-228 -
nürsən yanıma, ancaq sevmirsən məni. Bəlkə də səni bu qə-
dər yaxından tanıdığıma görə sevmirsən məni… Bəlkə də
səni əzablardan qurtarmaq üçün
incitdiyimə görə sevmirsən
məni… Bəlkə də ən romantik anında reallığı belə çılpaqlığı
ilə yadına saldığım üçün sevmirsən məni…
Mən də səni sevmirəm. Bütün maneələri keçə bildiyim
halda, sənin qoyduğun həddi keçə bilmirəm. Bütün ruhların
qapısı üzümə açıq olduğu halda, sən qıfıl üstdən qıfıl asırsan.
Hər kəsin dilini bildiyim halda, sən hər gün mənim
bilmədiyim yeni dildə danışırsan. Özümü hər kəsə sev-
dirdiyim halda, sənə heç cür sevdirə bilmirəm.
Sevmirəm səni. Sən mənim zəifliyimin dəlilisən.
Sevmirəm səni. Sən mənim acizliyimin heç cür pozul-
mayan möhürüsən.
Sevmirəm səni, heç sevmirəm… Sən məni sevmədiyin
qədər – nə az, nə çox.
Amma sənə ehtiyacım var.
Bu ehtiyacdan qurtarmaq
üçün qaçıram səndən. Ancaq heç kim bu ehtiyacı ödəyə
bilmir. Axtarıram, tapmıram, yenə sənin yanına qayıdıram.
Bilirəm, sən də mənə olan ehtiyacından qaçırsan.
Bir-birimizə olan ehtiyacdan yenə bir-birimizə dönü-
rük. Sevgi dolu bir dünyadan qopub bir-birimizin peşman
gözlərinə baxmaq üçün, sonsuz üfüqlərdən enib bir-birimizin
sınmış qol-qanadını
seyr etmək üçün, işıq dolu aləmdən
çıxıb sönmüş alovumuzun külündə eşələnib qığılcım
axtarmaq üçün, bir-birimizin yarasını sarımaq üçün dönürük.
Biz çoxdan buna alışmışıq. O qədər alışmışıq ki, hər yeni
addımımızı atanda da, hər yeni ruhla rastlaşanda da, hər yeni
işıqla nurlananda da… gözümüz arxada,
gec ya tez
dönəcəyimiz yerdə qalır – acizliyimizin, məğlubiyyətimizin
- 229 -
açıq-aşkar etiraf olunduğu, ümidlərin, arzuların amansızca
gömüldüyü həmin məkanda.
Mən yoruldum. Sən də yorğunsan. Bağışla. Sən sonun-
cu dəfə öz rahatlığını tapmışdın,
özünü diri-diri ölümə
məhkum eləmişdin və …sakitləşmişdin. Mən də artıq sən-
sizliklə barışmışdım. Olduğum nöqtədən tərpənmirdim – nə
irəli getməyin sevincini duymurdum, nə geri çəkilməyin
acısını çəkmirdim… sakitləşmişdim. Durğunlaşmışdıq,
amma sakitləşmişdik.
Bağışla. Aldatdım səni. Yenə rahatlığını pozdum. Yenə
incitdim səni. Sevmirəm səni, ancaq bunu sevmədiyinə belə
etmək olmazdı. …Mən elədim.
Məni sevmədiyini nə deməkdən, nə də göstərməkdən
çəkinmirsən, ancaq
indi o qədər yorulmusan ki, hətta nif-
rətini belə büruzə verə bilmirsən. O qədər yorulmusan ki,
yüngül bir mehdən yıxıldın. Bəlkə də yüngül deyildi,
tufan
idi, hər halda sən yıxıldın. Sənin sakitliyini mən poz-
muşdum, mən də tutmalıydım səni. Tutmadım, tuta bil-
mədim. Mən də yorulmuşam axı – həm özümü ayaqda sax-
lamaqdan, həm də səni tutmaqdan.
İndi sakitcə sənin yanında diz çöküb sənin ağrıdan qıv-
rılmağına tamaşa edirəm… Dilim gödəkdi, sözüm yoxdu.
Sənə ümid verib qaldıran, sonra da yıxılmağına
kənardan
baxan birinin nə sözü ola bilər ki!
Səni sevmirəm ki, ürəkdən səni oxşayım, halına yanım,
dərdini bölüm. Sən də məni sevmirsən ki, nəvazişlərim sənə
məlhəm olsun, dərdini mənimlə bölüşmək istəyəsən. Amma
mənim səndən, sənin də məndən başqa bir həmdəmimiz
yoxdur.
-230 -
Bir-birini sevməyən iki həmdəm! Bir-birinin yarasını
sarıya bilməyən, acısına tamaşa edən iki həmdəm. Bir-birin-
dən qaçıb xilas olmaq istəyən iki həmdəm. Sevməyə-sev-
məyə həmdəmliyə məhkum olunmuş iki həmdəm…
Dostları ilə paylaş: