dəyişəyi müşəmbə kisələrə doldurub tez palatadan çıxarırlar. Yataq ağlarını, xüsusilə ağır xəstələrin yataq ağlarını kiçik tibb bacısı ilə birlikdə tibb bacısı dəyişməlidir. Yataq ağlarını dəyişmək qaydası xəstənin vəziyyətindən asılıdır. Xəstəyə gəzməyə icazə verilibsə, o özü bunları kiçik tibb bacısı ilə birlikdə dəyişə bilər. Xəstəyə oturmağa icazə verildikdə onu stula otuzdurur, kiçik tibb bacısı isə onun yerini düzəldir. Xəstələrin yataqlarını dəyişəndə çirkli döşəkağını baş və ayaq tərəfdən bürmələyib yavaşca götürürlər. Təmiz döşəkağını hər iki tərəfdən bint kimi bürmələyib xəstənin oması altına keçirir və sonra baş və ayaqlara doğru açıb düzəldirlər. Döşəkağı cırıq, qarışıq, yamaqlı olmalıdır.

Gəzən xəstələr hər gün səhər əl-üzlərini yuyanda qulaqlarını özləri yuyurlar. Uzun müddət yataqda olan xəstələrin qulağını tibb bacısı təmizləyir. Kir tıxacı əmələ gəlibsə onu çıxarır. Xəstənin qulağına dərman tökmək üçün başını sağlam qulaq tərəfə çevirirlər. Sol əllə qulağın sırğalığını dartır, sağ əllə isə pipetkanı tutub qulaq keçəcəyinə tökürlər. Bundan sonra qulağa kiçik pambıq tampon qoyub, bir neçə dəqiqədən sonra çıxarırlar.

Xəstə zəif olub, burun yollarını özü təmizləyə bilmirsə, tibb bacısı hər gün xəstənin burnunun qartmağını təmizləməlidir. Bunun üçün o xəstənin başını dala əyir, pambığı deşib, vazelin yağında, qliserində və ya hər hansı yağ məhlulunda isladaraq, burun yollarına salır və 2-3 dəqiqədən sonra pambığı bura-bura qartmağı çıxarır.

Uzun müddət yataqda qalan xəstələrin daim saçlarına fikir vermək lazımdır. Kişilərin saçını dibdən vurur və həftədə bir dəfə gigiyenik vanna keçirib, başlarını yuyurlar. Uzun saçları olan qadınlar başını hər gün sıx daraqla darayırlar. Özgənin darağından qətiyyən istifadə etmək olmaz. Qısa saçları dibdən uclara doğru, uzun saçları isə ortadan tağ ayırır, ucdan başlayaraq yavaş-yavaş darayır və didməməyə çalışırlar. Sirkə məhlulunda isladılmış sıx daraq kəpəyi və çirki yaxşı təmizləyir. Başı təmiz yumaq üçün müxtəlif şampunlar, uşaq sabunu və xına tökülmüş su işlətmək olar. Xəstənin vəziyyəti imkan verərsə, onun başını gigiyenik vanna zamanı yuyurlar. Xəstə uzun müddət yataqda qalarsa onun başını yataqda yuyurlar. Başa sabun sürtdükdə tüklərin dibini yaxşı sürtmək lazımdır. Sonra başı yaxşı silir və qurulayır daha sonra darayırlar. Başı yuduqdan sonra, xüsusilə saçı uzun olan qadınların başına tibb bacısı dəsmal sarıyır, yaxud yaylıq bağlayır ki, soyuq dəyməsin. Tibb bacısı hər gün xəstənin başının tük bitən hissəsini yoxlayır və pedikulözun qarşısını alır.


Yüklə 34,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin