Ixtisas: TSPX
Kurs: II
Fənn: Orfoqrafiya və orfoepiynın əsasları
Mövzu: 11. Öz məxrəcinə müvafiq tələffüz edilən samitlər.
Ədəbiyyat siyahısı:
1.N.Abdullayev. Ədəbi tələffüz təliminin metodikası Bakı-1966.
2.Ə.Dəmirçizadə.Azərbaycan ədəbi tələffüzü haqqında, Bakı-1969.
3.Ə.Dəmirçizadə.Müasir Azərbaycan dili, Bakı, 2007.
4.A.Qurbanov.Müasir Azərbaycan ədəbi dili.Bakı 2003.
Əlavə:
1.Y.Ş.Kərimov.Ana dilinin tədrisi metodikası. Bakı, 2005.
2.Şəhla Fətəliyeva. Orfoqrafiya və orfoepiyanın təlimindən praktik məşğələ (Dərs vəsaiti). Naxçıvan.2016
3.A.M.Ağalarov, S.Z.Həsənova. F.İ.Cəfərova. Ana dilindən praktik məşğələ (dərs vəsaiti). Naxçıvan. 2014.
Müəllim: Şəhla Fətəliyeva FeehlaHYPERLINK "mailto:Feehla@gmail.com"@gmail.com
Plan:
X samiti. X samiti aşağıdakı məqamlarda öz məxrəcinə müvafiq tələffüz olunmalıdır.
a) söz başında: xal, xala, xeyli, xəz, xəlvət, xına xurma və s.
b) söz sırasında: ax, qax, çıx, qırx, tox və s.
c) söz ortasında: çuxa, çuxur, yaxa, axın, məxaric və s.
H samiti. H samiti aşağıdakı məqam və şəraitdə öz məxrəcinə müvafiq tələffüz olunur.
a) söz başında: hal, heç, hava, hesab, həb və s.
b) söz ortasında: ahəng, şahid, zehin, möhür, mühəndir, mühit və s.
c) söz sonunda: ah, gah, agah, segah və s.
Söz sonunda samitdən sonra yanaşı gələn h zəifləşir, tələffüz olunmur. Lakin belə sözlərə saitlə başlanan şəkilçi bitişdirildikdə, söz qoşulduqda h yarımçıq məxrəcdə tələffüz olunmalıdır.
Ç samiti. Ç samiti aşağıdakı məqam və şəraitdə öz məxrəcinə müvafiq tələffüz olunur;
Söz başında: çal, çöl, çək, çillə, çadır, çürük və s.
Söz ortasında: açıq, alçaq, alça, qaçaq, açar və s.
Söz sonunda: aç, qaç, üç, biç, qıç və s. Söz ortasında samitlə başlanan hecadan əvvəlki hecanın sonundakı ç samitinin xüsusən sərbəst üslubda, azacıq ş çalarlığında da tələffüz etmək olar: məs: keşmiş (keçmiş), qaşqın (qaçqın) və s.
Dostları ilə paylaş: |