İctimai və fərdi şüurun qarşılıqlı əlaqəsi. İctimai şüurun mühüm
xüsusiyyətlərindən biri, onun fərdi şüurla qarşılıqlı əlaqədə olmasındadır.
Fərdi şüur ayrıca bir şəxsin şüuru kimi meydana gəlsə də, o, əvvəllər yaşamış və
indi yaşayan insan nəsillərinin yaratdığı mənəvi dəyərləri bu və ya digər dərəcədə
özündə əks etdirir. İctimai şüur cəmiyyət üzvlərinin fərdi şüurundan kənarda mövcud
deyildir. Lakin o öz xarakter və məzmununa görə fərdi şüurla eyniləşdirilə bilməz.
Məlum olduğu kimi, təfəkkür fərdi şüurun funksiyası olsa da, o, keçmiş və indiki
insanların fərdi təfəkkürü kimi mövcuddur. Şüurun bütün təzahürlərini hər şeydən əvvəl
ayrı-ayrı insanların psixiki fəaliyyəti və dünyanın fərdi inikası kimi başa düşmək
lazımdır. İctimai şüurun məzmununun fərdi mənimsənilməsi xüsusiyyəti heç da həmişə
ictimai şüurun məzmunu, onun obyektiv əhəmiyyəti ilə deyil, insanların həyat şəraiti,
onların ictimai münasibətlər sistemindəki yeri, həyat təcrübələri, təhsilləri, tərbiyələri
müəyyən olunur. İnsanların həyat şəraiti, həyat yolu ictimai şüurun fərdiləşməsini, onun
məzmununun şəxsiyyətin malına çevrilməsi prosesini şərtləndirir. Bütün bunlar
şəxsiyyətin cəmiyyətdə hakim olan müxtəlif mənəvi təsisatlara münasibətini, onların
qəbul edilib-edilməməsini, yaxud fərdi şüurun ictimai şüura münasibətini müəyyən edir.
Fərdi şüurun ictimai şüura münasibəti təkcənin ümumiyə nisbəti kimidir. Nə qədər
məhdud olsa da, fərdi şüur ictimai şüurun elementlərini özündə birləşdirir. Odur ki,
ictimai şüur bütünlükdə cəmiyyətə, fərdi şüur isə ayrı-ayn şəxslərə mənsubdur.
Fərdi şüurun ictimai şüura münasibəti aktivdir. Hər bir insan məqsədyönlü surətdə
ictimai şüurda onu maraqlandıran suallara cavab axtarır. Şüura münasibətin belə
xarakteri hər şeydən əvvəl insanın onu əhatə edən mühitə fəal münasibətinin nəticəsidir.
Elmin, ictimai fikrin tarixi inkişafı göstərir ki, ayrı-ayrı fərdlərin şüurunda meydana
gələn ideyalar heç də dərhal ictimai şüura çevrilmir. Çox hallarda böyük sosial
əhəmiyyət kəsb edən kəşflər, dahi ideyalar böyük gecikmələrlə ümumi sərvətə çevrilir.
Bunun səbəblərini hər bir cəmiyyətin sosial həyat şəraitində axtarmaq lazımdır.
9
Fərdin fikirləri, əqidəsi o zaman cəmiyyətin malı olur, sosial sərvət əhəmiyyəti
kəsb edir ki, onlar şəxsi mənafe çərçivəsindən kənara çıxır, ümumi şüura daxil olur,
başqa adamların əqidələrinə və davranış normalarına çevrilir.
İctimai və fərdi şüur daim bir-birinə qarşılıqlı təsir göstərir, bir-birini
zənginləşdirir. Hər bir fərd bütün həyatı boyu başqa insanlarla ünsiyyət vasitəsilə, təlim-
tərbiyənin köməyi ilə ictimai şüurun təsirinə məruz qalır. Odur ki, fərdi və ictimai
şüurun qarşılıqlı əlaqəsində şübhəsiz ki, aparıcı tərəf ictimai şüurdur. Onun fərdi şüura
təsiri əsasən təhsil və tərbiyə prosesində həyata keçirilir. Bu həm də müxtəlif
qurumların, sosial qrup və kollektivlərin köməyi ilə reallaşdırılır.
Cəmiyyət tərəfindən tarixən yaradılan şüur formaları fərdə mənəvi qida verir, onun
görüşlərinə, əqidəsinə ciddi təsir göstərir, onda əxlaqi normalar, estetik təsəvvürlər və
hisslər yaratmaq üçün qiymətli mənbə rolunu oynayır.
İctimai fikrin nailiyyətlərini fərdin mənimsəməsinə ictimai quruluşun xarakteri
həlledici təsir göstərir.
Dostları ilə paylaş: |