Defektologiyanın sahələri
Plan
Surdopedaqogikanın öyrənilməsi
Tiflopedaqogikanın problemləri
Oliqofren uşaqlarla işin təşkili formaları
1.Surdopedaqogika defektologiyanın bir sahəsi olub kar və zəif eşidən uşaqların təlim-tərbiyəsi ilə məşğul olan elmdir. Surdopedaqogikanın əsas vəzifəsi kar və zəif eşidən uşaqların təlim-tərbiyə işini düzgün qurmaq və istiqamətləndirməkdən ibarətdir. Adətən karlıq, yaxud zəif eşitmək nitqin inkişafının ləngiməsinə gətirib çıxarır. Nitqin inkişafında eşitmənin böyük rolu vardır. Surdopedaqogika karların lallara çevrilməsinin qarşısını almaq yollarını öyrənir.
Eşitmənin pozulması həm anadan gəlmə, həm də sonradan yarana bilər. Bildiyimiz kimi uşaq ətraf aləmi duyğular və qavrayışlar əsasında dərk edir. Ətraf aləmin dərk olunmasında eşitmə duyğysunun əhəmiyyətli rolu vardır. Uşaq biliklərin əksəriyyətini eşitmə duyğusu vasitəsilə alır. Kar və ağır eşidən uşaqların əksəriyyətinin ağlı normada olur. Lakin bəzi hallarda məsələn: minengit, ensofalit xəslələiklərindən sonra eşitmə qabiliyyətini itirən uşaqlarda ağıldan kəmlik müşahidə olunur.
Eşitmə sistemində qüsur olan uşaqları 3 əsas qrupa bölürlər.
Nitqsiz kar uşaqlar, yaxud kar-lallar.
Nitqi olan kar uşaqlar (onların karlığı sonradan yaranmışdır).
Zəif eşidən uşaqlar (ağır eşidənlər).
Belə uşaqlar üçün xüsusi uşaq bağçaları və məktəblər mövcuddur. Bu müəsisələrdə həm ağır eşidən, həm də kar uşaqlar təhsil alırlar. Burada kiçik uşaqlara erkən yaşlarından nitqi öyrədirlər. Belə müəssisələrdə uşaqlarda görmə, eşitmə və hərəki duyğulardan istifadə edirlər. Bu zaman uşaqların lüğət ehtiyatı tədricən zənginləşir. Burada pedaqoqun rolu böyükdür. Müəllim bir sözü uşağa aydınlaşdırarkən əyani olaraq bu sözə uyğun əşyaları göstərir. Belə uşaqlar dilin qramatik qruluşunu çox çətinliklə mənimsəyirlər. Çünki, burada nitqlə bərabər təfəkkür də tələb olunur. Sonradan kar olmuş uşaqda nitq artıq olur, buna görə də uşaq bağçasının və ailənin başlıca vəzifəsi bu nitqi qorumaq və inkişaf etdirməkdir. Bunun üçün də uşaqa sözləri danışan adamın dodaqlarından oxumağı və üzdə olan mimikaları oxumağı öyrətmək lazımdır.
Beləliklə, kar uşaqların nitqinin inkişafında əsas xüsusiyyətlələrdən aşaqıdakıları qeyd etmək olar:
1.Eşitmə qavrayışı nitqin formalaşmasında həlledici rol oynayır, bu da karlarda olmur.
2.Kar uşağın nitqi öz-özünə inkişaf də bilmir. Nitq belələrində yalnız xüsusi təlim nəticəsində inkişaf edir.
3. Kar uşağın nitqinin inkişafının əsasını eşitmə duyğuları deyil, görmə, hərəki və taktil- vebrasiya duyğuları təşkil edir.
4. Kar uşaqların nitq praktikası kasıb və məhdud olur. Buna görə də onlarda nitq ünsüyyəti tələblərini yaratmaq, formalaşdırmaq əsas şərtlərdən biri sayılır.
5.Kar uşaqlarda nitqin inkişafı eşidən uşaqlara nisbətən gec başlayır.
6.Kar uşanlarda nitqin elə spesifik növləri- mimika, dodaqdan oxumaq formalaşır və inkişaf edir ki, onlar eşidən uşaqlarda olmur.
2. XII əsrin I rübünə qədər kor uşaqların taleyi heç kimi maraqlandırmamış, onlar üçün xüsusi müəssisələr olmamışdır. Avropada kor uşaqlar üçün xeyriyə müəssisələrinin açılması bu dövrə təsadüf edir. Kor və zəif görən uşaqların təlim - tərbiyəsinin düzgün aparılması belə uşaqların hər tərəfli öyrənilməsi görmə qüsurunun strkturu inkişafı və kompensator bacarığının öyrənməyə imkan yaradır. Tiflopedaqogikanın defektologiyanın bir sahəsi kimi aşağıdakı problemləri vardır:
Görmə qüsurlu uşaqların psixoloji, pedaqoji və fiziki cəhətdən öyrənilməsi
Kor və zəif görən uşaqlar üçün xüsusi təlim metodlarından istifadə imkanları
Kor və zəif görən uşaqlar üçün əmək təliminin təşkili
Görmə sistemində qüsuru əmələ gətirən səbəblər müxtəlif olduğundan onlardan ən mühümlərinin adlarını çəkəcəyik. Uşaqlarda yaxından görmə funksiyasının pozulmasının etnologiyası heç də həmişə aydın olmur. Buna vaxtından qabaq doğulma, doğum travması, həmçinin infeksiyalar və travmalar aid edilə bilər. Əksər hallarda isə zəif görmə anadangəlmə xarakter daşıyır. Aparıcı rol isə genetik amillərə və bəzən xromosom anomaliyalarına məxsusdur. Statistika göstərir ki, 21-28% kataraktalı uşaqlarda tam korluq müşahidə olunur. Görmə sistemində qüsuru olan uşaqların müalicəsi və yaranma səbəbləri tibb elminin qarşısında duran çox böyük problemdir.
Uşaqların görmə sistemində qüsurlar iki cür olur:
1.Tam ( total korluq) görməyənlər
2. Praktik korluq
3.Zəif görənlər
Total korluq dedikdə hər iki gözdə mütləq korluq nəzərdə tutulur. Bu zaman işıq duyma və rəng qabiliyyəti tamamilə itirilmiş olur. Praktik korluq (nisbətən görmə) – bu zaman işiq duyma, kölgə qaraltı formasında olur və ya naqis görmə qalır. Zəif görənlər - bu dərəcəyə aid olan uşaqlar normal uşaqlarla ümumtəhsil məktəblərində təhsil ala bilər. Görmənin itməsi və ya olmaması psixi funksiyaların pozulmasına əsaslı təsir göstərir. Kor uşaqlarda nitq pozulmaları olduğundan ünsiyyət çətinliyi yaşayırlar.
3.Oliqofreniya – ruhi xəstəlik yox, pataloji haldır və özünü normal psixi və fiziki proseslərin pozulması ilə büruzə verir. Belə insanlarda real varlığın dəyişmiş formada qavranılması, əhval-ruhiyyənin dəyişilməsi və s. əlamətlər müşahidə olunur. Oliqofren uşaqlar haqqında elmi təsəvvürlər dedikdə, bu patoloji halın təsir göstərdiyi sahələrdə: intellektual inkişafda, emosianal iradi sferada və şəxsiyyət aləmində yaranmış pozuntuların nəticələri və onun mənşəyi nəzərdə tutulur. Daha sonra isə uşağın yaşadığı şərait, insanların ona münasibəti, sosial amillər xəstəliyin gedişinə inkişafetdirici və ya ləngidici təsir göstərə bilir. Məhz bu ləngidici təsirlər psixologiyada məqsədyönlü təsirlər kimi qiymətləndirilir. Bu elm aşağıdakı problemləri öyrənir:
Əqli cəhətdən geri qalan uşaqların psixoloji xüsusiyyətlərinin təhlili
Geri qalmanın səbəblərinin öyrənilməsi
Təlim prosesində oliqofren uşaqların pedaqoji və psixoloji cəhətdən öyrənilməsi
Əqli və fiziki cəhətdən geri qalan uşaqların əməyə hazırlığının təmin edilməsi
İrsi mənşəli xəstəliklərinin qarşısının alınması çətin və mürəkkəbdir. Oliqofreniya əsasən cinsi xromosomların genetik pozulması çatışmazlığı nəticəsində yaranır. İnkişaf dinamikasına görə psixi geriliyin 2 forması vardır:
Psixi gerilik
Oliqofreniya
Hər cür psixi gerilik oliqofreniya deyil. Psixi cəhətdən geri qalan uşaqlar ətraf aləmə çətin bələdləşir. İntelektual gərginlik tələb edən işdən tez yorulurlar, dalğın olurlar, qeyri-fəal görkəm alırlar və s. Oliqfrenlərdə isə bu sadaladığımız əlamətlər olmur. Oliqofreniyanın 4 ağırlıq dərəcəsi vardır : idiotiya, imbesillik, debillik, şizofreniya
Dostları ilə paylaş: |