İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


Ədviyyat, bitki çayları və dərman bitkilərinin qablaşdırılması və daşınması



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə197/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   193   194   195   196   197   198   199   200   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

7.3. Ədviyyat, bitki çayları və dərman bitkilərinin qablaşdırılması və daşınması 
qaydaları 
Ədviyyat, bitki çayları və dərman bitkilərinin qablaşdırılması.
Başqa yeyinti 
məhsulları kimi, ədviyyat, bitki çayları və dərman bitkiləri də keyfiyyətli halda istehlakçıya 
çatdırılmasında tara və qablaşdırma materialları xüsusi əhəmiyyətə malikdir. Ədviyyat, bitki 
çayları və dərman bitkiləri qablaşdırılmasında müxtəlif taralardan istifadə olunur. Taralarda 
daşınma və saxlanma zamanı itki azalır və məhsul yaxşı qalır. Bu məqsədlə müxtəlif 
yeşiklərdən, səbətlərdən, kisələrdən, habelə konteynerlərdən istifadə edilir. 


Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 
205 
Şəkil 7.2. Qablaşdırma materialları
 
Ədviyyat, bitki çayları və dərman bitkilərinin konteynerlərə qablaşdırılması onların 
nəqliyyata yüklənib-boşaldılmasının mexanikləşdirilməsinə və beləliklə də itkinin 
azaldılmasına imkan verir. Həmin məhsul anbarda konteynerlərdə saxlanılır. Ədviyyat, bitki 
çayları və dərman bitkiləri qablaşdırılmış yeşiklərə etiket yapışdırılır, yəni markalanır. 
Burada ədviyyat, bitki çayları və dərman bitkilərinin sortu, netto və brutto çəkiləri (netto-
yalnız malın çəkisi, burtto-mal və qabın birlikdə çəkisi), qablaşdırıcının nömrəsi və 
qablaşdırılma tarixi qeyd olunur.
Yarpağından istifadə edilən
ədviyyat, bitki çayları və dərman bitkiləri, o cümlədən 
çoxillik bitkilərin məhsulu 50-200 qramlıq dəstələrə bağlanır (şəkil). Dəstə bağladıqda köklər 
bir tərəfə, yarpaqlar digər tərəfə düzülür, bağlamaq üçün söyüd çubuqlarından, kəndirdən, 
çildən, yumşaq alüminium məftildən, sintetik liflərdən və sairə istifadə olunur. Dəstə 
bağlanmasa məhsul tez əzilir, yarpaqlar köklərə qarışıb çirklənir. Lakin dəstə bağlamağa çox 
əmək sərf edilir. 
Müxtəlif ədviyyat, bitki çayları və dərman bitkilərinin az miqdarını isti havalarda qarğı, 
söyüd, gərməşov çubuğundan düzəldilən səbətlərdə açıq havalarda daşımaq çox əlverişlidir. 
Bu səbətlər 10-50 kq-lıq olmaqla, yaxşı havalanırlar. Göyərtinin bu cür səbətlərdə 
qablaşdırılaraq daşınması daha yararlıdır. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin