İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə62/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   58   59   60   61   62   63   64   65   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Şəkil 1.46. Yarpız
Şəkil 1.47. 
Xardal
Şəkil 1.48. Zəfəran


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 
60 
tellərinin tərkibində
 
0,4-1,3 % efir yağı, 3,5 % boyayıcı maddə krosin, pikrokrosin, 9.8-10,9 % 
azotlu maddələr, 16,8-21,9 % şəkər, 8,9 % sellüloza və 5,1-5,3 mq% B
2
vitamini və sairə 
vardır. 
Zəfərandan qədim zamanlarda el arasında dərman kimi istifadə edilirdi. İndi də 
təbabətdə müalicə məqsədi ilə işlədilir. Zəfəran antiseptik xassəyə malikdir. Tibdə mədə-
bağırsaq, göz xəstəliklərinin müalicəsində ağrıkəsici vasitə kimi və digər məqsədlər üçün 
geniş istifadə olunur. Bundan əlavə qıcolmada, ağrıkəsmədə, əsəb sakitləşdirmədə, ürək 
ağrılarında, göy öskürəkdə, mədə və göz xəstəliklərində və sairə işlədilir. Zəfərandan 
hazırlanan çay ətirli olmaqla bərabər böyrək və sidik kisəsi ağrılarına müsbət təsir edir. 
Zəfəran hələ qədim zamanlardan başlamış XX əsrin əvvəllərinə kimi yun, ipək məmulatlarının 
boyadılmasında geniş istifadə olunmuşdur.
Zəfəran çox qədim zamanlardan müxtəlif xörəklərin hazırlanmasında, qənnadı 
sənayesində geniş istifadə olunur. Hazırda zəfərandan ətriyyat və yeyinti sənayesinin bir çox 
sahələrində, qənnadı məhsulları sənayesində, aşpazlıqda, yağ və pendir istehsalında işlədilir. 
Qənnadı sənayesində zəfəran məhsula xoş rəng və ətir vermək üçün işlədilir. Milli xörəklərin 
hazırlanmasında zəfərandan daha çox istifadə edilir. Azərbaycanda zəfəran əlavə edilməklə 
50-dən çox müxtəlif xörək və 10-dan artıq müxtəlif şirniyyat məmulatı hazırlanır. 
Azərbaycanın milli plovunun hazırlanmasını zəfəransız təsəvvür etmək mümkün deyil. 
1.7.15. Hil 
Yabanı halda Hindistan və Vyetnamın 
rütubətli meşələrində yayılmışdır. Mədəni halda 
isə 
Birmada, 
Hind-Çində, 
Şiri-Lankada, 
Hindistanda və sairə ölkələrdə becərilir. O, qonur 
rəngli ətirli, ədviyyalıdir. Büzüşdürücü dada 
malikdir. Toxumlarında 3-8 % qədər efir yağı 
vardır. Yağın tərkibi limonen, terpineol, borneol, 
onların mürəkkəb efiri sineol və sairə maddələrlə 
zəngindir (Şəkil 1.49). 
Şəkil 1.49. Hil
Hil həzmi yaxşılaşdırır. Ürəyi və mədəni möhkəmləndirir. Əhval-ruhiyyəni yüksəldir. O, 
eyni zamanda tər iyini aparır, ağız qoxusunu ətirli edir. Onu mədə xəstəliyi, ürək bulanma və 
qaraciyər ağrısı, böyrək daşı zamanı işlətmək xüsusi əhəmiyyətə malikdir. Onu toz halında 
buruna çəkirlər və müxtəlif səbəbdən yaranan baş ağrısını sakitləşdirməkdə istifadə edirlər. 
Bunun toxumlarından tibbdə bir çox xəstəliklərin, ödqovucu, öskürək, zökəm, revmatizm və 
sairə müalicəsində istifadə olunur. 
Bu ədviyyat spesifik ətrinə görə fərqlənib, iaşədə, konserv sənayesində istifadə edilir. 
Bundan əlavə ədviyya kimi müxtəlif xörəklərə də əlavə edilir. 
1.7.16. Sarıkök
Sarıkök təxminən 3 min il əvvəl Asiya ölkəsində Çində, Hindistanda, Vietnamda, İranda, 
Əfqanıstanda, Misirdə və Cənubi Amerikada əkilib becərilmişdir. Kökümsovların tərkibində 



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin