K. Bünyadzadə



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə19/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   15   16   17   18   19   20   21   22   ...   79
Gəncliyin fəlsəfəsi

söhbət qəlbi, ruhu Yaradanın verdikləri üçün bir məkana 
çevrilən gəncdən gedir. Şellinq deyir: «Rəssam yaradıcı 
qüvvəyə ucalmaq və mənən ona malik olmaq üçün gərək 
təbiətin məhsulundan və ya yaratdığından uzaqlaşsın. 
Bununla o, saf anlamlar səltənətinə ucalır; o, məxluqu tərk 
edir ki, onu yenidən min qat ölçüdə mənimsəsin və bu 
mənada həqiqətən yenidən təbiətə qayıtsın».
2
Başqa sözlə 
1
Лермонтов М.Й. Ады чяк. ясяр, 2006, с.342. 
2
Шеллинг Ф.В. Ады чяк. ясяр, с. 904-905. 


-60 -
desək, gəncin özünün ilahi başlanğıcını kəşf etməsi heç də 
onun öz maddi keyfiyyətlərindən imtina demək deyil. 
Əksinə, hər ikisini vəhdətdə görə bilmək bacarığıdır.
İkincisi, yalnız cəmiyyətin içindən onun fövqünə qal-
xan, yəni düşüncəsi zahirdən batinə istiqamətlənən bir mən 
maddi və mənəvini düzgün müqayisə etmək iqtidarındadır. 
Bu, maddi dünyada oturub ilahi aləmdən dəm vurmaq, ya da 
əksinə, xəyal dünyasından boylanıb maddi dünya üçün 
utopik planlar quran bir mən deyil. Bu, qaranı da, nuru da 
olduğu kimi tanıyan, yaşayan bir mən-dir. Kyerkeqor yazır: 
«… şüur, daxili şüur həlledici faktordur. Mən-dən söz 
gedəndə, həmişə həlledicidir. O mən-ə ölçü verir. Şüur nə 
qədər böyükdürsə, mən də bir o qədər böyükdür. Belə ki, 
şüur nə qədər böyüyürsə, iradə də bir o qədər böyüyür. İradə 
nə qədər çoxdursa, mən də bir o qədər böyükdür. İnsanın 
iradəsiz mən-i də yoxdur. Lakin iradə nə qədər çox olarsa, o 
daha çox özünü dərk edər».
1
Deməli, maddi postament nə 
qədər möhkəm, uca olarsa, onun üzərində ucalan ideya – 
abidənin də bir o qədər möhtəşəm olmaq imkanı var.
Bir sözlə desək, söhbət fəlsəfi təfəkkürə malik olan və 
bunu öz yaradıcılığında əks etdirən bir mən-dən gedir. Şel-
linq deyir: «Yalnız azadlığın dadına baxan ehtiyac duya bilər 
ki, hər şeyi ona oxşatsın, onu bütün kainata yaysın. Fəlsəfəyə 
bu yolla gəlməyənlər yalnız başqalarının arxasınca gedir, 
əməllərində onları təqlid edir və heç bilmir ki, bu əməllər 
nədən irəli gəlib».
2
Yada salaq ki, Şellinq mən-i «azadlıq» 
adlandırır. Belə məlum olur ki, məhz fəlsəfi təfəkkürə, yəni 
1
Кйеркегор С. Ады чяк. ясяр, с. 267.
2
Шеллинг Ф.В. Ады чяк. ясяр, с. 959. 


- 61 -
düşüncənin zirvəsinə qalxmaq da, eyni zamanda, min bir yol 
arasından özünəməxsus yolu tapmaq da mən-dən keçir.  
Əbu Turxanın bildirdiyinə görə, Mütləq Həqiqəti dərk 
etməsi üçün Allah insana üç kitab verib: ilahi kitab, təbiət və 
insan özü (əql). Öz mən-inin, eyni zamanda, ruhunun əlaqəli 
olduğu ilahi bir sonsuzluğun kəşfi təbii olaraq gənc üçün 
üçüncü mənbənin – təbiətin də qapılarını açır. Onu da əlavə 
edək ki, biz gəncin ruhunun axtarış əzmini, yaradıcılıq eşqini 
və artıq kifayət qədər bir yolu qət edə bilməyini nəzərə 
alaraq üçüncü mənbəyin qapılarının açılmasını təbii hesab 
edirik.
Gənc öz ruhunun hələ tam maddiyyata qapılmaması, 
ilahi aləmə açıq olması sayəsində rahatca hər üç kitabın oxu-
cusuna çevrilə bilir. Fərqli «dillərdə» yazılmasına, hər 
birinin özünəməxsus «sahəsi» olmasına baxmayaraq, hər üçü 
eyni mənbədən «xəbər verir». Güman ki, bu səbəbdən gənc 
özü ilə təbiət arasında bir bənzərlik, doğmalıq görür və 
yalnız Yaradandan deyil, həm də Onun yaratdığından 
ruhlanır. Axı Əbu Turxanın da bildirdiyi kimi, «Yaradana 
sevgi Onun yaratdıqlarına sevgidən keçir». Təbiət daha 
səmimidir. Məhz təbiətlə təkbətək qalanda insan rahatca özü 
ola bilir. Əlbəttə, gənc yenə də hər şeyə məhz öz mən-inin 
pəncərəsindən baxır və çatdırmaq istədikləri də bu 
bənzərliklər olur. Bayron yazır: 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin