K. Bünyadzadə



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə54/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   50   51   52   53   54   55   56   57   ...   79
Gəncliyin fəlsəfəsi

 
 
Heyvan
 
 
Allahın yaratdıqları arasında tez-tez müqayisələr aparı-
lır, bənzərliklər tapılır. İnsanı da gah gülə-çiçəyə, qoca 
çinara, düz qamətli sərv ağacına, gah da məğrur qartala, 
hiyləgər tülküyə və s.-ə oxşadırlar. Bu bənzətmələr əsasən 
zahirə aid olsa da, bəzən daxili keyfiyyətlərdə də paralellər 
aparırlar. Bizim dediklərimizlə Çarlz Darvinin insanın 
əcdadlarının meymun olması haqqında çoxdan iflasa uğramış 
düşüncələri arasında heç bir əlaqə yoxdur.
Məlum olduğu kimi, hələ orta əsrlərdə insan ruhunu 
nəbati, heyvani, insani növlərə yaxud müvafiq mərtəbələrə 
bölmüşlər. Bu, dərin və əsası olan bir hikmətdir. Lakin bizim 
dediklərimizin onunla da bir əlaqəsi yoxdur. 
Bir filosof Darvinin düşüncələrinin puçluğunu göstər-
mək üçün belə bir fikir söyləmişdi ki, meymun qədər digər 


-174 -
heyvanların insanların da əcdad olmaq hüququ var. Məsələn, 
ola bilsin ki, bəzilərinin əcdadı meymun, bir başqasınınkı 
ayı, birininki də ceyrandır. Bu zarafatda bir həqiqət var. İn-
sanların öz heyvani ruhlarının səviyyəsində doğurdan da, 
fərqli-fərqli heyvanları xatırlatmaqları heç kəsə gizli deyil.
Mən də iki heyvan haqqında bir-iki kəlmə demək istə-
yirəm: tarakan (ona bənzəyən adamların xatirinə onun hə-
şərat olduğunu unudun) və qoyun. 
Tarakanlar. Mətbəxlərin ən üzlü, ən iyrənc, ən tez artan 
«sakinləri». Bəlkə də onlar başqa yerlərdə də məskunlaşırlar, 
lakin nədənsə tarakan deyəndə birinci yada düşən mətbəx və 
qida olur. Tarakanları öldürmək üçün onlara bir kimyəvi 
maddə verirlər. Maraqlıdır, bəzi tarakanlar ölür, ancaq 
bəzilərində bu dərmana qarşı nəinki immunitet yaranır, hətta 
onlar bu dərmanı yeyib kökəlməyə, daha sürətlə artmağa, 
böyüməyə başlayırlar. Buna elmi dildə mutasiya deyirlər.
Belə insanlar da var. İlk dəfə başına dərd gələn insan 
sonralar bu dərdlərə, problemlərə elə alışır ki, bu həyat onlar 
üçün normal hala çevrilir. Hətta onları bu haldan çıxardana 
belə nifrətlə, acıqla baxırlar, onların «rahatlığını» pozduğuna 
görə ondan uzaqlaşır, ona düşmən kəsilirlər. 
Qoyun. Təmizliyi sevən, sahibinə ən az problem yara-
dan, ən çox xeyir verən, Allah yolunda qurbanlıq üçün se-
çilən ev heyvanı. Eyni zamanda. Heyvanlar arasında, mənim 
bildiyim qədər, yalnız qoyun öz ölümünə rahat-rahat tamaşa 
edir, hətta altdan yuxarı bayaq yanında otlayan tayının 
soyulmağını müşahidə edir. Mən bilmirəm o qoyun nə 
hisslər keçirir, ancaq onun gözlərində nə qorxu görmək 
mümkündür, nə təlaş.


- 175 -
Bəzi insanlar yoldaşlarının başına gələnləri məhz yol-
daşı üçün nəzərdə tutulduğunu zənn edir və heç cür eyni şeyi 
özünün də yaşayacağını qəbul edə bilmir. Rahat-rahat onun 
«edam olunmağına» tamaşa edir və özünün də xəbəri 
olmadan … öz qurbanlıq vaxtını gözləyir.
İnsan bir bioloji varlıqdır və onda heyvani xüsusiyyət-
lərin olması təbii görünə bilər. Qeyri-təbii, daha doğrusu, 
dəhşətli olan heyvaniliyin insaniliyi üstələməsi, hətta 
unutdurmasıdır.

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin