İxtisas: Məktəbəqədər təlim və tərbiyə Qrup: 505 Kurs: lll Tələbənin adı: Hüseynova Rəqsanə


Sərbəst iş № 4. Uşaq orqanizmində həzm sistemi xəstəlikləri



Yüklə 34,14 Kb.
səhifə4/5
tarix29.12.2021
ölçüsü34,14 Kb.
#48327
1   2   3   4   5
Tibbi Biliklərin Əsasları

Sərbəst iş № 4. Uşaq orqanizmində həzm sistemi xəstəlikləri

PLAN

  1. Uşaqlarda həzm sistemi xəstəliklərinin əsas səbəbləri

  2. Uşaqlarda həzm sisteminin allergik zədələnmələri

Uşaqlarda son illərdə həzm sistemi xəstəliklərinə təəsüfki tez tez rast gəlirik.

Səbəbi çoxsaylıdır. Həzm sistemi orqanlarin təməli ağız boşluğundan başlıyır. Yəni həzmin ilk mərhələsində yəni qidanin çeynənilməsində iştirak edən dişlərin sağlamlığı çox önəmli. Uşaqlarda diş çürüməsinin, kariesin ən sıx səbəbi dişlərə düzgün qulluq etməmək,yedikdən sonra dişləri təmizləməmək, şirniyyatları çox yemək ki buda dişin mina qatini zədələyərək karies, diş çürüməsi, kimi problemlərə səbəb olur.

Yaxşı çeynənmiş qida qida borusu vasitəsilə mədəyə ötürülür. Uşaqlarda qida borusunun ən sıx rast gəlinən xəstəliyi. refluksa bağlı ikincili Ezofagitdir.Reflyuks yenidoğan dövründən ilk 6 aya qədər fiziolojidə ola bilər. Yəni bu aylarda uşaqlar yediyinin az bir hissəsini qaytara bilər.

Lakin uşaq hər qidalanmadan sonra yediyini fontanşəklində qaytararsa.kilo almazsa.narahatdirsa.sıx sıx tutan gecə öskürəkləridə varsa bu artıq fizioloji reflyuks deyil

Qastroezofagiyal reflyuks xəstəliyi hesab edilir. Əmələ gəlmə səbəbi qida borusunun girəcəyindəki Kardial sfinkterin çatışmamazlığı(mədənin girəcəyinin açıq olmasi), mədə turşuluğun artması.

Bəzi dərman preparatlarının qəbulu.qarındaxili təzyiqi artirıb mədənin boşalmasına mane olan səbəblər(qarında köp,geyinilmiş sıx paltarlar,sıx kəmər)qazlı suların uşaqlara verilməsi,tez tez yemək,qidanı tam çeynəmədən udmaq vərdişi,tez hazırlanan yeməklərin(fast food)yenidoğulma dövründə olan körpələrə süni qidalari rejimsiz,xüsusilə gecə saatlarında verilməsi, əlavə qidalara vaxtından tez başlamaq, reflyuks xəstəliyinin ən sıx yaranma səbəblərindəndir.

Uşaqlar arasında tez tez rast gəlinən mədə bağırsaq sistemi xəstəliklərindən biridə Qastritdir. Qastritin əsas yaranma səbəbi-mikrobialdir. Helikobakteri pilori qastritin əsas törədicisidir.Digər səbəblərdən iltihab əleyhinə dərman vasitələrdən həkimlə məsləhətləşmədən yerli yersiz istifade edilməsi (nurofen, ibuprofen vəs)uşaqlar arasinda tez hazirlanan yeməklərin(fast foodların)çox yeyilməsi, daha çox quru yeməklərin istifadəsi,stress keçirən,bağçada və ya məktəbdə qeyri normal psixoloji ortamda narahat olma,həyəcanlanma əsas səbəblərdəndir.

Bağırsaq xəstəliklərindən uşaqlar arasında ən tez tez qarşımıza çıxan problem Qəbizlikdir.Qəbizlik uşaqlar arasında daha çox funksional olur.Əmələ gəlməsində əsas səbəb qeyri düzgün qidalanma və həyat tərzidir.Günümüzdə uşaqlar vaxtlarının önəmli hissəsini komputer televizor qabağında oturaraq hərəkətsiz keçirdikləri üçün və üstəlik defekasiyanı tez tez təxirə saldıqları və daha çox quru qidalara üstünlük verdikləri üçün Qəbizlik problemi elə sıx sıx qarşı qarşıya qalmaqdadırlar.

Az hərəkətli həyat tərzi uşaqlar arasında həmçinin Obez piylənmə xəstəliyinində əmələ gəlməsinə zəmin yaradır.Bağırsaqlara bağlı uşaqlarda həmçinin tez tez qarın ağrılarına səbəb İrritable colon sindrom-Qıcıqlanmış bağırsaq sindromu deyilən bir vəziyyətdir.Belə uşaqlar hər qidalanma sonrasi defekasiya aktı baş verər.və vaxtaşırı tutan qarın ağrilarindan şikayət edərlər.Səbəb daha çox sinir psixi faktordur.

Kiçik uşaqlarda allergenlərin əsas “qapısı” bağırsaqlar hesab edilir. Daimi olaraq uşaq orqanizminə daxil olan qida allergenləri burada toplanaraq nəticədə kəskin reaksiya olan allergiyaya səbəb olurlar.

Uşaq həyatının ilk aylarında qida allergeninin qəbul edilməsi çoxsaylı güclü qusmalara və eyni bir zamanda ishala səbəb ola bilər. Bu daha çox kəskin qida zəhərlənməsi və ya bağırsaq infeksiyasının əlamətlərini xatırladır. Bu halda uşağı mütləq həkimə göstərmək tələb olunur. Həkim gələnə qədər allergenlərin qana sorulmasının qarşısını almaq üçün onları bağırsaqdan xaric etmək məqsədi ilə, uşağa təmizləyici imalə etmək, həmçinin onun mədəsini yumaq lazımdır (1 yaşına qədər olan uşaqların mədəsini ev şəraitində yumaq olmaz!). Qida allergiyası zamanı çoxsaylı qusmalar və ishal olduğu üçün uşaq orqanizminin susuzlaşması təhlükəsi də əmələ gəlir.

Bir qədər böyük yaşlı uşaqlarda xəstəliyin əlamətləri o qədər də kəskin olmur, əksər hallarda uşağın bu və ya digər qidanı yeməkdən imtina etməsi “şıltaqlığı” şəklində ifadə olunur. Uşağın davranışındakı bu dəyişikliyə diqqətli olun. Əgər uşaq uzun müddət ərzində hər hansı bir qida qəbulundan kəskin şəkildə imtina edirsə, onu həkim allerqoloqa gəstərməyiniz məsləhət olunur. Analar uşaqlarının nəcis ifrazına da fikir verməlidirlər. Nəcisdə xeyli miqdarda selik, bəzən qan izlərinin olması yoğun bağırsağın allergik zədələnməsi üçün xarakterik hesab edilir. Sonradan bu iltihab bağırsağın ciddi xroniki xəstəliyinə çevrilə bilər.

Nəcis ifrazı pozğunluğu mədə-bağırsaq allergiyasının adi əlamətidir. Sağlam hesab edilən uşaqda adi pəhriz rejimi fonunda “səbəbsiz” olaraq birdən-birə (sonradan qəbizliklə əvəz olunan) ishal başlayır. Bu tədricən mütəmadi xarakter alır. Nəcis ifrazının belə pozğunluqları hətta uşağın özünü yaxşı hiss etməsi fonunda belə, heç də zərərsiz olmayıb bağırsaqda ciddi xəstəliyin olmasından xəbər verir.

Xəstəliyin müddəti qısa olarsa və bağırsaqların allergik zədələnməsi çox da dərinləşməzsə, uşaqda qidanın həzmi və sorulması pozulur. Xəstəlik kifayət qədər uzun müddət davam edərsə, bu hal bağırsaq divarının qalınlaşmasına və nəticə etibarı ilə ağır formalı xroniki qəbizliyə və üzücü qarın ağrılarına səbəb ola bilər.

Allergiyalar bağırsaq dizbakteriozunun əmələ gəlməsi səbəblərindən biri ola bilər. Belə ki, bağırsaq infeksiyaları və antibiotiklər kimi, bağırsaqların allergik iltihablaşması prosesi də bağırsağın təbii mikroflorasını pozur. Bağırsaqların allergik iltihablaşması nəticəsində ciddi xəstəliklər hesab edilən qastrit, qastroduodenit, xora və s. xəstəliklər də inkişaf etmiş olur. Bu xəstəlikləri qastroenteroloq müalicə edir.

Allergiyası olan uşaqları müalicə etmək çox çətin olur. Mədə-bağırsaq sistemi xəstəliklərinin ənənəvi müalicə üsulları əksər hallarda allergik uşaqlarda gözlənilən effekti vermir, bəzi hallarda isə hətta onların vəziyyətinin ağırlaşmasına da səbəb olur. Buna görə də allergik xəstəlikləri ilə yanaşı, mədə-bağırsaq xəstəlikləri də olan bütün uşaqlar, eyni zamanda həm qastroenteroloq, həm də allerqoloqda müayinə və müalicə olunmalıdırlar.


Yüklə 34,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin