İxtisas: Sənayenin təşkili və idarə olunması Kurs: II qrup: 919s Tələbə: Həsənov Sevər Fənn: İctimaiyyətlə əlaqələr



Yüklə 420,5 Kb.
səhifə5/6
tarix02.01.2022
ölçüsü420,5 Kb.
#42596
1   2   3   4   5   6
1İctimaiyyətlə əlaqələrdə ənənəvi ünsiyyət formaları və onların cəmiyyətdə rolu

4.Ünsiyyət və özünü dərk etmə

Mədəni ünsiyyətin təşkili hər bir ictimai-siyasi quruluşun gündəlik həyat problemiəri ilə bağlıdır. İclimai-siyasi quruluşlar dəyişdikcə mədəni ünsiyyətin də məzmunu və mahiyyəti yeni yaranan cəmiyyətin spesifik xüsusiyyətlərinə uyğunlaşdırılmışdır. Cəmiyyətin məzmunu mədəni ünsiyyətin mahiyyətinə də fərqli təsir göstərmişdir. Bu baxımdan keçmiş Sovet ittifaqı məkanında təşkil olunan mədəni ünsiyyətin əsas ölçü meyarı kommunist əxlaq prinsipləri olmuşdur. Mədəniyyət müəssisələri həmin prinsiplərin tələbləri səviyyəsində olan ünsiyyət vasitələrinə üstünlük vermişdir. Həmçinin, ictimaiyyətlə əlaqələr sahəsində bu prinsiplərə uyğun olan elmi-metodiki ədəbiyyatlar yazılmış, cəmiyyətin ideoloji tələblərinə cavab verən elmi tədqiqatlar və araşdırmalar aparılmışdır. Mədəniyyət müəssisələrinin ideoloji mərkəzlərə tabe olmalarına baxmayaraq kulturoloqlarımız tarixən formalaşmış milli-ənənəvi ünsiyyət növlərinin və vasitələrinin inkişaf etməsinə və təkmilləşməsinə də xüsusi diqqət yetirməyə çalışmışlar. Ancaq onlar mövcud ictimai ideoloji quruluşun tələblərindən kənara çıxa bilməmişlər. SSRİ dağıldıqdan sonra Azərbaycan Respublikası müstəqillik əldə etmiş, bununla da yeni ictimai, siyasi, iqtisadi quruluşun yaranması insanlar arasındakı mədəni ünsiyyət əlaqələrinin sərhədlərini də xeyli genişləndirmişdir. Azərbaycan Dövləti dünya mədəniyyətinə daha azad şəkildə inteqrasiya olunmaq və beynəlxalq təcrübədən öyrənmək imkanı əldə etmişdir. 1991-ci ildə Azərbaycan müstəqil dövlət kimi yeni ictimai, siyasi, iqtisadi quruluşa qədəm qoymuş, onun mədəni həyatında da bir sıra dayişikliklər baş vermiş, demokratik fəaliyyət mərhələsi başlanmışdır. Məhz yeni cəmiyyətdə demokratik əsasların üstünlük təşkil etməsi insanların arasındakı əlaqələrin sərhədlərini genişləndirmiş mədəni ünsiyyətin forma və mahiyyətində də yeniləşmə aparılmasının labüdlüyünü aşkarlamışdır. . Azərbaycanın ictimai-siyasi və mədəni həyatında baş verən dəyişikliklər ünsiyyətin sosial-psixoloji mahiyyətini də dəyişdi. Yeni cəmiyyətin yaranması və onun insanlara bəxş etdiyi demokratik prinsiplər mədəni ünsiyyət sahəsində mövcud olan məhdudiyyətlərin də aradan qaldınlmasına səbəb oldu. Məhz bu məhdudiyyətlərin aradan qaldırılması ümumbəşəri mədəni sərvətlərdən daha geniş istifadə olunmasına mənəvi zəmin yaratdı, mədəni ünsiyyətin tarixi-ənənəvi cəhətlərdən bərpa edilməsi problemlərinin aktuallığını üzə çıxartdı. Məlum oldu ki, insanların əsrlər boyu inkişaf etmiş milli, dini ünsiyyət formaları və başqa mənəvi dəyərləri böyük tərbiyəvi əhəmiyyət kəsb edir, mahiyyət etibarı ilə müasir dövrdə də insanlar arasında mədəni ünsiyyət əlaqələrinin genişlənməsi üçün yeni sosial psixoloji zəmin yaradır. Cəmiyyət həyatının bazar iqtisadiyyatı tələblərinə uyğunlaşdırılması mədəni ünsiyyətin sosial-psixoloji mahiyyətini də dəyişmişdir Bu səbəbdən də, yeni cəmiyyətin demokratik prinsiplərı ilə kommunist sovet rejimi dövründən miras qalmış mədəni inkişaf konsepsiyası arasında kəskin zıddiyyətlər mövcuddur. Xüsusilə, kommunist mədəniyyəti konsepsiyası və əxlaq prinsipləri ölkəmizin mədəni-maarif müəssisələrinə dünya mədəniyyəti nümunələrindən geniş şəkildə istifadə etmək imkanları verməmişdir. Məhz bu məhdudiyyətlərin aradan qaldırılması, ümuınbəşəri sərvətlərdən daha geniş istifadə olunması, mədəni ünsiyyətin tarixi ənənəvi cəhətlərinin bərpa edilməsi problemi, bu gün aktuallıq baxımından mühüm əhəmiyyətə malikdır. İndı cəsarətlə demək olar ki, insanların əsrlər boyu yaradıb inkişaf etdirdikləri milli, dini ünsiyyət formaları . 286 və başqa mənəvi dəyərləri tərbiyə sistemi sahəsində də öz aktuallığını qoruyub saxlaya bilmiş, onlar müasir dövrdə mahiyyət etibarı ilə insanlar arasında mədəni ünsiyyətin genişlənməsi üçün sosial-psixoloji zəmin yaratmışdır. Dövlət quruluşunun və onun ictimai-siyasi mühitinin dəyişməsi mədəni ünsiyyət vasitələrinin də yeni elminəzəri əsaslarının işlənməsini aktuallaşdırmışdır. Onu da qeyd etmək lazımdır ki, quruluşun dəyişməsi ilə əlaqədar olaraq mədəni-maarif müəssisələrinin işində deformasiya baş vermişdir. Bu deformasiyanı aradan qaldırmaq və ünsiyyəti bilavasitə insanların maraq və ehtiyaclarına uyğun şəkildə qurmaq üçün ilk növbədə, kommunist rejimindən qalmış ideoloji və siyasi məhdudiyyət prinsiplərindən uzaqlaşmaq lazımdır. Məhz elə buna görə də, bu problemin elmi həlli, xüsusilə mədəni-maarif müəssisələrində mədəni ünsiyyət mexanizminin işlənib tətbiq edilməsi bu gün aktuallıq kəsb edir. Eyni zamanda Azərbaycanın dünya mədəniyyətinə inteqrasiya olunması üçün beynəlxalq nümunələrin öyrənilməsi və müxtəlif mədəni ünsiyyət vasitələrinin ölkəmizdə tətbiqi öz elmi aktuallığını bir daha təsdiqləyir. Belə ki, bu gün milli mədəniyyəti yaşatmaq, onu inkişaf etdirib gələcək nəsillərə düzgün çatdırmaq hər bir vətənpərvər vətəndaşın əsas vəzifə borcu olmalıdır. Kulturoloq alimlərin dediyi kimi “... gələcəyin cəmiyyəti − mədəni asudə vaxta, istirahət və əyləncəyə, eyni zamanda təhsilə doğru yönəldilmiş bir cəmiyyət olacaqdır”. Bu nikbin fıkirləri nəzərə alaraq bu gün sağlam ünsiyyətin yaradılmasına və eləcə də intellektual səviyyəyə müsbət təsir göstərən mədəni-kütləvi tədbirlərin genişləndirilməsinə xüsusi diqqət yetirilməlidir İnsanların bir-biri ilə ünsiyyətə girməsinin əsas səbəblərindən biri də müxtəlif aktual informasiyalara yiyələnmək tələbatı ilə bağlıdır. Hələ lap qədim zamanlardan informasiya mübadiləsi insan cəmiyyətində xüsusi yer tutmuş, şəxsiyyətlər arasındakı ünsiyyətin, yaxınlaşmanın əsas vasitələrindən birinə çevrilmişdir. Eramızdan əvvəl V əsrdə yaşamış sofıstlər mücərrəd şəkildə olsa da, informasiya mübadiləsinin ünsiyyətə təsirini kommunikasiya prosesi ilə əlaqələndirməyə çalışmışlar. Bəsit formada olsa da onlar kommunikasiyanı üç mühüm aspektə bölmüşlər. Bu bölgüyə görə:

1) İnsanlar arasında mövcud olan əlaqələr onların bir-birinə qarşılıqlı təsirindən ibarətdir;

2) İnsanlar arasında əmələ gələn kommunikativ əlaqələr özbaşına, təsadüfən yaranmış, əslində o, mühitdən, şəraitdən asılıdır və müəyyən səbəblərlə bağlıdır; Kommunikativ əlaqə hər iki tərəfin yalnız xeyri ilə nəticələnmir. Tərəflərdən biri bu əlaqədən az və ya çox dərəcədə zərər də çəkə bilər. Bununla yanaşı, qədim yunan filosofu Sokratın fikrincə, kommunikasiya insanın özünüdərketməsinə də kömək edir, onu təminatlı dərəcədə istiqamətləndirir. Kommunikasiya prosesinin baş veıməsi informasiya mübadiləsi yaratmaq istəyən iki tərəfin hissi, əməli fəaliyyətindən asılıdır. Təbii ki, onların hər ikisinin içində rəylər, məlumatlar yığımı mövcuddur və tərəflər bu rəy və məlumatları bir-biri ilə ünsiyyət yaratmaqla aşkarlaya bilirlər. Belə bir vəziyyətdə hər iki tərəf ünsiyyətin həm obyektinə, həm də subyektinə çevrilirlər. Sosial-psixoloji baxımdan informasiya mübadiləsi fərdi və ya qrup şəklində də ola bilər. Lakin, mübadiləyə . girən hər iki tərəf azlıqdan və ya çoxluqdan asılı olmayaraq bir-birini kifayət qədər məlumatlandırırlar. Bu prosesin ikinci əsas şərti hər iki tərəfin istifadə edə biləcəyi vahid kommunikasiya vasitələrinin mövcudluğudur. Yəni ünsiyyətdə olan tərəflər informasiyanı birbirindən deyil, onların hər ikisinə bəlli olan konkret mənbədən götürürlər. Bu mənbə kitabxana, sənədli fılm, məruzəçi, icmalçı və s. ola bilər. Hər halda vahid informasiya mərkəzi hər iki fərdin eyni zaman və məkandan məlumatlanmasına imkan yaradır. Alınan məlumatlar yenidən müzakirə obyektinə çıxarılır və mübadilə materialına çevrilir. Xüsusilə, kommunikasiya prosesində çatdırılan məlumatın qəlizliyi onun yenidən şərhinə ehtiyac yaradır. Bu proses də ünsiyyətin davamlılığını artırır və eyni zamanda informasiyanın dərk olunmasını asanlaşdırır. Təəssüflər olsun ki, istər pedaqoji, islərsə də mədəniyyətşünaslıq aspektində ünsiyyətdə informasiya mübadiləsinin mahiyyəti geniş işlənilməmişdir. Əslində isə, insanların mədəni asudə vaxt mərkəzlərinə getməsinin bir səbəbi də ünsiyyətə girib informasiya əldə etmək marağıdır.

Nəticə

Müasir sosial-psixologiya sübut edir ki, emosional münasibət insan üçün çox zəruri əhəmiyyətə malikdir və eyni zamanda ünsiyyətin hərtərəfli inkişafının əsas təminatçısıdır. Emosional münasibət olmadan başqalarının sevinc və kədərini anlayıb onları bölüşdürmək mümkün deyildir. Ünsiyyət, insanın emosional vəziyyətinin ən vacib xüsusiyyətidir. Ünsiyyət bir qayda olaraq incəlikdən kobudluğa, məhəbbətdən nifrətə qədər emosionaldır. Buna görə də, ünsiyyət prosesində insanlar bir-biri ilə sadəcə olaraq məlumat mübadiləsi etmir, eyni zamanda bir-birinə öz münasibətlərini də bildirirlər. Nəticədə, qarşılıqlı ünsiyyətdə olan adamların ətrafında onlar üçün arzu olunan və vacib sayılan xüsusi mühit meydana gəlir. Ancaq, ünsiyyətdə olarkən insan özünə, hərəkətlərinə kənardan başqalarının gözü ilə baxmağı da bacarır. Öz fəaliyyətini görüb təhlil etmək bacarığı hər bir fərdə öz hərəkətlərini qiymətləndirmək, vaxtında öz səhvlərini düzəltmək imkanı verir. Belə qabiliyyətə yiyələnən fərd, çox zaman öz hərəkətinin nəticəsini qabaqcadan da görə bilir. Belə ünsiyyət, sərbəst məlumat toplamaq mənbəyinə çevrilir. Ünsiyyətdə olan fərdin bütün növdə olan münasibətlərdə dərketmə potensialı artır, daha hərtərəfli biliyə yiyələnir. Dərketmə potensialı artdıqda məlumat mübadiləsinin də keyflyyət səviyyəsi yüksəlir. Dərketmə potensialı artan zaman vaxta da qənaət olunur. Beləliklə də, ünsiyyət məlumatın keyfıyyətli ötürülmə vasitəsinə çevrilir




Yüklə 420,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin