İxtisas: Tibb Bacısı Kurs: 1 Qrup



Yüklə 44,98 Kb.
səhifə1/3
tarix24.12.2023
ölçüsü44,98 Kb.
#193379
  1   2   3
71-73 inf




1 nömrəli Bakı Tibb Kolleci

  • Fakültə: Tibb Bacısı(Tibb Qardaşı)

  • İxtisas: Tibb Bacısı

  • Kurs: 1

  • Qrup: 216

  • Fənn: İnformasiya Texnologiyaları

  • Müəllim: Vəliyeva Sevda

  • Tələbə: Abdullayeva Esmira

  • Mövzu: Microsoft vord mətn redaktoru


PLAN
1)Giriş
2) Word redaktoru
3) Word redaktorundakı tab-vərəqlər
4) Sürüşdürmə çubuqları
5) İnformasiya sətri
6)Nəticə
7)İstifadə olunmuş ədəbiyyat siyahısı

Giriş
Microsoft Word Mətn Redaktoru, dünya üzrə ən çox istifadə olunan mətn redaktorlarından biridir və Microsoft Office proqram təminatının əsas hissəsini təşkil edir. Microsoft Word, iş və təhsil sahəsində çoxsaylı mətn və sənəd hazırlama üçün geniş fərqli imkanlar təklif edən müstəqil və funksional bir proqramdır. Bu redaktor, yüksək keyfiyyətli sənədlər yaratmağa, formatlandırmağa və paylaşmağa imkan verir. Microsoft Word, mətn redaktoru olaraq sade vəziyyətdən müasir və ətraflı xüsusiyyətlərə qədər geniş bir spektrumu əhatə edir.
Əsas xüsusiyyətlərindən biri, müstəqil və intuitiv istifadə olunan bir interfeysə sahib olmasıdır. Həm də çoxsaylı mətn düzəliş və formatlandırma alətlərini təklif edir və müxtəlif sənəd növləri üçün əlavə imkanlar və şablonlar əlavə edilmişdir. Bu, iş və təhsil məqsədləri üçün effektiv və effektiv sənədlərin yaradılmasını asanlaşdırır.


Word redaktoru .Word redaktoru sənədlərin hazırlanması, o cümlədən mətnlərin yığılması, cədvəllərin, şəkillərin, qrafiklərin yaradılması, tərtib və çap olunması üçün nəzərdə tutulmuşdur. Word redaktoru vasitəsilə müxtəlif sənədlər, məktublar, məqalələr, böyük həcmli kitablar və s. hazırlamaq mümkündür. Word redaktoru sənədə müxtəlif qrafik təsvirlərin – rəsm, şəkil, fotoşəkil, fiqurların yerləşdirilməsi və formatlaşdırılması (ölçüsünün və rənginin dəyişdirilməsi, parlaqlığının və rəng çalarlarının dəyişdirilməsi və s.) əməliyyatlarını yerinə yetirməyə, ən mürəkkəb riyazi düsturları mətnə daxil etməyə imkan verir. Bundan əlavə, Word redaktorunda səhifələrin avtomatik nömrələnməsi, mətnin və səhifənin kənarında məsafələrin qoyulması, stillərin, şablon formalarının işlənib hazırlanması və lazım gəldikdə onlardan istifadə edilməsi, eyni zamanda bir neçə sənədin emal olunması, mətnə xüsusi simvolların daxil edilməsi, orfoqrafik, qrammatik, sintaksis yoxlamaların həyata keçirilməsi və digər əməliyyatları yerinə yetirmək olar. Word redaktorunu yükləmək üçün Пуск (Başla) menyusunun Все программы (Bütün proqramlar) altmenyusundan Microsoft Office qovluğunda yerləşən Microsoft Word 2010 əmrini seçmək lazımdır. Word redaktoru yükləndikdən sonra ekranda onun işçi pəncərəsi açılır. Word redaktorunun pəncərəsi müxtəlif əməliyyatların yerinə yetirilməsi üçün Office düyməsi, lent, tab-vərəqlər, cəld alətlər paneli, işçi sahə, sənədə baxış rejimləri, informasiya sətri, sürüşdürmə çubuqları, vərəqlərarası keçid düymələri və s. elementləri özündə birləşdirir (şək.1.1). Pəncərə başlığında proqramın və redaktə edilən sənədin (faylın) adı yazılır. Əgər sənəd yeni yaradılıbsa və yadda saxlanmayıbsa, sistem tərəfindən avtomatik olaraq ona Документ 1 (Sənəd 1) adı verilir. Pəncərə başlığının sol yuxarı güncündə əsas əmrlərin yerləşdiyi Office düyməsi, cəld alətlər paneli, sağ yuxarı küncündə isə pəncərənin ölçülərinin idarə edilməsi və bağlanması düymələri yerləşmişdir. Onun altında isə lent və lentin üzərində mətnlə işləmək üçün tabvərəqlər yerləşir.

Yüklə 44,98 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin