İxtisas: Tarix müəllimliyi Fənn: Arxeologiya Kurs: I qrup: 2204b tələbə: Meharlıyev Amid



Yüklə 378,36 Kb.
səhifə3/5
tarix05.12.2022
ölçüsü378,36 Kb.
#72523
1   2   3   4   5
Mehralıyev Amid - Arxeologiya

Tağlar mağarası

  • Xocavənd rayonunun Böyük Tağlar kəndinin cənubunda, Quruçayın sol sahilində yerləşir. Qafqaz və Yaxın Şərq ərazisində Tağlar paleolit düşərgəsi yeganə abidədir ki, burada əmək alətlərinin uzunmüddətli inkişaf tarixini və yeni-yeni əmək alətlərinin meydana gəlmə xüsusiyyətlərini tədqiq etmək olur. 1963-1986-cı illərdə mağarada aparılan arxeoloji qazıntılar zamanı 8 mindən artıq daş məmulatı və 600 mindən çox ovlanmış heyvan sümükləri tapılmışdır. Çoxtəbəqəli Tağlar paleolit düşərgəsində ilk dəfə olaraq 1963-cü ilin iyun-iyul aylarında M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası arxeoloji qazıntı işləri aparmışdır. Tağlar düşərgəsində ilkin arxeoloji qazıntılar zamanı düşərgənin çöküntülərində 3 mədəni təbəqə qeydə alınmışdır.

Damcılı mağarası

  • Qazax rayonunun Daş Salahlı kəndindən Xram çayına qədər uzanan Aveydağın Cənub-Şərqində, əhəng qayalığın altında yerləşir. 1956-1958-ci illərdə M.M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Damcılı mağara düşərgəsində arxeoloji qazıntı işləri aparmışdır. M.M.Hüseynovun rəhbərliyi altında Damcılı düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı mağarada çöküntünün qarışıq olması müəyyən edilmiş və ona görə də çöküntünün stratiqrafiyasını təyin etmək mümkün olmamışdır. Damcılı düşərgəsində ayrı-ayrı dövrlər üzrə olan çöküntü qatları və maddi mədəniyyət qalıqları bir-birinə qarışmışdır. Damcılı mağara düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı 7 minə qədər daş məmulatı və 2 mindən çox ovlanmış heyvanların sümükləri tapılmışdır. 

Qazma mağarası

  • Şərur rayonunun Tənənəm kəndindən 3 km şimal-şərqdə, dəniz səviyyəsindən 1450 m yüksəklikdə yerləşir. Qazma dərəsində olduğundan bu cür adlandırılıb.[8] 1983-cü ilin yayında Paleolit arxeoloji ekspedisiyasının Naxçıvanın Ordubad və Şərur rayonları ərazisində apardığı kəşfiyyat işləri zamanı aşkar olunmuşdur. İlkin kəşfiyyat qazıntısı zamanı Qazma mağarasının çöküntülərində 4 mədəni təbəqə qeydə alınmışdır. I və II təbəqələrdə aparılan arxeoloji qazıntılar zamanı Orta əsrlər, Tunc və Eneolit dövrlərinə aid gil qablar, III-IV təbəqələrdən isə daş məmulatı və ovlanmış heyvan sümükləri tapılmışdır. Qazma mağara düşərgəsindən 1983-cü ildə tapılmış daş məmulatının texniki və tipoloji tədqiqi zamanı onların Mustye mədəniyyəti dövründə hazırlandıqları müəyyən edilmişdir

Yüklə 378,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin