18 noyabr 2015-ci
ildə Bakıda Şi-
mali Kipr Türk Cümhuriyyətinin (ŞKTC)
müstəqilliyinin 32-ci ildönümü qeyd olu-
nub. Tədbirdə ATİB sədri Cemal Yangın,
Baş katib Pərvanə Hacıyeva, İdarə heyəti-
nin üzvləri və ATİB üzvləri iştirak ediblər.
Tədbirdə Azərbaycanın millət vəkillə-
ri, xarici dövlətlərin ölkəmizdəki səfirləri,
türk iş adamları, siyasət və mədəniyyət
xadimləri, ziyalılar və jurnalistlər iştirak
ediblər. Şimali Kipr Türk Respublikası-
nın Azərbaycandakı nümayəndəsi Sadət-
tin Topukçu çıxış edərək Kipr türklərinin
tarixdə üzləşdiyi zülmlərdən bəhs edib.
Aparılan mübarizənin sonunda 1983-cü
ildə müstəqilliklərini əldə etdiklərini
vurğulayıb. Kiprin günümüzdə əldə et-
diyi nailiyyətlərdən də danışan Sadəttin
Topukçu bunu Türkiyə Cümhuriyyətinə,
ölkəni quran Rauf Denktaşa və şəhidlərə
borclu olduğunu deyib.
Daha sonra digər çıxış edənlər bü-
tün türk dünyasını Kipr Türk Cümhu-
riyyətinin müstəqilliyi münasibətilə
təbrik edib. Türkiyənin və Kiprin acı-
sının Azərbaycanın acısı, sevincinin isə
Azərbaycanın sevinci olduğunu vurğu-
layıb. Şimali Kipr Türk Cümhuriyyə-
tinin müstəqilliyinin heç də asan əldə
edilmədiyini qeyd edib. Azərbaycanın
ermənilərin apardığı işğalçılıq siyasə-
tindən əziyyət çəkən bir ölkə olaraq
Şimali Kipr Türk Cümhuriyyətini yaxşı
başa düşdüyünü ifadə edib. Barışdan
yana olan hər iki ölkənin gələcəkdə
uğurlarının daha da artmasını arzula-
yıb.
Qeyd edək ki, tədbirin sonunda qonaq-
lar üçün ziyafət verilib.
ATİB xəbərləri
18
say 25 |
Dostları ilə paylaş: |