Daxili qanaxmaya şübhə olduğu halda, xəstəyə nə yemək, nə su, nə də ağrını kəsmək üçün dərman preparatları vermək olmaz!
Bəzi hallarda güclü qanaxma zamanı huşun itirilməsi də baş verə bilər. Bu zaman zərərçəkəni üzüyuxarı uzatmaq, ayaqlarını yuxarı qaldıraraq onları dizdən bükmək lazımdır. Heç bir halda xəstəni tək qoymayın!
Nəticə
Bəzən elə olur ki, gizli daxili qanaxma uzun müddət ərzində baş verir və nəticədə insan sağlamlığında ciddi problemlərə səbəb olur. Uşaqlarınızın səhhətinə və öz səhhətinizə qarşı çox diqqətli olun! Əgər siz uşağınızın dərisinin get-gedə avazımasını görsəniz, o, ümümi zəiflikdən, tez-tez olan baş ağrılarından, təngnəfəslikdən şikayət edirsə, onun nəcisinin rəngi qara rəng alarsa və ya nəcisdə qan qarışığı qeyd edilərsə, dərhal həkimə müraciət edərək ehtiyat etdiyiniz fikirləri onun diqqətinə çatdırmaq lazımdır. Vaxtında və düzgün göstərilmiş ilk yardım bir çoxlarının həyatını xilas edə bilər və bu hər kəsin insanlıq vəzifəsidir.
Ədəbiyyat siyahısı
1) Fövqəladə hallarda həyat və fəaliyyətin təhlükəsizliyi. H .O . Ocaqov Bakı 2002
2) C.Y.Mahmudov -Mühazirə materialları
3) https://tibb-dunyasi.com/qanaxma/
4) https://nbg442.wordpress.com/2017/06/18/ilk-tibbi-yardimi-nece-etmek-olar/
Dostları ilə paylaş: |