Mülki Müdafiə haqqında anlayış
Mülki Müdafiə- (MM) insanın ətraf mühitində təhlükəsizliyi və sağlamlığının qorunması haqqinda elmdir . O, təhlükəli və zərərli amilləri aşkara çıxarmalı və eyniləşdirməli, insanın mühavizəsinin metod və vasitələrini, yollarını zərərli va tahlükəli amillərin minimum dərəcəyə qədər azaldılmasını araşdırmalı, sülh va müharibə dövrü baş verən qəza hallarının, fəlakətlərin nəticələrini aradan qaldırmaq tədbirləri hazırlamalıdır. MM-in müharibə vaxtındakı rolu xüsusilə böyükdür.Bununla belə qeyd etmək lazımdır ki, sülh dövründə MM-in rolu təbii fəlakətlərin, böyük istehsalat qəzalarının nəticələrilə mübarizədə xeyli artmışdır. Böyük maddi itkilər va insan tələfatına səbəb olan (AES-da, dəmir yolunda ,güclü təsirli zəhərli maddələrdən istifadə olunan müəssələrdə baş verən qəzalar va tez-tez baş verən təbii fəlakətlər va s.)fövqəladə hadisələr göstərir ki, indi mövcud olan şəraitdə insanları va onların yaşadığı mühiti fövqəladə hallarda mühavizə etmək üçün insanları psixoloji,mənəvi cəhətdən hazırlamaq lazımdır. Xüsusilə əmin-amanlıq dövründə fövqəladə hal olan MM tədbirlərinə yenidən baxılmalı və onun vəzifə və yollarını yenidən qiymətləndirmək lazımdır.
Sülh və müharibə dövrlərində ehtimal edilən fövqəladə halların proqnozlaşdırılması, qarşısmın alınması, məhdudlaşdırılması və aradan qaldırılması işləri üzrə respublika səviyyəsindən başlamış obyektlərədək bütün hakimiyyət orqanlarınm funksiyaları və məsuliyyətinin müəyyən edilib dəqiqləşdirilməsi, onlar arasmda fasiləsiz qarşılıqlı fəaliyyətin təşkil edilməsi tələb olunur.
Dostları ilə paylaş: |