İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 106
edilmiş günlər ərzində, hər gün yoxlayaraq
faizə çevirin və xüsusi jurnalda qeyd edin.
Axırıncı gün hesablanmış faizləri təkrarlar
üzrə toplayın və
həmin göstəricilər əsasında
orta cücərmə faizini müəyyən edin.
4.
Toxumun ölçüsünün və iriliyinin
müəyyən edilməsi
Toxumun ölçüsünü təyin etmək üçün
millimetrlik ölçüləri olan kağız və ya
xətkeşdən istifadə edin.
5-10 ədəd toxumun en və uzunluğunu ölçün
və orta hesabla toxumun ölçüsünü tapın.
1 qramda toxumun sayını müəyyən etmək
üçün hər növ bitkinin toxumundan 1 qram
çəkib sayın.
Toxumların iriliyini 1 qramda olan
toxumların sayına uyğun olaraq (məlum
cədvəldən istifadə edərək) müəyyənləşdirin.
5.
1000 ədəd toxumun kütləsinin təyini
Təmiz toxum nümunəsindən müəyyən
miqdar toxum götürüb lövhənin üzərinə
tökün və 4 bərabər hissəyə bölün.
Hər hissədən seçmədən 100 ədəd toxum
sayın
Hər bir 100 ədəd toxumu dəqiq tərəzidə
(elektron və ya analitik) çəkin və kütləsini
tapıb 4 nümunə üzrə aldığınız çəkiləri
cəmləyin və 100 toxumun orta kütləsini
tapın.
100 toxumun orta kütləsini 10-a vurmaqla
1000 ədəd toxumun kütləsini təyin edin.
İstifadə edilməli resurslar:
İçərisində tərəvəz toxumlarının nümunəsi olan paketlər və ya qablar - hər növdən
3-4 ədəd;
Texniki tərəzi, seçici lövhə, lupa, metal çubuq, bıçaq və ya pinset - hər birindən - 12-
15 ədəd;
Toxumları cücərtmək üçün qab, şüşə lövhə, şüşə çubuq - su, tənzif, süzkəc kağızı,
yuyulmuş qum;
Millimetrlərə bölünmüş xətkeş və ya millimetrlik ölçülü kağız lenti - 15 ədəd;
Qeydiyyat üçün kağız və qələm.