44. Çadra ətrafında
Məqalənin müxtəlif bölmələri müxtəlif qovluqlarda saxlanılan əlyazmalarından (fond 21, s.v. 173, 166, 137) götürülmüşdür. İlk dəfə çap olunur.
45. Qırx illik döyüşçü
"Ədəbiyyat qəzetəsi" – 23.06.1936
46. N.V.Qoqolun "Ölü nüfus" əsəri haqqında
"İnqilab və mədəniyyət" jurnalının 1936-cı il 11-12-ci sayından götürülmüşdür.
N.V.Qoqolun "Ölü canlar" əsərini ilk dəfə Azərbaycan dilinə tərcümə edən və əsərdən bir hissəni jurnalın həmin sayında çap etdirən Yusif Vəzirin "Ölü canlar" haqqında ədəbi mülahizələridir.
47. Robindranat Taqor
Məqalə əlyazmasından (fond 21, s.v. 162) götürülmüşdür.
1 - İngilis ədəbiyyatında onu ehtirasın gücü heyran etmişdi.
2 - İnsan ehtirası ədəbiyyatın yalnız bir elementidir, onun məqsədi deyil: bu sonuncusu əslində sadəlik və təmkindən ibarət mükəmməl bütövlüyün gözəlliyidir.
3 - İradənin möhkəmləndiricisi, gümrahlığın daşıyıcısı, "insanda alinin qələbəsinə" aparan canlı yol bələdçisi kimi.
48. Ədəbi düşüncələr, tənqidi qeydlər
1 - Yusif Vəzirin müxtəlif yazıçılar və əsərlər haqqında olan bu ədəbi qeydlərini şərti olaraq "Ədəbi düşüncələr, tənqidi qeydlər" adlandırdıq. Qeydlər əlyazmalarından (fond 21, s.v. 209, 324) götürülmüşdür. İlk dəfə çap olunur.
2 -"Lüsyen Leven" ("Qırmızı və ağ") – Stendal
3 - Sonunda Y.Vəzirin "24 /XI-1938-ci il" qeydi var.
4 - Adam Oleari. Moskvaya, Moskvadan İrana və oradan geriyə səyahətin təsviri
5 - Anatol Frans. Mələklərin üsyanı
6 - "Görkəmli yazıçıların kitabxanası", Bayron, I c.
7 - Qustav Flober. Müqəddəs Antoniyanın yoldan çıxması.
8 - E.T.A. Hofman. Birə bəy
9 - Şillerin seçilmiş əsərləri – I c. (“Görkəmli yazıçıların kitabxanası”)
10 - De-La Martiner. Şimal ölkələrinə səyahət, Moskva, 1911
11 - Gete. Vilhelm Meysterin səyahət illəri.
Dostları ilə paylaş: |