1-ci tədris ili 2-ci semestr
Xətti cəbr
|
6
|
Şəbəkələrin əsasları
|
6
|
Kibertəhlükəsizliyin əsasları
|
6
|
2-ci tədris ili 1-ci semestr
|
Diskret riyaziyyat
|
5
|
Əməliyyat sistemləri
|
5
|
Şəbəkələrin təhlükəsizliyi
|
5
|
2-ci tədris ili 2-ci semestr
|
Web təhlükəsizlik
|
5
|
İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin hüquqi əsasları
|
5
|
Ehtimal nəzəriyyəsi
|
5
|
3-cü tədris ili 1-ci semestr
|
İnformasiya təhlükəsizliyinin idarəedilməsi sistemləri
|
5
|
Verilənlər Bazalarının təhlükəsizliyi
|
5
|
Bulud təhlükəsizliyi
|
5
|
Mülki müdafiə
|
3
|
3-cü tədris ili 2-ci semestr
|
Kriptoqrafiyanın əsasları
|
5
|
Nüfuzetmə sınaqlarının əsasları
|
8
|
Elektronika və IoT cihazların təhlükəsizliyi
|
5
|
4-cü tədris ili 1-ci semestr
|
Təhlükəsiz proqramlaşdırma
|
5
|
Rəqəmsal kriminalistikanın əsasları
|
8
|
Sənaye idarəetmə sistemlərinin təhlükəsizliyi
|
5
|
Əlavə 2
Tövsiyə olunan seçmə fənnlər
Təhlükəsizlik avadanlıqları
Data-mərkəzi əməliyyatlarının əsasları
Korporativ şəbəkə (informasiya) sistemlərinin təhlükəsizliyi
Zərərverici proqram vasitələrinin təhlili (Malware analysis)
Maşın öyrənməsi
Rəqəmsal təsvir və video emalın əsasları (Fundamentals of digital image and video processing)
Tətbiqi statistika və data analitikası
Paralel və paylanmış hesablamalar
Qraflar nəzəriyyəsi
Mobil və simsiz avadanlıqların təhlükəsizliyi
VoIP sistemlərinin təhlükəsizliyi
Blokçeyn texnologiyaları
Ədədi üsullar
Rəqəmsal transformasiya
Sistem proqramlaşdırması
Data mədənçiliyi
Sistem dizaynı
Proqram təminatı üzrə layihə menecmenti
Proqram mühəndisliyi
C proqramlaşdırma dili
Mobil qurğular üçün proqramlaşdırma
Veb proqramlaşdırma
Mobil qurğularda təhqiqatlar
Alqoritmlərin qurulması və analizi
Bulud texnologiyaları
Sosial şəbəkə analizi
Sosial mühəndislik
Əlavə 3
Fənnin təlim nəticələrinə nail olmaq məqsədilə istifadə olunan
təlim və öyrənmə metodları və qiymətləndirmə üsulları
Fənnin adı
|
Təlim nəticələri
|
Hər bir təlim nəticəsi üçün istifadə olunan təlim və öyrənmə metodları
|
Hər bir təlim nəticəsi üçün istifadə olunan qiymətləndirmə üsulları
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Əlavə 4
Təhsil Proqramı və fənlər üzrə təlim nəticələri
Ali təhsil müəssisəsi Təhsil Proqramı və hər fənn üzrə gözlənilən təlim nəticələrini müəyyən etməlidir.
Təhsil Proqramının təlim nəticələri (PTN)
|
PTN 1 - Azərbaycanın müasir dövlətçilik ənənələrinin yaranması, formalaşması və inkişafını bilməlidir, müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında siyasi və ideoloji, iqtisadi və texnoloji, elmi və mədəni amillərin rolunu təhlil və tədqiq etməyi bacarmalıdır. Müasir dünyada Azərbaycan dövlətinin yeri və rolunu sistemli təhlil etməyi bacarmalıdır.
Azərbaycanın kibernetika, tətbiqi riyaziyyat, informasiya və kommunikasiya texnologiyaları sahələrində inkişaf tarixinə, bu sahələrdə elm, təhsil və sənaye ənənələrinə və potensialına, dünya səviyyəli mütəxəssislərinin peşə fəaliyyətinə aid məlumatlı olmalıdır.
Azərbaycan dilində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı bacarıqlarına yiyələnməlidir.
Xarici dillərdən birində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı, şifahi və yazılı ünsiyyət bacarıqlarına malik olmalıdır.
“İnformasiya təhlükəsizliyi” ixtisasının məqsədi və vəzifələrini, digər ixtisas sahələri ilə qarşlıqlı əlaqəsini, dövlət və özəl sektordakı tələbatın vacibliyini, gələcək perspektivlərini bilməlidir.
Mühəndislik etikasının vacibliyi, bu ixtisasla əlaqədar öyrənilən biliklərin yalnız qanunvericilik və etik normalar çərçivəsində, peşə səlahiyyətlərinə uyğun tətbiq olunmasının vacibliyini bilmləlidir.
|
PTN 2 - Ədədi və yığılan ardıcıllıqlar, funksiyanın limiti və kəsilməzliyi, funksiyanın törəməsi, birdəyişənli funksiyanın ekstremumları, qeyri-müəyyən inteqral, müəyyən inteqral, ədədi və qüvvət siraları, çoxdəyişənli funksiyanın limiti, xüsusi törəmələri və diferensialı haqqında biliklərə malik olmalıdır.
Matris anlayışı, matrislər üzərində əməllər və matrisin transponirə edilməsi, iki və üçtərtibli determinantların hesablanması, iki matrisin hasilinin determinantı, Tərs matris və onun varlığı, n-ölçülü vektorlar fəzası, vektorların xətti asılılığı, matrisin ranqı, xətti cəbri tənliklər sistemi, çoxhədlilər və onlar üzərində əməllər, Çoxhədlinin kökü, Hörner sxemi, kvadratik formalar haqqında biliklərə malik olmalıdır.
Məntiq cəbrinin elementar funksiyaları, onların xassələri, onlar üzərində əməliyyatlar, ikili funksiya, ikilik prinsipi, qraf anlayışı, qrafın həndəsi ifadəsi, əlaqəli, alt, tam, izomorf və homomorf qraflar, istiqamətlənmiş, istiqamətlənməmiş və qarışıq qraf, hamar və bircins qraf, kodlaşdırma, dekodlaşdırma, qarşılıqlı birqiymətli dekodlaşdırma, əlifba və müntəzəm kodlaşdırması, kodun seçilməsi, maneələr mənbəyi, birqiymətli dekodlaşdırma meyarı haqqında biliklərə malik olmalıdır.
Ehtimal nəzəriyyəsinin predmeti, klassik ehtimal. Kombinatorikanın elementləri, Kolmoqorov aksiomları. Ehtimalın xassələri. Həndəsi ehtimal, entropiya və informasiya miqdarı, Bernulli sxemi, ehtimal paylanması, diskret paylanma, təsadüfi kəmiyyətin ədədi xarakteristikaları, riyazi gözləmə, dispersiya, Markov və Çebışev bərabərsizliyi, asimmetriya əmsalı, kovariyasiya və korrelyasiya əmsalı, böyük ədədlər qanunu haqqında biliklərə malik olmalıdır.
|
PTN 3 - İnformasiya sistemlərinin preventiv mühafizəsi, informasiya təhlükəsizliyi risklərini minimallaşdırma, təhdidlərin və zəifliklərin aşkarlanması, fəsadların qabaqlanması üçün bilik və bacarıqlara yiyələnməlidir.
İnformasiya təhlükəsizliyinin əhatə sahəsini (“scope”) müəyyən etmə, informasiya aktivlərinin və informasiya proseslərində istifadə olunan aktivlərin, onlara aid funksionallığın uçotunu aparmağı, İnformasiya təhlükəsizliyinin idarəetmə siyasətini və riskləri, insidentləri, İKT-xidmətləri və İKT-layihələri idarəetmə alt-siyasətlərini müəyyən etməyi bacarmalıdır.
Mühafizə olunan, o cümlədən mühafizə aləti olan aktivlərə informasiya təhlükəsizliyi üzrə tələbləri, informasiya təhlükəsizliyini ölçmə göstəricilərini (metrikaları) müəyyənetmə bacarıqlarına yiyələnməlidir.
Təhdidlərdən törənə bilən insidentləri (informasiya təhlükəsizliyinə) və fəsadları (fəaliyyət davamlılığına), onların ciddilik dərəcələrini müəyyənetməyi bilməlidir.
Kiber kəşfiyyat (“cyber-intelligence”), o cümlədən təhdidləri, onlara aid cəhdləri və hazırlıqları və onlara aid qabaqlayıcı əks-tətbirləri müəyyənetmə bacarıqlarına yiyələnməlidir.
Kriptoqrafiya xidmətləri göstərmə (tövsiyə xarakterli), informasiya təhlükəsizliyini idarəetmənin auditi və dəyərləndirmə, İnformasiya təhlükəsizliyini idarəetmə siyasətinə uyğun local (korporativ) normativ hüquqi aktların layihələrini, təlimatları, praktiki icra kitabçalarını (“playbook”ları) hazırlamağa bacarmalıdır.
|
PTN 4 - İnformasiya təhlükəsizliyi insidentlərinin aşkarlanması üçün insident menecmentin, o cümlədən fasiləsiz monitorinqlərin, mütəmadi auditlərin, ekspertizaların və digər nəzarət mexanizmlərinin təşkili üçün bilik və bacarıqlara yiyələnməlidir.
İnformasiya təhlükəsizliyi üzrə struktur vahidinə – Təhlükəsizliyin monitorinq əməliyyatları mərkəzinə (“SOC, Security Operation Centre”) aid proseslərin icrasını təmin etməyi bacarmalıdır.
Mühafizə olunan aktivlərdə informasiya təhlükəsizliyi hadisələrini müəyyənetmə və qiymətləndirməni, informasiya təhlükəsizliyi insidentini aşkaretmə, insidentlərin ciddilik dərəcələrini, fəsadların növlərini və dərəcələrini müəyyənetmə üsullarını bilməlidir.
Kiber-tədqiqat/kriminalistika və sübutları/dəlilləri toplama (“cyber-forensics” & “collection of evidence/findings”), onların təhlükəsizliyi tələblərini təminetmə barədə məlumatlı olmalıdır.
|
PTN 5 - İnformasiya təhlükəsizliyi insidentlərinə cavabvermə məqsədilə zəifliklərin aradan qaldırılması üçün mühafizə olunan aktivlərdə konfiqurasiyaların və dəyişikliklərin idarə olunmasına aid bilik və bacarıqlara yiyələnməlidir.
İnformasiya təhlükəsizliyi insidentlərinə əks-cavab üçün uyğun olan variantı (bloklama, bərpaetmə, dəyişiklik aparma, yeniləmə, təkmilləşdirmə, ehtiyat varianta keçmə, əvvəlki vəziyyətə geri qaytarma) seçmə və müvafiq “playbook”ları formalaşdırma, tətbiqetmə və ya böhran halarında kənardan dəstək üçün müraciət etmə üsullarını bilməlidir.
İnformasiyanı mühafizə vasitələri olan proqram-texniki servislərinə (“control”larına) inzibatçılıq etmə barədə məlumatlı olmaldır.
|
PTN 6 - İnformasiya təhlükəsizliyi həllərinin planlaşdırılmasına və tətbiq edilməsinə, bu həllərin İKT vasitələrinin təməlindən təyin olunmuş mükəmməllik və etimadlılıq səviyyələrinə uyğun layihələndirilməsinə, inkişafına, işlənib hazırlanmasına və tətbiq edilməsinə, bu sahədə layihə menecmentinə aid bilik və bacarıqlara yiyələnməlidir.
İnformasiya təhlükəsizliyinin əhatə sahəsində mühafizə olunan, o cümlədən mühafizə aləti olan İKT məhsuluna (o cümlədən proqram təminat vasitələrinə, elektronika, elektrotexnika, telekommunikasiya və digər texniki təminat vasitələrinə) tələbatı (“request for proposal, RFP”) müəyyəetmə və sənədləşdirməni bacaramalıdır.
İKT məhsulunun təyinat yerinin texniki tələblər toplusuna, aidiyyəti standartlara uyğunluğunun analizini (məsələn “GAP analisis” metodu ilə) apara bilməlidir.
İKT məhsulunun yaradılmasına yanaşma (“Waterfall” – kaskadlı yanaşma / “Agile” – iterativ yanaşma və s.) metodlarından xəbərdar olmalıdır, müvafiq yanaşma üçünuyğun metodologiyanı (“Scrum”, “Lean”, “XP”) seçmək üçün lazımi biliklərə yiyələnməlidir.
İKT məhsuluna texniki tələbləri (“statement of requirements, SOR”) və texniki tapşırıqları/ şərtləri (“terms of reference, TOR”) müəyyəetmə və sənədləşdirmə, İKT məhsulunun verifikasiya testlərini təminetmə, o cümlədən texniki tələblərin və texniki tapşırıların/ şərtlərin həyata keçirildiyini yoxlama və sənədləşdirmə mexanizmlərini bilməlidir.
|
“Azərbaycan tarixi” fənni üzrə təlim nəticələri (FTN)
|
FTN 1 - Azərbaycanın müasir dövlətçilik ənənələrinin yaranması, formalaşması və inkişafını bilir.
|
FTN 2 - Azərbaycan dövlətçiliyi qədim və orta əsrlər dövründə və XV-XVIII əsrlərdə Azərbaycan xalqı tərəfindən Şərqdə böyük imperiyaların yaradılması haqqında bilikləri nümayiş etdirir.
|
FTN 3 - Müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında siyasi, ideoloji, iqtisadi, mədəni amillərin rolunu təhlil və tədqiq etməyi bacarır.
|
FTN 4 - XIX əsrin ilk onilliklərində Azərbaycan dövlətçiliyinin itirilməsi və onun siyasi, iqtisadi, sosial nəticələri, Azərbaycanda milli dövlətçilik uğrunda mübarizə, Azərbaycan xalq cümhuriyyətinin yaradılması-birinci respublika dövrü, ikinci Respublika, Azərbaycan dövlətçiliyi Sovet imperiyası dövründə, XX əsrin 80-ci illərin ikinci yarısında müstəqillik uğrunda mübarizənin başlanması və müstəqil dövlətçiliyin bərpasına dair biliklərə yiyələnib.
|
FTN 5 - Müasir dünyada Azərbaycan dövlətinin yeri və rolunu sistemli təhlil etməyi bacarır.
|
FTN 6 - Müasir dövlətçiliyin qorunması üçün təhlükəsiz beynəlxalq şəraitin yaradılması, dövlətimizin ərazi bütövlüyünün bərpası uğrunda mübarizə, Azərbaycanın Qafqazda lider dövlətə çevrilməsi haqqında biliklərə yiyələnib.
|
“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni üzrə təlim nəticələri (FTN)
|
FTN 1 - Azərbaycan dilinin tarixi, onun inkişafı və zənginləşdirilməsi yollarını bilir.
|
FTN 2 - Tarixin müəyyən dövrlərində dilimizin düşmən qüvvələrinin təzyiqinə, təcavüzünə məruz qalmasını, lakin xalqımızın milli birliyi, milli qüruru sayəsində onun qorunmasına müvəffəq olmasını və bu işdə görkəmli sərkərdələrin, dövlət xadimlərinin xidmətlərini bilir.
|
FTN 3 - Azərbaycan dilində ixtisas üzrə elmi məlumatları təhlil edir, şifahi və yazılı təqdimatlar hazırlayır.
|
FTN 4 - Azərbaycan dilində akademik və işgüzar natiqlik bacarığını nümayiş etdirir.
|
FTN 5 - Azərbaycan dilinin özünəməxsusluğunu qorumağı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağı, onlarla ünsiyyət qurmağı bacarır.
|
FTN 6 - Azərbaycan dilinin təmizliyi uğrunda mübarizə aparmağı, dili yad ünsürlərdən qorumağı, onu yaşatmağı bacarır.
|
“Xarici dildə işgüzar və akademik kommunikasiya” fənni üzrə təlim nəticələri (FTN)
|
FTN 1 - İxtisası üzrə xarici dillərdən birində oxuduğu elmi məqaləni təhlil edir, onların xülasəsini hazırlaya bilir.
|
FTN 2 - Xarici dilin qrammatik, leksik, semantik strukturlarını analiz etməyi bacarır.
|
FTN 3 - Beynəlxalq arenaya çıxaraq öz xalqının milli-mənəvi dəyərlərini, qazandığı nailiyyətləri başqalarına çatdırmağı bacarır.
|
FTN 4 - Xarici dildə fikir və təcrübə mübadiləsini aparır, işgüzar kommunikasiya yaradır.
|
FTN 5 - Xarici dildə texniki ədəbiyyatdan yararlana bilir, xarici həmkarlar üçün texniki sənədləşmələri, təqdimatları hazırlaya bilir.
|
FTN 6 - Xarici dil bacarığına malik olmaqla, komandada işləmək, şəxslərarası ünsiyyət səriştəliyini formalaşdırır.
|
“Psixologiya” fənni üzrə təlim nəticələri (FTN)
|
FTN 1 - Psixologiyanın predmeti və metodları, psixologiyanın elmlər sistemində yeri və onun əsas sahələri, psixoloji fikrin əsas inkişaf istiqamətləri haqqında biliklər əldə etmək.
|
FTN 2 - İnsan psixikasının quruluşu, davranışın tənzimində şüurun və şüursuzluğun rolu, davranış və fəaliyyətin motivasiyası və psixi tənzimi haqqında təsəvvürə malik olmaq.
|
FTN 3 - Psixologiya elminin əsas kateqoriya və anlayışları, psixi olanın idraki, emosional-iradi, motivasyon sahələri, şəxsiyyət, şəxsiyyətin inkişafı və formalaşması xüsusiyyətləri, təfəkkür, ünsiyyət və fəaliyyət, temperament, xarakter və qabiliyyətlər, təhsil və özünüinkişaf problemi haqında biliklərə malik olmaq.
|
FTN 4 - Peşəkar və problemli təlim situasiyalarının təhlilini aparmağı, professional ünsiyyəti və qarşılıqlı təsiri, fərdi və birgə qərar qəbulunu, refleksiyanı təşkil etməyi bacarmaq.
|
FTN 5 - İnsanların şəxsi və fərdi-psixoloji xüsusiyyətlərinin, eləcə də onların idraki və professional fəaliyyət üslubunun diaqnostikasını aparmağı bacarmaq.
|
FTN 6 - Əldə edilmiş bilikləri istər təhsildə pedaqoji sahədə, sənaye və ticarət sahəsində, istərsə də hüquqazidd davranışla mübarizə və s. sahələrdə müxtəlif psixoloji xarakterli praktik problemlərin həllində və qərarların qəbul edilməsində tətbiq etmək.
|
“Sosiologiya” fənni üzrə təlim nəticələri (FTN)
|
FTN 1 - Sosial və peşə problemlərinin həllində sosial, humanitar və iqtisadi elmlərin əsas prinsip və metodlarından istifadə etməyi bacarmaq. Sosial sahənin və idarəetmənin inkişafında qlobal, milli və regional xüsusiyyətləri və müasir şəraiti nəzərə almaq.
|
FTN 2 - Sosial həyatdakı problemlərə münasibətdə müstəqil düşünmə və tənqidi təhlil bacarıqlarını formalaşdırmaq.
|
FTN 3 - Cəmiyyətin istənilən sferasında yaranan problemlərin üzə çıxarılması və onların daha adekvat həlli yollarının axtarılması səriştəsinə yiyələnmək.
|
FTN 4 - Sosioloji tədqiqatların həyata keçirilməsi və nəticələrinin təhlil edilməsi texnikasına yiyələnmək.
|
FTN 5 - Müxtəlif sosial qrupların sosial həyatı, rifahı və sosial sahədə davranış xüsusiyyətlərini bilmək. Milli-mədəni məkanın xüsusiyyətlərini və müxtəlif milli, cins, yaş qruplarının və sosial qurumların fəaliyyətlərini sosial layihə obyekti kimi tətbiq etməyi bacarmaq.
|
FTN 6 - Sosioloji biliklərin əsaslarını peşə və peşə fəaliyyətlərində və müxtəlif sosial hadisələrin təhlilində yaradıcı şəkildə tətbiq etmək.
|
“Hüququn əsasları” fənni üzrə təlim nəticələri (FTN)
|
FTN 1 - Hüququn anlayışı, mahiyyəti, funksiyaları, əlamətləri, mənbələri, eləcə də hüquq sisteminin konstitusiya əsasları barədə ümumi biliklər əldə etməlidir.
|
FTN 2 - Hüququn fəaliyyətinin əsas qanunauyğunluqlarının, onun dövlətlə və digər sosial institutlarla qarşılıqlı əlaqələrinin, həmçinin suveren Azərbaycan Respublikasında əsas inkişaf tendensiyalarının dərki vərdişlərini inkişaf etdirməlidir.
|
FTN 3 - Azərbaycan Respublikasının konstitusiya quruluşu, insan və vətəndaşın konstitusion hüquqi statusu, əsas hüquqları, azadlıqları və vəzifələrini öyrənməlidir.
|
FTN 4 - Hüququn ictimai münasibətlərin effektiv hüquqi nizamlayıcısı kimi sosial dəyərinin dərkinə, hüquq pozuntuları ilə mübarizəyə, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının mühafizəsinə yönəlik hüquq düşüncəsini formalaşdırılmalı,tələbələrin Qanunun aliliyinin ciddi şəkildə gözlənilməsi əsasında professional vəzifələrinin icrasına yönləndirilməsi.
|
FTN 5 - Hüquq normasının və normativ-hüquqi aktların anlayışı və əlamətlərini bilməli, Azərbaycan Respublikası qanunvericiliyinin timsalında hüquq normalarının təsnifatı və növlərini öyrənməli, Azərbaycan Respublikası Konstitusiyasına görə normativ hüquqi aktların sistemi barədə biliklər əldə etməlidir.
|
FTN 6 - Hüquqauyğun davranışın, hüquq pozuntusunun və hüquq məsuliyyətinin anlayışı və əsas cəhətlərini bilməli, hüquq məsuliyyətinin növləri, hüquq məsuliyyətinə cəlb etmə, habelə hüquq məsuliyyətindən azad etmə əsasları barədə zəruri biliklərə yiyələnməlidir.
|
“Mühəndis etikası” fənni üzrə təlim nəticələri (FTN)
|
FTN 1 - Etik və qeyri-etik vəziyyətləri ayırd edə bilmək və dilemma şəraitində əxlaqi mühakimə irəli sürməyi bacarır.
|
FTN 2 - İctimaiyyətin təhlükəsizliyini, sağlamlığını və rifahını hər şeydən üstün tutmağı anlayır.
|
FTN 3 - Yalnız öz səlahiyyətləri üzrə xidmətlər göstərməyin vacibliyini bilir.
|
FTN 4 - İşəgötürən və ya müştəri üçün sadiq nümayəndə kimi davranmağı başa düşür.
|
FTN 5 - Peşənin şərəfini, nüfuzunu və faydalılığını artırmaq üçün özlərini şərəfli, məsuliyyətli, etik və qanuni şəkildə aparmağı bilir. Peşə xidməti zamanı yalnız qanuni və etibarlı mənbələrdən istifadə etməli olduğunu bilir.
|
FTN 6 - Sosial təcrübələrdə və məlumat toplanması zamanı etika və şərəf kodeksini rəhbər tutmağın vacibliyini bilir.
|
“Kritik düşünmə” fənn üzrə təlim nəticələri (FTN)
|
FTN 1 - Mümkün olan seçimlərdən ən optimalını seçmə bacarığı əldə edilir.
|
FTN 2 - Problemin həllinə sistemli və davamlı yanaşmağı öyrədir.
|
FTN 3 - Digərlərinin fikirlərinə dözümlü olmağı və onlara öz fikrini bildirməyə imkan verməyi öyrədir.
|
FTN 4 - Düşüncəli, vaxtında və məlumatlı mühakimə yürütməyə çalışmaq vərdişi qazandırır.
|
FTN 5 - Fakta söyklənəcək düşüncə ilə əldə edilən nəticələrə etibar etməyi və nəticələri proqnozlaşdırmaq məqsədi ilə problemlərə yanaşma bacarığını formalaşdırır.
|
FTN 6 - Məsələnin və ya problemin təhlilindən məntiqi nəticə çıxarmaq bacarıq və üsullarını öyrədir.
|
“Sahibkarlığın əsasları və biznesə giriş” fənni üzrə təlim nəticələri (FTN)
|
FTN 1 - Sahibkarlığın əsas iqtisadi–hüquqi institutlarını, biznes–planlaşdırmanın əsas aspektlərini və sahibkarlıq niyyətinin işlənilməsini, sosial-iqtisadi alətlərin sahibkarlıqda fəal surətdə istifadə olunmasını bilmək.
|
FTN 2 - Biznes planın hazırlanması, müəssisənin qurulması, biznesdə tərəfdaşlıq əlaqələrinin qurulması, optimal təşkilatı strukturunun və biznesin xüsusiyyətlərinə uyğun infranstrukturun müəyyənləşdirilməsini bacarmaq. Biznesin effektiv idarəedilməsi üçün zəruri olan əsas anlayışlar və alətləri bilmək.
|
FTN 3 - Müəssisənin strukturunda yer alan əsas və köməkçi funksiyaların iş prinsipləri ilə bağlı məsələləri bilmək. İdarəetmə metod və növlərini öyrənmək və onun funksiyalarının effektiv icrasını həyata keçirə bilmək.
|
FTN 4 - İstehsal, istehsal prosesi, istehsal sistemləri, müasir istehsalın xüsusiyyətləri və idarə edilməsinə bələd olmaq, biznesin subyektlərinin fasiləsiz işləmələri üçün zəruri xammal-material və yarımfabrikatların planlaşdırılmasını bacarmaq.
|
FTN 5 - Mühit amillərinin müəssisənin fəaliyyəti üzərindəki təsirlərini müəyyənləşdirə bilmək və bu təsirlərə adekvat cavab verə bilmək.
|
FTN 6 - Biznes proseslərini analiz etmək, qiymətləndirmək və idarə etmək.
|
“Təhsil və karyera planlaması” fənni üzrə təlim nəticələri (FTN)
|
FTN 1 - Karyera inkişafı prosesini təsvir edə bilmək və hazıda olduğu mərhələni anlamağa kömək edir.
|
FTN 2 - Demoqrafik, iqtisadi və təşkilati dəyişikliklərin iş dünyasına və onların şəxsi karyera inkişafı qərarlarına təsirini izah edir.
|
FTN 3 - Müxtəlif müasir qiymətləndirmə vasitələrindən və əks etdirmə fəaliyyətlərindən istifadə edərək, öz şəxsi prioritetlərini, bacarıqlarını, maraqlarını, güclü tərəflərini və dəyərlərini müəyyən etməyi öyrədir.
|
FTN 4 - Təşkilatlar, peşələr və sənayelər haqqında məlumat almış olur.
|
FTN 5 - Özünü əmək bazarına doğru və dürüst qaydada təqdim edə biləcək CV, təqdimat və xasiyyətnamə məktubu yazma bacarığını öyrədir.
|
FTN 6 - Perspektivli təcrübə və iş yerləri üçün müsahibələrə hazırlayır.
|
“İnformasiya təhlükəsizliyinin əsasları” fənni üzrə təlim nəticələri (FTN)
|
FTN 1 - İnformasiya təhlükəsizliyi sahəsində vacib anlayışları, həmçinin sənədlərdə və ya işgüzar müzakirələr zamanı istifadə olunan terminologiyanı bilməlidir. İnformasiya təhlükəsizliyi sahəsində ümumi və xüsusi tələblərin əsaslarını, həmçinin onların formalaşma xüsusiyyətlərini bilməlidir.
|
FTN 2 - İnformasiya təhlükəsizliyinin konseptual modelini bilməli, informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq tələblərin formalaşdırılması üçün sadə düşüncəyə sahib olmalıdır.
|
FTN 3 - İnformasiya təhlükəsizliyi sahəsində rəhbər hüquqi aktları, onun tələblərini və tətbiqi qaydalarını bilməli, həmçinin belə aktların inkişafını izləməyi bacarmalıdır. İnformasiya təhlükəsizliyi sahəsində qlobal, regional və milli normaları, standartları və qabaqcıl təcrübələri bilməli, onların inkişafını izləməyi bacarmalı və tətbiqinə dair fikirlərə sahib olmalıdır.
|
FTN 4 - İnformasiya təhlükəsizliyinin təmin olunmasında təşkilati forma və metodları bilməlidir. İnformasiya təhlükəsizliyinin təmin olunması üçün əsas prinsipləri bilməli, həmçinin texniki üsul və vasitələri öyrənməlidir.
|
FTN 5 - İnformasiya təhlükəsizliyi sahəsində riskləri, onların xüsusiyyətlərini, həmçinin idarə olunmasına dair ümumi biliklərə sahib olmalıdır. İnformasiya təhlükəsizliyi siyasətinin aktuallığı, formalaşma xüsusiyyətləri və tətbiqinə dair ümumi biliklərə sahib olmalı, həmçinin təmin olunması üsullarını bilməlidir. İnformasiya təhlükəsizliyi üzrə auditin əsasları, xüsusiyyətləri, aktuallığı, həmçinin prosedur qaydalarına dair ümumi biliklərə sahib olmalıdır.
|
FTN 6 - İnformasiyanı mühafizə vasitələrinin hüquqi, təşkilati və texniki əsasları, tətbiq sahələri, həmçinin bu vasitələrin yaradılması və qaydalara uyğun şəkildə sertifikatlaşdırılmasına dair ümumi biliklərə sahib olmalıdır. İnformasiyanı mühafizə vasitələrinə verilmiş xarici sertifikatların tanınması qaydalarını bilməlidir.
|
“Proqramlaşdırmanın əsasları” fənni üzrə təlim nəticələri (FTN)
|
FTN 1 - Alqoritmləşdirmənin nə olduğunu bilir. Proqramlaşdırma dilində sərbəst proqram yazmağı bacarır.
|
FTN 2 - Verilənlərin tiplərini, onların yaddaşda necə yerləşdiyini anlayır.
|
FTN 3 - Müstəqil olaraq sadə alqoritmləri necə tərtib etməyi və həyata keçirməyi bilir. Verilmiş alqoritmin proqramını dərsdə keçilmiş proqramlaşdırma dilində tərtib edə bilir.
|
FTN 4 - Kompilyasiya prosesi, baytkod, maşın kodunun nə olduğunu anlayır.
|
FTN 5 - Data strukturlarının əhəmiyyətini başa düşür və onları lazım olan situasiyalarda tətbiq etməyi bacarır.
|
FTN 6 - Öyrənilən biliklərdən istifadə edərək, fərqli fayl formatları arasında çeviricilər, müxtəlif parserlər, loqların təhlili üçün proqramların tərtib edilməsini, fərqli sistemlərin interfeyslərini istifadə etməklə məlumatların hasilatini bacarmalıdır.
|
“Riyazi Analiz” fənni üzrə təlim nəticələri (FTN)
|
FTN 1 - Ardıcıllığın limitinin tərifini,yığılan və dağılan ardıcıllıqlar anlayışlarını, limitin bəzi xassələrini bilməlidir.
|
FTN 2 - Funksiyanın limiti, nöqtədə kəsilməz funksiyanın tərifi, əsas xassələri, kəsilmə nöqtələri haqqında biliklərə malik olmalıdır.
|
FTN 3 - Funksiyanın törəməsinin tərifi, əsas xassələri, nöqtədə differensialın tərifi və onunla bağlı hökmlər haqqında biliklərə malik olmalıdır. Funksiyanın maksimum və minimum nöqtələrinin tərifi, ekstremum üçün zəruri şərt, birinci və ikinci kafi şərtlər haqqında biliklərə yiyələnməlidir.
|
FTN 4 - Parçanın bölgüsü, onun xassələri, müəyyən inteqralın tərifi, inteqrallanan funksiyalar sinifləri haqqında məlumata malik olmalıdır.
|
FTN 5 - Ədədi sıranın tərifini, zəruri şərt və yığılan sıranın xassələrini bilməlidir. Qüvvət sıralarının yığılma radiusu və yığılma intervalı, Koşi-Adamar düsturu, Teylor sırası haqqında məlumatlara yiyələnməlidir.
|
FTN 6 - Çoxdəyişənli funksiyanın xüsusi törəmələri və diferensialı haqqında biliklərə yiyələnməlidir.
|
“Kibertəhlükəsizliyin əsasları” fənni üzrə təlim nəticələri (FTN)
|
FTN 1 - Kibertəhlükəsizlik üzrə əsas konsepsiya və anlayışları bilməlidir.
|
FTN 2 - Kibertəhlükəsizliyi idarə etməyin əhəmiyyətini başa düşülməlidir. Kibertəhlükəsizliyin təmin olunmasında təşkilati forma və metodları bilməlidir.
|
FTN 3 - Kibertəhlükəsizliyinin təmin olunması üçün əsas prinsipləri bilməli, həmçinin texniki üsul və vasitələri öyrənməlidir. Habelə zəiflikləri, boşluqlar, təhdidlər və risklər barədə bilməli, onların xüsusiyyətlərini, həmçinin idarə olunmasına dair ümumi biliklərə sahib olmalıdır.
|
FTN 4 - Müdafiə və hücumyönümlü kibertəhlükəsizlik sahəsində zəruri vasitələrin funksiyalarını bilməlidir.
|
FTN 5 - Təhlükəsizliyi idarə etmə alətlərini (“control”ları, üsul və vasitələri) tətbiq etməklə təhlükəsizlik siyasətlərini həyata keçirməyi bacarmalıdır. Kibertəhlükəsizlik siyasətinin aktuallığı, formalaşma xüsusiyyətləri və tətbiqinə dair ümumi biliklərə sahib olmalı, həmçinin təmin olunması üsullarını bilməlidir.
|
FTN 6 - Kibertəhlükəsizlik sahəsində qlobal, regional və milli normaları, standartları və qabaqcıl təcrübələri bilməli, onların inkişafını izləməyi bacarmalıdır.
|
“Şəbəkələrin əsasları” fənni üzrə təlim nəticələri (FTN)
|
FTN 1 - Kompüter şəbəkələri haqqında ilkin anlayışları bilməlidir.
|
FTN 2 - Şəbəkə ötürücüləri, onların xüsusiyyətləri, məhdudiyyətlərini, əsas şəbəkə avadanlıqlarını, onların funksiyalarını bilməlidir.
|
FTN 3 - Şəbəkə topologiyalarını tanımalıdır, şəbəkə arxitekturalarını, dizayn və protokollarını başa düşməlidir.
|
FTN 4 - OSİ səviyyələrini tanımalıdır, IP ünvanalamanın iş prinsipini, alt-şəbəkələrin necə çalışdığını, IP ünvanların paylanmasını və siniflərini bilməlidir.
|
FTN 5 - Şəbəkədə marşurutlaşmanı və fərqli OSİ səviyyələri üçün müvafiq şəbəkə avadanlıqlarını quraşdırmağı, sazlamanı yerinə yetirməyi bacarmalıdır.
|
FTN 6 - Şəbəkədə təhlükəsizliyin və etibarlılığın təmin olunması ilə bağlı anlayışları bilməlidir.
|
“Xətti Cəbr” fənni üzrə təlim nəticələri (FTN)
|
FTN 1 - Matrisin ümumi tərifini, müxtəlif növlərini, matrislər üzərində bütün əməlləri, bu əməllərin əsas xassələrini və matrisin transponirə edilməsini bilməlidir. İki və üçtərtibli determinatların hesablanması üsullarına yiyələnməlidir.
|
FTN 2 - Minor və cəbri tamamlayıcı anlayışı, determinantın sətir və ya sütun üzrə ayrılış düsturu, yüksək tərtib determinantın induktiv tərifi və həmçinin hesablanması üsulları kimi biliklərə malik olmalıdır. İki matrisin hasilinin determinantının hesablanmasını və kvadratik matrisin tərsinin hesablanmasını bacarmalıdır. Ortoqonal matrislər və blok matrislər üzərində əməlləri yerinə yetirməyi bacarmalıdır.
|
FTN 3 - n-ölçülü vektor anlayışını, vektorlar sisteminin xətti asılılığının tərifini, xətti asılılığın zəruri və kafi şərtini və matrisin ranqının hesablanması üsullarıı bilməlidir. Xətti fəzanın tərifi, bazisi, ölçüsü, xətti çevirmə, xətti çevirmənin matrisi və xətti çevirmələr üzərində əməllər haqqında biliklərə malik olmalıdır. Matrisin məxsusi ədəd və vektoru anlayışlarına, məxsusi ədəd və uyğun məxsusi vektorların tapılması alqoritminə yiyələnməlidir.
|
FTN 4 - Xətti cəbri tənliklər sistemi, bircins və qeyri-bircins xətti cəbri tənliklər sistemi, uyuşan və uyuşmayan xətti cəbri tənliklər sistemi haqqında biliklərə malik olmalıdır. Xətti cəbri tənliklər sistemini Kramer və Qauss üsulu ilə həll etməyi və bircins xətti cəbri tənliklər sistemini həll etməyi bilməlidir.
|
FTN 5 - Çoxhədli, onlar üzərində hesab əməlləri, çoxhədlilərin qalıqlı bölünməsi alqoritmi, Bezu teoremi və Hörner sxeminin alqoritmi haqqında biliklərə malik olmalıdır. Çoxhədlinin həqiqi köklərinin sərhədlərinin tapılması üçün Laqranj, Nyuton üsullarını bilməlidir.
|
FTN 6 - Kvadratik formanı, kvadratik formanın matris şəklində yazılışını və kanonik şəkildə olan kvadratik formanı bilməlidir. Kvadratik formanın kanonik şəkilə gətirmək üçün Laqranj və Yakobi üsullları ilə işləməyi bacarmalıdır.
|
“Əməliyyat sistemləri” fənni üzrə təlim nəticələri (FTN)
|
FTN 1 - Fərqli əməliyyat sistemləri, onların fərqlərini və tətbiq sahələrini fərqləndirməyi bacarır.
|
FTN 2 - Əməliyyat sistemlərinin əsas funksiyaları, prosesləri, avadanlıqlarla əlaqəni izah edə bilir.
|
FTN 3 - Proseslər arasında məlumat mübadiləsi mexanizmlərini, proseslərin paralel emalının prinsiplərini bilir.
|
FTN 4 - Əməliyyat sisteminin yaddaşı necə idarə etdiyini, yaddaşdakı məlumata əsasən araşdırma aparma üsul və alətlərindən istifadəni bacarır.
|
FTN 5 - Fərqli əməliyyat sistemlərində fayl sistemi və giriş/çıxış mexanizmlərinin arxitekturasını bilir, proqramlaşdırma interfeysləri vasitəsilə onlardan yararlanmağın qaydalarını bilir.
|
FTN 6 - Əməliyyat sistemlərində əsas təhlükəsizlik mexanizmləri və səlahiyyət bölgülərininin prinsiplərini bilir.
|
“Şəbəkələrin təhlükəsizliyi” fənni üzrə təlim nəticələri (FTN)
|
FTN 1 - Şəbəkədə autentifikasiya, identifikasiya və qaydalara uyğun girişi təşkil etməyi bacarmalıdır.
|
FTN 2 - Şəbəkənin auditini və loqlaşdırma işlərini həyata keçirməyi bacarmalıdır.
|
FTN 3 - Şəbəkələrin təhlükəsizliyi ilə bağlı olan protokol və qoşulma növlərini, IoT avadanlıqlarının internet və ya digər şəbəkələrə qoşulması üsullarını bilməlidir.
|
FTN 4 - Şəbəkələrin digər şəbəkələrlə inteqrasiya və ya qoşulması zamanı DMZ zonaların qurulması və sazlanmasını həyata keçirə bilməlidir.
|
FTN 5 - Yeni nəsil təhlükəsizlik divarları ilə bağlı əsaslı biliklərə malik olmalıdır.
|
FTN 6 - Şəbəkələrə qarşı həyata keçirilə biləcək məlum hücümlar barədə məlumatlı olmalıdırvə onların qarşısının alınması və ya vurulan nəticələrin qısa müddətdə aradan qaldırılması üsullarını bilməlidir.
|
“Diskret riyaziyyat” fənni üzrə təlim nəticələri (FTN)
|
FTN 1 - Məntiq cəbrinin elementar funksiyaları və onların xassələri haqqında biliklərə malik
olmalıdır. Düsturlar, funksiyaların düsturlarla ifadəsi, eyni quruluşlu düsturlarla işləməyi
bacarmalıdır. Tavtalogiya və eyniliklə yalan düsturlar, düsturların ekvivalentliyi haqqında
biliklərə malik olmalıdır.
|
FTN 2 - İkili funksiya, ikilik prinsipi haqqında biliklərə malik olmalıdır. Məntiq cəbri
funksiyalarının dəyişənlər üzrə ayrılışını, mükəmməl dizyunktiv formaları və mükəmməl
normal formaları qura bilməlidir.
|
FTN 3 - Bul funksiyalarının və onların rəqəmsal sxemlərin və kriptoqrafik primitivlərin modelləşdirilməsində sadə tətbiqlərini bilməlidir.
|
FTN 4 - Ədədlər nəzəriyyəsinin açıq açarlı kriptoqrafiyada istifadə edilən zəruri elementlərini və onların müvafiq kriptoqrafik alqoritmlərdə tətbiqlərini bilməlidir.
|
FTN 5 - Sonlu meydanların əsas elementlərini bilməli və onların kriptoqrafik alqoritmlərdə tətbiqi nümunələrindən məlumatlı olmalıdır.
|
FTN 6 - Qrafların təsviri üsullarını və çəkili qraflarda ən qısa yolların tapılması alqoritmlərini bilməli və onları şəbəkə modelləşdirməsində tətbiq etməyi bacarmalıdır (OSPF).
|
“Veb təhlükəsizlik” fənni üzrə təlim nəticələri (FTN)
|
FTN 1 - Veb brauzerlərin iş prinsiplərini, veb tətbiqlərin layihələndirilməsi, yaradılması və istismarı qaydalarını bilməlidir.
|
FTN 2 - Müasir texnologiyalardan istifadə edərək təhlükəsiz veb səhifələr hazırlamağı bacarır. HTML, CSS, JavaScript kimi texnologiyaları bilməlidir.
|
FTN 3 - HTTP protokolunun necə çalışdığını bilir. SSL sertifikatlarının necə çalışdığını və veb səhifələrin təhlükəsizliyini necə qoruduğunu bilir.
|
FTN 4 - Veb saytlarda hücumların təbiəti haqqında məlumatlıdır.
|
FTN 5 - REST və GraphQL kimi veb xidmətlərin necə çalışdığını bilir.
|
FTN 6 - OWASP Top 10 - təhlükəsizlik zəiflikləri ilə tanışdır, o siyahıları müəyyənləşdirməyi, onların qarşısının alınması mexanizmlərini bacarır.
|
“Ehtimal nəzəriyyəsi” fənni üzrə təlim nəticələri (FTN)
|
FTN 1 - Stoxastik eksperiment və hadisə anlayışlarını bilmədir. Hadisələr üzərində əməllər
aparmağı bacarmalıdır. Klassik ehtimal anlayışını bilməli, kombinatorikanın elementləri
haqqında biliklərə malik olmalıdır.
|
FTN 2 - Şərti ehtimal və hadisələrin asılı olmazlığı anlayışlarını bilməlidir. Tam ehtimal və
Bayes düsturlarına yiyələnməlidir. Entropiya və informasiya miqdarı anlayışlarını bilməli,
onların informasiyanın kodlaşdırılmasında tətbiqi ilə bağlı məsələlərə tətbiq etməyi
bacarmalıdır.
|
FTN 3 - Bayes düsturu, təsadüfi kəmiyyət və paylanma funksiyası, bəzi məşhur diskret və kəsilməz paylanmalar, Puasson təsadüfi prosesi, Markov zəncirləri, kütləvi xidmət sistemlərinə aid sadə modelləri bilir.
|
FTN 4 - Əsas diskret paylanmaları (Bernulli, binomial, Puasson və həndəsi paylanmaları)
bilməlidir. Əsas mütləq kəsilməz paylanmaları (müntəzəm, üstlü, normal, Koşi
paylanmalarını) bilməlidir.
|
FTN 5 - Asılı olmayan təsadüfi kəmiyyətlərin cəminin paylanmasını və təsadüfi kəmiyyətdən asılı funksiyaların paylanmasını tapmağı bacarmalıdır. Təsadüfi kəmiyyətin ədədi xarakteristikalarını bilməlidir.
|
FTN 6 - Yüksək tərtib momentlər, kovariyasiya və korrelyasiya əmsalı anlayışlarını bilməlidir.
|
“İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin hüquqi aspektləri” fənni üzrə təlim nəticələri (FTN)
|
FTN 1 - İnformasiya hüququnun əsasları, mənbələri, hüquq münasibətlərinin elementləri, hüquq normalarının subyektləri barədə biliklər qazanmalı, habelə informasiya sahəsində əsas insan hüquq və azadlıqlarını öyrənməlidir.
|
FTN 2 - Azərbaycan Respublikasında informasiya sahəsində dövlət siyasətinin əsas istiqamətləri, müvafiq strategiya və dövlət proqramları barədə biliklər əldə etməli, eləcə də ölkənin informasiya sahəsində milli təhlükəsizlik maraqları və informasiya təhlükəsizliyi siyasəti ilə bağlı biliklərə yiyələnməlidir.
|
FTN 3 - İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliklə bağlı rəhbər normativ hüquqi aktlarla tanış olmalı və onların tələblərini bilməlidir.
|
FTN 4 - Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması sahəsində hüquqi və təşkilati məsələlər, eləcə də, infrastruktur obyektlərinin təsnifatlaşdırılması, minimal təhlükəsizlik tələbləri, nəzarət mexanizmləri barədə ümumi biliklərə yiyələnməlidir.
|
FTN 5 - Fərdi məlumatların, eləcə də dövlət sirri təşkil edən və konfidensial informasiyanın, habelə peşə, kommersiya, istintaq və məhkəmə sirrinin mühafizəsi sahəsində müvafiq qanunvericiliyin tələblərini bilməli, eləcə də mövcud qanunverciliyinin tələblərinin pozulmasına görə nəzərdə tutulan məsuliyyət tədbirlərini öyrənməlidir.
|
FTN 6 - Kibercinayətlərin anlayışı, təsnifatı, və kibercinayətkarlığa qarşı mübarizənin hüquqi əsasları, habelə informasiya müharibəsi və kibermüharibə anlayışları və onların xüsusiyyətləri, müasir çağırışlar və hibrid müharibələrin hüquqi aspektləri barədə ümumi biliklər əldə etməlidir.
|
“İnformasiya təhlükəsizliyinin idarəedilməsi sistemləri” fənni üzrə təlim nəticələri (FTN)
|
FTN 1 - İnformasiya təhlükəsizliyi menecmentinin nə olduğunu və onun əsas prinsiplərini bilir.
|
FTN 2 - İnformasiya təhlükəsizliyinin idarəedilməsinin təşkilatların üçün vacibliyini və faydalarını başa düşür.
|
FTN 3 - İnformasiya təhlükəsizliyinin idarəedilməsi üzrə yerli və beynəlxalq standartlar ilə tanışdır.
|
FTN 4 - ISO/IEC 27000 standartlar ailəsi barədə məlumatlıdır.
|
FTN 5 - ISO/IEC 27001:2013 standartının əsas konsepsiya və prinsipləri, orada istifadə olunan əsas anlayışları bilir.
|
FTN 6 - ISO/IEC 27001:2013 standartının əsas tələblərini bilir.
|
“Verilənlər bazalarının əsasları və təhlükəsizliyi” fənni üzrə təlim nəticələri (FTN)
|
FTN 1 - Verilənlər bazalarının idearəetmə sistemlərinin əsas funksiyalarını bilir. Müasir zamanda istifadə olunan VBİS-lərdən bir neçəsi ilə işləməyi bacarır. Relyasiyalı VBİS-lərin sistem kataloqlarının necə çalışdığını, orada hansı məlumatların yerləşdiyini bilir. Təhlükəsizlik və etibarlılıq üçün verilənlər bazası auditini və loqlamanı aparmağı bacarır.
|
FTN 2 - VBİSlərdə istifadəçi profilləri, parol siyasətləri, icazə(hüqüq/haqq) və rolların idarə edilməsilə VBİSdə ilkin təhlükəsizlik tədbirlərinin görülməsini bacarır.
|
FTN 3 - Verilənlər bazalarının əlçatanlıq problemlərinin səbəblərini bilir, ehtiyat nüsxələr, onlar arasında sinxronlaşdırma, yüklərin balanslaşdırılması üsullarını bilir.
|
FTN 4 - Verilənlər bazalarında tamlığın qorunması üçün üsulları bilir. Verilənlər bazalarında fərqli səviyyələrdə (fayl sistemi, cədvəl, sütun və s.) müxtəlif şifrləmə üsullarını və həllərini yerinə yetirməyi bacarır.
|
FTN 5 - Tətbiqi proqramlardan gələn təhlükələr barədə xəbərdardır. SQL inyeksiyası və bu zəmindən olan təhlükələr, onların qarşısının alınması yollarını bilir.
|
FTN 6 - NoSQL tipli verilənlər bazaları, onların iş prinsipləri, praktiki əhəmiyyətləri, ənənəvi VBİSlərdən üstün və mənfi cəhətlərini bilir.
|
“Bulud təhlükəsizliyi” fənni üzrə təlim nəticələri (FTN)
|
FTN 1 - Bulud xidmətinin prinsipləri, təqdim edilən əsas xidmət barədə ümumi məlumat təqdim edir və onun ənənəvi xidmətlərdən fərqini, üstün və mənfi cəhətlərini anlayır.
|
FTN 2 - Buluddan istifadə edərək sadə həllər yaratmaq və ona müvafiq təhlükəsizlik tədbirlərini yerinə yetirmək üçün nəzəri və praktik həllər verməyi bacarır.
|
FTN 3 - Serversiz hesablamalar, onların xüsusiyyətləri və fərqli cəhətləri, bu xidmətlərdə təhlükəsizlik məsələlərinə aid məsuliyyət öhdəliklərini izah etməyi bacarır.
|
FTN 4 - Buludda olan risk və boşluqların çərçivəsini ölçmə üsul və meyarlarını bilir.
|
FTN 5 - Buludda şəbəkə təhlükəsizliyi vasitələrindən istifadə etməyi bacarır.
|
FTN 6 - Buludda məlumat sızmasının simptomlarını bilmək, onu izləmək, səbəblərini tapmaq və qarşısını almaq bacarır.
|
“Kriptoqrafiyanın əsasları” fənni üzrə təlim nəticələri (FTN)
|
FTN 1 - Klassik ve müasir kriptoqrafiya arasındakı fərqləri bilməli, klassik şifrlərin kriptoanalizi metodları ilə tanış olmalıdır. Simmetrik ve asimmetrik şifrləmə sistemlərinin fərqlərini bilməlidir.
|
FTN 2 - İnformasiya təhlükəsizliyi prinsiplərindən konfidensiallıq və tamlığın, o cümlədən autentikasiya və inkar edilməmə prinsiplərinin kriptoqrafik üsullarla necə təmin olunduğunu bilməlidir.
|
FTN 3 - Blok şifrlər və axın şifrlər arasındakı fərqləri, onlara uyğun alqoritmlər və bu alqoritmlərin tətbiq sahələrini bilməlidir.
|
FTN 4 - Açıq açarlı şifrlərlə əlaqəli alqoritmləri, onlarin tətbiqlərini bilməlidir. Açıq açar infrastrukturu haqda məlumatlı olmalıdır.
|
FTN 5 - Heş funksiyalarının xususiyyətlərini bilməli, onlardan istifadə edilərək tamlığın necə təmin edildiyini və rəqəmsal imzalardakı mahiyyətini bilməlidir.
|
FTN 6 - Qabaqcıl kriptoqrafik protokolları və onların tətbiqlərini bilməlidir.
|
“Nüfuzetmə sınaqlarının əsasları” fənni üzrə təlim nəticələri (FTN)
|
FTN 1 - Nüfuzetmə sınaqlarının prinsip və texnikaları ilə tanış olacaqsınız.
|
FTN 2 - Nüfuzetmə sınağının mərhələlərini öyrənəcəksiniz.
|
FTN 3 - Aktiv və passiv məlumat toplama metodlarıyla tanış olacaqsınız.
|
FTN 4 - Verilmiş hədəf üçün təhlükəsizlik boşluqlarını aşkarlama, istismar etmə, riskini ölçmə və qarşısını alma yollarını təklif etməyi öyrənəcəksiniz.
|
FTN 5 - Nüfuzetmə testi zamanı istifadə olunan alətlərlə tanış olacaqsınız.
|
FTN 6 - Nüfuzetmə testinin nəticələri əsasında professional hesabat hazırlamaqla bağlı biliklər əldə edəcəksiniz.
|
“Elektronika və IoT cihazların təhlükəsizliyi” fənni üzrə təlim nəticələri (FTN)
|
FTN 1 - Əsas elektronika komponentlərini – məntiqi sxemləri, çeviriciləri, rezistor, kondensator, tranzistor, induktiv sarğılar, diodları tanıyır, onlardan istifadə edərək dövrələr qurnağı bacarır.
|
FTN 2 - Elektronika dövrələrində müşahidə və sınaqlar etmək üçün simulyasiya proqramından istifadə etməyi bacarır..
|
FTN 3 - Elektrik dövrələrinin əsas kəmiyyətlərini ölçmək üçün ölçmə alətlərindən istifadə edə bilərsiniz.
|
FTN 4 - Qurğular arasında məlumat mübadiləsi üçün fərqli protokollarla tanış olmalıdır.
|
FTN 5 - Qurğular arasında simsiz rabitə üçün fərqli texnologiyalar barədə məlumatlı olmalıdır.
|
FTN 6 - IoT qurğularla bağlı informasiya təhlükəsizliyi məsələlərini öyrənməli, onlara qarşı mümkün kiber-hücumları və hücumlardan müdafiə üsullarını bilməlidir.
|
“Təhlükəsiz proqramlaşdırma” fənni üzrə təlim nəticələri (FTN)
|
FTN 1 - Proqram təminatı təhlükəsizliyinin nə olduğunu, hansı səbəblərdən baş verdiyini anlayır.
|
FTN 2 - Kompüterin yaddaşının quruluşunu, yaddaşın dolubdaşması, bu səbəbdən baş verən eksploitlərin necə çalışdığını anlayır.
|
FTN 3 - Proqram təminatının arxitekturasının qurulması zamanı təhlükəsizlik aspektlərini nəzərə almağı, onların qarşısının alınması prinsiplərini bilir.
|
FTN 4 - Proqram təminatı üzrə kod auditi, avtomatlaşdırılmış dinamik və statik kod sınaqları üçün vasitələrdən istifadə etməyi bacarır.
|
FTN 5 - Proqram təminatının qurulmasının bütün həyat dövrü ərzində təhlükəsizlik məsələlərinin vacibliyini, onun izlənilməsi prinsiplərini bilir.
|
FTN 6 - Təhlükəsiz kod auditini yerinə yetirməyi bacarır. Dünyada ən çox rastgəlinən proqram təhlükəsizlik boşluqlarından məlumatlıdır.
|
“Rəqəmsal kriminalistikanın əsasları” fənni üzrə təlim nəticələri (FTN)
|
FTN 1 - Məhkəmə kompüter-texniki ekspertizasının/Rəqəmsal kriminalistikanın rolunu və əhəmiyyətini dərk etməli, növlərini bilməli, tədqiqat metodlarını anlamalı və tətbiq edə bilməlidir.
|
FTN 2 - Sübuti əhəmiyyətə malik olan rəqəmsal dəlilləri ayırd edə bilməli, onların növlərini və əhəmiyyətini dərk etməlidir.
|
FTN 3 - Rəqəmsal sübutların identifikasiyası, toplanılması, sənədləşdirilməsi, saxlanılması, istifadə olunması, mühafizəsi və təqdim olunmasının prosessual əsaslarını öyrənməlidir.
|
FTN 4 - Rəqəmsal sübutların identifikasiyası, toplanılması, sənədləşdirilməsi, saxlanılması, istifadə olunması, mühafizəsi və təqdim olunması üçün zəruri resurs və avadanlıqlardan istifadə üzrə bilik və bacarıqlara yiyələnməli, eləcə də açıq kodlu və qabaqcıl həlləri tətbiq etməyi bacarmalıdır.
|
FTN 5 - Rəqəmsal sübutların kriminalistik diaqnostikasını aparmalı, əldə edilmiş nəticələri qiymətləndirməli və nəticələri formulə edə bilməlidir.
|
FTN 6 - Sübutların mümkünlüyünün təmin olunması üçün zəruri hüquqi prosedurları və tələbləri bilməlidir.
|
“Sənaye idarəetmə sistemlərinin təhlükəsizliyi” fənni üzrə təlim nəticələri (FTN)
|
FTN 1 - IT ve OT mühitləri arasindaki fərqləri, OT sistemlərinə aid olan protokolları və işləyişini bilməlidir.
|
FTN 2 - Kritik infrastrukturlarda sistemlərə aid boşluqları/zəiflikləri müəyyən edə bilməli və onları aradan qaldırmağın üsullarına yiyələnməlidir.
|
FTN 3 - Kritik infrastrukturlarda PLC, DCS, RTU, HMI, AVR kimi sistemlər ilə tanış olmalıdır.
|
FTN 4 - Kritik infrastrukturlarda potensiyal kiber təhdidləri müəyyən edə bilməli və risk analizi edə bilməlidir.
|
FTN 5 - IT mühitində tətbiq edilən uyğun kiber təhlükəsizlik addımlarının OT mühitinə tətbiqini bilməlidir.
|
FTN 6 - Kritik infrastrukturlara aid baş vermiş hadisələri analiz edə bilməli, əsas səbəbin tapılması üçün müvafiq addımların tətbiqlərini bilməlidir.
|
“Mülki müdafiə” fənni üzrə təlim nəticələri (FTN)
|
FTN 1 - Mülki müdafiənin əsasları, qüvvə və vasitələrini bilməlidir.
|
FTN 2 - Fövqəladə hallar və onların xarakteristikalarını bilməlidir.
|
FTN 3 - Fövqəladə hallarda əhalinin mühafizəsi, əhalinin mülki müdafiə üzrə maarifləndirilməsi haqqında biliklərə yiyələnməlidir.
|
FTN 4 - Fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyi bacarmalıdır.
|
FTN 5 - Fövqəladə hallarda sənaye obyektlərinin işinin dayanıqlığının əsaslarını və qiymətləndirilməsini bilməlidir.
|
FTN 6 - Fövqəladə halların nəticələrinin aradan qaldırılması yollarının təşkili və həyata keçirilməsi haqqında biliyə malik olmalıdır.
|
Dostları ilə paylaş: |