İxtisas: Tətbiqi geodeziya Fənnin adı: Tətbiqi fotoqrammetriya Qrup: M478a


Pilotsuz uçuş aparatı ilə aerofotoplanalma



Yüklə 451,86 Kb.
səhifə3/4
tarix16.11.2019
ölçüsü451,86 Kb.
#29592
1   2   3   4
Rəqəmli elektron xəritələrin tərtibində fotoqrammetrik üsullardan istifadə


Pilotsuz uçuş aparatı ilə aerofotoplanalma

Aerofotoplanalmanın mərhələləri



Aerofotoplanalmanın mərhələləri

Görülən işlər

Hazırlıq işləri

- mövcud xəritələrin və digər məlumatların yığılması,ərazinin tədqiqi;

- fotoşəkillərə olan tələblər tətbiqi: həlletməsi, planalma ərazisinin koordinatlar;

- PUA üçün uçuş tapşırığının hazırlanması ;


Aerofotoplanalma

- başlanğıc və son meydançanın mövqeyinin dəqiqləşdirilməsi, küləyin sürəti və onun əsmə istiqamətinin məlumatlarının daxil edilməsi;

- uçuş aparatlarının buraxılması;

- planalmanın icrası;

- uçuş aparatının endirilməsi






Kameral

- PUA verilənlərinin proqram komplekslərinə köçürülməsi;

- Çəkiliş mərkəzlərinin bağlantı fayllarının generasiyası.


Aerofotoplanalma yekunlaşdıqdan sonra, uçuş jurnalının faylından fotoçəkiliş anları ilə üst-üstə düşən koordinatları seçmək və onları uyğun fotoşəkillərə aid etmək lazımdır.

Uçuş aparatların göyərtəsində yerləşən yüksək dəqiqlikli GPS qəbuledicilərin istifadəsilə fotoşəkillərin mərkəzinin koordinatlarının tələb olunan dəqiqlikdə ardıcıllıqla onların başlanması baş verir.

Uçuş aparatlarının vasitəsilə yerinə yetirilən aerofotoplanalma nəticəsində alınan çıxış təsvirləri, fotoqrammetrik komplekslərdə emala məruz qalmalıdır, bundan sonra onların GİS-də inteqrasiyası baş verir. Şəkillərdən informasiyanın yığılması 2 cür baş verir:


  1. Deşifrələmə yolu ilə;

  2. Fotoqrammetrik ölçmələrlə.

Fotoqrammetrik emal şəkillərin transformasiyası ilə bağlıdır. Burada təsvir müəyyən kartoqrafik proyeksiyada transformasiya olur.

Beləliklə fotoşəkillər əsasında, məkanda obyektlərin vəziyyətini təyin etmək mümkündür.

Deşifrələmə prosesi obyekt haqqında keyfiyyətli səciyyələrin alınmasından ibarətdir.

Fotoqrammetrik emalın nəticəsi ortofotoplan hesab olunur – bu aerofotoplanalma vasitəsilə alınan, ortofototransformasiya yolu ilə fotoşəkillərin mərkəzi proyeksiyadan, ortoqonal proyeksiyaya çevirməklə dəqiq geodezi əsasnda alınan ərazinin fotoqrafik planıdır.

Ortofotoplan coğrafi informasiya sistemlərində , ərazi obyektlərinin metrik və semantik təsvirinin dəqiqliyini və keyfiyətini ödəyən rəqəmsal xəritələrin yaradılması üçün istifadə olunur.

Ortofotoplanın GİS-də emalı üçün aşağıdakı yolla baş verir:



  1. Ərazi verilənlərinin və fotoşəkil verilənlərinin proqrama ötürülməsi;

  2. Alınmış rastrın qeydiyyatı;

  3. Rastr təsvirin vektorlaşdırılması;

  4. Lazım gəlsə relyefin rəqəmsal modelinin yaradılması;

  5. Verilənlərin nəticələri və onların sistemdə növbəti dəfə istifadəsi.

Təsvirin importu fotoşəkilin rast təqdiminin alınması məqsədilə yerinə yetirilir.

Pilotsuz uçuş aparatlarından alınan fotoşəkillərdə, təfərrüatlı məlumatları vardır – fotoşəklin geobağlantısı (yerləşməsi), yaranma tarixi, bulud örtülməsinin faizi və digər xüsusiyyətlər.

Alınmış təsvirin qeydiyyatı rastrın məkana bağlanması və rastr təsvirlərin piksellərinə koordinatların mənimsətməsi məqsədilə və yerinə yetirilir.

Başlantı nöqtələrinin fotoşəkilin bütün sərhi boyunca bir – birindən maksimal məsafədə yerləşməsi məqsədə uyğundur.

Nöqtələrin sayı adətən 3 – 4 olur, lakin onların bağlanma dəqiqliyini artırmaq üçün onların sayını 10 – 12-ə qədər artırırlar.

Bağlanmış təsvirin analizi GİS-də coğrafi obyektlərin məsafələrin, sahələrin, perimetrlərin avtomatik ölçülməsinə imkan verir.



Vektorizasiya vektor obyektlərin yaradılmasından ibarətdir.



Ortofotoplanın vektorizasiyası

Rəqəmsallaşdırmanın 3 üsulundan istifadə olunur: əllə, avtomatik və yarım avtomatik. Əllə vektorlaşdırma obyektin sərhədlərinin displeydə konturun səciyyəvi nöqtələrinin koordinatlarını birləşdirməklə xətləməkdən ibarətdir.

Avtomatik vektorlaşdırma vektorizatorlar vasitəsilə yerinə yetirlir.

Onların vəzifəsi coğrafi obyektlərin təyinindən ibarətdir. Onlar rastr təsvirlərdən nöqtəli, xətti və sahəvi obyektlərin seçilməsi və təyinindən, təsvirləri proqramda quraşdırılmış şərti işarələrlə tutuşdurulmasından ibarətdir.

Yarımavtomatik rəqəmsallaşdırma vektorizatorlardan istifadə etməklə, və proqram avtomatik vektorizasiyanı yerinə yetirə bilmədikdə operator vasitəsilə aparılır.

Rəqəmsallaşdırma texnologiyasının seçilməsi fotoşəkilin mürəkkəbliyindən və işin miqyasından asılıdır.



GİS-in xüsusi səciyyələrdən biri - verilənlərin təsviri imkanının bir- birini örtən laylar kimi təqdim olunmasından ibarətdir.



Yüklə 451,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin