İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə61/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   57   58   59   60   61   62   63   64   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Şəkil 1.45. Kəklikotu


Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 
59 
1.7.12. Yarpız
Yabanı halda bitən yarpız (
Mentha longifolia
L.) nanənin bir növüdür və onun kimi istifadə 
olunur (Şəkil 1.46). 
1.7.13. Xardal
 
Xardal çox qədim ədviyya bitkilərindəndir. 
Xardalın tərkibində növündən asılı olaraq 7,2-7,6 
% su, 27,6-29,1 % azotlu maddə. 32,5-50,6 % yağ. 
0,85-0,90 % efir yağı. 20-29 % azotsuz ekstraktlı 
maddələr, 5-5,7 % mineral maddələr. 0,62 % 
siniqrin qlükozitləri vardır. Birləşmələrdən asılı 
olaraq quru maddə 23-32 %. zülal 4,5 %. sulu 
karbonlar 9,6 % olur.
Xardal dərman bitkisi kimi sinqa və 
soyuqdəymə xəstəliklərinə qarşı işlədilir (Şəkil 
1.47). 2 %-li xardal cövhərində soyuqdəymədə 
qızışdırıcı sürtgü kimi istifadə edilir. Bundan başqa 
onun 
spirtli 
məhlulu 
revmatizm, 
plevrit, 
pnevmoniya, radikulit, hipertoniyanın, əsəb, 
böyrək, sidik yolları, öd kisəsi xəstəliklərinin 
müalicəsində istifadə olunur. Xardal iştahaçandır. 
Ondan ətli xörəklərdə və konservlərdə dadverici 
kimi istifadə edilir. Pomidor və xiyar meyvələrinin 
duza qoyulmasında işlədilir. Xardalın kökümsov gövdələri dadverici kimi suplara tökülür. 
Kolbasa və sosiska istehsalında istifadə olunur. Xardaldan (qorçitsa) xardal tozu hazırlanır ki, 
bu da həm xəşil şəklində sosiska məhsulları batırılaraq yeyilir, həm də supa və borşa əlavə 
edilir. Müəyyən edilmişdir ki, xardalın körpə zoğları və körpə yarpaqları da ədviyyat kimi 
istifadə edilə bilər. Bu halda onları salata doğramaq və supa əlavə etmək, tərəvəzi duzu 
qoyarkən istifadə etmək, habelə zoğların özünü duza qoyub sonra salatlarda istifadə etmək 
olar.
 
1.7.14. Zəfəran 
Azərbaycanda 6 növü yayılmışdır. Bunlardan 
adi zəfəran (
Croucs sativus
L.) ən geniş yayılanıdır 
(Şəkil 1.48). Zəfəran çox qədim zamanlardan ətir 
verən, ədviyya, gözəl rəng verən, həm də dərman 
bitkisi kimi istifadə edilməyə başlanmışdır. Hələ 
4000 il bundan əvvəl insanlar ondan müxtəlif 
məqsədlər üçün istifadə etmişlər. Zəfəranın dişicik 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin