- 33 -
Cəmiyyət bu gənci qəbul etmir, nəinki qəbul etmir,
hətta onu məhv etməyə çalışır. Onu başa düşən, nə demək is-
tədiyini anlayan yoxdur. Bu
tənhalıq hissinin verdiyi ilk hiss
qorxudur. Kyerkeqorun
fikrinə görə, «fərd qorxu içində
günahkar olduğunun qarşısında deyil, onu günahkar
sayanların qarşısında günahkar olur».
1
Bəli, hər kəsə bən-
zəmədiyi üçün bir günahkarlıq duyğusu, bu günahdan doğan
tənhalıq və bu tənhalığın verdiyi qorxu.
Lord rütbəsinə sahib ola-ola mülkiyyətçiləri bəyənmə-
diyinə görə kəskin tənqid edilən Bayron öz qəhrəmanı Çayld
Qarold vasitəsilə əslində özünü təsvir edir:
O, qüssəni çağırır, sevincdən doymuşdu
Cəhənnəmə qaçmağa hazırdı.
2
İki şeirindən birində tənhalığı
tərənnüm edən, özünü
gah tənha yelkənə, gah tənha quşa,
gah tənha yolçuya
bənzədən Lermontov yazır:
Əvvəl mən həyatın fərəhdən uzaq
Tək-tənhalığını sevərdim müdam.
Qüssəmi içimdə daldalayaraq,
Qorxardım gizləyə bilməyib, ancaq
Hamıda tərəhhüm hissi oyadam.
3
Bu tənhalıq hissindən yaranan qorxudur ki, Ülvi özünü
daş altındakı yalqız bir çiçəyə bənzədir:
1
Кйеркегор С. Ады чяк. ясяр, с. 172.
2
Байрон Ж.Г. Ады чяк. ясяр, с. 10.
3
Лермонтов М.Й. Ады чяк. ясяр, 2006, с. 8.
-34 -
Çoxu səni alaq bilir,
Alaqlar da sənə gülür.
Kökün durur, canın ölür,
Daş altında bitən çiçək.
1
Gəncin hiss etdiyi tənhalıq həm də özünü digərlərindən
fərqli görməsindən gəlir. O, hər kəsin səviyyəsinə enə bildiyi
halda, onun səviyyəsinə, onun olduğu mərtəbəyə, məqama
bir kimsə qalxa bilmir. O, öz yaratdığı dünyada tək qalır və
bu təklik onda qorxu yaradır.
Bütün dərk etdiklərinə, altına
girdiyi yükün ağırlığına baxmayaraq o, gəncdir axı! Təcrü-
bəsizdir!
Lermontov yazır:
Öz əqlimdə mən yad dünya yaratdım,
Yad varlıqlar surəti,
Mən zəncirtək onları bir-birinə bağladım
Onlara görkəm verdim, amma ad vermədim.
Qəfil qış boranı qorxunc uladı, -
Yalançı varlıq uçulub-dağıldı.
Dostları ilə paylaş: